101
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
-iya,-asiya. Rus-avropa mənşəli omonim şəkilçi olub,
əsasən, əşya məzmunu bildirən sözlər əmələ gətirir.
Məsələn: motivasiya, dekorasiya, oliqarxiya, qarantiya,
refleksiya, vaksinasiya, omonimiya, sinonimiya, olimpiya
və s.
-iça,-içə. Rus-avropa mənşəli şəkilçi olub, əsasən, alınma
mənşəli sözlərin tərkibində işlənir. Mənbə dildən fərqli ola-
raq dilimizdə isimdən isim düzəldən şəkilçi funksiyasında
çıxış edir. Qoşulduğu sözdə əşya, vəzifə, rütbə, şəxs, cins
çaları ifadə edir. Məsələn : kraliça, çariça, imperatriçə və s.
-essa. Bu şəkilçi fransız mənşəli olub, müasir Azərbay-
can dilində qeyri-məhsuldar şəkilçi qismində çıxış edir.
İsimdən isim düzəldərək şəxs, əşya, cins məzmununu bil-
dirir. Məsələn: baronessa
-essa şəkilçisi təxminən –ıça,-içə və milli mənşəli –ım şə-
kilçiləri ilə qrammatik sinonimlik keyfiyyətinə malikdir.
Müqayisə edin: kral-kraliça, çar-çariça, imperatr-imperat-
riçə, xan-xanım və s.
-re. Bu şəkilçi ön şəkilçidir. Həm sifətlərə, həm də isim-
lərə qoşula bilir.Məsələn: aktiv-reaktiv, forma-reforma,
konstruksiya-rekonstruksiya və s.(7.,25)
-ir. Rus-avropa mənşəli qeyri-məhsuldar ön şəkilçilər-
dən biri olub, alınma mənşəli adlardan yeni sözlər əmələ
gətirir. Bu şəkilçi həm milli, həm də alınma mənşəli –ir
şəkilçisi ilə omonimlik keyfiyyətinə malikdir. Qoşulduğu
sözdə daha çox əlamət, keyfiyyət, xüsusiyyət, əkslik çaları
ifadə edir. Məsələn: irreal, irrasional, irradiasiya və s.
- poli. Rus-avropa mənşəli qeyri-məhsuldar ön şəkilçi-
dir. Məsələn: polisemantik, politexnikum, poliklinika və s.
102
İlkin Əsgər
-ura. Daha çox ixtisas, dərəcə, təhsil, elm anlayışı ilə bağ-
lı sözlər düzəldir. Məsələn: doktorantura, dissertantura,
rezidentura və s.
-inq. Bu şəkilçi əsasən, dilimizə ingilis dilindən keçmiş
sözlərə əlavə olunmaqla, əşya məfhumu ifadə edən bir sıra
neologizmlər yaradır. Məsələn: parkinq, pressinq, mar-
ketinq, monitorinq və s. Dilimizdə tədricən sabitləşməyə
doğru inkişaf edir.
-alyon. Olduqca qeyri-məhsuldar şəkilçi olub, peşə,
sənət, şəxs bildirən söz düzəldir. Məsələn: poçtalyon
-oloji. Rus-avropa mənşəli qeyri-məhsuldar son şəkilçi-
dir. Müasir Azərbaycan dilində əlamət, keyfiyyət bildirən
sözlər düzəldir. Məsələn: mifoloji, türkoloji, tipoloji,
psixoloji və s.
-ir. İsimlərin sonuna artırılmaqla sənət, peşə, insan anla-
yışı ifadə edən sözlər düzəldir. Məsələn: bankir, kassir, bi-
riqadir və s. Kassir və biriqadir sözlərində eliziya hadisəsi
nəticəsində “a” hərfi düşmüşdür. Məsələn: Hamıdan xahiş
etdi ki,heç olmasa qoyun, kolxozda bir kişi briqadiri olsun.(İ.Şıx-
lı), Ancaq briqadir onu saxladı.(İ.Şıxlı)
-ka. İsimdən isim düzəldən Rus-avropa mənşəli qey-
ri-məhsuldar şəkilçidir. Qoşulduğu sözdə əşya, alət, vasitə,
geyim məzmunu yaradır. Məsələn: vizitka, maşınka, slav-
yanka, probka, futbolka və s.
-men. Avropa mənşəli şəkilçi olub, azərbaycanca “kişi”,
“adam” mənasında işlənir. Mənbə dildə müstəqil söz kimi
işlənən –men şəkilçisi dilimizdə neologizmlərin yaranma-
sında mühüm əhəmiyyət kəsb edir. Məsələn: biznesmen,
sazmen, şoumen, cazmen, polismen və s.
103
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
-pan. Rus-avropa mənşəli qeyri-məhsuldar ön şəkilçidir.
Məsələn: pantürkizm, pantürkist
-it. İsimdən isim düzəldən qeyri-məhsuldar söz-şəkilçi-
dir. Əsasən əşya, proses bildirir. Məsələn: bronxit.
-izə. Rus-avropa mənşəli qeyri-məhsuldar şəkilçidir.
Adlardan yeni sözlər əmələ gətirir. Məsələn: idealizə, re-
alizə və s.
-geo. Bu morfem yunan mənşəli olub, dilimizdə qey-
ri-məhsuldar ön şəkilçi funksiyasında çıxış edir. Məsələn:
geokimiya, geokimyəvi, geofizika, geokosmik və s. Müasir
Azərbaycan dilində geo adlı müstəqil, leksik məna ifadə
edən söz yoxdur. Azərbaycan dilinin izahlı lüğətində də bu
morfem söz əvvəlində işlənən önlük kimi izah olunmuş-
dur: “ geo...(yun. ge-yer) Bir sıra xarici sözlərin (isim və
sifətlərin) qabağında, onlara yer, Yer kürəsi, yer qabığı mə-
nası verən önlük; məs: geobotanika, geologiya, geofizika”.
(9.,220)
Qeyd edək ki, -geo şəkilçili sözlərin hamısı quruluşca
düzəltmə deyil. Bu sözlər əsasən alınma olub, mənbə dildə
olduğu kimi dilimizə keçmişdir. Məsələn, geoloq, geoloji,
geologiya və s. kimi sözləri tərkib hissələrə ayırmaq müm-
kün deyil.
-neo. Bu şəkilçi də yunan mənşəli olub, qeyri-məhsuldar
ön şəkilçidir. –neo yunanca “neos” sözündən olub, azər-
baycanca “yeni” deməkdir. (bax: 9.,468) Dilimizdə –neo şə-
kilçili sözlərin hamısı quruluşca eyni olmayıb, bir-birindən
fərqlənirlər. Məsələn, neolit, neologizm, neantrop və s. söz-
lər quruluşca sadə, neorealizm, neopifaqorçu, neolinqvisti-
ka, neoplastik kimi sözlər isə düzəltmədir. Halbuki, mənbə
dildə bu sözlərin əksəriyyəti quruluş etibarilə düzəltmə və
Dostları ilə paylaş: |