İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/51
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5795
1   ...   24   25   26   27   28   29   30   31   ...   51

 
112 
dərkedilməzdir.  Necə  ola  bilər  ki,  insan  öz  malını 
verməklə yanaşı onun malı artsın? 
 Cavab:  
 Əvvəla:  Bizim  şüurumuz  bir  çox  şeyləri  dərk  edə 
bilmir.
1
 Əgər  Allah  tükənməz  qüdrəti  ilə  hər  hansı  bir 
şeyi  iradə  edərsə,  o  qeyri-mümkün  olmayacaqdır.  Necə 
ki,  o  xüms  və  zəkat  verən  şəxsin  malının  artmasını 
istəmiş və iradə etmişdir. 
 İkincisi: Müəyyən bir şeyin bir tərəfdən azalaraq digər 
tərəfdən  çoxalmasının  nümunələrini  yaşadığımız  təbiət 
aləmində  də  tapmaq  olar.  Misal  olaraq,  bağban  ağacın 
artıqlarını  budadıqda,  ilk  baxışda  ağacdan  nəsə  azalır, 
halbuki o ağac daha da mahsuldar olur. 
B) 
Zəkat 
verənin 
sağlamlıq 
və 
uzunömürlülüyü 
 Əvvəla: İnsan toplumsuz yaşaya bilməyən ictimai bir 
varlıqdır.  Bu  baxımdan  insanlarla  əlaqə  yaratmaq 
məcburiyyətindədir.  Məhz  buna  görədir  ki,  xümslərin 
verilməməsi  nəticəsində  bir  qrup  insan  kasıbçılığa, 
xəstəliyə  düçar  olarsa,  bu  xəstəlik  bizim  də  yaxamızdan 
yapışacaqdır.  Misal  olaraq  dünyada  yayılmış  hətta 
varlıların  da  düçar  olduqları  xəstəliklərin  bəzisinin 
səbəbi,  kasıb  Afrika  ölkələridir.  Onlar  imkanları 
olduqları  vaxt  o  xəstəliyi  müalicə  edə  bilər  və  başqa 
ölkələrə yayılmasının qarşısısnı ala bilərdilər. Eləcə də öz 
ətrafımızda xəstəliklərini müalicə edə bilməyən və sonda 
xəstəliklərini  bizə  də  keçirən  kasıb  adamlar  heç  də  az 
                                                 
1
 Əlavə  məlumat  üçün  sədəqə  və  ziyarətin...  ömürün  üzün  və  qısalığı  ilə 
əlaqəsi bölməsinə müraciət edin. Səh....
  


 
113 
deyil.  Məsələn  hər  hansı  bir  yoluxucu  xəstəliyə  və  ya 
kiçik  bir  soyuqdəyməyə  düçar  olaraq  məktəbə  getsələr, 
bizim  övladlarımız  da  çox  keçmədən  bu  xəstəliklərə 
yoluxacaqdır. 
 İkincisi:  Statistika  göstərir  ki,  varlı  adamların 
bıçaqlanmaları  və  ölümləri  çoxlu  var-dövlət  və  xümsü 
ödəməməklə 
yaranan 
kasıbçılıq 
nəticəsində 
baş 
vermişdir.  Çünki  xümslər  ödənilmədikdə,  sinfi  ayrı-
seçkilik artır, bu  isə bir çox oğurluqların amilidir. Bəzən 
kasıb  pullunun  evinə  oğurluğa  keçir  və  varlı  şəxs 
müqavimət  etdikdə  kasıb  tərəfindən  bıçaqlanır  və  ya 
şiddətli 
şəkildə 
döyülməyə 
məruz 
qalaraq 
öz 
sağlamlığını əldən verir. 
Yuxarıda  söylənilənlərdən  əlavə,  hamı  üçün  faydalı 
olan  onun  başqa  müsbət  təsirini  də  qeyd  etmək  olar.  O 
isə  budur  ki,  zəkatın  mərcəi-təqlidin  izni  ilə  xərclənmə 
yerlərindən  biri  də,  İmam  Sahib  əz-Zaman  ağanın  razı 
olduğu  yerdir.  Başqa  sözlə  desək,  Allah  yolunda  (fi 
səbilillah)  xərclənməlidir.  Yəni  bütün  xeyir  işlərdə,  o 
cümlədən:  məscid  tikmək,  körpü  qurmaq,  məktəb  və 
xəstəxana  tikmək  və  s.  üçün  məsrəf  edilə  bilər.  Heç 
şübhəsiz  ki,  belə  bir  xeyir  işlər  fərdin  və  cəmiyyətin 
sağlamlığında necə müsbət təsirlər qoyacaqdır. 
CƏSƏDLƏRİN DƏFN EDİLMƏSİ VƏ 
MÜASİR ELM  
İslam  dininin  müqəddəs  qanunvericisi  -  uca  Allah 
cəsədlərin  dəfn  edilməsinə  göstəriş  verərək,  onu  vacib 
bilmişdir.  Çünki  cənazə  dəfn  edilməzsə,  cəsədin 


 
114 
çürüməsini  müşahidə  etmək,  iyinin  dəyişilməsi  və  onun 
qorxulu mənzərəsi bir dəstəni daxilən narahat edəcək və 
ətrafında  olan  bütün  canlılar  meyitin  üfunətli  iyindən 
əziyyətə düşəcəklər. 
Hazırda  bəlli  olmuşdur  ki,  cənazədə  ölümdən  dərhal 
sonra  mikrob  və  çirk  meydana  gəlir,  belə  ki,  bağırsaq 
bakteriyaları  qana  və  velnefə
1
 keçərək  sürətlə  artmağa 
başlayır,  əvvəl  həvazilər  və  anarubilər  (bihavazilər) 
inkişaf  edir.  Albuminoid  və  üfunətli  qazların
2
 istehsalı, 
anaerbuların tam inkişafından sonra başlayır. Bu yolla ki, 
tədricən  qarın  nahiyəsində,  sinədə  və  digər  üzvlərdə 
yaşıl  rəngli  ləkələr  müşahidə  edilir.  Anaerobilər 
albuminiud  maddələrinin  sadə  kimyəvi  elementlərə 
parçalanması  və  üfunətli  qazların  (karbon,  hidrogen, 
hidrogen  sulfat  və  amonyak  kimi)  istehsalı  mikrob  və 
çürümənin əsas amilləridir. 
Yayda  üç-dörd  gündən  sonra,  qazın  təzyiqi  qarında 
daha da güclənir, belə ki cənazə tabutda üzüquylu olarsa 
tabut  partlaya  bilər,  cəsədin  əvvəlki  vəziyyətindən  iki 
dəfə  çox  böyüməsi  və  xayaların  sərcin  formasını  alması 
mümkündür. Bir neçə aydan sonra, torpağın tərkibindən 
asılı  olaraq,  divarın  partlayış  təzyiqi  nəticəsində  üfunət 
aradan  gedir.  Bədəndə  mikrob  infeksiyası  başladıqdan 
sonra,  bəzi  həşəratlar  (dipterlər)  öz  yumurtalarını  ağız 
boşluğunda,  burunda  və  gözün  kənarında  qoyurlar, 
                                                 
1
 İnsan  bədənində  plasma  və  ağ  qan  cisimciyindən  ibarət  qan 
tərkibidir. 
2
 Üfunətli, qoxulu, iylənmiş 


 
115 
tezliklə laru
1
 törənərək buruna, gözə və qulağa daxil olur 
və mikroblara kömək edir. 
Hazırda elmin kəşf etdiyi bu məsələləri  İmam Rza (ə) 
əsrlər öncə buyurmuşdur. 
"Ölülərin  dəfn  edilməsi  ona  görə  vacib  edildi  ki, 
meyyitin fəsadı xalqı əziyyət etməsin və onun dəyişilmə 
çirkinliyini  görməsinlər,  onun  üfunətli  qoxusunu 
iyləməsinlər, dirilər ölünün iyi və fasid olmuş üzvləri ilə 
əziyyətə düşməsinlər və dost və düşmən gözündən uzaq 
torpaq  altında  çürüsün  ki,  düşmənləri  onu  danlamasın 
və dostları qüssələnməsin".  
ORUC 
İslam  dinində  vacib  əməllərdən  biri  də,  mübarək 
Ramazan ayında oruc tutmaqdır. Bu ibadət bir çox ruhi, 
cismi, iqtisadi, ictimai və s. müsbət təsirlərə malikdir. Biz 
yalnız onun cismi faydaları haqda müxtəsər söz açırıq. 
İslam  Peyğəmbəri  buyurur:  "Oruc  tutun  ki,  sağlam 
qalasınız".
2
  
Həzrətin  bu  dəyərli  hədisinin  kiçik  bir  hissəsini  dərk 
etmək  üçün,  yüz  illər  keçdikdən  sonra  o  böyük 
şəxsiyyətin buyuruğu ilə, orucun bir sıra faydalarını üzə 
çıxarmış alimlərin sözlərinə işarə edirik. 
ALİMLƏRİN NƏZƏRİNDƏ ORUCUN 
CİSMİ FAYDALARI 
A) Bir rus alimi yazır: 
                                                 
1
 Qurd, həşərat 
2
 "Fərhənge mouzuiye mobəlleğan", səh.220.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə