Gülsüm Hüseynova. Tat dilinin leksikası
211
211
sərhəddini müəyyənləşdirmək üçün bu cür tədqiqatların
əhəmiyyəti böyükdür. Biz belə bir fikirlə razılaşırıq ki, yalnız
o toponimləri başqa dil toponimləri adlandırmaq olar ki,
onların yaranmasında iştirak edən bütün vahidlər kənar dilə aid
edilsin. Əgər toponimin tərkibində Azərbaycan dilinin öz
sözləri və ya əvvəllər alınmış və mənimsənilmiş sözlər,
Azərbaycan dilinin qrammatik formaları iştirak edirsə, onları
Azərbaycan toponimləri sırasına daxil etmək lazımdır.
Tat dilində işlənən şəxs adları da müəyyən sistem təşkil
edir. Qeyd etmək lazımdır ki, bu dilin antroponimlər
sistemində
Azərbaycan
dilindən
alınmalar, eləcə də,
Azərbaycan dili vasitəsi ilə alınma adlar daha çoxdur. Şəxs
adları, əsasən, iranmənşəlidir (Yovər, Gülzor, Gülşən,
Gülsüm). Dildə ərəb mənşəli adlar (Mənsur, Nayilə, Rosim,
Sefullo və s.) da az deyil. Şəxs adları quruluşca sadə, düzəltmə
və mürəkkəb sözlər olur. Sadə şəxs adları: Əhəd, Okif, Lola,
Mohir və s. 2. Düzəltmə şəxs adları: Hisniyə, Mihbora və s. 3.
Mürəkkəb şəxs adları: Əliağa, Allahyor, Ağaboji, Şobikə və s.
Tat dilinin etnoqrafik leksikası.
Tat dilinin etnoqrafik terminləri sırasında yemək və
xörək adları (nun «çörək», nimik «duz» öü «su», şir «süd»,
şirəvo «südlü sıyıq», vürü «umac», qurqut «qovrulmuş
yarma», tüvəlos
«quymaq», siyə həlva
«qara halva»
(səmənidən hazırlanır), tara həlva «un halvası», duğ «ayran»,
duvavo
«dovğa», həsi «əriştə», kolanun «göyərtidən
hazırlanmış çörək», darungərgi «zoğal qurusundan hazırlanmış
qiymə», ruğananun «fəsəli», xoyəkərg «yumurta», xoyəginə
«şirin qayğanaq», sərəpö «xaş» (baş-ayaq), aş futolı «əvəlik
aşı», qilinpiyoz «kartof-soğan qızartması», nun tari «kartof
supu», həlisə «ətli hədik», mixləmə «qayğanaq» və s. paltar,
Gülsüm Hüseynova. Tat dilinin leksikası
212
212
ayaqqabı və parça adları: (şe «köynək», ru şey «üst köynəyi»,
zir şey «alt köynəyi», zir şalvar «alt şalvarı», ostin «köynəyin
qolu», püstin «şuba», kisə «cib», çarşö «çarşab», çaxşür
«corab», olat «paltar», ləçəy «ləçək», şalvor «şalvar», çit «çit
parça», külmaxmar «gülməxmər», qeyiş «qayış, toqqa», paltok
«palto», dəsmol «dəsmal», sədəf «düymə»), məişətdə istifadə
olunan əşyalar və qab-qacaq adları: (bilmə «boşqab», bəsti
«güyüm», satıl «mis su qabı», qaqala «saxsı banka», ləif
«yorğan», nolin «döşək», abgərdun «abgərdən», nəəlbəki
«nəlbəki», məştəfə «aftafa», aşpəlö «aşsüzən», ərsin «ərsin»,
istikon «stəkan», qəməti «ət baltası», müqayisə et: azərb.
qəməlti «böyük çörək bıçağı», korda «bıçaq», qeyçi «qayçı»,
qaşuğ «qaşıq», qacqun «qazan», bolış «balış, yastıq», xolinçə
«xalça», miz «stol», ustul «stul», qəndob «qəndqabı», qəfədon
«çaynik», dəmkeş «dəmkeş», bisg «kabab şişi», kirsin «kətil»
xüsusi yer tutur. Etnoqrafiyaya aid bu terminlərin bəzilərinin
izahı vacibdir.
Ş.Musayev yazılı abidələrdə klassiklərimizin əsərlərində
etnoqrafiyaya aid terminlərin işləndiyini qeyd etmiş və
nümunələr vermişdir. Bu nümunələr arasında tat dilində
istifadə edilən ümumiran mənşəli terminlər də var (111, 46).
Loşbəbər «üstündə xəmir yaymaq üçün taxta», «yayan».
Əsasən, Bakı dialektində işlənir. Abşeron ləhcəsində bu sözə
xəmobər şəklində işlənir. Sarə xəmovərə avard ləreymu. «Sara
yayanı bizə gətirdi».
Sənət sahələrində hazırlanan əşyaların məişətdə istifadə
olunması onların adlarını bildirən sözlərin etnoqrafik
leksikanın vahidləri kimi araşdırılmasına da imkan verir (105,
29).
Kündəgir «xəmir kündələyən» (Naxçıvan). Bu söz iki
tərkib hissəsindən ibarətdir: kündə + gır (giriftan//giriftən
felindən) və s.
Gülsüm Hüseynova. Tat dilinin leksikası
213
213
Beybut «qatlanmayan iri bıçaq». Tat dilinin Lahıc
ləhcəsində beybut sözü mənasında qeydə alınmışdır.
Kirsin «qışda qızışmaq üçün evin ortasında xüsusi
düzəldilmiş ocaq». Şamaxı şivəsində bu söz geniş işlənir.
Çömçə ağac və metal emalı prosesində hazırlanan
məmulatdır. Çömçə sözü müasir Azərbaycan dilində və başqa
türk dillərində geniş işlənir: azərb. çömçə, türk. çömçe və s.
Orta əsr türkcəsində və əski qıpçaqcada çömçə lekseminin
işlənməsi və onun fars dilindən (çamçə) alınması göstərilir
(323, 99). Türk dilində o, kepçe sözü ilə paralel işlənir. Qeyd
etmək lazımdır ki, kepçə sözü tat, talış və fars dillərindəki keçə
«qaşıq» (255, 252) sözü ilə mənşəcə eyni ola bilər.
Qəmçı «qamçı». Bu söz Azərbaycan ədəbi dilindəki
qamçı variantı ilə yanaşı, dial. qəmçi variantına da malikdir.
Onun fonetik siması yəqin ki bununla bağlıdır.
Ovsar «dəvə yüyəni, noxtası». Azərbaycan ədəbiyyatında
bu söz müvafiq materiallarla təmsil olunmuşdur:
Ağ dəvə düzdə qaldı,
Ovsarı bizdə qaldı.
Neçə arzum, həsrətim
Dərdli Təbrizdə qaldı.
Yaxud: Bir dəvənin ovsarını tuta-tuta.
Dəsgirə «cəyəndən toxunma səbət, zənbil» (dəst «əl» +
gir «tut»).
Təsək «təsək» (gecə papağı). Qədim pəhləvi dilində təsik,
ümumiyyətlə, paltar, bundan əmələ gəlmiş təşkuk sözü isə
«müqəddəs paltar» mənasını daşımışdır. M.Hacıyev göstərir
ki, «tatlar da gecə yuxusundan qabaq başlarındakı papağı
çıxarıb təsək qoyardılar ki, gecə yatanda pis yuxular
görməsinlər, onların açıq başına bəd ruhlar qonmasınlar.
Onlar, deməli, təsəkdə bir müqəddəslik, bir nicatvericilik
görmüşlər (o) tas//təs (başın ortası, qafası) sözündən və ək
Dostları ilə paylaş: |