Gülsüm Hüseynova. Tat dilinin leksikası
110
110
«rəncbəri»
sinonimlərində
məna
eyniliyi
(məşğuliyyət)
aşkardır. Hər iki söz eyni məna verir. Bunlardan birinci söz
(əkinçigəri)
tat
dilində
formalaşmışdır. Onun əsasını
Azərbaycan dilinə mənsub əkinçi sözü təşkil edir. Rəncbəri
sözünün əsası tat və fars dillərinə mənsub olan rəncbər
sözüdür.
Burada belə bir cəhət diqqəti cəlb edir. Azərb. əkinçi və
tat., fars. rəncbər sözləri eyni təşəvvürü bildirir. Yəqin ki, bu,
tatlara yaşxı məlumdur. Buna baxmayaraq, tat dilinin
daşıyıcıları rəncbəri sözünə yeni bir sinonim yaradarkən bu
sözün sözdüzəltmə modelindən istifadə etməmişlər. Onlar
əkinçi sözündən -gər şəkilçisinin köməyi ilə yeni bir söz
düzəltmiş, artıq bu sözdən rəncbəri sözünün müqabilini
düzəltmişlər.
Bir sinonim cərgədəki sözlər məna ümumiliyinə, bir
məfhum ifadə etməsinə və eyni qrammatik formalı olmasına
görə birləşsələr də, bir sıra xüsusiyyətlərinə görə bir-birindən
seçilir: 1) mənaca tam eyni olmamalarına, 2) üslubi
çalarlarına, 3) ənənəvi yoxsa müasirliyinə, 4) işlədilmə
sahəsinə, 5) başqa sözlərlə birləşməsinə görə və s. Məsələn,
əkinçigəri və rəncbəri sözlərində həm müasirliyə, həm də
başqa sözlərlə birləşməyə görə fərqlər nəzərə çarpır.
Sinonim cərgələrin hüdudunu müəyyənləşdirmək üçün
məna əsası, məna eyniliyi və mənaca yaxın sözlər arasındakı
fərqlərin xarakteri kimi meyarlar irəli sürülür.
Sinonim cərgənin bir üzvü və ya hamısı çoxmənalı ola
bilər. Bir cərgədə çoxmənalı sözün bir mənası əsas götürülür.
Sinonim cərgələrin hər bir üzvü başqa sözlərlə birləşərək,
müxtəlif sinonim cərgələr yaradır. Köhnəlmiş və ya məhəlli
sözlər cərgənin ümumişlək sözünün üslubi variantı kimi
cərgəyə daxil olur.
Tat dilində sinonim cərgələr tərkibcə müxtəlif olur.
Gülsüm Hüseynova. Tat dilinin leksikası
111
111
Azərbaycan dili üçün sinonim cərgələri tərkib elementlərinə
görə dörd qrupa bölmüşlər: 1) ikiüzvlü sinonim cərgələr; 2)
üçüzvlü sinonim cərgələr; 3) dördüzvlü sinonim cərgələr; 5)
çoxüzvlü sinonim cərgələr (145, 107). Tat dili materialları
əsasında cərgələrin bu şəkildə bölünməsi özünü doğrultmur.
Bunun səbəbi ondadır ki, tat dilində yazılı mətnlər, əsərlər az
olduğundan, ədəbi dilin fəaliyyət sahəsi dardır. Dilin istifadə
dairəsinin məhdudluğu onun sinonimlərlə zənginləşməsinə
mane olur. Ona görə bu dildə, əsasən, ikiüzvlü sinonim
cərgələr müşahidə edilir. Qeyd olunanları nəzərə alaraq, tat
dilinin sinonim cərgələrini tərkibə daxil olan üzvlərin sayına
görə iki əsas qrupa ayırmaq olar: 1) ikiüzvlü sinonim cərgələr;
2) ikidən artıq üzvlü sinonim cərgələr.
İkiüzvlü
sinonim
cərgələr:
xima//sov
«küzə»;
ardava//qındı «sıyıq», çıx//sürvə «öskürək» və s. İkidən artıq
çoxüzvlü sinonim cərgə: bəndam – miçə//müçə – səplağ
(saplaq); loxşur//qabşur//qəmqal «qabyuyan parça».
Sinonim cərgədəki sözlərdən biri dominant adlanır.
Dominant cərgənin əsas üzvü sayılır, əsas mənanı ifadə edir,
sinonim cərgənin məna əsasını daha dəqiq əks etdirir. Ona
görə də sinonim cərgənin üzvləri dominanta, əsasən, sıralanır.
Cərgənin əvvəlndə dominant, sonra isə o biri üzvlər gəlir.
Bəzən isə sinonim cərgədə əsas sözü müəyyənləşdirmək çətin
olur. Sinonim cərgədəki dominant sözlə bağlı bəzi məqamlara
aydınlıq gətirmək lazım gəlir. Belə hesab edirlər ki, «Cərgənin
məna əsasını o biri üzvlərə nisbətən daha aydın ifadə edən,
üslubi cəhətdən tipik normativ, neytral, emosional-ekspressiv
xüsusiyyətlərdən azad olan və daha çox işlənən söz dominant
ola bilər» (104, 15).
Bu fikir ekspressivlik, emosionallıq, məcazi məna
baxımından doğrudur. Başqa hallarda sinonim cərgənin hansı
söz əsasında qurulması amili nəzərə alınmalıdır. Sinonimi
Gülsüm Hüseynova. Tat dilinin leksikası
112
112
müəyyənləşdirilən söz cərgənin dominantı olur. Məsələn:
ləgərd zərən «təpik vurmaq», şıllağ şüdən «şıllağ atmaq». Və,
əksinə, şıllağ şudən, ləgərd zərən. Bu faktı sinonimlər
lüğətlərində verilmiş nümunələr də təsdiqləyir. Məsələn: ayıb-
qüsur-nöqsan; qüsur-ayıb-nöqsan; nöqsan-qüsur-ayıb-səhv-
əskik (104, 337, 122, 286). Göründüyü kimi, bu sinonim
cərgələrdə dominant-sinonimi axtarılan sözün özüdür.
Bir tematik qrupa aid olub, bir-biri ilə növ, cins
münasibətində olan məfhumların adları olan eyni mənalı sözlər
də bir-birinin əvəz edə bilər. Eynimənalı sözlərdə qarşılıqlı
əvəzetmə ancaq təkrardan qaçmaq xatirinə edilir. Burada tam
əvəzlənmə olur. Mənaca bir-birinə yaxn sözlərdə isə təkrardan
qaçmaqdan başqa, məna çalarlığı yaratmaq üçün belə bir
əməliyyat aparılır. Buna görə də «qarşılıqlı əvəzetmə»
məfhumunu tam və natamam mənalarda işlətmək olar. Tam
qarşılıqlı əvəzetməyə dubletləri, natamamlara isə sinonimləri
aid etmək olar.
Əgər sinonimlərlə əvəzlənmə istənilən vaxtda mümkün
olursa, onda «təbiilik pozulur, sünilik, eybəcərlik yaranır» (39,
128-129).
Sinonim cərgənin bir üzvü digər üzvü ilə bütövlükdə
deyil, hər ikisi üçün ümumi hesab olunan məna əsasında
(leksik-semantik variant) qarşılaşdırılır. Deməli, qarşılıqlı
əvəzetmə, bir tərəfdən, sinonim münasibətində olan sözlərin
mənaca əvəz olunması, digər tərəfdənsə, mətndə leksik
birləşmənin xarakterinə görə eyni və ya uyğunlaşan sinonim
sözlərin birinin digərinin əvəzində işlədilməsi imkanıdır.
Sinonimlərə xas olan xüsusiyyətlərdən biri də sinonim
cərgələrin üzvlərinin eyni nitq hissəsinə aid olmasıdır.
Sinonimlərə əsas nitq hissələrindən ən çox isim, sifət, fel
və
zərflərdə
təsadüf
etmək
olur.
Məsələn,
isimlər:
asbandak//zansu
«üzəngi»,
birəğ//tırkəmə
«ildırım»,
Dostları ilə paylaş: |