İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə38/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
1   ...   34   35   36   37   38   39   40   41   ...   58

 
 
VII  əsrin  başqa  tarixçilərindən  fərqli  olaraq 
yepiskop  Sebeos  Şirini  bambiş  adlandırır  (Себеос 
1862. 50). 
Qəzənfər  Əliyevin  və  Qulamhüseyn  Beqdelinin 
fikrincə, bambiş pəhləvi  dilindəki banui banuan, yəni 
xanımlar  xanımı  sözündəndir  (Алиев  1960.  27;  Бег-
дели 1970. 16). 
Düzdür,  pəhləvicə  banui-banuan  baş  xatun  de-
məkdir. Ancaq onun bambiş tituluna bir aidiyyatı yox-
dur.  İlk  öncə  ona  görə  ki,  Q.Əliyev  və  Q.Beqdeli  bu 
titulu banbiş kimi qəbul etsələr də, ilkin mənbələrdə o, 
banbiş  yox,  bambiş  formasında  yazıya  alınmışdır 
(Себеос 1962. 50; Фавстос Бузанд 1953. 36; Абегян 
1975. 576). 
Qədim  erməni  mənbələrində  yalnız  Şirin  yox, 
bütün  zadəgan  qadınları  bambiş  adlandırılır.  H’Ay 
dilinin tədqiqatçılarının demək olar ki, hamısı bambiş 
titulunu  xatunlar  xatunu  kimi  izah  edirlər  (Абегян 
1975. 575). 
İltisaqi dilli h’aylar (indiki ermənilər yox) qədim 
türklər kimi baş xatunlara bambiş deyirdilər. Bam türk 
dillərindəki am, yəni qadın, biş baş, böyük sözləridir. 
Bam sözünə qadın, qız mənasında Dədəmiz Qor-
qudun kitabında təsadüf edirik. Beyrək dastanda bamsı 
titulu daşıyır. Bu da çoxlu qadına sahib olan deməkdir. 
Beyrək Banu Çiçəkdən qabaq kafir qızı Selcan xatunla 
evlənmiş,  bu  izdivacdan  böyük  bir  kənd  törəmişdi. 
Həmin kənd Amışqa adlanırdı. Kəndin sakinləri deyir-
dilər  ki,  biz  xristian  olsaq  da,  türk  əsilliyik,  Beyrəklə 
Selcan xatunun nəslindənik (Бартольд 1999. 316). 
Amışqa  adının  kökündə  am,  yəni  qadın  sözü 
durur.  Biz  xristian  salnamələrini  tədqiq  etdikcə  görü-
rük ki, orada yüzlərlə bu cür adlar, titullar var. 
İberiya folklorundakı Şirinoz, Ellada panteonun-
dakı  Siren,  çuvaş  folklorundakı  Seren  N.Gəncəvinin 
Şirin  surətinin  arxaik  variantlarıdır.  Dinlər,  ayinlər  4 
Bambiş pəhləvicə 
yox, türkcə 
xatunlar xatunu 
deməkdir. 
İltisaqi dilli 
h’aylar şah və 
zadəgan 
xatunlarına 
bambiş deyirdilər. 
İberiya, Ellada və  
qədim bulqar 
folklorundakı 
Siren 
N.Gəncəvinin 
Şirin obrazının 
arxaik 
variantlarıdır.  


 
 
min  illik  bir  dövr  ərzində  dəfələrlə  dəyişilmiş,  qədim 
Siren  kultu  öz  ilkin  məzmununu  itirmişdir.  Yalnız 
dəyişməyən  bir  şey  var.  O  da  Siren  sözünün  sevgi 
anlamıdır.  Çuvaşlar  xristian  dinini  qəbul  edənə  qədər 
hər  ilin  yaz  fəslində  keçirdikləri  sevgi  ayinini  Siren 
adlandırardılar (Родионов 1983. 21-24
). 
 
 


 
 
Sulaq dastanı 
 
Öncə qeyd etdiyimiz kimi, Gürcüstanın XII əsrə 
qədərki  ədəbiyyatı  yalnız  gürcülərin  ədəbiyyatı  deyil-
dir. Kür boyunda gürcülərdən qabaq yaşayan albanla-
rın, iberlərin, buntürklərin, xəzərlərin şifahi xalq ədə-
biyyatı nümunələridir. 
Bunu  bilən  gürcü  tədqiqatçıları  xüsusi  olaraq 
diqqətə çatdırırlar ki, Sulaq yalnız metexlərin dastanı-
dır  (Xaxaнов  1895,  5.  57).  Onların  fikrincə,  Metex 
kartvellərin  qədim  əcdadlarından  biridir  (Лордкипа-
нидзе 1978. 20. 22; Бакрадзе, Берзенов 1870. 84). 
Əslində isə Turan xalqlarından biri olan metex-
lər indiki gürcülərin əcdadları deyildir. Bir çox iltisaqi 
dilli  etnoslar  Gürcüstanda  sami  mənşəli  baqrationlar 
tərəfindən assimilyasiya olunmuş, tədricən indiki gür-
cü xalqı yaranmışdır. Metex və ya meşexlər də onlar-
dan biridir. Kerop Patkanov hələ XIX əsrin sonlarında 
yazırdı: – Moiseyin təfsirçilərinə görə, iberlər (baqra-
tionlar  yox)  tiber  və  ya  metexlərdən  törəyiblər  (Пат-
канов 1848. 240, 245). 
Metexlər  Kür  çayı  boyuna  köçməzdən  qabaq 
Elam  ərazisində  yaşayırdılar.  Onların  adı  mixiyazılı 
kitabələrdə  Mataktu  formasında  yazıya  alınmışdır. 
Elamın bir vilayəti və həmin vilayətin mərkəzi şəhəri 
Mataktu  adlanırdı  (Мещанинов  1917,  6;  Юсифов 
1968, 270). 
Fikrimizcə,  “Sulaq”  dastanı  metexlərin  deyil. 
Metexlər  onu  öz  qonşuları  Sulaq  nəslindən  mənimsə-
mişlər.  Sulaqlar  kimdir?  Onlar  hansı  xalqın  əcdadla-
rıdır?  Bu  barədə  erməni  və  gürcü  tədqiqatçıları  çox 
şey  bilirlər.  Azərbaycan  tədqiqatçıları  isə  ümumiy-
yətlə, bu mövzuya toxunmamışlar. 
Sulaq Qafqazdan Misirə, Romaya və Krıma qə-
dər yayılmış türk etnoslarından biridir. İlk dəfə onların 
adına qədim Misirin piramida mətnlərində rast gəlirik. 
“Sulaq” 
metexlərin yox, 
sulaqların 
dastanıdır. 


 
 
Yəhudi  tarixçisi  İosif  Flavi  (I  əsr)  yazır  ki,  Misir 
fironlarından biri Sulak olmuşdur. O, İudeya hökmdarı 
Davidin çağdaşı idi (Иосиф Флавий 52390. 381). 
Nəzərə alsaq ki, çar və peyğəmbər David eradan 
öncə XI yüzildə yaşamışdır, deməli Sulak e. ö. II mi-
nilliyin  sonlarında  Misirin  ən  güclü  nəsillərindən  biri 
olmuşdur.  Əldə  olan  mənbələrin  tədqiqi  göstərir  ki, 
Sulak bütün Misirdə yox, Misirin bir hissəsində hökm-
ranlıq etmişdir. 
Daha  sonra  Sulak  nəslinə    Kolxidada  rast  gəli-
rik.  Kolxidanın  ilk  kahin-hökmdarlarından  biri  Sulak 
totem adı daşıyırdı. Yunan tarixçilərinin yazdığına gö-
rə,  kolxların  hökmdarı  Sulak  çar  Ayetin  oğludur 
(Лордкипанидзе  1978.  138).  Məlumdur  ki,  Kolxida 
etnoslarının  bir  hissəsi  Misir  mənşəlidir.  Belə  hesab 
edirik  ki,  sulaklar  kolxlar,  ayetlər  və  b.  birlikdə  Nil 
vadisindən qovulmuş, e. ö. VI əsrdə Qara dənizin şərq 
sahillərinə gəlib çıxmışdır. 
Mətnşünaslar  həmin  Sulakın  adını  gah  Sulak
gah  Saulak,  gah  da  Savmak  kimi  oxuyurlar  (Голенко 
1951. 199). Plini Sekunda görə, həmin Saulak Savmak 
deyildir (Лордкипанидзе 1978. 135). 
Qədim  erməni  tarixçiləri  Sulak  nəslinin  adını 
Slaq  kimi  yazıya  almışlar.  Həmin  mənbələrdən  görü-
nür  ki,  sulaklar  h’ayların  hakim  feodal  nəsillərindən 
biri  olmuşlar.  Musa  Xorenli  yazır:  –  Deyə  bilmərəm, 
Sulaq  H’Ay  nəslidir,  yoxsa  aborigendir  (Хоренский  
1893. 60). 
Sulaq nəslindən çarlarla yanaşı görkəmli din xa-
dimləri çıxmışdır. Sulaq tayfa başçıları arasında tanın-
mış  din  xadimləri  vardı.  Onlardan  biri  V  əsrdə  yaşa-
mış,  katolik  kilsəsinin  nümayəndəsi  kimi  Romadan 
Mesopotamiyaya göndərilmişdi (Касумова 2005. 9). 
Sulakların hamısı  yunanlarla, daha sonra roma-
lılarla döyüşlərdə məhv olub getməmişdir. Onların sağ 
Sulak nəslindən 
fironlar, 
kahinlər, 
xristian din 
xadimləri 
çıxmışdır. 
 Misir 
fironlarından 
biri Sulak 
totem adı 
daşıyırdı. 
 Sulaq Ay 
nəslindəndir. 
Qədim erməni 
mənbələrinin 
çoxunda H’Ay 
Ay adlandırılır.   


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə