77
düşünmək mümkündür»;
**
F.Bayat mənbələrə istinadən yazır: «Tanrı sözünü hun
sözü «çenli» ilə, əski türk sözü «tonq» (dan) ilə paralel öyrənənlər də var. Çox
qədim zamanlarda bu leksik vahiddə yer və göy anlamları da cəmləşmişdi.
Kaşqarlı dövründə isə böyük olan hər şeyə müsəlman olmayan türklər tenri
deyirmişlər (məs. dağa, ağaca və s.).
††
Tərkibində «ta» hissəciyinin derivatları
müşahidə olunan və leksik-semantik tutumunda böyüklük, yer-məkan anlamını
yaşadan leksemlərin əhatə dairəsi çox genişdir: tau-tağ-dağ, təpə, tala, taluy-dəniz,
dərə, dəyə, dör (otağın yuxarı başı)… Maraqlıdır ki, yunan mənşəli «toponim»
termininin ilk hissəsi də (topos-to) «yer» mənasını ifadə edir. Yeri gəlmişkən,
müqayisə və qarşılaşdırmalar bir sıra qrammatik şəkilçilərin yer-məkan anlamlı
«ta» morfemi əsasında yarandığını ehtimal etməyə imkan verir: ismin yerlik hal
şəkilçisi -da, -də (arxetipi -ta), çıxışlıq hal şəkilçisi -dan, -dən (arxetipi -ta, -da, -dan, -
dın, -din, -tın). Bu sistemə müasir uyğur dilində -ta, -tə formasında işlənən yerlik hal
şəkilçisini də daxil etmək olar. Deməli, bu şəkilçilərin hər biri fonetik tərkib və
funksiya baxımından yer-məkan anlamlı «ta» morfemi ilə birbaşa bağlanır.
‡‡
Yuxarıdakı qeydlər «Kitab»da intensivliyi ilə fərqlənən «tağ» (dağ)
sözünün, eyni zamanda dağ adlarının leksik-semantik yükünü dəqiqləşdirməyə
müəyyən qədər kömək edə bilər.
«Kitab»da müşahidə olunan dağ adlarının ümumi mənzərəsini belə
səciyyələndirmək olar: Oğuz cəmiyyətinin coğrafi koordinatlarını əks etdirir
(Ağlağan, Qara tağ…); türk poetik təfəkküründən süzülüb gələn ən nadir incilər
kimi görünür (Qazlıq tağ, Ağlağan, Günortac…); mətnlərdə həlledici fiqurlardan
biri kimi, daha dəqiqi, bir obraz kimi çıxış edir ki, bu da mətnin poetik siqlətini
qüvvətləndirir (Qazlıq tağ, Qara tağ…); bu adların bir qismində simvollaşmış dağ
kultu daşlaşmış vəziyyətdədir (Qazlıq tağ, Gögcə tağ…);
bəziləri real təbiət hadisə-
lərini əks etdirən metaforikləşmiş adlardır (Ağlagan); bir qismi müasir Azərbaycan
toponimikasında eynilə mühafizə olunur (Qaracuq – Qarabağ, Naxçıvan; Ağlağan
– İrəvan quberniyasında dağ. Təəssüf ki, XX əsrin 30-cu illərində erməni
daşnakları «Ağlağan» adını fərmanla dəyişdirərək «Urasar» şəklində
rəsmiləşdirmişlər); arxaikləşmiş bəzi dağ adlarının müasir toponimikamızda başqa
adlarla işləndiyi ehtimal edilir: (Qazlıq tağ – Qafqaz, Qara tağ – Böyük Qafqaz sıra
dağları…); bu adların əksəriyyəti türk mənşəli sözlər əsasında yaranmışdır; dağ
adlarındakı apelyativlərin bəzisi müasir ədəbi dilimiz üçün arxaizmdir (qır-Ortac
qır, Arqıç qır; qaz – Qazlıq dağ…)… Bu mənada «Kitab»dakı dağ adlarının hər
birini ayrılıqda nəzərdən keçirmək lazım gəlir:
Ağlağan. Bu oronim «Kitab»ın IV boyunda işlənmişdir: «Kafər sərhəddinə
Cızığlara, Ağlağana, Gökcə tağa aluban çıqayın». O.Ş.Gökyay mənbələrə istinad
edərək yazır: «Bu günkü adları ilə Ağbaba-Loru-Pəmbək (Qara-Kilsə) kimi üç
**
Р.Ялизадя. Азярбайъан фолклорунда тябият култлары. Бакы, 2008, с.32.
††
Ф.Байат. Оьуз епик яняняси вя «Оьуз Каьан» дастаны. Бакы, 1993, с.147.
‡‡
Язизхан Танрыверди. Дилимиз, мянявиййатымыз. Бакы, 2008, с.72.