Haqqin iZİ İLƏ Müəllif: Əli Əsğər Rizvani


HƏZRƏT ZƏHRADAN (Ə) TƏSİRLƏNMƏ



Yüklə 462,01 Kb.
səhifə29/47
tarix15.07.2018
ölçüsü462,01 Kb.
#55974
1   ...   25   26   27   28   29   30   31   32   ...   47

HƏZRƏT ZƏHRADAN (Ə) TƏSİRLƏNMƏ


Şiəliyi qəbul etmiş Əbd əl-Münim həzrət Zəhranın (ə) “Fədəkiyyə” xütbəsindən təsirləndiyini açıqlayaraq yazır: “Bu ifadələr bir ox kimi ürəyimin dərinliklərinə təsir etdi. Bu zaman orada elə bir yara açdı ki, onun asanlıqla sağalacağını düşünmürəm. Bu ifadələr göz yaşlarıma hakim oldu və mənə böyük təsir bağışladı”.2

O, yazır: “Həzrət Zəhranın (s) sözlərinin şüası vicdanımın dərinliklərinə saçdı və mənə bəlli oldu ki, bunlar adi bir insanın, hətta min il elm oxusa belə, söyləyə biləcəyi sözlər deyil. Bu ifadələr öz həddində möcüzədir. Bütün varlığımla bu kəlamları dinləməyə başladım. Xütbənin bəzi təsirli hissələrinə çatdıqda özümü saxlaya bilmədim. Qeyri-ixtiyari gözlərimdən yaş axmağa başladı. Peyğəmbərin (s) xəlifəsinə ünvanlanan bu ağır sözləri oxuduqca heyrətə düşdüm. Məni daha çox heyrətləndirən isə bu sözlərin Peyğəmbərin (s) qızı tərəfindən söylənməsi idi. Nə üçün? Görəsən, haqq kimin tərəfində olmuşdur? Hər şeydən öncə, həqiqətən bu ixtilaf baş vermişdirmi? Əvvəllər bu xütbənin doğru olduğunu bilmirdim. Lakin onu eşitdikdə bütün varlığım lərzəyə gəldi. Buna görə də onu ciddi şəkildə araşdırmaq qərarına gəldim”.1

O, yazır: “Hər bir insan öz daxilində onu haqqa doğru səsləyən bir nur olduğunu hiss edir. Lakin nəfsi istəklər və hissə qapılmalar məlum nurun üstünə pərdə çəkir. Buna görə də bunu ona daim xatırlatmaq lazımdır. Fatimə (ə) nuru həmin nurdur. Mən bu nuru öz daxilimdə daim hiss edirəm”.1

2. Əhli-beytin (s) məzlumluğu;

Bir çox din və məzhəb mənsublarının şiəliyə yönəlmələrinin səbəbi Əhli-beytin (ə) din uğrunda göstərdiyi fədakarlıqlar olmuşdur. Bu amil öz növbəsində Əhli-beyt (ə) xəttinə təmayülün güclənməsində mühüm rol oynamışdır.

Fransalı Doktor Jozef “Şiəlik və ağlasığmaz tərəqqi” adlı tədqiqat əsərində yazır: “Şiə məzhəbini qüvvətlərindən, onun digər məzhəblərə təsir göstərməsinə səbəb olan təbii amillərdən biri öndərlərinin məzlumluğunu büruz etdirməkdir. Bu, olduqca təbii məsələ hesab olunur. Çünki hamı məzlumun köməyinə tələsməyə meyllidir. Hamı zəifin güclüyə, məzlumun zalıma qələbəsini istəyir. Bəşər təbii olaraq məzluma acıyır. Hətta İmam Hüseyn (ə) və səhabələrinin başına gələnlərdən söhbət açan Avropa tədqiqatçıları belə onlara heç bir etiqad bəsləmədikləri halda, onların qatillərinin zülmkarlığını, təcavüzkarlığını, rəhmsizliyini pisləyirlər. Bu təbii amillərin qarşısını heç bir şey ala bilməz. Bu, şiə məzhəbini qüvvətləndirən amillərdəndir”.2

İmam Hüseyndən (ə) təsİrlənmə


Şiəliyi qəbul edənlərə ən çox təsir bağışlayan imamlardan biri İmam Hüseyndir (ə). Buna səbəb onun başına gələn hadisələr, Aşura faciəsidir. Əgər şiələr bu hadisədən lazımınca yararlana bilsələr, bütün bəşəriyyəti qəflət yuxusundan oyadıb şiəliyə yönəldə bilərlər.

Şeyx Züheyr əl-Həssun yazır: “Mən Romada Vatikan kitabxanası ilə tanış olmağa getmişdim. İslamla bağlı kitablar bölməsində İmam Hüseyn (ə) haqqında mindən çox əlyazma və çap edilmiş əsər gördüm. Kitabxana müdirindən bu haqda soruşdum. O, dedi: “Vatikan rəhbərliyi son dövrlərdə dünya miqyasında şiəliyin geniş yayıldığını, bir çox görkəmli şəxsiyyətlərin Əhli-beyt (ə) məzhəbinə qucaq açdıqlarını müşahidə edirlər. Onlar araşdıraraq buna səbəb kimi İmam Hüseynin (ə) məzlumluğu amilini gördülər. Elə buna görə də dünyanın dörd bir yanındakı səfir və nümayəndələrinə İmam Hüseyn (ə) haqqında çap edilən bütün əsərləri toplamağı tapşırdılar ki, xristianlığın təbliğində həmin metoddan istifadə edərək həzrət İsanın (ə) məzlumluğunu önə çəksinlər”.1


Əbd əl-Məcid kimi şöhrət qazanmış misirli pedaqoq Əbu Şərif

O, İmam Hüseyn (ə) məclislərində nitq söyləyən bir xətibə ünvanladığı məktubda yazır: “Bir gün otağımda tək-tənha əyləşmişdim. Əlimdə kiçik radio vardı. Qahirədən yayımlanan verilişləri dinləmək istəyirdim. Təsadüfən könül oxşayan bir səs eşitdim. Qulaq asmağa başladım. Bu səs eşitdiyim bütün səslərdən fərqli idi. Getdikcə diqqətimi daha çox cəlb etdi. Bir xətibin İmam Hüseyn (ə) və Kərbəlada onun başına gətirilənlərdən danışdığını anladım. Hansı ay olduğu dəqiq yadımda deyil, amma zənnimcə məhərrəm ayı idi. O günə qədər İmam Hüseynə (ə) ağlamaq haqqında heç bir məlumatım yox idi. Lakin o xətibdən eşitdiklərimin təsiri ilə ürəyimin dərinliklərində çox ağır bir qüssə hiss etdim. O an hönkürərək ağlamağa bşladım. Qeyri-ixtiyari olaraq gözlərimdən yaş axırdı. Mən hələ ömrüm boyunca belə yanıqlı ağladığımı xatırlamıram. Daxilimdə yaranmış bu vəziyyət xətib nitqini bitirincəyə qədər davam etdi. O, bütün vücudumu öz təsiri altına almışdı... Həmin hadisədən sonra gözlərim önündə İmam Hüseynə (ə) doğru yeni və geniş üfüqlər açıldı”.1

O, bu hadisədən sonra şiəliyi qəbul edir və İrana gələrək televiziya proqramında aparıcılıq edir.
Saib Əbd əl-Həmid

O, “Mənhəc fi əl-intiha əl-məzhəbi” əsərində şiəliyi qəbul etməsini belə açıqlayır: “Şiəliyə yönəlməyimin ilkin işartıları hidayət çırağı, nicat gəmisi Hüseynlə (ə) başladı. Hansı ki, mən o haqda düşünmürdüm. Allah məni ona qarşılıq verməkdə, onun pişvazına getməkdə müvəffəq etdi. Mənim əlimdən tutub müqəddəs astanalarına yetirdi. Bu, o gün idi ki, qulağıma həzin bir səs dəydi. Ola bilsin ki, bu səsi öncə də dəfələrlə eşitmiş, lakin diqqət yetirməmiş, üstündən keçmişdim. Bu dəfə isə tam fərqli bir vəziyyət yarandı və diqqətimi özünə cəlb etdi. Mən bir küncdə sakit və tənha əyləşmişdim. Məlum səsi eşitdikdə bütün hisslərim lərzəyə gəldi və qeyri-ixtiyari bir şəkildə bütün duyğularımı ona təslim etdim. O səs məni özünə cəzb etdi. Bu fırtınanın doğurduğu dalğalar, püskürən yanardağın odu, alovu anbaan üzərimə atılırdı. Belə ki, vücudumdakı bütün qüruru məhv etdi və onu tam olaraq öz təsiri altına aldı. Bu səs məni təhrik etdi. Mən ondan eşitdiyim hadisələrlə yaşayır, özümü yaddan çıxarırdım... O karvanla yola çıxdım. Dayananda dayandım, gedəndə getdim.

Eşitdiyim bu hadisə İmam Hüseynin (ə) şəhid edilməsi idi. Mən onu məhərrəm ayının onuncu günü Şeyx Əbd əz-Zəhra Kəbinin (Allah ona rəhmət etsin!) səsilə dinlədim. Mən İmam Hüseynin (ə) bütün nidalarına qulaq asır, bütün bədənim lərzəyə gəlir, gözlərimdən yaş axırdı. Sanki qanımda inqilab baş verir və vücudum “Ləbbeyk ya Seyyidi, ya İbn Rəsulullah (s)” deyirdi. Zehnimdə sonsuz suallar yaranmışdı. Sanki öncədən həbs edilmiş bir nur indi saçmağa başlamışdı. Bu nur Peyğəmbərin (s) yadigarı İmam Hüseynə (ə) tapınmaqla nəticələndi.

O hadisədə İslam yenidən təcəlla etdi və bu yeni inqilabın önündə Peyğəmbərin (s) nəvəsi İmam Hüseyn (ə) dururdu. Bu, əsl İslamın nidasıdır”.1




Yüklə 462,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə