İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


Məsələ 2678: Əgər meyyitin malı borcdan, vacib həccdən və ona vacib olan məzalim, zəkat



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə151/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   147   148   149   150   151   152   153   154   ...   168

Məsələ 2678: Əgər meyyitin malı borcdan, vacib həccdən və ona vacib olan məzalim, zəkat 
və xums kimi hüquqlardan artıq gəlsə, belə ki, vəsiyyət etmiş olsa ki, malın 3/1-i, ya 3/1-nin 
bir miqdarını bir xərcə çatdırsınlar, gərək onun vəsiyyətinə əməl etsinlər, əgər vəsiyyət 
etməyibsə, qalan şey vərəsənin malıdır. 
 
Məsələ 2679: Meyyitin tə`yin etdiyi xərc, malın 3/1-dən artıq olarsa, onun malın 3/1-dən 
artıq olan miqdardakı vəsiyyəti, yalnız varislərin bu vəsiyyətə sözlə, ya əməllə icazə 
verdikləri təqdirdə səhihdir. Təkcə onların qəlbdə razı olması kifayət deyildir. Əgər onun 
ölümündən bir müddət keçdikdən sonra da icazə verərlərsə, səhihdir. Əgər varislərdən 
bə`zisi razı olub bə`ziləri isə rədd edərlərsə, vəsiyyət yalnız vəsiyyətə razı olanların 
hissəsində səhih və keçərlidir. 
 
Məsələ 2680: Əgər meyyitin müəyyən etdiyi xərc onun malının 3/1-dən çox olsa və vərəsələr 
də icazə versələr, öz icazələrindən dönə bilməzlər. Əgər vəsiyyət edənin sağlığında rədd 
ediblərsə, ölümündən sonra icazə verə bilərlər. Amma əgər o öləndən sonra rədd etsələr, 
ondan sonra icazə vermələrinin faydası yoxdur. 
 
Məsələ 2681: Əgər vəsiyyət etsə ki, malının 3/1-dən xums, zəkat, ya başqa bir borcu 
versinlər və onun orucu və namazı üçün əcir tutsunlar, həmçinin fəqirlərə təam vermək 
kimi müstəhəbb bir iş yerinə yetirsinlər, gərək əvvəl onun borcunu malının 3/1-dən 
versinlər. Əgər bir şey artıq qalsa, onun namaz və orucu üçün əcir tutsunlar. Əgər ondan 
da bir şey artıq qalsa, müəyyən etdiyi müstəhəbb işlərə çatdırsınlar. Belə ki, onun malının 
3/1-i ancaq borcuna çatsa və vərəsələr də onun malının 3/1-dən çox xərclənməsinə icazə 
verməsələr, onun namaz və orucu üçün, həmçinin müstəhəbb işlər üçün etdiyi vəsiyyət 
batildir. 
 
Məsələ 2682: Borclarının verilməsini, namaz və oruclarına əcir tutulmasını və müstəhəbb 
bir işin də edilməsini vəsiyyət edərsə və bunların malın 3/1-dən verilməsini vəsiyyət 
etməzsə, onun borcunu malın əslindən verməlidirlər. Əgər bir şey artıq qalsa, onun 3/1-ni 
namaz və oruca, həmçinin müəyyən etdiyi müstəhəbb işlərə çatdırsınlar. Malın 3/1-i onlara 
kifayət etməyən halda əgər vərəsələr icazə versələr, gərək onun vəsiyyətinə əməl olunsun. 
Əgər icazə verməsələr, gərək namaz və orucunu malın 3/1-dən versinlər. Əgər bir şey artıq 
qalsa, müəyyən etdiyi müstəhəbb işlərə çatdırsınlar. 
 
Məsələ 2683: Əgər bir şəxs, «meyyit bu qədər məbləğin mənə verilməsini vəsiyyət etdi» – 
deyərsə, iki adil kişi onun sözünü təsdiq edərsə və ya and içsə və bir adil kişi onu təsdiq 
etsə, ya bir adil kişi və iki adil qadın onun sözünü təsdiq edərsə, ya da dörd adil qadın onun 
sözünü təsdiq edərsə, söylənilən miqdar ona verilməlidir. Əgər bir adil qadın şahidlik 
edərsə, istədiyi malın 4/1-i ona verilməlidir. Əgər iki adil qadın təsdiq edərsə, onun yarısını, 
əgər üç adil qadın təsdiq edərsə onun 4/3-nü ona verməlidirlər. Həmçinin, şəhadət verəcək 
bir müsəlman tapılmasa öz dinlərində adil sayılan iki kitab əhli olan kafir, onun sözünü 
təsdiq etdikdə də tələb etdiyi şeyi ona verməlidirlər. 
 
Məsələ 2684: Əgər bir şəxs, «mən meyyitin malını hər hansı bir yerdə istifadə etməkdə 
onun vəsisiyəm»– deyərsə, iki adil kişi onun sözünü təsdiq edən halda, yaxud şəhadət 
vermək üçün bir müsəlman olmazsa, öz dinlərində adil olan iki zimmə əhlinin təsdiqi ilə, 
habelə vərəsənin iqrar etməsi ilə də onun sözü sübut olunur. 
 
Məsələ 2685: Malından bir şeyin, bir şəxsin malı olmasını vəsiyyət edərsə və o şəxs də qəbul 
və ya rədd etməzdən qabaq ölərsə, onun vərəsələri vəsiyyəti rədd etməyənə qədər o şeyi 
qəbul edə bilərlər. Amma bu hökm, vəsiyyət edənin öz vəsiyyətindən dönmədiyi 
təqdirdədir. Əgər vəsiyyətindən dönərsə, o şeydə haqqları yoxdur. 


İRSİN HÖKMLƏRİ 
 
Məsələ 2686: Qohumluq vasitəsilə irs aparan şəxslər üç dəstədir: 
 
1. Meyyitin ata-anası və övladıdır. Övlad olmayanda isə övladın övladı və nə qədər aşağı 
getsə, bunlardan hər kəs ki, meyyitə daha yaxın olsa, irs aparır. Bu dəstədən bir nəfər 
qalana qədər ikinci dəstə irs aparmazlar. 
 
2. Baba, nənə, bacı və qardaşdır. Qardaş və bacı olmayanda isə onların övladından hər kəs 
ki, meyyitə daha yaxındır, irs aparar. Bu dəstədən bir nəfər qalana qədər üçüncü dəstə irs 
aparmazlar. 
 
3. Əmi, bibi, dayı, xala və onların övladıdır. Meyyitin əmilərindən, bibilərindən, 
dayılarından və xalalarından biri sağ olana qədər onların övladı irs aparmazlar. Amma 
ölənin fəqət ata tərəfindən olan əmisi ilə həm ana, həm də ata tərəfindən olan əmisi oğlu 
olarsa, dayı və xalası olmazsa, miras, ana və ata tərəfindən olan əmisi oğluna düşər və təkcə 
ata tərəfindən olan əmisi miras almaz. Əgər əmi və əmisi oğlanları bir neçə nəfər olsa, 
yaxud da meyyitin əyalı həyatda olsa, bu hökm işkalsız deyildir. 
 
Məsələ 2687: Əgər meyyitin özünün əmisi, bibisi, dayısı, xalası, həmçinin onların övladı və 
övladının da övladı olmasa, onda meyyitin atasının və anasının əmi, bibi, dayı və xalası irs 
apararlar. Əgər bunlar da olmasa, onların övladı irs apararlar və əgər bunlar da olmasa, o 
halda babasının və nənəsinin əmisi, bibisi, dayısı və xalası, əgər bunlar da olmasa, onların 
övladları irs apararlar. 
 
Məsələ 2688: Ər və arvad sonradan deyiləcək təfsil ilə bir-birindən irs apararlar. 
Birinci dəstənin irsi 
 
Məsələ 2689: Əgər meyyitin varisi birinci dəstədən ancaq bir nəfər olsa, məsələn; ata, ya 
anası, ya bir oğlu, ya bir qızı olsa, meyyitin malının hamısı ona çatar. Əgər bir oğlu və bir 
qızı olsa, malı elə bölməlidirlər ki, oğul qızdan iki dəfə artıq aparsın. 
 
Məsələ 2690: Əgər meyyitin varisi ancaq onun ata və anası olsa, malı üç yerə bölərlər, onun 
iki hissəsini ata və bir hissəsini ana aparar. Amma əgər meyyitin iki qardaşı, ya dörd 
bacısı, ya bir qardaş və iki bacısı olsa ki, onların hamısı müsəlman, azad və onların atası 
meyyitin atası ilə bir olsa, istər onların anası meyyitin anası ilə bir olsunlar, istər 
olmasınlar, və bu şərtlə ki, dünyaya gəlmiş olsunlar, baxmayaraq ki, meyyitin ata-anası 
olana qədər bunlar irs aparmır, amma əgər bunlar olarsa, ana malın 6/1-ni aparır, 
qalanını isə atasına verərlər. 
 
Məsələ 2691: Meyyitin varisi yalnız ana, ata və bir qız olarsa, əgər meyyitin əvvəlki 
məsələdə deyilən şərtlərlə, qardaşı və ya bacısı olmazsa, malı beş qismə bölərlər, ana və ata 
hər biri bir pay, qız isə üç pay alar. Əgər keçən şərtlərlə qardaş, ya bacısı olarsa, ata beşdə 
bir və ana altıda bir pay, qız isə beşdə üç pay alar. Yerdə qalan üçdə birdə isə vacib 
ehtiyata görə bir-biri ilə sülh etməlidirlər. Belə ki, onun üçdə birinin ananın, 4/3-nün qızın 
və 4/1-in atanın olması ehtimal verilir. 
 
Məsələ 2692: Əgər meyyitin varisi ata-ana və bir oğul olsa, malı altı yerə bölərlər, ata və 
ananın hər biri onun bir hissəsini, oğul isə dörd hissəsini aparar. Əgər bir neçə oğlu, ya bir 
neçə qızı olsa, o dörd hissəni öz aralarında bərabər bölərlər, əgər həm oğlan və həm də qız 
olsalar o dörd hissəni elə böləcəklər ki, oğul qızdan iki dəfə artıq aparsın. 
 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə