Hər bir yerfili üçün yazılmış kitab



Yüklə 5,68 Mb.
Pdf görüntüsü
səhifə18/33
tarix18.07.2018
ölçüsü5,68 Mb.
#56457
növüYazı
1   ...   14   15   16   17   18   19   20   21   ...   33

 
60
diri, Əlixanov Qənbər mədəniyyət şöbəsinin müdiri, Əmirov 
Mövsüm kolxoz sədri, axsaq Absalam hava bürosu, Qəniyev 
Mirzə  yardım  komitəsi,  Nəsirov  Ağamirzə  bank  müdiri, 
Həsənov Əlixan RPK-nin II katibi, Hacıyeva Məxrifət komso­
molun II katibi, Mahmudov Əlsəfa baş həkim, Seyidbaba tikiş 
artelinin müdiri, Həsənov Xubyar milis işçisi, Abusəlim sta­
tiskada  müdir,  Həsənli  Həsənbaba  kənd  təsərrüfatı  müfət-
tişliyində  baş  təlimatçı  mühasib,  Həsənli  Əlişan  raykomda 
təlimatçı, daha sonra rayon qəzetinin məsul katibi, redaktoru 
kimi  çalışmışlar.  Bu  gün  də  adları  xatırlanan  bəzi  yerfililər 
haqqında ayrıca məlumat verməyi lazım bildim.
Qızbəs Şıxməmməd qızı Əhmədzadə – 1901-ci ildə Yerfidə 
anadan  olmuşdur.  1926-cı  ildə  partiya  sıralarına  daxil  olub. 
1917-ci ildən evdə xalça toxuyan Qızbəs müxtəlif illərdə Yerfi 
kəndindəki qadınlar klubunun müdiri, Yerfi və Afurca kənd 
sovetlərinin  sədri  vəzifələrində  işləmişdir.  Respublika  və 
ZSFSR qurultaylarının nümayəndəsi olmuşdur.
Günəşli Cəlal Əlimusa oğlu – 1899-cu ildə Yerfidə doğul­
muş,  1920-ci  ilədək  kəndin  varlı  adamlarının  nökəri  olmuş, 
muzdurluq  etmişdir.  1924  –  1927-ci  illərdə  Yerfi  kəndində 
dairə muzdurlar komitəsinin sədri olmuşdur. Qonaqkənd ra­
yonu yaradıldıqdan sonra rayon partiya komitəsində müxtəlif 
vəzifələrdə çalışmışdır. 1960-cı ildə təqaüdçü olduqdan sonra 
Quba rayonunun ictimai işlərində fəallıq göstərmişdir. 1974-cü 
ildə vəfat etmişdir.
Haşımov  Əlövsət  Rüstəm  oğlu  – 
1910-cu ildə Qayadalı kəndində ana­
dan olmuşdur. 1919-cu ildə atası vəfat 
etmiş,  babasının  himayəsində  yaşa­
mışdır.  1921-ci  ildən  kənd  təsər rü-
fatında işləməyə başlamışdır. O, 1925 
- 1931-ci illərdə Yerfi kənd kolxoz ca­
vanlar  məktəbində  (ŞKM  –  o  zaman 
bunu  şekaem  məktəbi  adlandırırdı­
lar),  sonra  isə  Quba  pedaqoji  Texni­
kumunda  oxumuşdur.  Azərbaycan 
Dövlət  Pedaqoji  institutunda  qiyabi 


61
təhsilini davam etdirən Haşımov bir neçə il Talış və Qayadalı 
kənd  məktəblərində  müəllim  işləmişdir.  Sonrakı  illərdə 
Azərbaycan KP MK yanında partiya sovet işçiləri hazırlayan 
məktəbi və iki illik Ali partiya məktəbini bitirmişdir. 1939-cu 
ildən  Sov.İKP  üzvü  Ə.Haşımov  rayon  partiya  komi təsində 
təlimatçı, partiya kabinəsi müdiri, təbliğat-təşviqat şöbə mü­
diri, rayon partiya komitəsinin katibi, rayon qəzetinin redak­
toru, rayon icraiyyə komitəsinin sədri kimi məsul vəzifələrdə 
çalışmışdır. 1956-cı ilin fevralında MK-nın çağırışı ilə 30 minçi 
kimi geridə qalan Dimitrov adına kolxoza sədr getmiş, 1971-ci 
ilədək, yəni pensiyaya çıxanadək bu təsərrüfata rəhbərlik et­
mişdir. 1963-cü ildə kolxozun iş təcrübəsini yaymaq məqsədi 
ilə “Selskaya jizn” qəzetində çıxış etmiş, “Pravda”, “Kommu­
nist”,  “Sovet  kəndi”,  “Bakinskiy  raboçiy”  qəzet ləri  onun  iş 
təcrübəsini  işıqlandırmış,  daha  sonra,  “Kolxozlarda  əmək 
haqqı  verilməsinin  təkmilləşdirilməsi”  adlı  kitabçası  nəşr 
edilmişdir. Ə.Haşımov iki dəfə Qırmızı Əmək Bayrağı ordeni 
ilə  və  bir  çox  medallarla  təltif  olunmuşdur.  Ümumittifaq 
əhəmiyyətli fərdi pensiyaçı 1985-ci ilədək, yəni vəfat edənədək 
rayon partiya komissiyasının üzvü və İnqilabi şöh rət şurası­
nın sədri olmuşdur.
Xatırlamalar. Ə. Haşımova yuxarı təşkilatlardan bildirirlər 
ki, sənə Sosialist Əməyi Qəhrəmanı adı verə bilərik. O vaxtki 
pulla yüz qoyunun pulunu istəyiblər. Ə.Haşımov deyib: “Ata­
mın deyil ki, satıb sizə verəm”.
Ə.Haşımov  direktor  olduğu  dövrdə  Xınalıq  sovxozunda 
qoyunun  sayı  60  mini  ötürdü.  Bu  dövrdə  rəssam  Maral 
Rəhmanzadə  Xınalığa,  sonra  Yerfiyə  gəldi.  Xınalığı  çəkdiyi 
rəsmlərlə tanıtdı. Yerfiyə aid çəkdiyi bir neçə şəkli Haşımova 
hədiyyə etdi. Xalq şairi Rəsul Rzanın Xınalığa gəlməsi Rəhim 
Alxasa  dayaq  olmasına,  tanınmasına  səbəb  oldu.  Yaranmış 
təsərrüfat xınalıqlıların gələcəkdə uğurları, öz tanınmış kadr­
larının yetişməsi üçün baza oldu. Bunu yaşlı xınalıqlılar etiraf 
edirlər. (Bax: şəkil 9; 10)
Əliyev Mirbaba Fərman oğlu – 1910-cu ildə Yerfi kəndində 
anadan olmuşdur. Uzun müddət Qonaqkənd rayon tədarük 


 
62
müvəkkili  işləmiş,  yaxşı  işinə  görə  II  dərəcəli  Böyük  Vətən 
müharibəsi ordeni və medallarla təltif edilmişdir. Qonaqkənd 
rayon  partiya  komitəsinin  plenum  üzvü,  rayon  Sovetinin 
deputatı,  Azərb.  K(b)P-nin  XVI  qurultayının  nümayəndəsi 
olmuşdur. Yerfi kənd sovetinin sədri, sovxoz fəhlə komitəsi 
və kadrlar şöbəsinin müdiri işləmiş, 1988-ci ildə vəfat etmişdir.
Xatırlamalar. Yerfililər öz fəallıqları ilə həmişə seçilmişlər. 
Bunun  nəticəsidir  ki,  hələ  II  dünya  müharibəsindən  sonra 
kəndlərə telefon rabitəsi çəkilərkən hər kəndə 2-3 nömrə ver­
ildiyi  halda,  1947-ci  ildə  Yerfidə  40  nömrəlik  kommutator 
qoyulmuş, demək olar ki, iki evdən birinin telefonu olmuşdur. 
1940-cı illərdə Samur – Dəvəçi kanalı əllə qazılırdı. Yerfililər 
də  kanalın  qazılmasında  səylə  çalışırdılar.  M.Bağırov  işi 
yoxlamağa  gəlir,  qabaqcılları  tərifləyir,  kimisə  mükafatlan-
dırırdı. Briqadir Babayev Əlibalaya qol saatı verilir. Qonaqkənd 
rayonunun kəndləri arasında yerfililər öndə olduqlarından o 
dövrün qiymətləndirilməsi ilə Yerfi kəndinə Stalinin heykəli 
hədiyyə olunur. Heykəl məktəbin həyətində ucaldıldı. Qeyd 
edək  ki,  Qonaqkənd  rayonunda  rəhbərin  heykəli  yalnız 
Yerfidə idi. Bu gün Stalinə başqa cür yanaşılırsa bu yerfililərin 
günahı deyil.
Qonaqkənd  rayon  kolxozunun  1948-ci  ilə  dair  məluma-
tından
  
№ Kolxozun adı
atlar öküzlər qaramal qoyunlar arılar
1
Hüsü Hacıyev 
– Qonaqkənd
14
29
110
361
7
2
Molotov – 
Cimi
36
82
281
924
21
3
Komsomol – 
Utuq
13
37
138
314
14
4
Beriya – Nütəh 8
22
82
215
35
5
Lenin – Xaltan
8
27
107
240
22
6
Sabir
4
25
67
130
28
7
Əzizbəyov
5
31
87
500
17
8
Beriya – Xaşı
12
41
203
260
19


Yüklə 5,68 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə