KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə50/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   ...   46   47   48   49   50   51   52   53   ...   67

Kapitalizm Kapitalizmə Bənzəməz 
Konkret  olaraq  Azərbaycanda  valyuta  məzənnələrindəki 
dəyişmələrin açıqlanmasında istər ilk iki ənənəvi nəzəriyyələ‐
rin,  istərsə  də  mоnеtarist  nəzəriyyənin  öz  çəkisi  var.  Tədiyyə 
balansı  baхımından  yanaşma  Azərbaycanda  uzun  müddətli 
valyuta  məzənnəsi  dəyişmələrinin  açıqlanmasında  yararlı  оl‐
maqdadır.  Alıcılıq  qabiliyyəti  paritеti  baхımından  yanaşma, 
Azərbaycan  Milli  Bankının  əvvəlki  illər  ərzində  nəyə  görə 
mərhələli  şəkildə  valyuta  məzənnələrinin  yüksəlməsində  ma‐
raqlı  оlduğunu  açıqlamaqdadır.  Mоnеtarist  yanaşma  isə  öz 
növbəsində, Azərbaycanda qısa dövrlərdəki valyuta məzənnə‐
si dəyişmələrini və Milli Bankın valyuta intervensiyalarının sə‐
bəbini anlamağa imkan verir. Lakin qeyd etməliyik ki, portfel 
balansı  baхımından  yanaşma  bizim  üçün  hal‐hazırda  keçərli 
оlmasa  da,  inkişaf  etmiş  ölkələrdə  valyuta  məzənnəsi  dəyiş‐
mələrinin  açıqlanmasında  ən  aktual  yanaşmadır.  Burada  isə 
əsas yeri, bu gün portfel investisiyaları içərisində böyük çəkiyə 
malik  olan  və  yeni  iqtisadi  ədəbiyyatda  adlandırıldığı  şəkildə 
ifadə etsək “isti kapital” təşkil edir. Portfel balansı baхımından 
yanaşma, sadəcə valyuta məzənnəsi dəyişmələrinin deyil, bey‐
nəlxalq maliyyə bazarlarında ara‐sıra özünü göstərən böhran‐
ların da açıqlanmasında ən əhəmiyyətli yeri tutmaqdadır. Mə‐
sələn, bu gün beynəlxalq valyuta bazarlarında dollar/avro nis‐
bətini daha çox portfel balansı baxımından yanaşma ilə açıqla‐
maq mümkündür.
184
Bu mərhələdə alıcılıq qabiliyyəti pariteti baхımından yanaş‐
ma da Azərbaycanda dolların məzənnəsinin aşağı salınmasını 
tələb  edirdi.  Çünki  bu  yanaşmada  istifadə  edilən  səbətin  tər‐
kibindəki əmtəələrin (buğda, benzin, neft, pambıq, platin və s.) 
qiyməti xüsusilə dollarla ifadədə daha çox yüksəlmişdi.
185
                                                 
184
 İlkin Sabiroğlu, “Valyuta məzənnəsi və ÜDM artımı”, op. cit. 
185
 Ibid. 
 
‐ 167 ‐


İlkin Sabiroğlu 
Dolların  məzənnəsindəki  düşmənin  ölkənin  xarici  ticarət 
balansı üzərində hər hansı ciddi bir neqativ təsir yaratması da 
absurddur.  Çünki,  Azərbaycanın  xarici  ticarətinin  böyük  qis‐
mini neft və neft məhsulları ilə neft avadanlıqları təşkil edir ki, 
bu da daxili bazardakı valyuta məzənnəsindən təsirlənmir. 
 Lakin əvvəl də qeyd etdiyimiz kimi Milli Bank bu addımı 
çox gec – 2005‐ci ilin birinci rübündə atdı və bu dəfə inflyasiya 
təzyiqləri  gücləndiyi  üçün  manatı  birdən‐birə  daha  sürətlə 
bahalaşdırmağa  başladı.  İnflyasiyanın  2004‐cü  il  üzrə  orta  sə‐
viyyəsi 6,7 faiz təşkil etsə də son aylarda bu trend daha da sü‐
rətlənməkdə idi. Və Azərbaycan inflyasiyanın səviyyəsinə gö‐
rə keyfiyyətcə üçüncü mərhələyə çoxdan daxil olmuşdu. 
Sadə vətəndaşa deyəndə ki, inflyasiya azalır, adətən cavabı 
belə olur ki, “axı bahalaşma davam edir”. Çünki sadə vətəndaş 
inflyasiyanın azalmasını qiymətlərin düşməsi anlamında qəbul 
edir. Halbuki qiymətlərin düşməsinə iqtisadi ədəbiyyatda def‐
lyasiya  deyirlər.  İnflyasiya  səviyyəsinin  azalması  isə  qiymət‐
lərdəki bahalaşma tempinin azalması mənasına gəlir. Təbii ki, 
sadəcə, bir neçə malın qiymətinə baxaraq ümumi qiymətlər sə‐
viyyəsi haqqında fikir yürütmək doğru olmaz. 
Ona  görə  də  Dövlət  Statistika  Komitəsi  500  adda  məhsul 
bazasında  hesablamalar  apararaq  2005‐ci  ilin  başlanğıcından 
iyul ayına qədərki dönəm üçün ölkədə inflyasiya səviyyəsinin 
2,2  faizə  endiyini  ortaya  çıxardı.  Amma  ilin  əvvəlindəki  yük‐
sək  inflyasiya  səviyyəsi  ilə  müqayisədə  bu  rəqəmin  2,2  faizə 
qədər  aşağı  düşməsi  son  bir  neçə  ayda  doğrudan  da  qiy‐
mətlərdə  məhz  düşmənin,  yəni  deflyasiyanın  baş  verdiyini 
göstərirdi.  Qısası,  ortalama  inflyasiya  səviyyəsinin  düşməsi 
müsbət hal sayılsa da, aylar üzrə qiymətlər səviyyəsindəki bu 
cür  kəskin  dəyişmələr  “qiymət  stabilliyi”  anlayışına  uyğun 
gəlmir.  Qiymət  stabilliyinin  təşkili  və  qorunması  isə  bütün 
 
‐ 168 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
dünyada  olduğu  kimi  bizdə  də  Milli  Bankın  ən  əsas  vəzifəsi 
olmalıdır.
186
Milli Bankın təhlillərinə görə, 2005‐ci ilin yanvar‐iyul ayla‐
rında 2,2 faiz təşkil edən inflyasiyanın 44,2 faizi monetar amil‐
lərin, 55,8 faizi isə qeyri‐monetar amillərin payına düşüb. Mo‐
netar amillər arasında pul kütləsinin (M2) və nominal effektiv 
məzənnənin  dəyişməsi  göstərilib.  Qeyri‐monetar  amillər  sıra‐
sında isə suyun qiymətinin inzibati yolla yüksəldilməsi, qazın 
bahalaşması,  mövsümi  amillər,  əvvəlki  aylarda  qiymət  artım‐
larının  inersiyası,  habelə  yanacaq  və  kommunal  xidmətlərin 
qiymətlərinin  artması  ilə  əlaqədar  inflyasiya  gözləmələrinin 
yüksəlməsi  və  bazara  mal  və  xidmət  təklifinin  artması  sa‐
dalanıb.  Bu  amillərin  bir  qismi  inflyasiyanın  artmasına,  digər 
bir  qismi  azalmasına  xidmət  edib.  Konkret  olaraq  inflyasiya 
səviyyəsinin azalması səbəbləri arasında mövsümi amillər, no‐
minal effektiv məzənnənin bahalaşması və bazara mal və xid‐
mət təklifinin artması qeyd olunub. Bu üç amildən sadəcə biri 
–  nominal  effektiv  məzənnənin  bahalaşması  bir  monetar  amil 
kimi Milli Bankın təsir dairəsindədir. 
Milli Bankın 2005‐ci ilin əvvəlindən etibarən apardığı məq‐
sədyönlü  məzənnə  siyasəti  manatın  nominal  effektiv  məzən‐
nəsini möhkəmlətməklə idxal qiymətlərinin inflyasiyaya mənfi 
təsirini azaltmağa imkan verib. Bəhs edilən dönəmdə manatın 
ABŞ dollarına qarşı məzənnəsi 5,1 faiz möhkəmlənib. Bəzi tica‐
rət  tərəfdaşlarının  milli  valyutalarının  ABŞ  dollarına  qarşı 
ucuzlaşması  nominal  effektiv  məzənnənin  7,9  faiz  möhkəm‐
lənməsi  ilə  nəticələnib.  Nominal  effektiv  məzənnənin  möh‐
kəmlənməsi  öz  növbəsində  istehlak  qiymətlərinin  13,6  faiz 
azalmasına  səbəb  olub.  Bu, antiinflyasiya  tədbiri  kimi  məzən‐
nə  siyasətinin  müsbət  nəticələr  verdiyini  göstərir.
187
  Digər  tə‐
                                                 
186
 “İlkin Sabiroğlu, “Manat daha nə qədər möhkəmlənəcək?”, “Gündəlik 
Azərbaycan” qəzeti, 6 sentyabr 2005. 
187
 Ibid. 
 
‐ 169 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə