İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/51
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5795
1   ...   35   36   37   38   39   40   41   42   ...   51

 
158 
Yuxu və tibb 
Bəzi həkimlər bədənin yuxuya ehtiyacını 7 bəziləri isə 
8 saat bildiriblər. Elə həmin mütəxəsislər 9 saatdan artıq 
yatmağı  bədən  üçün  zərərli  hesab  edirlər.  Eləcə  də  az 
yatmaq da bədən üçün zərərlidir. Jurnallardan biri yazır 
ki, yuxu və istirahətinizə əhəmiyyət verməsəniz  bilin ki, 
az  yatmaq  sizin  şəkərinizin  miqdarını  pozaraq  çəkinizin 
artmasına və solğunluğa səbəb olacaq. Diabet xəstəliyinə 
düçar olmaq qorxusunu artırır. Sonda isə beyninizə zərər 
vuracaq.  Yuxusuzluq  qalxanvari  vəzinin  hormonunu 
pozur,  stress  yaradır,  yaddaşa  mənfi  təsir  qoyur.  Hətta 
bədənin  immun  sistemini  zəiflədərək  həddən  artıq 
xəstəliklərə  səbəb  olur.  Yuxusuzluq  ürəyin  sağlamlığı 
üçün təhlükə yaradır, bədənin maddələr mübadiləsini də 
pozur. 
İslamın  bu  məsələyə  də  fikir  verməsi  diqqətdən 
yayınmır.  İmam  Rza  (ə)  sağlamlıq  barəsində  etdiyi 
tövsiyələrin birinidə buyurub: "Yuxun gələn zaman yat". 
 
 
 
 
 
 


 
159 
ALTINCI FƏSİL 
 
 
Bəzi təriflənmiş və məzəmmətlənmiş 
xasiyyətlərin sağlamlıqdakı rolunun elmi yolu 
ilə sübutu. 
 
 
Bu  fəsli  tərtib  etməkdən  məqsəd,  bir  neçə  müstəhəb 
işlərin  və  bəyənilən  xasiyyətlərin  sağlamlıqda  rolunu, 
eləcədə bir neçə məkruh və məzəmmətlənmiş işlərin cismi 
xəstəliklərdəki  rolunu  elm  və  alimlərin  nəzərilə 
araşdırmaqdır. Bununla siz qəti şəkildə inanacaqsınız ki, 
İslamın  göstərişləri  hətta  tibbi  və  cismi  baxımdan  da 
hikmətsiz deyil.  
 
EVLƏNMƏ 
İslamda  təkid  olunmuş  işlərdən  biri  də  evlənməkdir. 
Kim günaha düşməsindən qorxarsa, evlənmək ona vacib 
olur. 


 
160 
Evlənmə və uzunömürlülük  
Bəlkə də bir çoxları üçün inanılmaz olan məsələlərdən 
biri  də  statistikanın  verdiyi  məlumata  əsasən  evli 
insanların  ömrünün  subay  insanların  ömründən  çox 
olmasıdır.  Halbuki  ilk  baxımdan  adama  elə  gəlir  ki, 
evlilikdə  olan  bir  sıra  çətinliklər,  o  cümlədən  ailə 
güzaranını  təmin  etmək  məsuliyyəti,  övladın  tərbiyəsi, 
fikir  ayrılığı  və  bu  kimi  xoşagəlməz  işlər  ömrün 
azalmasına  gətirib  çıxaracaq.  Fərzad  Həkim  "Uzun 
ömürlüyün  sirləri"  kitabında  yazır:  "Amerikanın  "Park 
Deyvis"  müəssisəsənin  hazırladığı  məlumata  əsasən, 
evlilərin  ömrü  subayların  ömründən  daha  çoxdur.  Belə 
ki,  evli  kişi  və  qadınlara  nisbətən  subay  kişilərdə  ölüm 
75%, qadınlarda isə 50% çoxdur. 
1966-cı  ildə  dünya  mətbuatlarında  yayılmış  məlumat 
evli  kişilərin  ömrünün  subay  kişilərin  ömründən  çox 
olmasını  bir  daha  sübut  etdi.  Verilən  məlumatda  bu 
fərqin səbəbinin kişilərin təkliyə dözümsüzlüyündən irəli 
gəlməsi bildirilir. 
1
 
Müxtəlif  araşdırmalar  evlənən  insanların,  ictimai 
ruhiyyəli  şəxslərin  və  çoxlu  dostu  olanların  çox 
yaşamasını sübut edib.  
Koliforniya  universitetlərində  aparılan  tədqiqatlara 
əsasən 10  il ərzində 45 yaşından 64 yaşına  kimi  insanlar 
arasında  ölənlərin  sayı  evlilərlə  müqayisədə  subay 
insanlarda  iki  dəfə  çox  olub.  Bu  məsələnin,  onların 
                                                 
1
 "Uzun ömürlülüyün sirri", səh.134 


 
161 
arasında  yaranan  insanlıq  əlaqəsindən  irəli  gəlməsi 
nəzərə çarpır.
1
 
Evlənmək bir məntəqəni uzun ömürlü 
olmasına səbəb olur 
Azərbaycanda  Dağlıq  Qarabaq  adlı  bir  məntəqə 
yerləşir. Orada hər ailənin 10 dan – 21 dək övladı var. Bu 
məntəqədə 150 min əhali yaşayır. Onlardan 29,5 faizi 100 
yaşından yuxarıdırlar. 
Bu  məntəqədə  yaşayan  100  yaşlıların  79  faizini 
qadınlar  təşkil  edir.  Onların  uzun  ömürlü  olmasının 
sirrini aşağıda qeyd olunan bir neçə işdə görürlər: 
1- Tütün məhsullarına adət etməmək 
2- Daima işləmək 
3- Tez yatıb tez durmaq 
4- İlin yarısını açıq havada keçirmək 
5- Süd içmək 
6- Tez evlənmək.
2
 
Subaylıq və qan təzyiqi 
Çikaqo  universitetinin  tədqiqatçıları  maraqlı  nəticələr 
əldə  ediblər:  Tənha  yaşayan  insanlar  gərginliklə 
                                                 
1
 Yüz yaşamaq üçün yüz məsləhət, səh.140 
2
 Hörmətli oxuculara bəllidir ki, insanlarının uzunömürlülüyü, gözəl 
ab-havası,  səfalı  yerləri  ilə  dillər  əzbəri  olan  Qarabağ  hazırda  yağı 
düşmənlərin  tapdağı  altındadır.  Əfsuslar  ki,  müəllifin  çox 
yaşamalarına dair söz açdığı Qarabağ əhalisi, hazırda öz yurdundan-
yuvasından  uzaq  düşmüşlər.  İndi  nə  o  azad,  təmiz  havadan  və  nə 
düzgün  qidalanmadan  bir  xəbər  var.  Uca  Allahdan  tezliklə 
Qarabağın Azərbaycana qovuşmasını diləyirik (mütərcim). 


 
162 
üzləşdikdə  daha  çox  qorxu  hissi  keçirirlər.  Çətinliklərlə 
üzləşdikdə  onların  müqavimət  gücü  evlilərinkindən  az 
olur. Tənha yaşayan insanlar stressə qarşı passiv reaksiya 
göstərirlər.  Belə  ki,  heç  kimdən  kömək  istəməyərək 
çalışırlar  ki,  çətin  vəziyyətdən  qaçsınlar.  Yolu  onlarda 
zəif  olur.  Tək  yaşayan  insanlarda,  bu  məsələlər  qan 
təzyiqinin  artması  ehtimalına  səbəb  olur  (cavan  olsa  da 
belə). Bu insanların yaşı artdıqca situlik təzyiqi də artır.
1
 
Evlənmək əvəzinə qızla münasibət yaratmaq 
Əgər 
"evlənməklə 
ömrnün 
uzanmasına 
dair 
gətirdiyiniz  dəlillərdə,  qızlarla  münasibət  yaratmağın 
evlənməklə  nə  fərqi  var?"  deyilərsə,  cavab  veririk: 
Əvvəla: Əgər bir nəfər qanunsuz cinsi əlaqələr yaratmaq 
istəyirsə, ruhi zərərlərdən və Allahın qəzəb və əzabından 
əlavə  qadınlarda  olan  müxtəlif  cismi  xəstəliklər  onada 
keçəcək.  
İkincisi:  qanunsuz  cinsi  əlaqələr  qeyri-təbii  cinsin 
meylin  yaranmasına  səbəb  olur.  Bu  da  fitrətin  və  insan 
təbiətinin  tələblərilə  münasib  deyil.  Bu  daimi  və  yorucu 
meyl  şübhəsiz  ömrün  azalmasına  gətirib  çıxardır. 
Evliliyin,  yəni  əlaqələrin  bir  qadına  yönəlməsinin 
təsirlərindən  biri  də  onun,  müəyyən  bir  insanla  eyni 
tərzdə  yaşamağa,  cinsi  meyli  normal  səviyyədə 
saxlamağa  səbəb  olması  və  qeyri-təbii  cinsi  meylin 
təhrikinə  mane  olmasıdır.  Beləliklə,  subayların  özlərinə 
nəzarət etmədən tam azad şəkildə öz ehtiraslarını təmin 
etdikləri  zaman  yaranan  problemlər  və  sağlamlığın 
                                                 
1
 “Səlamət” həftəlik jurnalı, 1385 (h.ş) 81-ci sayı. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə