80
mizdə çox böyük, çox yüksək, hündür mənasını da ifadə edir: göyün yeddi qatı
(mərtəbəsi), göy boyda dağ… Yuxarıdakı onomastik vahidlərin tərkibindəki -cə isə
qoşmadır. Deməli, Gögcə dağ «çox hündür dağ», Gögcə dəŋiz isə «çox böyük
dəniz (göl)» mənasındadır. Oğuzun oğullarından dördüncüsünün adının səma
anlamlı «Gög» olması da dediklərimizi təsdiqləyir: «Altı oğuldan ən böyüyünün
adı Gün idi, yəni Günəş, ikincisinin adı Ay, yəni ay (mah), üçüncüsünün adı
Yulduz, yəni ulduz (setarə), dördüncüsünün adı Gög, yəni göy (səma), beşincisinin
adı Taq-yəni dağ (kuh) və altıncısının adı Dəniz, yəni dəniz (dərya idi)».
‡‡‡‡
Başqa faktlara diqqət yetirək: M.Seyidov səma anlamlı «Göy» sözünün
ilkinliyini xüsusi olaraq vurğulayır: «Türkdilli xalqlarda Göy – tanqrı sayılırmış.
Hər şey onun iradəsinə tabe imiş. Buna görə də tanrı-Göy sonralar tanqrı – allah
anlamını da almışdır. Bəllidir ki, tanqrı ilkin göy – səma demək imiş».
§§§§
R.Qafarlı «Kitab»da işlənmiş «Qazan gög alan çəmənə çadır dikdirdi»
cümləsindəki «gög» sözünü mifik dünya modeli baxımından izah edir: «…burada
qurulan çadır göylə əlaqələndirilir. Məhz qam inamında göstərilir ki, dünyanın
bütövlüyünə qarşı yönələn təhlükələr aradan qaldırılanda el Göy Tanrının şərəfinə
göy altında mifik dünya modelini simvollaşdıran göy rəngli, başı göyə çatan çadır
qurmalıdır;»
*****
H.Məmmədli «Gögcə tağ» oroniminə təkcə «Kitab»ın coğrafi
koordinatları yox, həm də müasir türk toponimikası kontekstində yanaşaraq maraq-
lı mülahizələr irəli sürür: «Gögcə dağ, Cızıqlar, Ala dağ bir-birinə yaxındır. Vaxtilə
bu ərazidə yaşayan aborigen azərbaycanlılar arasında bu dağ Göy dağ, həm də
Göydağlar adlanmışdır. Göy dağ Çıldır gölünün şərqindədir. Axalkələk
ərazisindəki Mingöllər sıra dağlarına aiddir. Otlaqlarla zəngin, göz oxşayan, gözəl
yaylası var»
†††††
(haşiyə: burada adı çəkilən dağlar qorqudşünas Hüseynqulu
Məmmədlinin hər daşına, gülünə, çiçəyinə bələd olduğu, qarış-qarış gəzdiyi, buz
bulaqlarından doyunca su içdiyi, başı dumanlı-çiskinli, qarlı dağlardır); S.Vurğun
«Göyəzən» oronimini məhz səma anlamlı «göy» sözü ilə müqayisəli şəkildə
təqdim edir: Göylərə baş çəkir Göyəzən dağı…; Nəhayət, «Gögcə» oronimini
«Kitab»dakı «Yarpağlu gökçə çəmən güzə qalmaz» atalar sözünün tərkibindəki
«gökçə» sözü deyil, «Gög alaŋ görklü çəmənə çadır tikdi» cümləsindəki böyük,
hündür anlamlı «gög alaŋ» vahidi kontekstində araşdırmaq lazımdır. Əslində,
burada geniş bir araşdırmaya da ehtiyac yoxdur. Sadəcə olaraq, Qazan xan və
təhkiyəçinin dilindən verilmiş parçaları qarşılaşdırmaq lazımdır. Qazan obrazının
dilində: «Kafər sərhəddinə Cızığlara, Ağlağana, Gögcə tağa aluban çıqayın…»;
Təhkiyəçinin dilində: «Av avladı, quş quşladı. Sığın – keyik yıqdı. Gög alaŋ görklü
çəmənə çadır tikdi» (bu cümlələr eyni sintaktik bütövdən götürülmüşdür). Bu isə o
deməkdir ki, təhkiyəçi «gög alaŋ görklü çəmən» (böyük gözəl çəmən) deməklə
‡‡‡‡
Ф.Ряшидяддин. Оьузнамя. Бакы, 1992, с.25.
15
М.Сейидов. Азярбайъан халгынын сойкюкцнц дцшцняркян. Бакы, 1989, с.163-164.
*****
Р.Гафарлы. Азярбайъан тцркляринин мифолоэийасы. Бакы, ДДА, 2010, с.30.
†††††
Щ.Мяммядли. Дядям Горгуд эязян йерди бу йерляр. Бакы, 1999, с.193.
81
birbaşa «Gögcə» dağına işarə edir. Bu qeydlər belə bir həqiqəti də söyləməyə im-
kan verir: Gögcə tağ və Gögcə dəŋiz vahidlərinin semantika baxımından eyni xətdə
birləşməsi «Kitab»da dağ və su kultlarının birlikdə təzahür etdiyini göstərir.
Yazılı və şifahi ədəbiyyatımızda Göyçə dağı və Göyçə gölü adlarına çox rast
gəlinir ki, bu da, heç şübhəsiz, mətnin poetik siqlətini qüvvətləndirməyə xidmət
edir. Burada bir bayatını xatırlatmaqla kifayətlənirik:
Tər çiçək Göyçə eli,
Güzgüsü Göyçə gölü,
Ələsgər yaradıbdı,
Sazında «Göyçə gülü».
Günortac. Basat obrazının dilində müşahidə olunur: «Qalarda-qoparda
yerim Günortac!» A.Hacıyev «Günortac»la bağlı V.V.Bartold, A.N.Kononov,
H.Araslı, M.Cahangirov kimi alimlərin fikirlərini saf-çürük etdikdən sonra
M.Kaşğarinin «Divan»ında işlənmiş günəş görməyən anlamlı «kuz dağ» (quzey
dağ) birləşməsinin leksik-semantik yükünə əsaslanaraq yazır: «Kuz dağ «quzey
dağ anlamını verdiyi kimi «Gün Ortac»da «Güney Ortac», yəni Şərq Ortac
anlamını verir. Bu mülahizə həm də Basatın Boz oqlardan olması və öz növbəsində
Boz oqların Ulu Oğuz yurdu Ortağın sağ yönümündə, yəni güney, günçıxan
tərəfində yaşamaları ilə bağlı tarixi həqiqətlərə uyğun gəlir. «Ortac» sözünə gəlincə
isə o, qeyd etdiyimiz kimi, qədim Oğuz yurdu «Ortaq» adının fonetik dəyişikliyə
uğramış variantıdır… «Ortac» yer adı «uca dağ» deməkdir. Həmin toponimin
sonralar «Ulu dağ» adlandırılması bu mülahizənin düzgünlüyünə yetərincə əsas
verir».
‡‡‡‡‡
S.Rzasoy Oğuz mifoloji görüşləri ilə bağlı mənbələrə istinad edərək
maraqlı mülahizələr söyləyir: «…Kosmosu təmsil edən Basatın Oğuz kosmik
dünya modelindəki yeri kosmik zirvə – Günəşin zenit vəziyyətində durduğu mə-
qamdır. Bu halda Təpəgözün yeri ona tərs proyeksiyada dayanan xaosdadır. Basat
Günəşi, gündüzü, Təpəgöz gecəni simvollaşdırır. Təpəgözün gözü onun bir gecə
olaraq udduğu Günəşdir. Basat onun gözünü çıxarmaqla Günəşi azad edir…».
§§§§§
Deməli, A.Hacıyev «Günortac»ı Oğuzların yaşadığı yer-yurd mənasında, S.Rzasoy
isə Oğuz mifoloji düşüncə sistemi müstəvisində təhlil süzgəcindən keçirir. Hər iki
izah mətnin semantik yükünə əsaslanılmaqla verildiyi, həm də tutarlı arqumentlər
gətirildiyi üçün elmi və inandırıcıdır.
«Kitab»da «Günortac» sözü ilə səsləşən «Ortac qır» yer adına da təsadüf
olunur:
Ağ qayanıŋ qaplanınıŋ erkəgində bir köküm var, Ortac qırda siziŋ
keyikləriŋüz turğurmıya.
A.Hacıyev «Ortac qır» barədə yazır: «Qır sözünün qədim «təpə» mənasına
istinad edərək bu birləşməni «Ortac təpə» kimi anlamaq olar».
******
Fikrimizcə,
‡‡‡‡‡
А.Щаъыйев. «Дядя Горгуд китабы»: охунушлар, ачымлар. Бакы, 2007, с.178-179.
§§§§§
С.Рзасой. Оьуз мифи вя Оьузнамя епосу. Бакы, 2007, с.138-139.
******
А.Щаъыйев. «Дядя Горгуд китабы»: охунушлар, ачымлар. Бакы, 2007, с.
Dostları ilə paylaş: |