67
azərbaycanlıların onlara kömək edəcəklərinə də ümid edir və Bakıdan gələn
nümayəndə heyətinin əlifba səyahətinin məqsədini alqışlayır: “Rusiyada yaşayan
türk-tatar xalqları arasında yeni bir mədəniyyət mərkəzi lazımdır. Belə bir mərkəzə
namizəd ola biləcək ancaq Bakıdır. Bakıdan başlamış yeni əlifba məsələsinə bütün
Krım xalqı və gəncliyinin yardım etməsini ümid üdirəm. Qomision (komissiya –
R.B) təşkil etmək də müvafiqdir. Sizin hər xüsusda bizə yardım edəcəyinizə
əminiz. Biz sizin fikrinizi salamlayırız” (4,21).
B.Çobanzadə Bakıya gəlib Yeni Türk Əlifba komitəsinin elmi şurasına
rəhbərlik etməyə başlayandan sonra köhnə əlifbanın türk dillərinə yaramadığını və
latın əlifbasının üstünlüklərini əks etdirən bir sıra məqalələr yazmışdır. Bununla
yanaşı, elmi konfranslarda məruzələr edərək, türk xalqlarının həyatında mövcud
olan elmi-mədəni problemlərin, xüsusilə də əlifba probleminin həll edilməsi ilə
bağlı ümumittifaq miqyaslı bir qurultayın çağırılması təşəbbüsünü də irəli
sürmüşdür.
1924-1925-ci illərdə Türkoloji qurultaya hazırlıq işləri gedirdi ki, belə
hazırlıq işlərini həyata keçirənlərin öncüllərindən biri və birincisi B.Çobanzadə idi.
Buna uyğun olaraq qurultayqabağı onun təşəbbüsü və rəhbərliyi altında qurultayda
müzakirəyə çıxarılacaq latın qrafikalı əlifba əsasında yeni bir əlifba layihəsi də
hazırlanmışdır. 1926-cı ilin 26 fevral – 6 mart tarixində keçirilən Türkoloji
qurultayda B.Çobanzadə rəyasət heyətinin üzvü seçilmişdir. Orada bir neçə məsələ
ilə bağlı məruzələrlə də çıxış etmişdir. Lakin təəssüflə qeyd edək ki,
B.Çobanzadənin qurultayda çıxış etdiyi məruzələrindən təkcə əlifba məsələsi ilə
bağlı məruzəsinə qurultayın stenoqram materiallarında rast gəlmirik. Həmin
stenoqramda, sadəcə bu sözlər yazılıb: “Prof. Çobanzadənin çıxışından sonra söz
yoldaş Baxarova verilir” (5, 262). Yəni onun çıxışı haqqında orada heç bir
məlumat əksini tapmayıb. B.Çobanzadənin çıxışının nə məqsədlə stenoqrama
salınmaması sonrakı illərdə - 1937-1938-ci illər repressiyasında onun günahsız
mühakimə edilərək güllələnməsi faktı ilə aydınlaşır. B.Çobanzadənin əlifba ilə
bağlı məruzəsi rəsmi olaraq qurultayın materiallarında verilməsə də, onun ayrı-ayrı
illərdə yazdığı məqalələrindən əlifba ilə bağlı mövqeyini aydın görə bilirik. Belə
ki, B.Çobanzadə əlifba ilə bağlı yazdığı məqalələrində əlifba məsələsinə müxtəlif
prizmalardan yanaşaraq ərəb və latın əlifbasının türk dillərinə nə dərəcədə uyğun
gəlib-gəlməməsi barədə dürüst elmi izahatlar vermişdir. Onun belə məqalələrindən
“Yeni əlifba və türk dili” (1927), “Türkoloji qurultayın müəllimlər üçün
əhəmiyyəti” (1926), “Yeni əlifba cəbhəsində qarşımızda duran elmi vəzifələr”
(1927) və s. adlı yazılarını göstərmək olar.
Onu da deyək ki, həmin dövrdə əlifba məsələsi ilə bağlı türk dünyasında, ən
əsası da Azərbaycanda iki cəbhə mövcud idi: latınçılar, islahatçı - ərəbistlər.
B.Çobanzadə latınçı olaraq həm türk xalqlarının hamısını əhatə edən birləşmiş
(unifikasiya edilmiş) əlifba layihəsi hazırlayırdı, həm də adı çəkilən məqalələrini
yazmaqla islahatçı - ərəbistlərə tutarlı cavab da verirdi. B.Çobanzadə “Yeni əlifba
və türk dili” (1927) adlı məqaləsində ərəb əlifbasının çatışmazlığını, türk dillərinin
68
fonetik sisteminə yaramazlığını və latın əlifbasının üstün cəhətlərini belə izah edir:
“Ərəbləşmənin və farslaşmanın, təkrar ediriz, dilimizin orta əsrlərə doğru
qayıtmasının qarşısına keçmək üçün olduqca ciddi və yaradıcı bir tədbir lazımdı.
Bu tədbir də dilimizi, türkcəni hər şeydən əvvəl bütün xüsusiyyətləri ilə təsbit edə
biləcək bir yazı sistemi ola bilərdi. Bunun üçün də uzun zamanlardan bəri duyulan
bu ehtiyacı təsviyə edə biləcək, bu tədbiri təmsil edə biləcək çıxış olaraq ərəb
əlifbasının dilimizə uydurularaq islahı, yaxud tamamilə yeni bir yazı sisteminin
meydana gətirilməsi məsələləri ortaya sürüldü və beş-altı illik münaqişə və
münaziələrdən sonra Şuralar İttifaqı içində yaşayan türk-tatar xalqları tərəfindən
dilimiz üçün ərəb əlifbasına görə tamamilə yeni bir yazı sistemi olan latın əlifbası
əsasında tərtib olunmuş “yeni türk əlifbası” qəbul edildi. Bu vəqənin bir neçə
cəhətlərdən dərin tarixi mənada əhəmiyyəti vardır:
1. Dilimiz ərəb-fars dillərilə olan alış-verişini bitirmiş olur.
Oxucu bu nöqtəni oxuyaraq şübhəyə düşə bilər, çünki bu gün daha yeni
əlifba bütün mətbuat və nəşriyyatımızı qaplayıb, ərəb əlifbasını tamamilə
meydandan sürümədiyindən yeni əlifbadan gözlədiyimiz və gözləyə biləcəyimiz bu
təsir və nəticə özünü göstərə bilmir.
Məmləkətimizdə yalnız yeni əlifba qullanılan, işlədilən dövrəyə çatsaq,
yuxarıda göstərdiyimiz nəticəni pək tez əldə edə biləcəyiz.
2. İndiyə qədər ən adi təzahürlərinə qədər, “müqəddəs” olaraq tanınmış olan
ərəb əlifbası yerinə, tamamilə dünyəvi və iş bitirməkdən başqa məziyyəti olmayan
əməli bir yazı sisteminin qəbul edilməsi əski Şərq zehniyyətinin baltalanması
yolunda atılan böyük və əhəmiyyətli addımlardan birisidir” (3, 283-284).
B.Çobanzadə “Türkoloji qurultayın müəllimlər üçün əhəmiyyəti” adlı
məqaləsində də əlifba məsələsinə toxunmuş və burada əlifba məsələsini türk-tatar
aləmində münaqişə və müzakirələrə səbəb olan xəstəlik adlandırmışdır. Qurultayda
ərəb hərflərinin nə özünün, nə də islah olunmuş formasının türk dillərinə
yaramadığını elmi əsaslarla latınçıların izahından sonra ərəbist kimi qurultaya
gələnlərin fikrlərini dəyişməsini və latın əlifbasının bütün şəkli xüsusiyyətləri ilə
türk xalqlarının dilinə uyğunluğunu göstərirdi. O, həmin məqalədə yazır: “Əlifba
məsələsi çox illərdən bəri türk-tatar aləmində bir çox münaqişə və müzakirələrə
ana olan xəstəliklərimizdən birisi idi. Qurultay, bütün başqa məsələlərdə olduğu
kimi, burada da əsas olaraq türk dilinin təbiət və mahiyyətini almış və bu nöqteyi-
nəzərdən yürüdülən uzundan-uzun, müfəssəldən-müfəssəl münaqişə və çıxışlar nə
əski, nə də islah olunmuş ərəb hərflərinin türk dilinə yaramadığını bütün qurultaya
göstərmiş və bu surətlə ərəb əlifbası tərəfdarı olub gələnlərdən bir çoxu da latın
əsasını qəbul etmək cəhətinə rəy vermişlərdir. Türk dillərinin bütün səslərini qeyd
və bütün şəkli xüsusiyyətlərini işarət edə biləcək bir əlifba varsa, o da, heç
şübhəsiz, latın əsasında yapılacaq ümumi türk əlifbasıdır” (3, 202).
1926-cı ildə keçirilən I Bakı Türkoloji qurultayında latın əlifbasının xeyrinə
qətnamə qəbul edilmişdir (bax: 5, 289-290). Bu qətnamədən sonra təkcə
Azərbaycanda deyil, bütün türk-tatar respublikalarında latın əlifbasının tətbiq
Dostları ilə paylaş: |