İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/51
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5795
1   ...   34   35   36   37   38   39   40   41   ...   51

 
153 
 
 
 
 
BEŞİNCİ FƏSİL 
 
 
 
Cismani xəstəliklərin amilləri barəsində 
hədislər və onların elmi sübutu 
 
 
 
 


 
154 
QƏM-QÜSSƏ
1
 
İmam Əli (ə) buyurub:  
"
دسجلا مدهي نزحلا
"
 
"Qəm bədəni viran edir". 
2
 
Başqa 
rəvayətdə 
buyurur: 
"Kədər 
qocalığın 
yarasıdır".
3
 Ruhla  bədən  bir-birilə  o  qədər  əlaqəlidirlər 
ki,  hər  birinin  vəziyyətinin  yaxşı  ya  pis  olması  digərinə 
sirayət  edir.  Buna  görə  də  insanın  ruhu  bədəninin  təsiri 
altındadır.  İnsanın  hüznlü  vəziyyəti  istər-istəməz  onun 
bədəninə  pis  təsir  qoyaraq  cismini  düzgün  istqamətdən 
yayındırır.  Qəm-qüssə,  əsəblərin  taqətdən  düşməsi,  qan 
təzyiqi, şəkər və iştahsızlıq, mədə qıcqırması və yarası və 
sair  xəstəliklərin  amilidir.  Qüssənin  təsirindən  bədən 
açıq-aşkar  əriməyə,  arıqlamağa  başlayaraq  get-gedə  öz 
müqavimət  qüvvəsini  itirir.  Bununla  da  bədən  müxtəlif 
xəstəliklərə məruz qalır. Həzrət Əli (ə) buyurub: "Kimin 
kədəri çox olarsa bədəni xəstə olar".  
ÇOX YEMƏK 
İslamda 
çox 
yemək 
məkruh  və  xəstəliklərin 
amillərindən biri sayılır. 
Allah taala Qurani-Kərimdə buyurur:  
                                                 
1
 Buradada  qəm-qüssə  deyildikdə,  maddi  dünya  üçün  edilən  qəm-
qüssə  nəzərdə  tutulur.  Çünki  axirətlə  bağlı  olan  qəm-qüssə  insan 
həyatında müsbət təsirə və ruh yuksəkliyinə səbəb olur. 
2
 "Nəhcül-Bəlağə" (Feyz), səh.1143. 
3
 "Qürərül-Hikəm", səh.23. 


 
155 
"Yeyin, için israf etməyin"
1
 
Allahın  Rəsulu  buyurub:  "Çox  yeməkdən  çəkinin  ki, 
bədəni  xarab  edir,  xəstəlik  yaradır,  və  ibadət  zamanı 
süstlük  yaradır."  Habelə  buyurub:  "Kimin  yeməyi  az 
olarsa  bədəni  sağlam  qalar  və  ürəyi  şəfa  tapar 
(təmizlənər). Habelə kimin yeməyi çox olarsa sağlamlığı 
azalar".  
Əmirəlmöminin  (ə)  buyurub:  "Çox  yeyən  insan 
sağlamlığı az olar". 
2
 
İmam  Rza  (ə)  buyurub:  "Camaat  yeməyinə  fikir 
versəydi bədənləri sağlam olardı".
3
  
Az yemək və Mədinə xalqının sağlamlığı 
Peyğəmbərin  (s)  vaxtından  əcəm  şahlarından  biri 
təcrübəli  həkimlərdən  birini  xəstələri  mualicə  etsin  deyə 
Mədinəyə Peyğəmbərin (s) yanına göndərdi. Təbib bir  il 
Mədinədə 
qalmasına 
baxmayaraq, 
heç 
kim 
öz 
xəstəliyinin müalicəsi üçün ona müracət etmədi. 
Təbib  Peyğəmbərin  (s)  yanına  gedib  giley-güzar 
etməyə  başlayır  ki,  mən  bura  sizin  dostlarınızı  müalicə 
etmək  üçün  gəlmişəm.  Amma  bu  müddət  ərzində  heç 
kim  mənə  müraciət  etmədi  ki,  mənə  tapşırılan  vəzifəni 
yerinə  yetirəm.  Peyğəmbər  (s)  buyurur:  "Bu  insanlar 
həyatlarında  bir  yol  seçiblər  ki,  iştah  onlara  qalib 
gəlməyənədək  yemək  yemirlər.  Yeməklərini  də  iştahları 
kəsilməmiş  və  hələ  doymamış  bitirirlər  (elə  bu  səbəbə 
                                                 
1
 "Əraf", ayə 31. 
2
 "Mizan əl-Hikmə", c.1. 
3
 "Aşiqlər diyarı", c.5, səh.342. 


 
156 
görə  də  sağlamdırlar  və  heç  bir  təbibə  ehtiyacları 
yoxdur).  Həkim  Peyğəmbərin  (s)  dediklərini  təsdiq 
edərək təvazökarlıqla ona ehtiram edib çıxıb getdi.
1
 
Elm baxımından çox yeməyin cismi zərərləri 
Çox  yemək  çəkinin  artmasına  səbəb  olur.  Çəkinin 
artması  isə  (xüsusilədə  qarının  çıxmasıyla  başlayarsa) 
müxtəlif xəstəliklərə, o cümlədən şəkər, ürək xəstəlikləri, 
infarkt  və  hətta  xərçəng  kimi  ölümə  bais  olan  bu  dörd 
xəstəliklərə tutula bilərsiniz.                    
Köklük, çəkinizin 20% faiz öz normal həddindən artıq 
olması  deməkdir.  Artıq  çəki  ürək  və  bütün  bədən 
üzvlərinin sıxıntısına səbəb olur. 
Amerikalı Həkimlərdən biri olan Doktor Şeltun deyir: 
"Kim  öz  bədəninin  normasını  bilib  o  qədər  yesə  və  o 
həddi  aşmasa,  sağlam  qalar.  Amma  kim  həddən  artıq 
yeməyə  adət  edərsə  öz  əllərilə  xəstəlik  yaradır.  Bu 
vəziyyətdə onun və heç kimin əlindən bir iş gəlmir.
2
 
152 yaşlı Tomasın ölümünə səbəb çox 
yeməklik oldu 
Professor Huveflan İngiltərə sakini Tomas Bar adlı şux 
qoca  bir  kişi  haqda  deyir:  "bu  kişi  120  yaşında  dul  bir 
qadınla evlənir və miladi tarixilə 1575-ci ildə 152 yaşında 
dünyasını  dəyişir".  Professor  Huveflan  onun  ölümünün 
səbəbini  belə  bəyan  edir:  "İngiltərə  padşahı  İ  Şarl,  bu 
kişinin uzunömürlü olmasını eşidəndə onu görmək üçün 
                                                 
1
 "100 mövzu və 500 dastan", səh.325. 
2
 "Oruc həyatını xilas edə bilər", səh.154. 


 
157 
Londona  öz  sarayına  dəvət  edir.  İngiltərə  sarayında  bir 
neçə  gün  qonaq  olduğu  müddətdə  öz  keçmiş  az  yemək 
adətinin  əksinə  olaraq  ləzətli  yeməklər  yeməkdə  ifrata 
yol  verir.  Onları  həzm  etməyə  aciz  qalaraq  bu  ifratın 
təsirindən  öz  canını  əldən  verir.  Professor  Huveflanın 
onun  taleyindən  danışmaqdan  məqsədi,  camaatı,  yuxarı 
yaşlarda  çox  yeməyin  və  maddələrin  tam  surətdə  həzm 
olunmmaası 
nəticəsində 
daxili 
zəhərlənmələrin 
səbəbindən  baş  verən  ölümün  tezləşməsindən  xəbərdar 
etməkdir.
1
 
Nə qədər yeyək? 
Bu  suala  cavab  vermək  üçün  hamının  istifadə  edə 
biləcəyi  miqdarı  təyin  etmək  olmaz.  Ola  bilsin  təyin 
olunmuş  miqdar  bəziləri  üçün  az  digərləri  üçün  çox 
olsun. Deyə bilərik ki, yarım kiloqram yemək hamı üçün 
yaxşıdır. Çünki, lazımlı yeməyin miqdarı hər bir insanda 
ayrı olur. 
Bu  baradə  meyar  yeməyin  o  qədər  yeyilməsidir  ki, 
süfrədən  durarkən  özümüzü  ağır  hiss  etməyək.  Digər 
tərəfdənsə gərək zəiflik də hiss etməyək.  
ÇOX YATMAQ 
Əmirəlmöminin  (ə)  buyurub:  "Çox  yatıb  ifratlıq 
etmək  insanın  vücudunu  qüsurlu  edir  və  insana  çoxlu 
zərərlər gətirir".
2
 
                                                 
1
 "Uzunömürlülüyün sirri", c.1, səh.91. 
2
 "Mizan əl-Hikmə", c.1, "əkl" babı. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə