|
İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraqöz övladına vəqf etsə, ondan istifadə etmək ixtiyarı onların özü ilə olar. Əgər həddi-büluğa
öz övladına vəqf etsə, ondan istifadə etmək ixtiyarı onların özü ilə olar. Əgər həddi-büluğa
çatmamış olsalar, ixtiyar onların vəlisinindir və vəqfdən istifadə etmək üçün şəriət
hakiminin icazəsi lazım deyil. Amma vəqfi tə`mir etmək və gələcək nəsillərin mənfəətinə
olaraq onu kirayə vermək kimi, vəqfin və ya gələcək nəsillərin məsləhəti olan məsələlərdə
ixtiyarı şəriət hakiminin əlindədir.
Məsələ 2644: Bir mülkü, məsələn; fəqirlərə, yaxud seyyidlərə və ya qazancı xeyir işlərə sərf
edilmək üçün vəqf edərsə, o mülk üçün bir mütəvəlli tə`yin etməyibsə, onun ixtiyarı şəriət
hakiminin əlindədir.
Məsələ 2645: Əgər bir mülkü xüsusi şəxslərə, məsələn; öz övladına vəqf etsə ki, hər bir
nəsil öz növbəsində ardıcıl ondan istifadə etsin, belə ki, mütəvəlli onu icarəyə versə və ölsə,
icarə batil olmaz. Amma əgər mütəvəllisi olmasa və onlara mülk vəqf etmiş şəxslərin bir
təbəqəsi onu icarə versələr və icarənin müddəti əsnasında ölsələr, belə ki, onlardan sonrakı
təbəqə icarəyə imza qoymasalar, icarə batil olar. Belə halda icarə edən, bütün müddətin
icarəsinin haqqını veribsə, icarənin haqqını onların öldüyü zamandan icarənin müddətinin
axırına qədər onların malından götürəcək.
Məsələ 2646: Əgər vəqf olunan malın eyni mülkü xarab olsa, vəqfliyindən xaric olmaz.
Amma əgər vəqf olunan şey məxsusi bir ünvana qəsd olunmuşsa və o ünvan aradan
gedərsə, vəqf batil olur. Məsələn; bir bağçanı, bağça olaraq vəqf etmişlərsə, o bağça xarab
olduğu təqdirdə, vəqf batil olur. O mülk isə vəqf edənin varislərinə qayıdır.
Məsələ 2647: Bir qismi vəqf olub, digər bir qismi vəqf olunmayan bir mülk bölünməyibsə,
vəqfin mütəvvəlisi və vəqf olmayan hissənin maliki vəqf malını ayıra bilərlər.
Məsələ 2648: Əgər vəqfin mütəvəllisi xəyanət etsə, məsələn; vəqfin gəlirini müəyyən
olunmuş məsrəflərə çatdırmasa, şəriət hakimi inanılmış bir adamı ona qoşacaq ki, ona
xəyanət etməyə mane olsun. Mümkün olmayan halda isə, onu əzl edib onun yerinə
inanılmış bir adamı mütəvəlli tə`yin edə bilər.
Məsələ 2649: Hüseyniyyə üçün vəqf olunan xalçanı namaz qılmaq üçün məscidə, hətta
məscid Hüseyniyyəyə yaxın olsa belə, apara bilməzlər. Amma əgər Hüseyniyyənin mülkü
olsa, mütəvəllinin icazəsi ilə başqa yerə aparmaq olar.
Məsələ 2650: Bir mülkü bir məscidin tə`miri üçün vəqf edərlərsə, əgər o məscidin tə`mirə
ehtiyacı olmayıb, yaxın bir zamanda da tə`mir ehtiyacı olmağı gözlənilməyən təqdirdə, o
mülkün gəlirlərini sonradan o məscidin tə`mirlərinə istifadə etmək üçün toplayıb saxlamaq
mümkün olmasa, lazım ehtiyat odur ki, o mülkün gəlirləri vəqf edən şəxsin niyyətinə ən
yaxın olan işlərə xərclənsin, məsələn; ondan, o məscidin digər ehtiyaclarında və ya başqa
bir məscidin tə`mirində istifadə olunmalıdır.
Məsələ 2651: Əgər bir mülkün gəlirinin məscidin tə`mirinə, imam-camaata və məsciddə
azan deyən şəxsə xərclənməsi üçün vəqf etsə, əgər hər biri üçün bir miqdar müəyyən etmiş
olsa, gərək həmin cür xərcləsinlər. Əgər tə`yin etməyibsə, gərək əvvəl məscidi tə`mir
etsinlər, əgər bir şey artıq qalarsa, mütəvəlli onu məsləhət bildiyi şəkildə imam-camaatla,
azan deyənin arasında bölər. Yaxşısı budur ki, bu iki nəfər öz aralarında bölən zaman sülh
etsinlər.
VƏSİYYƏTİN HÖKMLƏRİ
Məsələ 2652: Vəsiyyət, insanın ölümündən sonra özü üçün bə`zi işlərin yerinə yetirilməsini
sifariş etməsinə və ya ölümündən sonra malından bir şeyin başqasının malı olmasını, ya da
onun malından bir şeyi başqa bir şəxsin mülkiyyətinə keçirmələrini və ya xeyir işlərdə
xərcləmələrini söyləməsinə və yaxud öz övladı və ixtiyarında olan şəxslər üçün müəyyən bir
şəxsi qəyyum (başçı) tə`yin etməsinə deyilir. Vəsiyyət edilən şəxsə isə vəsi deyilir.
Məsələ 2653: Danışa bilməyən şəxs, əgər işarə ilə öz məqsədini başa salsa, hər bir iş üçün
vəsiyyət edə bilər. Hətta danışa bilən şəxs də, əgər işarə ilə öz məqsədini başa salıb vəsiyyət
etsə, səhihdir.
Məsələ 2654: Əgər yazılmış bir şeyi meyyitin imzası ya möhürü ilə görsələr, belə ki,
mövcud əlamətlərdən onun məqsədini başa düşsələr və mə`lum olsa ki, vəsiyyət etmək üçün
yazıb, gərək ona uyğun əməl etsinlər.
Məsələ 2655: Vəsiyyət edən şəxs, gərək ağıllı və həddi-büluğa çatmış olsun, səfeh
olmamalıdır və öz ixtiyarı ilə vəsiyyət etməlidir. Həddi-büluğa çatmamış uşağın vəsiyyəti
səhih deyildir. Amma əgər uşaq on yaşında olsa və öz qohumları üçün, ya da ümumi xeyir
işlərdə sərf edilməsi üçün vəsiyyət edərsə, uşağın bu iki halda olan vəsiyyəti səhihdir.
Amma əgər qohumlarından qeyrisi üçün və ya yeddi yaşında olan bir uşaq, malından az
bir şeyi vəsiyyət edərsə, onun vəsiyyətinin nüfuzlu olması məhəlli işkaldır. Bu halda
ehtiyata əməl etmək lazımdır. Əgər bir şəxs səfeh olsa, onun öz malı üçün etdiyi vəsiyyət
nüfuzlu deyildir. Amma onun bundan başqa olan vəsiyyəti, məsələn; ölümündən sonra
cənazə üçün edilən işlər haqqındakı vəsiyyəti nüfuzludur.
Məsələ 2656: Bir kəs bilə-bilə, özünü öldürmək məqsədi ilə həlak olacağı tərzdə özünü
yaralayıb və ya ölümə səbəb olan zəhər içsə, əgər malının bir miqdarını bir yerə istifadə
üçün çatdırmalarını vəsiyyət etsə, sonra ölərsə, onun vəsiyyəti səhih deyildir. (Amma əgər
onun işi Allah yolunda cihad olarsa, bu, istisnadır.) Amma mal-dövlətlə əlaqədar olmayan
şeylərdə vəsiyyəti səhihdir.
Məsələ 2657: İnsan, malından bir şeyi, bir şəxsin olmasını vəsiyyət edərsə, o şəxs, onu qəbul
etdiyi halda, istər onun sağlığında, istərsə vəfatından sonra olsun, o şey vəsiyyət edənin
malının üçdə birindən çox olmasa, həmin şey vəsiyyət edənin ölümündən sonra onun
mülkiyyətinə keçər.
Məsələ 2658: İnsan, ölüm nişanələrini özündə görən vaxt, gərək dərhal camaatın
əmanətlərini sahiblərinə çatdırsın, ya da 2302-ci məsələdə deyildiyi kimi, onlara xəbər
versin. Əgər xalqa borcu varsa və onun da verilmə vaxtı çatmayıbsa və ya çatıb, amma
tələbkar da öz alacağını tələb etmirsə, ya tələb etsə də verməyə gücü çatmırsa, ölümündən
sonra, onun tələbkara veriləcəyinə əmin olacaq bir iş etməlidir. Məsələn; onun başqalarına
borclu olduğu mə`lum deyilsə, vəsiyyət etməlidir və vəsiyyəti üçün şahid tutmalıdır. Amma
əgər ödəyə bilərsə və vaxtı da çatıbsa, tələbkar da tələb edibsə, gərək ölüm əlamətlərini
görməsə belə dərhal ödəsin.
Məsələ 2659: Ölüm nişanələrini özündə görən kəs, əgər xums, zəkat və məzalimə
borcludursa və hal-hazırda verə bilmirsə, belə ki, özünün malı varsa ya ehtimal versə ki,
bir kəs onları əda edəcək, gərək elə bir iş etsin ki, ölümündən sonra ödəniləcəyinə əmin
olsun. Məsələn, e`timadlı bir adama vəsiyyət etsin. Həmçinin, əgər həcc ona vacib olsa və
haliyədə naib tuta bilməsə də, bu cürdür. Amma əgər şər`i vergilərdən olan borcunu verə
bilərsə, hərçənd onda ölüm nişanələri olmasa belə, gərək dərhal versin.
Məsələ 2660: Ölüm nişanələrini özündə görən şəxsin əgər qəza namazı və orucu varsa,
gərək elə bir iş görsün ki, ölümündən sonra onun əvəzindən yerinə yetiriləcəyinə əmin
olsun, məsələn, vəsiyyət etsin ki, öz malından onlar üçün əcir tutsunlar. Hətta əgər malı
Dostları ilə paylaş: |
|
|