Jurnalımızın növbəti buraxılışı səhiyyə



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə7/22
tarix22.03.2018
ölçüsü0,6 Mb.
#33063
1   2   3   4   5   6   7   8   9   10   ...   22


İlk öncə bir rəhbər kimi “Farmetik” 

MMC-ni  oxucularımıza  tanıtmanızı 

istərdik.

İ.B.:

  “Farmetik”  MMC  Azərbaycanda 

2004-cü ildən  dərman satışı və paylaş-

dırma  deposu  olaraq  fəaliyyətə  başla-

yıb. O gündən bugünə kimi depo olaraq 

fəaliyyətini  davam  etdirir  və  dərman 

bazarında özünü təsdiq etməkdədir.

2009-cu  ilin  noyabr  ayından  Babək 

prospektindeki  öz  yerimizə  köçdük. 

Yeni  ünvanımızdakı  məkan  təxminən 

2000  kvadratmetr  ərazidə  yerləşir  və 

onun  yarısı  qapalıdır.  Depomuz  (dər-

man saxladığımız yer) 800 kvadratmetr 

sahəni  əhatə  edir.  Depo  bütün  qoyulan 

sağlamlıq  standartlarına  uyğun  olaraq 

düzəldilib. Burada temperatur, təzyiq və 

saxlanma qaydalarına tam riayət edilir.

Məkanımızda  ofis  hissə  də  var.  Ofis-

də  apteklər  və  digər  depolar  tərəfindən 

verilən  sifarişlər  qəbul  olunur,  depoya 

verilir, depo həmin sifarişləri yığır və ap-

teklərə  servis  ekspeditorları  tərəfindən 

çatdırılır. Kollektivimiz bir ailə olaraq ça-

lışır. Biz   müştərilərlə hər zaman  mehri-

ban və yaxşı münasibət qurmağa çalışırıq.

Depomuz,  digər  depolardan  fərqli 

olaraq,  sadəcə  “Asfarma”  dərmanlarının 

satışı  ilə  məşğul  olur.  “Asfarma”  marke-

tinq ilə məşğul olan bir şirkətdir. Bu fir-

ma Azərbaycanda 1997–ci ildən fəaliyyət 

göstərir  və  hal-hazırda  inkişaf  edərək 

Rusiya,  Özbəkistan  Moldova,  Latviya, 

Qazaxıstan və Gürcüstan kimi  ölkələrdə 

fəaliyyətini davam etdirir. 

İrfan Başkurt: “Dərmanların 

qiyməti orta hesabla 2-3 

dəfə aşağı salınıb”

30

say 25 | 



EcoVision

ƏSAS MÖVZU: Azərbaycanda səhiyyə


biznes təhsili 

Azərbaycanın  hansı  regionlarında 

fəaliyyət göstərirsiniz?

İ.B.:

  Bakıdan  başqa  Gəncə,  Göyçay, 

Lənkəran, Quba və Şirvan şəhərlərində də 

satış nöqtələrimiz var. Oradan respublika-

nın  bütün rayonlarına dərman vasitələri-

nin çatdırılması xidməti göstərilir. 



Şirkətiniz  əsasən  hansı  ölkələr-

lə  əməkdaşlıq  edir?  Daha  çox  hansı 

ölkələrdən  dərman  vasitələri  idxal 

edirsiniz?

İ.B.:

  Şirkətimiz  əsasən  Türkiyə,  İn-

giltərə  və  Avropanın  qabaqcıl  ölkələri 

ilə əməkdaşlıq edir. Bu firmaların hamısı 

GMP standartlarında istehsal edir. Həmçi-

nin biz də  GDP standartlarına uyğun ola-

raq satış edirik.

Bildiyiniz  kimi,  “Dövlət  qeydiyyatı-

na  alınmış  dərman  vasitələrinin  qiy-

mətlərinin  tənzimlənməsi  və  həmin 

qiymətlərə  nəzarətin  həyata  keçiril-

məsi Qaydası” təsdiq edilib. Bu qərar-

dan  sonra  şirkətiniz  tərəfindən  idxal 

olunan dərman vasitələrinin qiymətin-

də və həcmində hər hansı bir dəyişik-

lik baş verməyib ki? Ümumiyyətlə, bu 

qərarı necə dəyərləndirərdiniz?

İ.B.:

  “Dövlət  qeydiyyatına  alınmış 

dərman  vasitələrinin  qiymətlərinin 

tənzimlənməsi  Qaydası”  təsdiq  edilən-

dən  sonra  proses  başladı.  Sıra  ilə  siya-

hılar çıxır və onlara uyğun olaraq bütün 

dərmanların  qiymətləri  tənzimlənir. 

Hal-hazırda  proses  davam  etdiyinə 

görə  bir  keçid  dövrü  yaşanır.  Bu  gün 

dərmanların  çoxunun  qiyməti  2-3  dəfə 

aşağı düşüb. Proses bitdiyi zaman, mən 

elə düşünürəm ki, bu dəyişiklik əhaliyə 

çox müsbət təsir edəcək və alıcılıq qabi-

liyyəti artacaq. Son olaraq bu proseslər 

bizə sosial sığorta sisteminin də inkişaf 

edəcəyini düşündürür.



“Farmetik”  MMC  olaraq,  yəqin  ki, 

marketinq  araşdırması  aparırsınız. 

Maraqlıdır,  alıcılar  daha  çox  qiymətə, 

yoxsa keyfiyyətə üstünlük verir?

İ.B.:

 Ümumiyyətlə iki çeşid dərman var: 

reseptlə və reseptsiz alınanlar. Dərmanla-

rın əsas hissəsi ancaq reseptlə alına bilər. 

Bunun üçün həkim resept yazmalıdır. Hə-

kim resepti yazanda xəstənin ayrı bir əvəz-

edici almaq ixtiyarı və ya istəyi ola bilməz. 

Həkimlər isə öz seçimlərini inandıqları və 

təcrübə etdikləri dərmanlara verir və on-

ları  reseptə yazırlar. Reseptsiz dərmanlar 

apteklərdən problemsiz alına bilər. Bu dər-

manların alınması alıcılıq qabiliyyətindən 

və  keçmiş  təcrübə  nəticəsində  yaranan 

inamdan asılı olan bir faktordur. Elə alıcılar 

var ki markaya, eləsi var ki qiymətə üstün-

lük verir. 



Cəmiyyətdə  belə  bir  fikir  var  ki, 

dərman  vasitələrinin  qiymətlərinin 

tənzimlənməsindən sonra qiymətlərin 

aşağı düşməsi keyfiyyətə də öz təsirini 

göstərə  bilər.  Bu  fikrə  münasibətinizi 

bilmək istərdik.

İ.B.:

  Azərbaycan Respublikasına daxil 

olan hər bir dərman vasitəsi Analitik Eks-

pertiza  Laboratoriyasında  standartlara 

uyğun  olaraq  yoxlanılır  və  qeydiyyatdan 

keçəndən  sonra  bazara  buraxılır.  Bu  o 

deməktir ki, dərman bazarında keyfiyyət-

siz derman vasitəsi ola bilməz. 



Gələcək  fəaliyyətinizlə  bağlı  hansı 

planlarınız var?

İ.B.:

  Bizim  işlədiyimiz  sektor  insan 

sağlamlığı  ilə bağlıdır. Buna  görə də, işi-

mizin  nəqədər  məsuliyyətli  olduğunu 

bilərək,  işimizə  daha  çox  həssasliqla  və 

diqqətlə yanaşırıq. Zaman bir yerdə dur-

mur  və  bildiyimiz,  gördüyümüz  hər  şey 

inkişaf edir. Hər şey inkişaf etdiyi dövürdə 

bizdə yeniliklər əldə etməli və irəli gedib, 

zamanın nəbzini tutmalıyıq. 

31

say 25 | 



EcoVision

ƏSAS MÖVZU: Azərbaycanda səhiyyə


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə