İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/51
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5795
1   ...   20   21   22   23   24   25   26   27   ...   51

 
95 
pozuntusu və s. bütün bunlar narkotik maddələrə aludə 
olmağın ölümlə sonlanan ziyanlarından sayılır.
1
 
 
 
Narkomanlıq və ölüm 
Narkomanlıq yol qəzası, yanma, ürək və nəfəs borusu 
xəstəliklərindən  sonra  ölümün  dördüncü  amili  hesab 
edilir.
2
 
İranın  narkotik  maddələrlə  mübarizə  komitəsinin 
məsul  işçilərindən  biri  deyir:  İranda  hər  dəqiqədə  bir 
narkoman dünyasını dəyişir.
3
 
Statistikaya  əsasən,  2002-ci  ildə  3500  və  2003-cü  ildə 
4500 nəfər narkoman dünya ilə vidalaşmışdır.
4
 
Nasirəddin şah və tiryək çəkmə 
Bu bölümü Nasirəddin şahın yazdığı xatirələrinin biri 
ilə sona yetirirəm. 
"Bir  gün  tiryəkin  nə  olduğunu  bilmək  üçün  onun 
ləzzətini dadmaq istədik. Bunun üçün od və tiryək üçün 
çubuq hazırlanmasını əmr etdim. Biz tiryək çəkənlər kimi 
manqalın  yanında  əyləşdik.  Bizim  tiryək  hazırlayan 
nökərimiz  hoqqanı
5
 qızdıraraq  tiryəki  onun  üzərinə 
                                                 
1 Həmin qaynaq. 
2 "“Səlamət”" aylıq jurnalı, 1385-ci il (h.ş) , səh.32. 

"
Hucume xamuş
"
, 107. 

"
Hucume xamuş
"
, 108. 
5 Tiryək çəkmək üçün istifadə olunan alət. 


 
96 
qoydu  və  ilk  dəfə  olaraq  dodaqlarımız  vafur  çubuğu  ilə 
tanış  oldu.  Tiryəyi  çəkmək  üçün  öncə  adi  şəkildə  güc 
verdik  və  üfürdik.  Üfürməyin  nəticəsində,  manqaldan 
kül qalxaraq bizim şahlıq tacmızın üzərinə  qondu. Biz o 
an vafuru yerə ataraq düşündük ki, hər kəs tiryək çəksə, 
başına kül olacaqdır.
1
 
 
 
 
 
 
 
 
İKİNCİ FƏSİL 
 
 
 
 
                                                 
1
"
 Golşəne lətayef
"
, səh. 73. 


 
97 
ELMİ VƏ TİBBİ SÜBUTLARA ƏSASƏN 
VACİBATIN BƏDƏNİN SAĞLAMLIĞINDA 
TƏSİRİ 
 
 
 
HƏCC VƏ ÖMRƏ 
Əgər bir şəxs iqtisadi baxımdan, ehtiyacsız olarsa həcc 
ona vacib olur belə ki, həcc və ömrə elə bir işlərdəndir ki, 
rəvayətlərdə  sağlamlığın  səbəblərindən  biri  kimi  qeyd 
edilmişdir. 
İmam Səccad (s) buyurub: 
"
مُکُقازرا عِسَّتَت و مُکُنادبا ّحصَت اورِمَتعا و اوّجح
"
 
"Həcc və ömrəni yerinə yetirin ki, bədəniniz sağlam 
və ruziniz bol olsun."
1
 
Həcc  və  ömrədə  olan  sağlamlıq  iki  səbəbə  görə  ola 
bilər: 
1. Həccin mənəvi və ruhi təsirlərinə görə. Həccdə olan 
mənəvi əməllər ruh yüksəkliyinə səbəb olur. Aydındır ki, 
ruh sağlam olduğu təqdirdə, bədənə bir başa təsir qoyur. 
2. Səfərdə nəzərdə tutulan mənfəətlər, həcc və ömrədə 
də ola bilər. 
                                                 

"
Kafi
"
, c.252. 


 
98 
HİCAB 
Hicab,  təzəliyini  və  sağlamlığını  qoruyub  saxlayan 
meyvə  qabığına  bənzəyir.  Nə  qədər  ki,  qadınlarda  bu 
hicab  və  iffət  var  təravət,  gözəllik,  yenilik  və 
sağlamlıqdan  bəhrələnirlər.  Amma  hicabı  açan  kimi 
sağlamlıq və gözəllik də aradan gedir.
1
 
Allahın  vacib  buyurduqlarından  biri  də  hicabı 
qorumaqdır  ki,  bir  çox  mənəvi,  ictimai,  ailəvi,  ruhi  və 
hətta cismi mənfəətlərlə doludur. 
Bu  yazı  öz  keçmiş  metoduna  əsasən  yalnız  çox  qısa 
şəkildə cismani zərərlərə işarə edir. 
Hicabsızlığın cismi zərərləri
 
Hicabsızlar  üçün  mütəmadi  olaraq  vəhşicəsinə  cinsi 
təcavüzlərə  məruz  qalmaqdan,  qətldən  və  bəzən 
müqavimət göstərdikdə kobudcasına döyülməkdən artıq 
zərər  nə  ola  bilər.  Bəzən  də  bu  təcavüzlərin  sonu 
xəstəliklərlə nəticələnir. 
Statistik  məlumatlara  görə  İsveçdə  qadın  hər  20 
dəqiqədən  bir  döyülərək  yaralanır  və  hər  3  saatdan  bir 
təcavüzə məruz qalır. 
2
 
Hicablı  qadınlar  üçün  cinsi  və  cismi  təhlükəsizlikdən 
artıq hansı faydaları bəyan etmək olar?  
Nyuyork Taymzın müxbirinin hicab 
barəsində etdiyi söhbət 
                                                 
1
 
"
Geyim və hicab hekayələri
"
, c. 79, 2-ci cildin təmsillərin nəql etməklə. 
2
 
"
Beheşte cəvanan
"
, səh.235,
"
Cümhuriye Eslami
"
 qəzetinə istinadən. 


 
99 
Nyuyork  Taymzın  müxbirinin,  "İslama  sığınan 
qadınlar,  yeni  bir  təhlükəsizlikdədirlər"  sərlövhəli 
məqaləsində  müsəlman  xanımlarının  günü-gündən 
hicaba gəlməsinə işarə edərək yazır: hansı iş bu qayıdışa 
səbəb olub? Elə bir qayıdış ki, sözün əsl mənasında şəxsi 
və ictimai azadlıqlarda formalaşmışdır.  
Bunun  cavabını  islamçıların  Orta  Şərqin  modern 
cəmiyyətinin  ruhuna  və  kişi  və  qadınına  bəxş  etdikləri 
uca məqam və dəyərdə axtarmaq lazımdır. 
Hicab,  qadının  izdihamlı  şəhərlərdə  rahat  fəaliyyət 
göstərməsinə  əlverişli  şərait yaradır  və ətraf şəhərlərdən 
paytaxta iş axtarmağa gələn cavan kişilərin, onlara mane 
olmasının qarşısını alır. 
Bu  geyim  (hicab),  ətrafında  olanlara  bir  xəbər 
çatdıraraq  deyir:  "bu  bir  nəcib  qadındır.  Onunla  işiniz 
olmasın".  Həmçinin  qadına,  heç  bir  cinsi  təcavüzlərə 
məruz qalmadan şəhərin cəmiyyətlə dolu olan nəqliyyat 
vasitələrindən istifadə etməyinə kömək edir.
1
 
Hicabsızlıq və qətl 
Qətldə  ittiham  olunan  bir  cavanı  tuturlar.  Ondan,  nə 
üçün bu iyrənc əməli gördüyünü soruşurlar. 
Cavabında deyir: "Subay oğlan idim. Min bir zəhmətlə 
orta  məktəb  şəhadətnaməmi  alaraq  universitetə  qəbul 
oldum."  Orada  gözüm  universitetin  həyətində  və 
auditoriyasında  gəzib-dolaşan,  deyib-gülən,  və  əslində 
heç bir şeyə riayət etməyən gözəl-hicabsız qızlara düşdü. 
                                                 
1
"
 Beheşte cəvanan
"
, səh.266.
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə