KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə58/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   ...   54   55   56   57   58   59   60   61   ...   67

İlkin Sabiroğlu 
1980‐cı illərdə İrlandiyada isə dövlət investorlara torpaq sa‐
həsi ayırmış və hətta inkişaf etdirmək istədiyi sənaye sahələri‐
nə binalarını da özü tikib vermişdi. Belə addımların nəticəsidir 
ki, İrlandiya əhalisinin sayı 3 milyon olduğu halda, ölkəyə da‐
xil  olan  birbaşa  xarici  investisiyaların  həcmi  1995‐ci  ildə  40 
milyard  dollar  ikən,  2000‐də  137  milyard  dollar,  2002‐də  168 
milyard  dollar  və  2003‐də  isə  193  milyard  dollara  yüksəlmiş‐
dir.
218
Əfsuslar  olsun  ki,  bəhs  edilən  layihənin  inkişaf  etdirilməsi 
bir  yana  dursun,  o  layihədən  bir  daha  xəbər  çıxmadı.  Doğru‐
dur, Azərbaycanda 15 yanvar 1992‐ci il tarixli “Xarici İnvestisi‐
yanın Qorunması Haqqında” və 13 yanvar 1995‐ci il tarixli “İn‐
vestisiya  fəaliyyəti  haqqında”  Azərbaycan  Respublikasının 
Qanunları mövcud olsa da, faktiki olaraq bu qanunlar işləmir. 
Azərbaycanda  İnvestisiyaların  Təşviqi  və  Məsləhət  Fondu 
Dünya Bankının ekspertləri ilə birgə “İnvestsiya fəaliyyəti haq‐
qında” və “Xüsusi iqtisadi zonalar haqqında” qanun layihələri 
hazırlayıb.  Həmin  qanun  hazırda  qüvvədə  olan  “İnvestisiya 
fəaliyyəti  haqqında”  və  “Xarici  investisiyaların  qorunması 
haqqında” iki qanunu əvəz etməlidir.
219
 Bu iki mövcud qanun‐
lardan  fərqli  olaraq  yeni  layihə  beynəlxalq  təcrübənin  daha 
mükəmməl  elementlərini  özündə  əks  etdirir.  Digər  ölkələrin 
bu sahədə olan təcrübəsini əsas götürərək qanun layihəsinə in‐
vestisiyaların qorunması, investisiya fəaliyyəti zamanı yaranan 
mübahisələrin  həlli  və  digər  həlledici  prinsipial  məsələlər  ilə 
bağlı  yeniliklər  daxil  edilib.  Lakin  bu  qanunun  da  qəbul  edil‐
məsi ləngiyir. 
                                                 
218
 “World Investment Report 2004”, UNCTAD, The Shift Towards Services, 
səh.376. 
219
 “İnvestisiya Mühiti”, Azərbaycanda İnvestisiyalarin Təşviqi və Məsləhət Fondu
http://www.azerinvest.com/az/invopp.php?pg=investmentclimate, 
(01.03.2006). 
 
‐ 194 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
ABŞ Dövlət Departamentinin Azərbaycanın 2006‐cı il üçün 
investisiya  mühiti  ilə  bağlı  yaydığı  bəyanatında  qeyd  olunur 
ki,  Azərbaycan  hökuməti  birbaşa  xarici  investisiyaların  ölkə‐
nin  iqtisadi  inkişafında  mühüm  rol  oynadığını  hesab  edir  və 
bu cür investisiyaların cəlbini alqışlayır. Xarici investisiyaların 
qorunması  haqqında  qanuna  görə,  xarici  investor  icarə  veril‐
miş  sahələr  üzrə  investisiya  yatıra  bilər.  İcazə  verilməyənlərə 
isə  milli  təhlükəsizlik  və  müdafiə  sahələri  aiddir.  Həmçinin 
qeyd  edilir  ki,  yerli  qanunvericiliklə  xarici  investorlar  Azər‐
baycan bazarında birgə müəssisələri və yerli şirkətlər vasitəsi‐
lə,  xarici  investorlara  məxsus  olan  törəmə  şirkətlərin  yaradıl‐
ması  və  xarici  hüquqi  şəxslərin  nümayəndəlikləri  və  filialları 
vasitəsilə iştirak edə bilər. Hesabatın əmək bacarığı və biliklə‐
rinin artırılması, habelə stimullaşdırıcı vasitələrlə bağlı bölmə‐
sində deyilir ki, Azərbaycan Hasilatın Pay Bölgüsü sahəsi istis‐
na  olmaqla,  hələ  ki  digər  sahələrə  xarici  investisiyaların  cəlbi 
məqsədilə stimullaşdırıcı vasitələrdən istifadə etmir.
220
Hökumət,  2006‐cı  ildə  bütün  maliyyələşdirmə  mənbələrin‐
dən  Azərbaycan  iqtisadiyyatına  investisiya  yatırımlarının 
2005‐ci  il  üçün  proqnozlarla  (5827,4  milyon  dollar) müqayisə‐
də  7  faiz  artacağını  və  6513  milyon  dollar  təşkil  edəcəyini 
proqnozlaşdırır. Göstərilən həcmin 2495,6 milyon dolları daxi‐
li,  4018  milyon  dolları  isə  xarici  investisiyaların  payına  düşə‐
cək.  2006‐cı  ildə  daxili  investisiyalar  göstəricisində  proqnozla 
müqayisədə 35,7 faiz artım gözlənildiyi halda, xarici investisi‐
yaların 1,2 faiz aşağı düşəcəyi proqnozlaşdırılır. Daxili investi‐
siyaların  ümumi  həcmində  722,2  milyon  dolları  büdcə  vəsait‐
lərinin,  209,8  milyon  dolları  əhali  tərəfindən  yatırılan  investi‐
siyaların, 1563,6 milyon dolları müəssisə və təşkilatların vəsait‐
lərinin  payına  düşəcək.  Daxili  investisiyaların  1013,3  milyon 
                                                 
220
 “Azerbaijan ‐ 2006 Investment Climate Statement”, U.S. Department of 
State, 1 mart 2006, http://www.state.gov/e/eb/ifd/2006/62315.htm, (01.03.2006). 
 
‐ 195 ‐


İlkin Sabiroğlu 
dolları  həcmində  böyük  hissəsi  sənaye  sahəsinə,  o  cümlədən 
264,3  milyon  dolları  neft  sektoruna  yönəldiləcək.  Ticarət  və 
xidmət sahələrinə 43,7 milyon dollar, nəqliyyat sahəsinə 323,8 
milyon dollar, rabitə sahəsinə 117,6 milyon dollar, tikinti sahə‐
sinə  699,1  milyon  dollar,  kommunal  tikintisi  sahəsinə  79  mil‐
yon dollar, sosial və digər sahələrə 219,1 milyon dollar inves‐
tisiya yatırılacaq.
221
Bu  proqnozlara  əsasən,  növbəti  üç  ildə  Azərbaycan  iqtisa‐
diyyatına  investisiya  yatırımlarının  ümumi  həcmi  azalacaq. 
Beləliklə, 2008‐ci ildə bu göstərici 2007‐ci ildəki 5912,1 milyon 
dollardan 5592,1 milyon dollara, 2009‐cu ildə isə 5781,7 milyon 
dollara  qədər  aşağı  düşəcək.  Bununla  bərabər  hökumət  qeyd 
olunan  dövrdə  daxili  investisiyaların  həcminin  artacağını 
proqnozlaşdırır:  2007‐ci  ildə  2841,1  milyon  dollar, 2008‐ci ildə 
3405,1 milyon dollar, 2009‐cu ildə 3696,7 milyon dollar. 2008‐ci 
ildə xarici investisiyaların həcmi isə 2007‐ci ildəki 3071 milyon 
dollardan  2187  milyon  dollara,  2009‐cu  ildə  isə  2085  milyon 
dollara qədər aşağı düşəcək.
222
Azərbaycanın  potensial  imkanları  müqabilində  qeyri‐neft 
sektoruna  cəlb  edə  bildiyi  birbaşa  xarici  investisiya  miqdarı 
çox‐çox aşağıdır.  Daxil  olan  xarici  investisiyalar  birbaşa  xarici 
investisiyalar şəklində olsa da əsasən neft sektoruna yönəlmiş‐
dir.  Respublika  hələ  də  qeyri‐neft  sektorunun  inkişafı  üçün 
zəruri olan investisiya axınını təşkil edə bilməyib. 
Ayrıca, neft sektoru sürətlə inkişaf etsə də kompleks şəkil‐
də sənayenin inkişafından danışmaq mümkün deyil. Məhz bu 
səbəbdən ölkə prezidenti (İlham Əliyev) regionların sosial‐iqti‐
sadi  inkişafı  Dövlət  Proqramının  ikinci  ilinə  həsr  olunmuş 
konfransda,  neft  amilindən  çox  məharətlə  istifadə  edərək 
Azərbaycanın  uzunmüddətli  sənaye  inkişafı  konsepsiyasının, 
                                                 
221
 “Növbəti illərdə gözlənilən investisiya yatırımlarının həcmi”, IqtisadNet, 3 
dekabr 2005, http://www.iqtisad.net/xeberler/00053.htm, (01.03.2006). 
222
 Ibid. 
 
‐ 196 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə