__________Milli Kitabxana__________
89
dəstəklənməmiş halında kültür birliyinin təmin edilməsində çə-
tinliklər yaşanacağı da qaçınılmazdır. Maddi və mənəvi mədə-
niyyət dəyərlərimizin bir daha sarsılmamasını, sağlam təməl-
lərə oturmasını arzu ediriksə yayınlarla bağlı hər cür fəaliyyətin
təcili başladılması və sürətlə yürüdülməsi lazımdır (159, s.123).
Qardaş Türkiyə Cümhuriyyəti ilə bütün sahələrdə olduğu
kimi, elm, təhsil, mədəniyyət və ədəbiyyatla bağlı əlaqələrimiz
genişləndikcə, ötən yüzillikdəki 70 illik ayrılığın fəsadları daha
sürətlə ortadan qalxır, ölkələrimiz, xalqlarımız arasındakı mü-
nasibətlər inkişaf edir, qloballaşma dövründə Türk Dünyasının
yeri möhkəmlənir.
Azərbaycan – Türkiyə mədəni əlaqələri tarixində Heydər
Əliyevin müstəsna xidmətlərindən bəhs edən professor Erol
Oral yazır ki, Türkiyədəki müvcud qanuna uyğun olaraq hər
biri 4 il olmaq üzrə mümkün olan iki müddət ərzində (1992 –
2000-ci illərdə) Anadolu bölgəsinin 40 min tələbə kontin-
gentinə malik ən böyük təhsil ocaqlarından biri olan Ərzurum
Atatürk Universitetində rektor vəzifəsində çalışarkən Nax-
çıvanla daha yaxından tanış olmaq imkanı əldə etdim. Doğul-
duğum və xaricə gedənədək çalışdığım Ərzurum şəhəri Naxçı-
vanla həm qəlbən, həm də coğrafi baxımdan çox yaxın olduğu
üçün işlədiyim müddətdə zəngin ənənələrə sahib bu qədim
Azərbaycan diyarı ilə çox səmimi və işgüzar münasibətlərimiz
yarandı. Belə ki, Naxçıvan ziyalıları, xüsusilə də o zamankı
Naxçıvan Pedaqoji İnstitutunun müəllimləri, tez-tez bizim Uni-
versitetdə olur və müqavilə ilə Türkiyə üçün yüksək ixtisaslı
kadr hazırlığı işində yaxından iştirak edirdilər. Həm onlar, həm
də tez-tez Ərzurumdan Naxçıvana gedən əməkdaşlarım vasitə-
silə o zamankı Naxçıvanın həyatı ilə yaxından tanış olurdum.
Diqqətimi ən çox cəlb edən, məhz müsəlman olduğuna gö-
rə Sovet İttifaqında qarşısına çıxan çoxsaylı süni maneələri
özünün müstəsna qabiliyyəti sayəsində aşaraq dövlətin ən yük-
sək zirvəsinə – Sov. İKP MK-nın Siyasi Büro Üzvü və SSRİ
Nazirlər Sovetinin Birinci Müavini vəzifələrinə yüksəlmiş dün-
__________Milli Kitabxana__________
90
ya şöhrətli siyasətçi Heydər Əliyev cənablarının ən ağır və təh-
lükəli bir dövrdə Naxçıvan Muxtar Respublikasına rəhbərlik et-
məsi olmuşdur (17, s.9).
Azərbaycan Prezidenti Heydər Əliyev 1997-ci il 6 may tari-
xində Ankarada Türkiyə Quru Qoşunları Məktəbinə gələrək
Türkiyənin hərbi və mülki ali məktəblərində təhsil alan azər-
baycanlı tələbələrlə, Türkiyədəki Azərbaycan diasporunun nü-
mayəndələri ilə görüş keçirmiş və nitq söyləmişdir. Görüşdə
Türkiyə Polis Akademiyasının rəisi Hasan Yucasan Prezident
Heydər Əliyevə plaket təqdim etmişdir. Heydər Əliyev Türki-
yənin Bilkent Universitetinin əziz qonağı olmuşdur. Orada İh-
san Doğramacı Prezidenti Heydər Əliyevə Türkiyə – Azərbay-
can dostluğu vəqfinin fəxri sədri seçilməsi barədə diplom təq-
dim etmişdir. Sonra həmyerlimiz Toğrul Qəniyevin dirijorluq
etdiyi Bilkənd Universiteti Akademik Orkestrinin konserti ol-
muşdur. Konsertdə Üzeyir Hacıbəyovun, Qara Qarayevin,
Vivaldinin əsərləri səslənmişdir (17, s.95-96). Heydər Əliyev
Ankaradakı iqamətgahında Türkiyənin tanınmış jurnalistləri ilə
görüşmüşdür. Görüşdə “Cumhuriyet”, “Hürriyet”, “Sabah”,
“Milliyet”, “Turkish Daily News”, “Zaman”, “Günaydın”,
“Türkiye”, “Radikal” qəzetlərinin və digər mətbuat orqanla-
rının nümayəndələri iştirak etmişlər. Azərbaycanda türk təhsil
ocaqlarının fəaliyyətinə toxunan Azərbaycan Prezidenti demiş-
dir: “Mən həmişə buna dəstək vermişəm və bu gün də dəstək
verirəm. Mən güman edirəm ki, bunlar Azərbaycan – Türkiyə
dostluğunun və əməkdaşlığının inkişaf etməsinə kömək edə-
cəkdir”. Azərbaycan Prezidenti Ankaradakı iqamətgahında
Türkiyənən “NTV” televiziyasına müsahibə vermiş və Türkiyə
Dövlət Opera və Balet teatrında olmuşdur (17, s.97). Daha son-
ra Heydər Əliyev, ona fəxri doktor adı verilməsi münasibətilə
keçirilən mərasimdə iştirak etmək üçün hava limanından
birbaşa İzmirin “9 Eylül” Universitetinə gəlmişdir. “9 Eylül”
Universitetinin rektoru Fethi İdiman salondakıların gurultulu
alqışları altında universitetin fəxri doktoru mantiyasını və me-
__________Milli Kitabxana__________
91
dalını Azərbaycan Prezidenti Heydər Əliyevə təqdim etmişdir.
Heydər Əliyev mərasimdə nitq söyləmişdir. O, Türkiyədə rəs-
mi səfərdə olarkən İzmirdə yaşayan və burada təhsil alan soy-
daşlarımızla görüşmüşdür. Dəbdəbəli “Prinses” otelində keçi-
rilən bu görüş münasibətilə azərbaycanlı rəssamların, tələbələ-
rin, habelə digər türkdilli ölkələrin gənclərinin fəaliyyətindən
bəhs edən sərgi təşkil edilmişdir. Respublikamızın rəhbəri sərgi
ilə tanış olmuşdur. Azərbaycan Prezidenti və respublikamızın
nümayəndə heyətinin üzvləri İzmirdə “Bakı” parkının açılış
mərasimində iştirak etmişlər. Mərasimdə Heydər Əliyev çıxış
etmişdir. İzmirin mənzərəli guşəsində, Ege dənizi sahilində
“Heydər Əliyev Bulvarı”nın açılış mərasimi olmuşdur. Məra-
simə toplaşanlar Azərbaycan dövlətinin başçısını hərarətlə,
alqışlarla qarşılamışlar. Prezident Heydər Əliyev bulvarın açılı-
şını bildirən lenti kəsmişdir (17, s.98).
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ona
fəxri doktor adı verilməsi münasibətilə keçirilən təntənəli mə-
rasimdə iştirak etmək üçün 8 may 1997-ci ildə ölkənin böyük
təhsil ocaqlarından biri olan İstanbulun Fatih Universitetinə
gəlmişdir. Universitetin professor və müəllim heyəti, tələbələr
dövlət başçısını hərarətlə, gül-çiçək dəstələri ilə qarşılamışlar.
Universitetin rektoru Ergün Yener Prezident Heydər Əliyevi
səmimiyyətlə salamladıqdan sonra mərasimdə Türkiyənin Döv-
lət Naziri Namik Kamal Zeybək çıxış etmişdir. Sonra Fatih
Universitetinin rektoru Ergün Yener salondakıların gurultulu
alqışları altında Heydər Əliyevə Fatih Universitetinin fəxri
doktoru mantiyasını və diplomunu təqdim etmişdir. Heydər
Əliyev mərasimdə geniş nitq söyləmişdir. O, nitqində bunları
xüsusilə vurğulamışdır: “Universitet və onunla bağlı olan vəqf
türk dünyasında türk xalqının, türk tarixini, milli ənənələrini,
keçdiyi yolu təbliğ etməkdə və türk dilini, təhsilini, tədrisini
qurmaqda, yaratmaqda türk cümhuriyyətlərində yeni-yeni təd-
ris ocaqları – universitetlər, kolleclər, liseylər açmaqda çox bö-
yük xidmətlər göstərir. Bu tək bir universitet deyil, onun çox
Dostları ilə paylaş: |