KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə52/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   ...   48   49   50   51   52   53   54   55   ...   67

Kapitalizm Kapitalizmə Bənzəməz 
sinə  hansı  həddə  qədər  icazə  verəcəyi  bəlli  deyil.  Amma  ola 
bilər  ki,  kimlərəsə  bu  bəllidir  və  öncədən  dollar  satıb  manat 
alırlar ki, qazanclı çıxsınlar. Qısacası, hər iki versiya araşdırıl‐
malıdır. 
Yeri  gəlmişkən,  həmin  günlərdə  ABŞ  dolları  ilə  bağlı  bey‐
nəlxalq  valyuta  birjalarında  da  pozitiv  qənaət  hakim  idi.  Mə‐
lum olduğu kimi, ABŞ yüksək tədiyyə balansı kəsiri, xarici ti‐
carət kəsiri və büdcə defisiti ilə üz‐üzə qalıb. ABŞ ilə bağlı son 
bir  neçə  ay  ərzində  açıqlanan  makroiqtisadi  göstəricilərsə  elə 
də pis deyildi. Hadisədən bir həftə əvvəl Xəzinə Nazirliyi ölkə‐
yə  xalis  xarici  sərmayə  daxilolmalarının  iyul  ayında  87,4  mil‐
yard  dollara  yüksəldiyini  açıqlamışdı.  Mütəxəssislər  60  mil‐
yard  dollar  olacağını  gözləyirdi.  Digər tərəfdən  büdcə  defisiti 
də azalmağa doğru üz tutmuşdu, lakin son “Katrina” qasırğa‐
sının hələ bir müddət büdcə defisitinin yüksək olmasına səbəb 
olacağı  proqnozlaşdırılırdı.  Sentyabrın  20‐də  ABŞ  Mərkəzi 
Bankının  faizləri  0,25  bənd  daha  yüksəldəcəyi  ilə  bağlı  proq‐
nozlar,  həmçinin  Avropa  Birliyi  ilə  bağlı  qeyri‐müəyyənliklər 
də  ABŞ  dollarının  lehinə  işləyirdi.  Yəni,  dünya  bazarlarında 
ümumi dalğalanmalar olsa da, ABŞ dolları üçün hələ ki, elə bir 
təhlükə hiss edilmirdi. 
Bu hadisədən sonra Milli Bank valyutadəyişmə məntəqələri 
ilə  bağlı  qaydalara  dəyişiklik  etdi.  Hal‐hazırda  kommersiya 
qurumları Milli Bankın rəsmi məzənnəsindən yalnız 2 faiz ar‐
tıq və ya əksik qiymət müəyyənləşdirə bilərlər. Əvvəl isə bu 3 
faiz səviyyəsində müəyyənləşmişdi. 
Qısacası,  “2004‐cü  ilin  sonundan  artmağa  başlamış  inflya‐
siya  2005‐ci  ilin  aprel  ayında  illik  hesabla  15%‐i  ötmüşdü.  İn‐
flyasiyanın  ikirəqəmli  məcraya  keçməsi  ümumilikdə  iqtisadi 
inkişafa,  xüsusilə  qeyri‐neft  sektorunun  inkişafına  mənfi  təsir 
göstərərək yeni iş yerlərinin yaranmasını təhlükə altına qoydu, 
sosial  proqramların  keyfiyyətini  azaldaraq  əhalinin  bütün  tə‐
bəqələrinin  gündəlik  həyatında  hiss  olunmağa  başladı.  Məhz 
 
‐ 173 ‐


İlkin Sabiroğlu 
bunları nəzərə alaraq “Azərbaycan Respublikasında antiinflya‐
siya  tədbirlərinin  gücləndirilməsi  haqqında”  Ölkə  Prezidenti 
tərəfindən  31  may  2005‐ci  il  tarixli  Fərman  imzalandı.  Bu  fər‐
mana uyğun olaraq Milli Bank hökumətlə birlikdə anti‐inflya‐
siya tədbirlərini həyata keçirməyə başladı və inflyasiyanın qar‐
şısı  alındı.  2005‐ci  ilin  noyabr  ayında  inflyasiya  ötən  ilin  de‐
kabrına qarşı cəmi 3,1% təşkil etmişdir. Müqayisə üçün həmin 
dövr  ərzində  neft  ölkələri  olan  Qazaxıstanda  inflyasiya  6,9%, 
Rusiyada isə 10% təşkil etmişdir. Digər mərkəzi banklar üçün 
olduğu  kimi,  Milli  Bank  üçün  də  pul  siyasətinin  əsas  hədəfi 
baza  inflyasiyadır  ki  (inzibati  qaydada  tənzimlənən  qiymətlə‐
rin dəyişməsindən və mövsümi amillərin təsirindən təmizlən‐
miş istehlak qiymətləri indeksi), bu da makroiqtisadi siyasətin 
inflyasiyaya  real  təsirini  ölçməyə  imkan  verən  indikatordur. 
Noyabrda orta illik inflyasiya 9,8% olduğu halda, baza inflya‐
siya 7,5% təşkil etmişdir.”
191
Lakin  Tarif  Şurasının  2006‐cı  il  5  yanvar  tarixli  “Bəzi  neft 
məhsullarının  qiymətlərinin  respublika  daxilində  tənzimlən‐
məsi barədə” qərarına əsasən, yanvarın 6‐dan etibarən bəzi ya‐
nacaq növlərinin satış qiymətlərinin artırılması tamamilə yeni 
situasiya yaratdı. 
Beynəlxalq Valyuta Fondunun Azərbaycana uzun müddət‐
dir enerji qiymətlərinin yüksəldilməsini tövsiyə etməsi, dünya 
bazarlarında  neftin  qiymətlərinin  yüksək  olması  fonunda  Ru‐
siyanın da qazın qiymətlərini artırmasından  sonra  hökumətin 
bu  məsələdə  istehlakçılara  etdiyi  güzəştin  sonuna  yaxınlaşdı‐
ğını proqnozlaşdırmaq elə də çətin deyildi. Artıq “Azərenerji” 
də hökumətə elektrik enerjisinin qiymətinin artırılmasını təklif 
edəcəyini açıqlayıb. 
                                                 
191
 “Azərbaycan Respublikası Milli Bankının 2006‐ci il üçün pul siyasətinin 
əsas istiqamətləri barədə bəyanatı”, Azərbaycan Milli Bankı
www.nba.az/download/Pul_siyaseti/istiqamet/2006.pdf, (01.03.2006). 
 
‐ 174 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
Ölkədə enerji problemi kompleks şəkildə o vaxt həll oluna‐
caq  ki, enerjinin  həm  istehsalı,  həm  istehlakı,  həm də  qiymət‐
ləndirilməsində  bazar  prinsipləri  əsas  götürüləcək.  Lakin  ba‐
zar prinsipləri əsas götürülməzdən əvvəl bazar subyektlərinin 
də buna hazır olması və ya hazırlanması çox zəruridir. Höku‐
mətin son addımında sanki bunların nəzərə alınmadığı təəssü‐
ratı  yaranır.  Denominasiyaya  yenicə  start  verildiyi bir  mərhə‐
lədə buna gedilməsi və həm də qiymətlərin tədricən deyil, bir‐
dən‐birə  iki  dəfə  artırılmasını  başa  düşmək  olmur.  İnflyasiya 
təzyiqlərini azaltmaq bir saylı iqtisadi problem kimi qarşımız‐
da  durduğu  bir  vaxtda  denominasiyanın  da  inflyasiya  effekti 
ilə birlikdə yanacaq qiymətlərinin yüksəldilməsinin inflyasiya 
effekti ciddi çətinliklər yaradacaq. Artıq qətiyyətlə söyləyə bi‐
lərik  ki,  Milli  Bank  inflyasiya  təzyiqlərini  azaltmaq  üçün  ma‐
natın məzənnəsinin bahalaşması siyasətini davam etdirəcək. 
Bu addım xüsusilə kənd təsərrüfatı məhsullarının qiyməti‐
nin  yüksəlməsinə  səbəb  olacaq.  Ümumi  hazırlıq  görülmədən 
neft  ölkəsində  yanacaq  qiymətlərinin  dünya  qiymətləri  səviy‐
yəsinə  yüksəldilməsi  istəyi  nə  dərəcədə  doğru  yanaşmadır? 
Dünya neft istehlakının 25 faizi ABŞ‐ın üzərinə düşsə də, ora‐
da  neftin  qiyməti  Avropadan  iki  dəfə  ucuzdur.  O  cümlədən 
Çin  böyük  həcmli  yanacaq  idxalına  baxmayaraq,  neft  istehla‐
kının  subsidiyalaşdırılması  siyasətini  həyata  keçirir.  Avropa 
Birliyi  iqtisadi  artım  sıxıntıları  çəkərkən  ABŞ‐da  illik  iqtisadi 
artımın 3 faizdən aşağı düşməməsinin və Çinin sürətli iqtisadi 
artımının  səbəblərindən  biri  də  budur.  Beynəlxalq  Valyuta 
Fondu  2006‐cı  ildə  iqtisadi  artımın  Çində  8,2  faiz,  ABŞ‐da  3,3 
faiz, avro zonasında isə 1,8 faiz olacağını proqnozlaşdırır.
192
Hökumət yanacaq növlərinin satış qiymətlərinin yüksəldil‐
məsini  bəzi  yanacaqdoldurma  məntəqələrində  qiymət  fərqlə‐
                                                 
192
 İlkin Sabiroğlu: “Yanacağın bahalaşması daha ciddi çətinliklər yaradacaq”, 
Müsahibə, “Gündəlik Azərbaycan” qəzeti, 10 yanvar 2006. 
 
‐ 175 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə