KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə46/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   ...   42   43   44   45   46   47   48   49   ...   67

Kapitalizm Kapitalizmə Bənzəməz 
Əvvəlki  bölümlərdə  birinci  mərhələdən  və  Azərbaycanda 
həyata  keçirilən  makroiqtisadi  stabillik  siyasətindən  geniş  şə‐
kildə  bəhs  etmişdik.  İkinci  mərhələdə  müşahidə  edilən  aşağı 
səviyyəli  inflyasiya  isə,  öz  bərabərində  yeni  diskussiyaları  da 
gətirmişdi. Bunlar arasında Milli Bankın bir miqdar daha yük‐
sək  inflyasiyaya,  o  cümlədən  emissiyaya  getməsi  təklifləri  də 
yer almaqda idi. 
Makroiqtisadi  siyasətlərdən  səmərəli  və  geniş  istifadə  im‐
kanları iqtisadiyyatın ümumi inkişaf səviyyəsi ilə düz mütəna‐
sibdir. Başqa ifadə ilə desək, makroiqtisadi siyasi vasitələrlə is‐
tənilən nəticəni əldə edə bilmək üçün iqtisadiyyatın buna reak‐
siya  verə  biləcək  səviyyədə  olması  zəruridir.  Bunlar  olmadığı 
üçün  Azərbaycanda  makroiqtisadi  siyasətin  tətbiq  imkanları 
çox məhduddur. 
Belə bir vəziyyətdə hökumətin aşağı səviyyəli inflyasiyaya 
imkan  verməsi  və  ya  Milli  Bankın  bir miqdar emissiyaya  get‐
məsi istehsalı artıra bilərdimi? Məsələn, 1999‐cu ilin iyulunda 
həyata keçirilən 6,8 faizlik devalvasiyadan sonra bir çoxları bu 
sahədəki nəzəri biliklərə istinad edərək, ölkədə istehsalın, ixra‐
cın, məşğulluq səviyyəsinin artacağını bəyan etdilər. Hansı ki, 
bu devalvasiya həmin ildə gerçəkləşən 8,5 faizlik deflyasiyanın 
belə  qabağını  ala  bilmədi.  Normal  inkişaf  etmiş  ölkələrdə  de‐
valvasiya  siyasətindən  istifadə  olunursa,  bu  daxili  istehsalın 
artmasına,  idxalın  azalıb  ixracın  stimullaşmasına,  məşğulluq 
səviyyəsinin  yüksəlməsinə  səbəb  ola  bilir.  Bizdə  isə  istənilən 
effekti vermir.
173
Diqqətdən  qaçan  nöqtə  ondan  ibarətdir  ki,  bu  deyilənlər 
özünü inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrdə doğ‐
rulda bilər. Bunun üçün yüksək istehsal səviyyəsi olmalı, eyni 
                                                 
173
 Ilkin Sabiroglu, “Azerbaijan has very limited possibilities of using 
macroeconomic political means”, Azerbaijan Bulletin No:10 (264), 8 mart 2001, 
ANDF, http://www.eurasianet.org/resource/azerbaijan/hypermail/ 
200103/0023.html, (01.03.2006). 
 
‐ 155 ‐


İlkin Sabiroğlu 
zamanda bazar şərtləri əlverişli olmadığı üçün tam gücü ilə iş‐
ləməyən  müəssisələr  mövcud  olmalıdır.  Bir  anlığına şərti  ola‐
raq təsəvvür edək ki, hər hansı N zavodu ayda 100 ədəd məh‐
sul  istehsal  etmək  gücünə  sahib  olduğu  halda,  hazırda  isə  70 
ədəd istehsal edir. Devalvasiya qərarından sonra şərtlər müna‐
sib  olduğundan  istehsal  səviyyəsini  artırır.  Lakin  sadəcə  bir 
devalvasiya qərarına görə həvəslənib ikinci zavodlarını açma‐
yacaqları kimi, əgər daha ciddi səbəblərdən zavodlar, müəssi‐
sələr  fəaliyyətə  başlaya  bilməyirlərsə,  devalvasiya  və  ya  bir 
miqdar inflyasiyaya görə də istehsala başlamayacaqlar. 
Bəs Azərbaycanda Milli Bankın bir miqdar emissiyaya get‐
məsi ilə iqtisadiyyatın canlanmasına nail olmaq mümkündür‐
mü?  İqtisadi  ədəbiyyatda  aşağıdakı  şəkildə  ümumiləşdirmə 
mövcuddur:
174
‐ Əgər bir ölkədə yüksək işsizlik səviyyəsi var, digər tərəf‐
dən  tədiyyə  balansı  müsbət  saldoya  sahibdirsə,  genişləndirici 
pul və fiskal siyasət həyata keçirilməlidir. 
‐  Əgər  bir  ölkədə  yüksək  inflyasiya  var,  digər  tərəfdən  tə‐
diyyə balansı müsbət saldoya sahibdirsə, genişləndirici pul və 
məhdudlaşdırıcı fiskal siyasət həyata keçirilməlidir. 
‐ Əgər bir ölkədə inflyasiya var, digər tərəfdən tədiyyə ba‐
lansı kəsir verirsə, məhdudlaşdırıcı pul və fiskal siyasət həyata 
keçirilməlidir. 
‐ Nəhayət, əgər bir ölkədə yüksək işsizlik səviyyəsi var, di‐
gər tərəfdən tədiyyə balansı kəsir verirsə, məhdudlaşdırıcı pul 
və genişləndirici fiskal siyasət həyata keçirilməlidir. 
Prinsipcə  Azərbaycanda  yüksək  səviyyəli  işsizlik  mövcud 
olduğundan  və  tədiyyə  balansı  xroniki  olaraq  kəsirə  məruz 
qaldığından pul siyasəti məhdudlaşdırıcı, maliyyə siyasəti ge‐
nişləndirici  olmalıdır.  Lakin  bu  dövrdə  Azərbaycanda  pul  si‐
                                                 
174
 Halil Seyidoğlu, Uluslararası İktisat, M.E.B, Kurtiş Matbaası, 13‐cü nəşr, 
İstanbul, 1999, səh.515. 
 
‐ 156 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
yasətindəki  məhdudlaşdırmanın  həcmi  (bəlkə  də  Milli  Bank 
tərəfindən valyuta rezervlərinə qənaət etmək məqsədilə) həd‐
dindən artıq yüksək olmuşdur. Belə ki, 1 fevral 1999‐cu il tarixi 
üçün 1998‐ci ilin eyni dövrü ilə müqayisədə geniş mənada pul 
kütləsi  18  faizə  yaxın,  dövriyyədəki  nağd  pul  kütləsi  də  25 
faizdən artıq azalmışdır. Daha sonradan 1 iyul 2000‐ci il üçün 
1 yanvar 1999‐cu ilə görə dövriyyədəki manatın həcmi 10,2 fa‐
iz,  dövriyyədəki  nağd  manatın  həcmi  də  18,7  faiz  artsa  da, 
1998‐ci ilin eyni dövrünün göstəricilərinə belə çatmamışdır. 
Pul aqreqatları (manatla və SDV depozitləri ilə) 
(milyard manat)
175
Tarix 
М
0
М
1
М
2
М
3
01. 01. 1995 
276.1 
401.3 
431.0 
1048.1 
01. 01. 1996 
602.4 
925.0 
957.6 
1299.6 
01. 01. 1997 
865.4 
1173.7 
1204.2 
1545.1 
01. 01. 1998 
1170.5 
1537.8 
1556.3 
2063.7 
01. 02. 1998 
1090.8 
1406.8 
1424.8 
1940.2 
01. 01. 1999 
926.0 
1145.7 
1218.5 
1712.9 
01. 02. 1999 
815.6 
1056.8 
1072.9 
1596.8 
01. 01. 2000 
1135.8 
1390.0 
1404.3 
2063.7 
01. 01. 2001 
1349.8 
1577.5 
1629.1 
1545.1 
01. 01. 2002 
1469.0 
1687.5 
1755.6 
1048.1 
Mənbə: Azərbaycan Milli Bankı, İllik Hesabat 2001, səh.162. 
Yuxarıdakı  rəqəmlərin  təhlili  01.02.1999  tarixi  üçün  geniş 
mənada pul kütləsinin 1596.8 milyard manata qədər azaldığını 
göstərməkdədir. Tədavüldəki 1072.9 milyard manatın (manat‐
la olan geniş mənada pul kütləsi) 815.6 milyardlıq hissəsi nağd 
                                                 
175
 М

‐ Dövriyyədə olan nağd pul, 
М
1
 ‐ М

+ tələb olunanadək depozitlər, 
М
2
 ‐ М

+ müddətli depozitlər, 
М
3
 ‐ М

+ SDV depozitlər. 
 
‐ 157 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə