104
İlkin Əsgər
müəkkəbdir. Məsələn, neologizm yunanca neos-yeni, və
logos-anlayış sözlərinin birləşməsindən əmələ gəlmişdir.
Azərbaycan dilində bu hissələr ayrılıqda məna vermədiyi
üçün, asemantik olduğu üçün işlənmir. Ona görə də -neo
şəkilçili sözlər dilimizdə öz semantikasından asılı olaraq
həm sadə, həm də düzəltmə söz keyfiyyətinə malik olur.
-nka. –həngi şəkilçisi ilə sinonimlik keyfiyyətinə malik
olub, qoşulduğu sözdə oyun, rəqs, milli mənsubluq bildi-
rir.Məsələn: ləzginka-ləzgihəngi. Həpsi birdən halqa vurdu;
Coşqun məclis quruldu; Çalğı coşdu, incə, şaqraq ləzginkalar
vuruldu. (A.İldırım), Bayaqdan başını tərpədə bilmirdin, indi
ləzgihəngi vurursan. (N.Vəzirov)(bax: 9.,261).
-tele. Yunan mənşəli söz olub, azərbaycanca “uzaq” mə-
nasını ifadə edir. Müasir Azərbaycan dilində müstəqil lek-
sik mənaya malik olmadığı üçün asemantikləşmiş şəkilçi
qismində çıxış edir. İzahlı lüğətdə bu morfemin mürəkkəb
sözlərin tərkib hissəsinin birinci tərəfi kimi işləndiyi göstə-
rilir: Mürəkkəb sözlərin birinci tərkib hissəsi olub, “uzaq
məsafələrə işləyən, verilən, göndərilən, uzaq məsafələrdən
görünən, eşidilən, yazılan” mənasını ifadə edir; məs: teleq-
ram, teleskop, telefilm və s.(11.,277).
Bu mülahizə Azərbaycan dilində -tele morfemi ilə baş-
layan sözlərdə özünü doğrultmur. Ənənəvi dilçilikdə mor-
fologiyaya dair tədqiqatlarda da mürəkkəb sözlərin əmələ-
gəlmə yolları arasında bu tip sözlərin işlənməsi haqqında
münasibət bildirilməmişdir. Mürəkkəb sözün əmələ gəlmə-
si üçün onu təşkil edən tərkib hissələr bir-birilə qrammatik
əlaqədə olmalı, tərəflər müstəqil leksik məna ifadə etməli-
dir. Hətta müstəqil leksik mənaya malik olan istənilən və
ayrı-ayrı sözləri də müvafiq qaydalara (Mürəkkəb sözlərin
105
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
yazılışı qaydalarını nəzərdə tuturuq.) əsasən birləşdirib
mürəkkəb söz əmələ gətirmək mümkün deyil. Məsələn,
müasir Azərbaycan dilində “insan” və “dağ” kök morfem-
ləri həm leksik, həm qrammatik cəhətdən müstəqildirlər.
Lakin bunları insandağ, dağinsan, dağ-insan, insandağı
və s. kimi işlədə bilmirik və işlətmək mümkün də deyil.
Fikrimizi izah etmək üçün verdiyimiz misallardan görün-
düyü kimi, müqayisənin özü belə uğursuzdur. Ona görə
də mürəkkəb sözlərin yaranmasında leksik məna qədər
semantik bağlılıq da zəruri və şərtdir. –tele budaq morfe-
minin dilimizdə şəkilçi funksiyasına malik olduğunu təs-
diq edən dəlillərdən biri də kök və şəkilçi məfhumlarının
daşıdığı morfoloji yükdür. Sözün ayrılıqda işlənə bilməyən
və müstəqil leksik məna ifadə etməyən hissəsinə şəkilçi de-
yilir. –tele budaq morfemi də bu tələbi tam ödəyir. Düzdür,
yuxarıda verilən teleqram, telefilm, teleskop kimi çoxsaylı
sözlər əsasən, mənbə dildə mürəkkəb söz kimi çıxış edir.
Lakin bu və ya digər bir leksik vahidin hər hansısa bir dildə
düzəltmə, yaxud da mürəkkəb söz-leksik vahid kimi çıxış
etməsi həmin məfhumların dilimizdə də quruluş etibarilə
mənbə dildə olduğu kimi işlənməsi demək deyil və o anla-
ma gəlməz. Azərbaycan dili müstəqil, iltisaqi dil kimi özü-
nün zəngin fonetik, leksik, qrammatik sistemi var. Dilimizə
keçən alınma mənşəli sözlər də bu sistemlərlə tənzimlənir,
dilimizin fonetik tərkibinə uyğunlaşdırılır. Bu məqamda
Azərbaycan dilində işlənən –saz,-pərəst,-namə,-fəşan,-
bənd, -xor və s. kimi Ərəb-fars mənşəli şəkilçiləri yada sal-
maq kifayətdir. Bu şəkilçilər də mənbə dildə müstəqil sözlər
kimi işlənir. Amma dilimizin fonetik-qrammatik quruluşu-
na əsasən dilimizdə şəkilçi funksiyasını daşıyır. Bu nöqte-
106
İlkin Əsgər
yi-nəzərdən –tele və -tele kimi alınma budaq morfemlərin
heç bir fərqi yoxdur. –tele ön şəkilçisi həm alınma, həm də
milli mənşəli sözlərə qoşularaq əsasən düzəltmə sözlər, ne-
ologizmlər əmələ gətirir. Bu şəkilçi əsasən məhsuldardır və
dilimizdə elmi-texniki tərəqqinin, ictimai-siyasi inkişafla
əlaqədar olaraq çoxlu sayda yeni mənalı sözlər düzəldir.
Məsələn: teledebat, telejurnalist, telesiqnal, telequrğu, te-
leveriliş, teleölçü, teleölçmə, teleötürücü, telemərkəz, tele-
müəllim, telekörpü, teleqəbuledici teleoperator və s.
-yat. Bu şəkilçi demək olar ki, Müasir Azərbaycan dilin-
də işləkliyini itirmişdir. Rus mənşəli olan şəkilçi qoşulduğu
sözdə əşya, proses, ictimai quruluş, hadisə çaları yaradır.
Məsələn: oktyabryat, parselyat və s.
-ioner. Şəkilçi əlavə olunduğu sözdə şəxs, əşya, vəzifə,
sənət-peşə mənasın ifadə edir. Mənbə dildən fərqli olaraq
dilimizdə sözdüzəldicilik funksiyasına malikdir. –çı,-çi,-
çu,-çü şəkilçisi ilə qrammatik sinonimlik təşkil edir. Müasir
Azərbaycan dilində həm şəkilçi, həm də bu şəkilçi vasitə-
silə əmələ gələn sözlər arxaikləşməyə doğru inkişaf pro-
sesini keçirir. Şəkilçiyə “milisioner” sözündə rast gəlinir.
Məsələn: Növbətçi milisioner əlində səhər yeməyi içəri daxil
oldu.(İ.Şıxlı), Növbətçi milisioner qapıda göründü.(İ.Şıxlı),
Milisionerlər çobanı itələyib içəri saldılar və barmaqları tətikdə
arxada dayandılar.(İ.Şıxlı) və s.
-for. Şəkilçi yunan mənşəli olub, “foros” sözü əsasında
əmələ gəlmişdir. Yunan mənşəli “foros” azərbaycanca “da-
şıyıcı” mənasını bildirir. –for şəkilçisi isə dilimizdə “foros”
sözünün mənasının daralması, şəkilçiləşməsi nəticəsində
yaranmışdır. Müasir Azərbaycan dilində bu qəlib əsasında
milli və alınma mənşəli olmasından asılı olmayaraq onlarla
Dostları ilə paylaş: |