Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə32/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   28   29   30   31   32   33   34   35   ...   96

__________Milli Kitabxana__________
98
Təhsil sahəsində əməkdaşlığın təməl prinsiplərinə dair
müqavilə, protokol və razılaşma sənədləri
Azərbaycan – Türkiyə mədəni əlaqələrinin ən mühüm əhə-
miyyət  kəsb  edən  və  nəticələri  daha  aydın  görünən  istiqamət-
lərindən biri və bəlkə də birincisi təhsildir. Bu sahədə Azərbay-
can – Türkiyə  əlaqələri  çox böyük inkişaf tempi qazanmaqda-
dır. Ötən əsrin 90-cı illərindən başlamış bu inkişaf dinamikası-
nın  nəticələri  bu  gün  göz  qabağındadır. Artıq  bu  bir  danılmaz
faktdır  ki,  müasir  dövrdə  inteqrasiya  prosesində  iştirak  etmə-
dən, onun imkanlarından faydalanmadan hər hansı bir tərəqqi-
yə nail olmaq mümkün deyil. Digər bir tərəfdən də həmin pro-
seslərə  qoşulmaqla  beynəlxalq  münasibətlərdə  əsas  yer  tutan
dinc yanaşı yaşamaq prinsiplərinin bərqərar olmasına bilavasitə
kömək etmiş olunur.
Türkiyənin  yeni  yaranmış  türk  dövlətlərindən  fərqli  təhsil
sisteminə malik olmasına baxmayaraq, yeni dövrdə müasir ixti-
saslı  kadrların  hazırlanması  zərurəti  bu  istiqamətdə  əməkdaş-
lığın  başlanmasına  təkan  verdi. Sözügedən  respublikalardakı
ali  təhsil müəssisələri qapalı sovet təhsil sisteminin tərkib  his-
səsi idi və burada bir qayda olaraq standart ixtisaslar öyrədilir-
di. Təhsil sahəsində əməkdaşlığın mühüm istiqamətlərini tələbə
mübadiləsi, birgə orta məktəblərin, litseylərin və universitetlə-
rin açılması təşkil edir. 1991 – 2001-ci illər ərzində Türkiyənin
bir çox təhsil ocaqları türk respublikalarının müvafiq qurumları
ilə qarşılıqlı əməkdaşlıq protokolları imzalamış və çoxsaylı bir-
gə layihələr həyata keçirmişlər. 1992-ci ildə Türkiyənin Təhsil
Nazirliyinin  Xarici  Təhsil İdarəsi  “Böyük  tələbə  layihəsi”
adlanan layihə həyata keçirməyə başladı. “Bu çərçivədə 1992 –
1993-cü  təhsil  ili  üçün  Türkiyənin  ali  təhsil  müəssisələri  türk
dövlətlərindən gəlmiş ilk tələbələri qəbul etdi” (89, s. 191).
90-cı illərin ilk yarısına aid statistik məlumatlara diqqət ye-
tirərkən məlum olur ki, təhsil sahəsində bu illərdə vəziyyət belə
olmuşdur:  1991 – 1995-ci  illərdə  Türkiyədə  1871  nəfər  azər-


__________Milli Kitabxana__________
99
baycanlı,  Azərbaycanda  isə  2500 türkiyəli  tələbə  ali  təhsil  al-
mışdır.  Bundan  başqa  Türkiyənin  Azərbaycanda  açdığı  Türk
Anadolu  Litseyində  221 şagird  təhsil  almışdır.  Azərbaycan
Respublikası  Təhsil  Nazirliyinin  02.05.95-ci  il  tarixli  kollegi-
yasının arayışından aydın olur ki, təqdim edilən dövrdə Türki-
yənin Azərbaycanda kapital qoyuluşu 600 milyon ABŞ dolları
həcmində olmuşdur (63, s.5).
Respublikamızın Türkiyə ilə elmi əlaqələrinidə Bakı Dövlət
Universitetin xüsusi yer tutur. Universitetin şərqşünaslıq fakül-
təsində türk dili və filologiyası, türk dili tərcüməçiliyi geniş öy-
rənilir.  BDU-nun  jurnalistika  fakültəsində  də  türk  dili  və  ədə-
biyyatı tədris edilir. Universitetin Asiya və Afrika ölkələri tari-
xi  kafedrasında  isə  Türkiyənin  tarixi  daha  əhatəli  öyrənilir.
Eyni  zamanda  BDU-nun alimləri  və  digər  əməkdaşları  türk
tarixi və fəlsəfəsi, türk dili və filologiyası, Türkiyə iqtisadiyyatı
üzrə elmi tədqiqat işləri aparır, əsərlər və məqalələr yazırlar.
Azərbaycan – Türkiyə  elmi  əlaqələrinin  inkişafında  digər
ali məktəblərimizin də rolu böyük idi. Bu əlaqələri daha da in-
kişaf etdirmək üçün qarşılıqlı görüşlər keçirildi və  razılaşmalar
əldə edildi. 1990-cı ildə BDU-nun dəvəti ilə İzmirin Egey Uni-
versitetinin  nümayəndə  heyətinin  Bakıya  səfərində  əsas  məq-
səd Azərbaycanla Türkiyənin ali məktəbləri arasında hərtərəfli
əlaqələrin inkişafına  yeni təkan vermək idi. Nümayəndə heyə-
tinin  başçısı,  Egey  Universitetinin  rektoru  Sərmət  Akgün  öz
müsahibəsində  demişdi:  “Türkiyənin  və  Azərbaycanın  elmi
dairələri və təhsil müəssisələri arasında ilk əlaqələr bundan çox
əvvəl yaradılmışdır. İndi az adamın yadındadır ki, Bakı Univer-
sitetinin  fəaliyyətə  başlamasının  lap  ilk  çağlarında  Türkiyənin
Fuad Köprülü və Hikmət Artaylan kimi görkəmli alimləri bura-
ya  dərs  deməyə  gəlirdilər.  Yeri  gəlmişkən  deyim ki,  Hikmət
Artaylan  Azərbaycan  ədəbiyyatı  tarixi  üzrə  ilk  dərs  vəsait-
lərindən  birinin  müəllifi  olmuşdur  Çox  ümid  edirik  ki,  indiki
görüş əvvəlki  əlaqələri  bərpa  etməyə  imkan  verəcəkdir.  Bun-
dan  başqa,  Bakıya  gəlişimiz  Azərbaycan  və  Türkiyənin  ali


__________Milli Kitabxana__________
100
məktəbləri arasında gələcək əməkdaşlıq proqramı üzrə bundan
əvvəl müəyyən edilmiş tədbirlərin yerinə yetirilməsini sürətlən-
dirəcəkdir” (3,  s.  52).  Qonaqlar  BDU  ilə  yanaşı  Azərbaycan
Dövlət Tibb Universitetində, Azərbaycan Dövlət Konservatori-
yasında da oldular və Xalq Təhsili Nazirliyində qəbul edildilər.
1990-cı  ildə  respublikamızda  olmuş  Türk  Dünyası  Araş-
dırmaları  Vəqfi  nümayəndə  heyətinin  məqsədi  də  tərəflər  ara-
sında  hərtərəfli  əlaqələrin  daha  səmərəli  olması  üçün  yollar
axtarmaq idi. Türk nümayəndəliyinə Türk Dünyası Araşdırma-
ları  Vəqfinin  sədri  prof.  Turan  Yazqan,  Hacəttəpə  Universite-
tinin dosenti Bigə Ərculasun, Mərmərə Universitetinin dosenti
Əminə Gürsoy, Səlcuq Universitetinin professoru Səlcuq Ünlü,
İstanbul  Universitetinin  dosenti  Xəlil  Açıqgöz  və  başqa  türk
qonaqlar  daxil  idi. 1991-ci  ilin əvvəlində  respublika  Təhsil
Nazirliyinin nümayəndə heyəti Türkiyədə işgüzar səfərdə oldu.
Səfər zamanı  Türkiyə  ilə  təhsil  sahəsində  əməkdaşlığın  yeni
üfüqləri  müəyyənləşdirildi.  İstanbulun  Bəyazit  Universiteti
Azərbaycanın altı ali təhsil ocağı – M.Ə.Rəsulzadə adına BDU,
N.Tusi  adına  ADPU,  N.Nərimanov  adına  Azərbaycan  Dövlət
Tibb  İnstitutu,  Azərbaycan  Texnologiya İnstitutu,  M.Əziz-
bəyov adına Azərbaycan Neft və Kimya İnstitutu və M.Əliyev
adına  Azərbaycan  Dövlət İncəsənət İnstitutu  ilə  əlaqə  yaratdı.
İstanbul  Texniki  Universiteti  ilə  Azərbaycan  Politexnik  və
İnşaat İnstitutları əməkdaşlıq qurdu (3, s.52-53).
Göründüyü kimi, bu illərdə yaranmış və inkişaf etmiş Azər-
baycan – Türkiyə  qarşılıqlı  elm  və  təhsil əlaqələri,  bütün  ob-
yektiv və subyektiv maneələrə baxmayaraq, iki respublika üçün
xeyli  səmərəli  olmuşdur.  Bu əlaqələrin  perspektivdə  daha  in-
tensiv və müştərək inkişaf etdirilməsi, şübhəsiz, Azərbaycan –
Türkiyə elm və texnikasına daha böyük uğurlar gətirəcəklər.
Bu  dövrdə  təhsil  sahəsindəki  əməkdaşlığı  qaydaya  salmaq
üçün  tərəflər  bir  sıra  hüquqi  sənədlər  hazırlamış,  müqavilələr
imzalamışlar.  Belə  hüquqi  sənədlərdən  Azərbaycan  Respubli-
kası  Nazirlər  Kabinetinin  9  aprel  1992-ci  il  tarixli  662  və  208


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə