__________Milli Kitabxana__________
82
Baş naziri Süleyman Dəmirəl ölkənin parlamentində çıxışında
bildirmişdi ki, Sovet İttifaqının dağılması və Avropadakı dəyi-
şikliklər şəraitində türk və müsəlman sovet respublikaları ilə
əməkdaşlıq zəruridir. Belə ki, “1992-ci il ərəfəsində Türkiyənin
qarşısında əsasən Mərkəzi Asiya və Qafqaz istiqamətində
geniş, öz əhəmiyyətinə görə böyük perspektivlər açılır. Türkiyə
üçün faydalı olardı ki, dövlətimiz, hökumətimiz, parlamentimiz
və işgüzar dairələrimiz həmin respublikalara xüsusi fikir
versinlər, onlarla yaranan mehriban münasibətlərin bünövrəsini
təşkil edən əsas dəyərləri nəzərə alsınlar və çalışsınlar ki, gələ-
cəkdə bizim barəmizdə belə sözlər deyilməsin: “Bu böyük
qardaşımız da bizi məyus etdi”. Ümimiyyətlə, türk sovet res-
publikaları ilə əlaqədar problem ölkənin ali qanunvericilik
orqanı olan Türkiyə Böyük Millət Məclisinin iclaslarında mü-
təmadi müzakirə olunurdu. Müzakirələrdə ölkədə “xarici türk-
lərin” işləri üzrə xüsusi nazirlik yaradılmasının, latın əlifbasına
keçməkdə türk xalqlarına yardım göstərilməsinin zəruriliyi
bildirilirdi (20 dekabr 1991)” (103, s. 32-33). 1992-ci il yanvar
ayının 14-də yenə ilk olaraq Türkiyə Azərbaycanla diplomatik
münasibərlərin bərpa edilməsi, Bakıda və Ankarada səfirliklər
səviyyəsində diplomatik nümayəndəliklər yaradılması haqqın-
da protokol imzaladı.
Özünün gələcək inkişaf modelini yaradan, Qafqazın, Asiya-
nın və Avropa sivilizasiyalarının ənənələrini özündə birləşdirən
orijinal mədəniyyətini qoruyub saxlayan, Şərq ilə Qərbin, Şi-
mal ilə Cənubun qovuşuğunda yerləşən Azərbaycan dövləti bu
modeli tarixi təcrübə və rüspublikanın geosiyasi vəziyyəti baxı-
mından müəyyən edir, dünya inkişafının indiki qanunauyğun-
luqlarını nəzərə almaqla, XX əsrin axırlarınadək bəşər
sivilizasiyasının hazırladığı fundamental prinsiplərə sadiq olan
demokratik, sülhsevər bir dövlətin, dünya birliyinin bərabərhü-
quqlu üzvünün modelini yaratmağa çalışır. Və dünya demokra-
tiyasının, mədəniyyətinin, inkişaf etmiş ölkələrin iqtisadiyya-
tının təcrübəsinin Azərbaycanda tətbiq olunması prosesində
__________Milli Kitabxana__________
83
xalqımızın həm dil, həm də mənəvi, tarixi, mədəni və siyasi
cəhətdən sıx tellərlə bağlı olduğu Türkiyənin əldə etdiyi nai-
liyyətlərdən yeri gəldikcə istifadə edilir, “Türkiyə modeli”nə
müraciət olunur.
Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra dövlət-
lərimiz arasında ilk rəsmi görüş 1992-ci ilin yanvar ayında
oldu. Həmin ilin yanvar ayının 23-27-də Azərbaycan Respub-
likasının Prezidenti Ayaz Mütəllibov Türkiyə Respublikasının
Prezidenti Turqut Özalın dəvəti ilə Türkiyəyə səfər etdi. Azər-
baycan Respublikası dövlətlərarası əlaqələr səviyyəsində res-
publika ilk dəfə müstəqil dövlət kimi çıxış edirdi (103, s. 37).
1992-ci il fevral ayının 28-də Türkiyə namayəndə heyəti
(Xarici İşlər naziri Hikmət Çətin, dövlət naziri Şərif Ercan,
Xalq təhsili naziri Köksal Toptan, TBMM-nin bir qrup nüma-
yəndəsi) Azərbaycanda olarkən müxtəlif fəaliyyət sahələrində
ikitərəfli əməkdaşlığın genişləndirilməsi ilə əlaqədar məsələlər
müzakirə olunmuş, xalq təhsili, mədəniyyət, beynəlxalq müna-
sibətlər sahəsində qarşılıqlı fəaliyyətin perspektivləri müəyyən
edilmiş, bir sıra dövlətlərarası sənədlərin imzalanması ilə əla-
qədar məsələlər müzakirə edilmiş, diplomatiya sahəsində təc-
rübə mübadiləsi haqqında razılıq əldə edilmişdir (29 fevral
1992). 1992-ci il mart ayının 24-də isə Türkiyənin Baş naziri
Süleyman Dəmirəl və Naxçıvan Muxtar Respublikasının Ali
Məclisinin sədri Heydər Əliyev Ankarada əməkdaşlıq haqqında
protokol imzaladılar. Türkiyə ilə Naxçıvan arasında iqtisadiy-
yat, təhsil, nəqliyyat və rabitə sahəsində münasibətlərin inkişafı
nəzərdə tutulur, Türkiyə Araz sərhəd çayı üzərində körpü sal-
maq barədə öhdəlik götürürdü (26 mart 1992) (103, s. 38-40).
1992-ci ilin may ayındaTürkiyənin Baş naziri Süleyman
Dəmirəl Azərbaycanda, 1992-ci ilin noyabr ayında Azərbaycan
Respublikasının Prezidenti Əbülfəz Elçibəy Ankarada, 1993-cü
ilin aprel ayında isə Türkiyə Respublikasının Prezidenti Turqut
Özal Azərbaycanda səfərdə oldular. Bu səfərlər zamanı Tür-
__________Milli Kitabxana__________
84
kiyə – Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsi
məqsədilə hökumətlərarası yeni sənədlər imzalandı.
Azərbaycanın xarici siyasət fəaliyyətindən bəhs edilən
mövcud tarixi-siyasi ədəbiyyatda 1992-ci ilin may ayından
1993-cü ilin iyun ayına qədər olan dövrdə birtərəfli qaydada,
beynəlxalq durumun obyektiv gerçəkliyi, dövlətin real vəziy-
yəti və mənafelərini tam nəzərə almayan xarici siyasət kursu
həyata keçirildiyi qeyd olunur, bu siyasətin məntiqi nəticəsi
kimi bir sıra dövlətlərlə münasibətlərdə əsassız gərginlik və
narazılıqlar yaranmasından, birtərəfli qaydada yalnız Türkiyə
ilə münasibətlərə üstünlük verilməsindən danışılır (103, s. 48).
1992-ci il may ayının 3-də Bakıda Türkiyə səfirliyinin
açılışı mərasimi oldu. Mərasimdə TC-nin Baş naziri S.Dəmirəl
iştirak edirdi. 1992-ci il avqust ayının 11-də Azərbaycan Res-
publikası Prezidentinin fərmanı ilə Məmməd Əliyev Türkiyə
Respublikasında Azərbaycan Respublikasının fövqəladə və sə-
lahiyyətli səfiri, Abbas Abdulla Hacaloğlu Türkiyə Respubli-
kasının İstanbul şəhərində Azərbaycan Respublikasının Baş
konsulu təyin olundular. 1992-ci il noyabr ayının 2-də Anka-
rada Azərbaycan səfirliyinin açılışı mərasimi oldu. Azərbaycan
Respublikasının Prezidenti Əbülfəz Elçibəy mərasimdə iştirak
edirdi. Türkiyə Respublikasının Prezidenti Turqut Özal çıxı-
şında Azərbaycanın Türkiyədə ilk səfirliyinin Mustafa Kamal
Atatürk tərəfindən açıldığını xatırlatdı. Türkiyə Azərbaycan
Respublikasının Xarici İşlər nazirliyinə öz problemlərini, yəni
kadr hazırlığı, səfirliklərin açılması və s. məsələləri həll etmək
üçün 15 mln. dollar yardım göstərməyi qərara almışdı (103,
s.74-75).
1992-ci ilin yanvar ayının 14-də Azərbaycan – Türkiyə
diplomatik əlaqələri yaradılmışdır. Həmin vaxtdan Türkiyənin
Azərbaycanda, 1992-ci ilin avqust ayından isə Azərbaycanın
Türkiyədə diplomatik missiyası fəaliyyətə başlamışdır. Dip-
lomatik münasibətlərin yaradılması iki ölkə arasında qarşılıqlı
əlaqələrin inkişafında geniş perspektivlər açdı. Artıq 1992-ci
Dostları ilə paylaş: |