KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə54/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   ...   50   51   52   53   54   55   56   57   ...   67

İlkin Sabiroğlu 
üzvi növlərin təkamülündə təsirli ünsürün nə olduğu mövzu‐
sunda uzun müddətdir axtardığım ip uclarını verəcəkdi”.
197
Malthusun tezinə görə, əhalinin sayı həndəsi olaraq (1, 2, 4, 
8),  qida  istehsalı  (ehtiyatlar)  isə  riyazi  olaraq  (1,  2,  3,  4)  artır. 
Ona  görə  də əhalinin artımı  ciddi  nəzarətə  götürülməli  və  bu 
artım səfalətə, yoxsulluğa yol açdığı anda əngəllənməliydi. 
Dünya əhalisi doğrudan da yaxın dövrümüzə qədər həndə‐
si  olaraq artıb.  Malthusun  zamanında dünya  əhalisinin  sayı  1 
milyard olduğu halda, bu gün 6 milyardı ötüb. Lakin əhalinin 
artımı  Malthusun  proqnozlaşdırdığının  əksinə,  iki  səbəbdən, 
birincisi, təbabət elmindəki inkişaf nəticəsində bir çox xəstəliyə 
çarə tapıldığından uşaq ölümlərinin ciddi şəkildə azalması və 
ikincisi, həyat standartlarındakı yüksəlmə, tibb sahəsindəki in‐
kişaf,  qidalanma  şərtlərinin  yaxşılaşmasıyla  orta  insan  ömrü‐
nün  uzanması  nəticəsində  meydana  gəlib.  Yəni  hər  iki  səbəb 
də  Malthusun  səfalət  və  ölüm  qorxuları  ilə  ziddiyyət  təşkil 
edir. 
Malthus və davamçılarının mənimsəmiş olduğu fəlakət nə‐
zəriyyəsinin özünü doğrultmayan bir başqa tərəfi də XX əsrin 
ikinci  yarısında  həm  inkişaf  etmiş,  həm  də  inkişaf  etməkdə 
olan ölkələrdə əhalinin artım sürətinin azalmasıdır. Bu ölkələr‐
də əhalinin artım sürətindəki azalmanın səbəblərini də tibb sa‐
həsindəki  inkişaf  və  gəlirlərdəki  yüksəlmə  təşkil  edir.  Amma 
Malthus deyirdi ki, adambaşına düşən gəlir artdıqca, əhali da‐
ha sürətlə artacaq və nəticədə adambaşına düşən gəlir yenidən 
minimum səviyyəyə düşəcək. Tarixi təcrübə isə tam əksini sü‐
but etməkdədir. Amerikalı iqtisadçı, Mark Skousenin də qeyd 
etdiyi  kimi  bəzi  cəmiyyətlərdə  valideynlərin  çox  uşağa  sahib 
olma  istəyi  yaşlandıqları  zaman  maddi  cəhətdən  möhtac  və‐
ziyyətə  düşmək  qorxusundan  irəli  gəlməkdədir.  Dolayısı  ilə 
                                                 
197
 Mark Skousen, “Modern İktisadın İnşası”, Tərcümə: Mustafa Acar və 
digərləri, Liberte Yayınları, Ankara, 2003, səh.77. 
 
‐ 180 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
bu  ailələrdə  uşaqlara  gələcəkdə  gəlir  gətirəcək  ciddi  maliyyə 
vasitəsi kimi baxılmaqdadır. Gəlir səviyyəsi artdıqca çox uşağa 
olan ehtiyac da azalmaqda, daha doğrusu uşaq böyütmək da‐
ha məsrəfli hala gəlməkdədir. Çünki yüksələn gəlir, adətən da‐
ha yüksək təhsil səviyyəsi və ailə planlaması ilə bağlı yetəri qə‐
dər  məlumat  sahibi  olmaq  mənasına  gəlir.  Eyni  zamanda  qa‐
dınların daha çox iş həyatına qoşulması və daha yüksək təhsilə 
yiyələnmələri  evlənmə  yaşını  yüksəltməkdə,  bu  da  öz  növbə‐
sində uşaq sayı məsələsində daha rasional qərar vermələri ilə 
nəticələnməkdədir. 
Buradan  belə  qənaətə  gəlmək  mümkündür  ki,  əhalinin  ar‐
tım sürətini azaltmanın daha məntiqli yolu Malthusun düşün‐
cələrinin  əksinə,  iqtisadi  artımı  və  Adam  Smithin  ifadəsi  ilə 
“ümumbəşəri zənginliyi” təşviq etməkdir. 
1970‐ci illərin başında Çinin 750 milyonluq əhalisi ildə 3 fa‐
izlik artım göstərirdi. Çinin kommunist rəhbərliyi iqtisadi eh‐
tiyatlar ilə, artan Çin əhalisi arasında balans qurmaq məqsədi‐
lə iki dəyişikliyi həyata keçirdi: İqtisadiyyatı sərbəst hala gəti‐
rib, tək‐uşaq siyasətini tətbiq eləməyə başladı. 
İqtisadi sərbəstlik, iqtisadi artımı təşviq yönündən xariqələr 
yaradarkən, tək‐uşaq siyasəti də əhalinin artımını kəskin şəkil‐
də aşağı saldı. Bu gün Çin əhalisinin artım sürəti illik təqribən 
bir faiz təşkil edir. Lakin tək‐uşaq siyasəti ilə özəl həyata belə 
dərin müdaxilə bir çox sosial problemləri də bərabərində gətir‐
di. Mark Skousen bu problemləri aşağıdakı kimi sıralayır:
198
1.  Abortların  sayı  Çində  ciddi  nisbətdə  artmışdır,  xüsusilə 
də doğulmamış qız uşaqlarının məruz qaldığı abortlar. Çinlilə‐
rin oğlan uşağı istəyi çox güclüdür. 
2. Çinin artan bir yaşlanma problemi var, çox geniş və artan 
bir yaşlı nəslə qarşılıq, onları bəsləyəcək gənc nəsil nisbi olaraq 
azlıq təşkil edir. 
                                                 
198
 Ibid., səh.85‐86. 
 
‐ 181 ‐


İlkin Sabiroğlu 
3. Çinin kişi və qadın əhalisi arasındakı disbalans getdikcə 
artmaqdadır. Çinlilərin 55 faizi kişi, 45 faizi qadındır. Nəticədə 
çinli  kişilər  digər  ölkələrdən  evlənmək  üçün  qadın  idxal  edir. 
İdxal edir deyirik, çünki bu qadınların əksəriyyəti təqribən kö‐
lə statusundadır. 
4. Ən maraqlısı ənənəvi geniş çinli ailəsi baxın tək‐uşaq si‐
yasəti ilə hansı şəkli almışdır: Uşaqların bacı və qardaşları yox‐
dur. Əmiləri, dayıları, bibiləri, xalaları yoxdur. Əmi, dayı, bibi 
və xala uşaqları yoxdur. Və nəhayət bu uşaq iki nənə, iki baba 
və ata‐ananın üzərində əsdiyi yeganə uşaqdır. 
Məsələnin tragik tərəfi ondan ibarətdir ki, tək‐uşaq siyasəti 
heç də zəruri bir siyasət deyildi. Julian Simon kimi bir çox iqti‐
sadçının  da  qeyd  etdiyi  kimi,  adambaşına  yüksək  gəlir,  aşağı 
doğum  nisbətinə  səbəb  olmaqdadır.  Yəni  Çin  əslində  sadəcə 
iqtisadi liberallaşdırma yolu ilə sürətli iqtisadi artımı təşviq et‐
məklə tək‐uşaq siyasətinə ehtiyac qalmadan əhalinin ifrat artı‐
mını tənzimləyə bilərdi. 
Doğrudan  da  son  əlli  ildə,  doğum  nisbətləri  inkişaf  etmiş 
ölkələrdə  2,8‐dən  1,9‐a  və  inkişaf  etməkdə  olan  ölkələrdə  isə 
6,2‐dən 3,9‐a düşmüşdür. Hətta bəzi inkişaf etmiş ölkələrdə bu 
nisbət əhalinin özünü yeniləmə nisbətinin qat‐qat altındadır. 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 182 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə