Həmidli Aqşin Ceyhun oğlu



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə18/30
tarix27.03.2018
ölçüsü0,7 Mb.
#35160
1   ...   14   15   16   17   18   19   20   21   ...   30

53 

 

olunduğu  bir  neçə  tam  müəyyən  edilmiş  göstəricilər  qrupu  mövcuddur.  Belə 



göstəricilər qrupuna aşağıdakılar aiddir: 

- səmərəlilik göstəriciləri; 

- insan resurslarının istifadəsi göstəriciləri; 

- xarici mühitin vəziyyətini xarakterizə edən göstəricləri; 

- təşkilatdaxili prosesləri xarakterizə edən göstəricilər. 

Strateji  nəzarət  sisteminin  ikinci  ünsürü  nəzarət  parametrlərinin 

vəziyyətinin  ölçülməsi  və  izlənməsi  sisteminin  yaradılması  sayılır.  Bu  çox 

mürəkkəb  məsələdir,  çünki  çox  hallarda  onların  ölçülməsi  heç  də  sadə  deyil. 

Məsələn, inteqral, sinerji effektin ölçülməsi zamanı ciddi çətinliklər meydana çıxır. 

Çox hallarda elə olur ki, ayrı-ayrı fəaliyyət növlərinin nəticəsini ölçmək son dərəcə 

asan olduğu halda, həmin nəticələrin cəmlənməsi heç bir ölçüyə gəlmir.  

Nəzarət sisteminin üçüncü ünsürü nəzarət parametrlərinin real vəziyyətinin 

onların arzuolunan vəziyyəti ilə müqayisəsi sayılır. Bu cür müqayisənin aparılması 

zamanı  menecerlər  üç  situasiya  ilə  qarşılaşa  bilərlər:  arzuolunandan  yuxarı  real 

vəziyyət; real vəziyyət arzuolunana uyğundur; real vəziyyət arzuolunandan pisdir. 

Dördüncüsü,  yekun  ünsür-müqayisə  nəticəsinin  qiymətləndirilməsi  və 

düzəliş  üzrə  qərarın  qəbul  edilməsi  sayılır.  Əgər  real  vəziyyət  arzuolunana 

uyğundursa,  onda  adətən  heç  bir  şeyi  dəyişməmək  haqqında  qərar  qəbul  edilir. 

Əgər  nəzarət  parametrinin  real  vəziyyəti  arzuolunandan  yaxşıdırsa,  onda  nəzarət 

parametrinin arzuolunan kəmiyyətini artırmaq olar. Əgər nəzarət parametrinin real 

vəziyyəti  onun  arzuolunan  vəziyyətindən  aşağıdırsa,  onda  bu  kənarlaşmaların 

səbəbini aşkara çıxarmaq, lazım gələrsə, təşkilatın davranışında düzəlişlər aparmaq 

lazımdır.  Bu  düzəliş  həm  məqsədə  çatma  vasitələrinə,  həm  də  məqsədin  özünə 

aiddir. 


 


54 

 

Fəsil 3. BİZNESİN STRATEJİ İDARƏ EDİLMƏSİ MEXANİZMİNİN 



TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ 

 

3.1.İnnovasiya tipli idarəetmə sisteminin qurulması 

 

İnnovasiya siyasəti dövlətin sosial-iqtisadi siyasətinin tərkib hissəsi olmaqla 



hakimiyyət  orqanlarının  elm,  texnika  və  emi-texniki  naliyyətlərin  həyata 

keçirilməsi  sahəsində  apardığı  fəaliyyətin  məqsədini,  istiqamət  və  formalarını 

müəyyən  edir.  Bu  siyasətin  əsasını  elmi-texniki  inkişafın  konseptual  hüquqi 

əsasları  təşkil  edir.  Fikrimizcə,  həmin  əsasların  işlənib  hazırlanması  zamanı 

əsaslandırılmış  müddəalar  elmin  aparıcı  sahələrinin  inkişaf  istiqamətlərini  və 

texnoloji proseslərin yeniləşdirilməsi tədbirlərini əhatə etməlidir.  Bu zaman elmi-

texniki  inkişafın  stimullaşdırılması  sisteminin  təkmilləşdirilməsi,  elmi-texniki 

inkişafın  idarə  olunması  metodlarının  təkmilləşdirilməsi,  elmin  və  texnikanın 

prioritet  inkişaf  istiqamətlərinin  seçilməsi,  lisenziya-potent  hüququ,  eləcə  də 

intellektual 

mülkiyyət 

hüquqlarının 

qorunması, 

elmi 


infrastrukturun 

yeniləşdirilməsi,  elmi  kadrların  mövcud  tələblər  səviyyəsində  hazırlanması  və  s. 

kimi tədbirlər diqqət mərkəzində saxlanılmalıdır. Məhz buna uyğun olaraq dövlətin 

innovasiya  siyasətinin  əsas  məqsədləri  iqtisadi  ədəbiyyatda  aşağıdakı  kimi  ifadə 

olunur (5, s. 38-42): innovasiya fəaliyyəti üçün iqtisadi, hüquqi və təşkilati şəraitin 

yaradılması;  innovasiya  fəaliyyətinin  stimullaşdırılmasına,  habelə  innovasiya 

sferasında  bazar  münasibətlərinin  və  sahibkarlığın  inkişafına  yardım  göstərmək; 

innovasiya 

fəaliyyətinə 

dövlət  yardımının  genişləndirilməsi,  innovasiya 

fəaliyyətinin 

inkişafına 

yönəldilmiş 

dövlət 


resurslarından 

istifadənin 

səmərəliliyinin  yüksəldilməsi;  beynəlxalq bazarda  vətən  innovasiya  məhsullarının 

müdafiəsi  və  ölkənin  ixrac  potensialının  inkişafı  üzrə  tədbirlərin  həyata 

keçirilməsi. 

Müəssisənin  fəaliyyətinin  innovasiya  aspekti  onunla  fərqlənir  ki,  o, 

müəssisənin  strategiyasının  bütün  qalan  ünsürlərini  (sahibkarlıq,  istehsal,  elmi-

texniki marketinq, sosial iqtisadi) özündə birləşdirir. Çünki, strategiyanın yuxarıda 




55 

 

qeyd etdiyimiz ünsürləri yeni əmtəələrin, xidmətlərin, yeni təsərrüfatçılıq forma və 



metoldarının meydana çıxmasına, bəyənilməsinə və tirajının müəyyən edilməsinə 

əsaslanır.  Bu  nöqteyi-nəzərdən  innovasiya  fəaliyyəti  təkcə  salamat  qalma  və 

tərəqqi  şərti  kimi  deyil,  həm  də  müəssisənin  fəaliyyətinin  digər  ünsürlərinin 

reallaşması  üçün  dayaq  rolunu  oynayır.  İnnovasiyanın  strateji  tərəfi  bir  də  onda 

ifadə olunur ki, o, həm də  müəssisəyə bazar şəraitinə daha sürətlə uyğunlaşmağa, 

öz imkanlarının yeni sahələrə və yeni bazarlara irəlilədilməsi imkanlarını artırmağa 

imkan verir. Bu, hər şeydən əvvəl, uzunmüddətli dövrdə rentabelliyin və maliyyə 

dayanıqlığının yüksəldilməsində meydana çıxır. 

Müəssisənin  səmərəli  innovasiya  startegiyasının  seçilməsi  prosesi  müxtəlif 

tipli  yeniliklərdə  özünü  göstərən  innovasiya  fəaliyyətinin  bütün  formalarının 

qiymətləndirilməsini nəzərdə tutur. Başlıcası ondan ibarətdir ki, innovasiya prosesi 

təsərrüfat  fəaliyyətinin  bütün  tərəflərini  əhatə  edir  və  istənilən  funksional  və  ya 

istehsal alt sisteminin tərkib hissəsi olmalıdır (3, s.190). Məsələn, müəssisənin əsas 

fəaliyyət məqsədləri sırasına aşağıdakılar daxildir: 

1.  təyin  edilmiş  vaxtda  müəyyən  növ  və  həcmdə  yüksək  keyfiyyətli 

məhsulların buraxılması; 

2. elmi-texniki potensialdan istifadənin səmərəliliyinin yüksəldilməsi; 

3.  yeni  bazarların  mənimsənilməsi  və  artıq  əldə  edilmiş  bazarlarda 

mövqelərin möhkəmləndirilməsi; 

4.  istehsalın  ekoloji  təhlükəsizliyinin  təmin  edilməsi  və  təsərrüfat 

fəaliyyətinin cəmiyyət üçün mənfi nəticələrinin aradan qaldırılması; 

5. rentabelliyin və maliyyə sabitliyinin təmin edilməsi; 

Bütün bunlar innovasiya və investisiya strategiyalarının işlənib hazırlanması 

zamanı nəzərə alınmalıdır. 

Yuxarıda qeyd edilən məqsədlərdən birincisi məhsulların özünün və onların 

istehsalı  texnologiyasının  təkmilləşdirilməsini,  yeni  məlumat  və  proseslərin 

mənimsənilməsini  nəzərdə  tutur.  Bu,  ən  azı  əsas  faəliyyətin  maliyyə  nəticələrinin 

aşağı  düşməməsinə  və  onun  biznesi  üçün  xarici  mühitin  dəyişməsi  halında 

müəssisənin bazar möqelərini qoruyub saxlamağa imkan verir. İkinci məqsədə nail 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə