Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə18/80
tarix16.11.2017
ölçüsü4,58 Kb.
#10688
1   ...   14   15   16   17   18   19   20   21   ...   80

verən söz alınar? C) “İki təpə arasında uzun dərin çökəklik” mənasını verən söz alınar?
Bir neçə buna oxşar sual verilir. Uşaqlar dərk etməlidirlər ki, bir hərfi dəyişməklə sözün
mənası dəyişə bilir.
Tətbiqetmə._İş_dəftərinin'>Nəticə:
Sözləri düzgün sıralamaq üçün hərflərin əlifba ardıcıllığını bilmək lazımdır.
Tətbiqetmə.
İş dəftərinin 16-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
DİL QAYDALARI
Motivasiya.
Sual– Hər hansı bir sözün düzgün yazılışını və ya mənasını bilmədikdə nə
etmək lazımdır? 
Tapşırıq 4. Mətndə “kitab” sözünün yazılışındakı səhv müəyyən edilir, bu sözün tələffüz
qaydalarına uyğun yazıldığı bildirilir. 
Tədqiqat sualı:
– Lüğətdə on minlərlə söz olur. Bəs sizə lazım olan sözü bu qədər sözün
arasından necə tapmaq olar?
Tədqiqatın aparılması.
Qruplarla iş. Qruplara lüğətlər paylanır, müəyyən sözlərin
düzgün yazılışını və ya mənasını tapmaq tələb olunur. Lövhədən şəkillər asılır. 
Sual: – Şəkildəki sözlərin mənasını bilirsinizmi? Həmin sözləri lüğətdə tapıb izahını oxuyun. 
Məlumat mübadiləsi və müzakirənin təşkili. 
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. Dərslikdən nəzəri hissə oxunur. 5-8-ci tapşırıqlar yerinə yetirilir.
İş dəftərinin 17 səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Nəticə:
Lüğətdən istifadə etmək üçün hərflərin əlifba sırasını yaxşı bilmək lazımdır.
Tətbiqetmə.
Dil qaydaları. İmla mətni:
Yazı.
Hüsnxət. “C” hərfi. İş dəftəri, səh. 18.
Ev tapşırığı:
– Otağınızdakı əşyaların adını əlifba sırası ilə yazın.
Qiymətləndirmə.
Təqdimata əsasən aparılır.  
Dərs 9. QƏDİM XALÇA (2 saat)
ŞEH DAMLASI (32 söz)
Lalənin yarpağına şeh düşmüşdü. Balaca mirvariyə oxşayırdı. Çiçək onu
günəşə göstərib lovğalandı ki, gör nə gözəl bəzənmişəm. Şeh bir anda yox oldu.
Lalə onun hara uçduğunu bilmədi, qanı qaraldı. Günəş isə gülümsünürdü.
Məzmun standartları 
Təlim məqsədləri
1.1.1. Sual verməklə dinlədiyi fikrin mahiy -
yə tini aydınlaşdırır.
Dinlədiyi mətnin mövzusu ilə bağlı əlavə
məlumatlar almaq məqsədi ilə suallar verir.
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxu duqları haqqında danışır. 
Gündəlik həyatda əldə etdiyi məlumatları
nəql edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifa dəli oxu yur.
Mətnin məzmunu ilə bağlı fikir yürütməklə
şüurlu oxuduğunu nümayiş etdirir. 
Dərslərin planlaşdırılması
ДЯЙЯРЛЯРИМИЗ
51
Çap üçün deyil


Motivasiya.
Suallar: – Evinizdə hansı qədim əşyalar var? (qab, xalça, fotoalbom, rəsm
əsəri, mebel) Bu əşyaların tarixi haqqında nə bilirsiniz? Sizcə, qədim əşyaları saxlamaq nəyə
lazımdır?
Dərsliyin 27-ci səhifəsindəki mətn oxunub təhlil olunur. 
Şagirdlərə istiqamətləndirici suallar verilir:
– Nənəsi Gülərə nə münasibətlə xalça bağışladı?
– Nənə nə üçün Gülərə xalçanın tarixçəsini danışdı?
– Hanadakı əlvan rəngli iplərin boyaları nədən hazırlanmışdı?
– Xurşidbanu Natəvanla qədim xalçanın hansı əlaqəsi var?
– “Rənglərin anası” mətni ilə “Qədim xalça” mətni arasında hansı oxşar və fərqli cəhətlər
var? (Bu sual ətrafında geniş müzakirə də aparıla bilər.)
Dinləmə mətni.
Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvan Şuşa şəhərində anadan
olmuşdur. O, Qarabağ hakimi Mehdiqulu xan Cavanşirin qızı idi. Buna görə də
hamı onu “Xan qızı” deyə çağırırdı. Xurşidbanu tanınmış alim və sənətkarlardan
dərs almışdı. O, doğma dili ilə yanaşı, ərəb və fars dillərini də mükəmməl öyrən -
mişdi. Xan qızı mütaliə etməyi çox sevir, Azərbaycan və Şərq şairlərinin əsərlərini
həvəslə oxuyurdu.
Natəvanın özü də gənc yaşlarından şeir yazmağa başlamışdı. Onun əsərləri
arasında doğma Qarabağın füsunkar təbiətinə həsr edilmiş şeirlər xüsusi yer
tutur. Natəvan həm də istedadlı rəssam idi.
Vətənini, xalqını böyük məhəbbətlə sevən Xurşidbanu Natəvan fəal ictimai
xadim, xeyriyyəçi olmuş, kasıblara, imkansızlara əl tutmuşdur. Onun Şuşaya
çəkdirdiyi su kəməri indi də “Xan qızı bulağı” adı ilə məşhurdur.
Mətndə işlənmiş hana sözü izah olunur. 
Sual: – Dinlədiyiniz mətndə Natəvanla bağlı hansı yeni məlumatlar eşitdiniz? Bu
şairimizlə bağlı daha nəyi bilmək istərdiniz?
Müəllim Qarabağın tarixi, təbiəti, incəsənəti, Xan qızı Natəvan, eləcə də hana və müxtəlif
xalça naxışları haqqında əlavə məlumat verə bilər. “Xalça” şeiri oxunur:
– Hansı əşyalar hazırlananda onlara naxış vurulur? (qab, geyim, xalça və s.)
– Şeirdə tərənnüm  olunan xalçanı kağız üzərində çəkin. 
– Xalçanın naxışları nəyə bənzəyir?
– “Köbə” nədir?
İş dəftərinin 19-cu səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Şagirdlər müzakirələr nəticəsində aşağıdakı nəticəyə gəlirlər: – Qədim əşyalar tari ximizi və
mədəniyyətimizi özündə əks etdirir. Onları qorumaq mədəniyyətimizi yaşatmaq deməkdir.
Ev tapşırığı:
– Evinizdə olan xalçalardan naxışlar seçib dəftərinizdə çəkin. 
Qiymətləndirmə.
Müəllimin hazırladığı meyarlara əsasən aparılır.
Xalça naxış-naxışdı,
Bu bulud, bu yağışdı.
Yeri güllü, baharlı,
Köbəsi qarlı qışdı.
Xalçanı buta bəzər,
Buta buluda bənzər.
Bu yandan qırqovula,
O yandan oda bənzər.       
F.Sadıq
Dərslərin planlaşdırılması
Ы бюлмя
52
Çap üçün deyil


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə