__________
Milli Kitabxana__________
87
ELM VƏ TƏHSİL SAHƏSİNDƏ
QARŞILIQLI ƏLAQƏLƏRİN
TƏŞƏKKÜLÜ VƏ İNKİŞAF PROBLEMLƏRİ
Ötən yüzilin 90-cı illərindən
etibarən,
bütün sahələrdə oldu-
ğu kimi, elm və təhsil sahəsində də Moskvanın mərkəzi nəzarət
və təzyiqinin respublikalar üzərindəki təsirinin azalması ilə
birlikdə, türk əsilli Sovet Respublikaları ilə Türkiyə arasında
həqiqi təmaslar başlamışdır. Bu cür müqavilələrin ilki, Türkiyə
Cümhuriyyəti ilə SSRİ arasında imzalanan 1989-90-cı il “Mə-
dəni və elmi mübadilə müqaviləsi”nə istinadən, Türkiyə ilə
Azərbaycan SSR arasında hazırlanan və 10 yanvar 1990-cı il
tarixində imzalanan “Mədəni və elmi mübadilə müqaviləsi”
proqramıdır. Bu müqavilə ilə (maddə 11-15) Türkiyə ilə Azər-
baycan həqiqi bir elm adamı, elmi nəşrlər, məlumat, mütəxəs-
sis və heyət mübadiləsini qəbul etməkdə, Türkiyə hər il 12
ədəd lisans və lisansüstü araşdırma, magistr və doktora təqaüdü
təminatını, Azərbaycan isə hər il 12 ədəd dil və araşdırma
təqaüdü verməyi qəbul etməkdəydi (128, s. 3).
Türk cümhuriyyətlərinin təhsil sahəsində Türkiyədən mün-
təzəm yardım istəmələri və Türkiyəyə tələbə göndərmə tələ-
blərinə cavab olaraq, Türkiyə Cümhuriyyəti 600-ü orta təhsil,
1400 ədədi də ali təhsil olmaqla, 1992–93-cü tədris ilində hər
respublikaya 2000 ədəd təqaüdlü tələbə yeri ayırmışdı. Bu
qərar, o zamanın Baş Naziri Süleyman Dəmirəlin 27 aprel-3
may 1992-ci il tarixlərində türk respublikalarına olan səfərində
əlaqəli ölkələrə bildirilmiş və imzalanan ortaq bəyannamələrdə
yer almışdır. 1992-1993-cü tədris ilində Azərbaycandan Tür-
kiyəyə 310 orta təhsil və 1293 ali təhsil almaq üçün tələbə
göndərilmişdir (128, s. 5).
Türk Cümhuriyyətləri təhsil nazirləri və türk topluluqları
təhsil təmsilçiləri arasında keçirilmiş “III Təhsil Konfransı” ilə
bağlı ilk hazırlıq çalışmalarına dair sənəddən (159, s.121-125)
öyrənirik ki, Türkiyə ilə digər müstəqil Türk Cümhuriyyətləri