Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə26/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   22   23   24   25   26   27   28   29   ...   96

__________Milli Kitabxana__________
79
Qərb  Türkiyənin bu dövlətlər və xalqlar arasında möhkəmlən-
məsinə,  onları  etnik-dini  yaxınlıqdan  istifadə  edərək  öz  ətra-
fında  birləşdirməsinə və  beləliklə  də,  Avropada  öz  mövqeyini
daha  da  gücləndirməsinə  heç  bir  vəchlə  yol  verə  bilməzdi.
Odur  ki,  Qərb  dövlətləri  Türkiyənin  Qafqazda,  Orta  Asiyada
“NATO-nun  ümumi  maraqlarını  qorumaq”  adı  altında  vaxtilə
dəstəklənən sərbəst və təkbaşına fəaliyyətini hazırda o qədər də
qəbul etmirlər (62, s. 562).
Azərbaycan  Türkiyə  üçün  Qafqazda  olduğu  kimi,  həm  də
Orta  Aasiya  və Xəzər bölgəsində  digər  dövlətlərlə,  xüsusən
türk  dövlətləri, İslam  dininə  mənsub  xalqlarla  əlaqə  üçün
mühüm vasitə rolunu oynaya bilər. Azərbaycan 1991-ci ildə öz
müstəqilliyini  bərpa  edəndən  sonra,  1991-ci  il  noyabrın  9-da
onu tanıyan ilk dövlət məhz Türkiyə oldu.
1989-cu  il  sentyabr  ayının  23-də  Azərbaycan  Respublikası
Ali  Sovetinin  növbədənkənar  sessiyası  “Azərbaycan  SSR-in
suverenliyi haqqında” Konstitusiya aktını qəbul etdi və bundan
sonra  dünya  dövlətləri  ilə  birbaşa əlaqələr  yaradılmasına  baş-
landı. Bu dövlətlər sırasında ön  yerlərdən biri isə, şübhəsiz ki,
Türkiyəyə  məxsus  idi.  1990-ci  ilin  yanvar  ayında  Azərbaycan
Respublikasının hökumət  nümayəndə  heyəti  Türkiyəyə  səfər
etdi.  Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa  edəndən
sonra,  1991-ci  il  noyabrın  9-da  onu  tanıyan  ilk  dövlət  məhz
Türkiyə oldu.
1991-ci ilin matr ayında isə Türkiyə Prezidenti Turqut Özal
SSRİ-yə  rəsmi  səfər  çərçivəsində  Azərbaycanda  oldu.  Bundan
başqa,  həmin  görüşlərarası  vaxtında  müxtəlif  rəsmi  səviy-
yələrdə  bir  sira  qarşılıqlı  səfərlər  olmuşdu.  Həmin  görüşlərdə
Azərbaycanla  Türkiyə  arasında əməkdaşlıq  haqqında  20-dək
protokol imzalanmış və bu sənədlər ilk dövrlərdə dövlətlərimiz
arasında  qarşılıqlı əlaqələrin  qurulması  üçün  hüquqi-normativ
baza  olmuşdur.  Türkiyə  rəsmi  və  işgüzar  dairələrində  Azər-
baycana  münasibətdə  həmişə  xüsusi  yanaşma  mövcud  olmuş,
dövlət  və  hökumət,  həmçinin  digər  müxtəlif  səviyyəli  görüş-


__________Milli Kitabxana__________
80
lərdə  bu  münasibət  dəfələrlə  vurğulanmışdır.  Bu  baxımdan,
1997-ci  ilin  may  ayında  Azərbaycan – Türkiyə  dövlət  başçı-
larının  görüşündə  Türkiyə  prezidenti  Süleyman  Dəmirəlin  de-
diyi  sözləri  qeyd  etmək  yerinə  düşərdi:  “Azərbaycanın  müstə-
qilliyini  biz  öz  müstəqilliyimiz  qədər  qiymətləndirir,  onun
səylərinə  mümkün  olan  bütün  köməyi  göstərməyi  özümüzə
borc bilir və bundan şərəf duyuruq” (103, s. 22-27).
Bir  sıra  tarixçilər,  siyasətçilər,  politoloqlar  Azərbaycanın
Türkiyə  üçün  müsəlman-türk  dünyasının  “giriş  qapısı”,
Türkiyənin öz növbəsində Azərbaycan üçün Avropa “qapıları-
nın açarı” olduğu haqda fikirlər də irəli sürürlər. Müəyyən za-
man  kəsiyində  bu  fikirlərlə  bəlkə  də  razılaşmaq  olardı.  Lakin
hazırki  dövrdə  vəziyyət  bir  qədər  dəyişmişdir.  Belə  ki,  hətta
bəzi  Avropa  tədqiqatçıları  da  bu  fikrin  yanlış  və  müəyyən
məqamlarda  Azərbaycanın  Avropaya  inteqrasiyasını  bir  qədər
də  ləngidən,  əngəlləyən  bir  fikir  olduğunu  bildirirlər.  Onlarla
razılaşırıq və belə hesab edirik ki, Azərbaycan – Avropa əlaqə-
ləri vasitəçilərsiz, birbaşa qurularsa daha uğurlu olar. Və hətta,
yeri gəldikcə Azərbaycan dövləti Türkiyənin Avropaya inteqra-
siyasında ona  yardımçı ola bilər. Bunu Avropa Birliyi – Azər-
baycan, Avropa Birliyi – Türkiyə münasibətləri bir daha təsdiq
edir. Azərbaycanın Türkiyə üçün müsəlman-türk dünyası üçün
“giriş qapısı” ola biləcəyi fikrinə gəlincə isə, qeyd etmək istər-
dik  ki,  Azərbaycanın  Mərkəzi  Asiyanın  türk  dövlətləri  ilə  əla-
qələrini nəzərdən keçirərkən aydın olur ki, bu dövlətlərin Azər-
baycanla əlaqələri  özü  hələ  istənilən  səviyyədə  qurulmayıb.
Türkiyə ilə əlaqələr isə birbaşa qurulur və bu əlaqələrin səviy-
yəsi  də  bir  o  qədər  qənaətbəxş  hesab  oluna  bilməz.  Dövlətlə-
rimiz  daha  çox  beynəlxalq  və  regional  iqtisadi  layihələrin
hazırlanıb  həyata  keçirilməsində bərabər  tərəflər  kimi  iştirak
edirlər.  Lakin  bütün  bunlara  baxmayaraq,  Azərbaycan  və  Tür-
kiyənin əlverişli geosiyasi və geostrateji mövqeləri ölkələrimizi
yalnız  bir-biri  üçün  deyil,  ümumən  dünya  üçün  mühüm
məkana çevirmişdir. Bu isə öz növbəsində, qloballaşma, inteq-


__________Milli Kitabxana__________
81
rasiya proseslərinin xüsusi əhəmiyyət kəsb etdiyi müasir dövr-
də  dövlətlərimizə  öz  gələcəklərini  tarixi  həqiqətlər  və  ümumi
mədəni dəyərlər üzərində qurmaları üçün əlverişli zəmin yarat-
mışdır. Azərbaycan – Türkiyə əməkdaşlığı və tərəfdaşlığı məhz
göstərilən  amillərin təsiri altında qısa, lakin zəngin tarixi inki-
şaf  yolu  keçərək  bu  gün  artıq  strateji  müttəfiqlik  müstəvisinə
keçmişdir (103, s. 28-29).
Türkiyənin  Azərbaycanın  müstəqilliyini  tanımasından dər-
hal  sonra, ABŞ dövləti  Türkiyəyə bir qədər tələsməməyi məs-
ləhət  gördü,  belə  ki,  dünyanın  digər  fövqəl  dövləti  olan  Sovet
İttifaqının  mövcudluğu  şəraitində  Türkiyənin  tələskənliyi  dün-
yada  gərginliyin  artması  ilə  nəticələnə  bilərdi.  Buna  cavab
olaraq 1991-ci il noyabr ayının 11-də Türkiyə Respublikasının
Xarici İşlər naziri Səfa Gəray bəyanatla çıxış etdi və bildirdi ki,
Sovet  İttifaqının əsaslı  dəyişikliklər  yoluna  qədəm  qoyması
bütün  dünyada  olduğu  kimi,  Türkiyə – Sovet  münasibətlərinə
də  müsbət  təsir  göstərmişdir.  Türkiyə  öz  qonşusu  ilə  dostluğa
və səmərəli əməkdaşlığa həmişə böyük əhəmiyyət vermişdir və
indi  də  onunla  münasibətləri  qarşılıqlı  hörmət  əsasında  qurur.
Hazırda Türkiyə Respublikası yeni türk dövlətlərinin müstəqil-
liklərini  tanımaq  məsələsini  özünün  SSRİ-yə  münasibətdə
ümumi siyasəti çərçivəsində müzakirə edir. Azərbaycanın istiq-
laliyyətini  tanımaq  haqqında  Türkiyə  hökumətinin  qərarı  isə
türk  xalqının  iradəsini  ifadə  edir  (12  noyabr  1991).  Elə  həmin
gün Türkiyə respublikasının Bakıdakı Baş konsulu Altan Kara-
manoğlu  Azərbaycan  Respublikasının  istiqlaliyyətinin  tanın-
ması  haqqında  Türkiyə  Xarici İşlər  Naziri  Səfa  Gərayın  bəya-
natını  Türkiyə  Rüesublikası  hökuməti  adından  Azərbaycan
Respublikasının Prezidentinə təqdim etdi (103, s. 30-31).
1991-ci  ilin  dekabrında  Azərbaycan  Xarici İşlər  Nazirliyi
rəsmən  məlumatlandırılmışdı  ki,  Türkiyə  Respublikasının  hö-
kuməti ilə Türkiyə Respublikasının Bakı şəhərindəki Baş kon-
sulluğunu  Azərbaycanda  Türkiyə  Respublikasının  səfirliyinə
çevirməyi  qərara  almışdır.  1991-ci  ilin  dekabrında  Türkiyənin


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə