KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə45/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   ...   41   42   43   44   45   46   47   48   ...   67

Kapitalizm Kapitalizmə Bənzəməz 
bütövlük təşkil etməsi və üç müxtəlif səviyyədə məqsəd olaraq 
seçilməsidir:
 168
‐ Strateji səviyyədə; 
‐ İnstitusional səviyyədə; 
‐ Təşəbbüs (Müəssisə) səviyyəsində. 
Bu gün, həqiqətən də çox önəmli bir iqtisadi güc olan Avro‐
pa  Birliyi  (AB)  belə  təşəbbüskarlıq  mövzusunda  özünü  Ame‐
rika  Birləşmiş  Ştatlarına  (ABŞ)  görə  zəif  hesab  edir,  birliyi 
əmələ  gətirən  ölkələrdə  təşəbbüskarlığın  sistematik  bir  çərçi‐
vədə həyata keçiriləcək plan və tədbirlərlə inkişaf etdirilməsini 
və  dəstəklənməsini  istəyir.  Məhz  bu  məqsədlə  də  2000‐ci  ildə 
təşkil edilən və AB‐ni informasiyaya əsaslanan (elm tutumlu), 
dünyanın rəqabət  qabiliyyətli  və  dinamik iqtisadiyyatına  çev‐
rilməsini  nəzərdə  tutan  Lissabon  Strategiyası  çərçivəsində, 
2003‐cü ildə, Avropada təşəbbüskarlığın inkişaf etdirilməsi və 
dəstəklənməsi  plan  və  tədbirlərini  ehtiva  edən  “təşəbbüskar‐
lıq” mövzusunda bir “Yaşıl Kitab”
169
 hazırlanmışdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                 
168
 UNECE, Promotion of Entrepreneurship and SME Sector in The South‐Caucasian 
Region, op. cit. 
169
 “Green Paper:  Entrepreneurship in Europe”, Commission of The European 
Communities, Brussel, 21.01.2003. http://europa.eu.int/comm/enterprise/ 
entrepreneurship/green_paper/green_paper_final_en.pdf, (01.03.2006). 
 
‐ 151 ‐


İlkin Sabiroğlu 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 152 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
Makroiqtisadi vasitələrdən səmərəli 
istifadə problemi 
 
Makroiqtisadi məqsədlərə çatmaq üçün istifadə edilən iqti‐
sadi  siyasətlər  ümumi  şəkildə  fiskal  və  pul  siyasəti  şəklində 
ikiyə ayrılır.
170
 Pul siyasətini həyata keçirmə səlahiyyəti mərkə‐
zi  banklara  verilir.  Azərbaycanda  mərkəzi  bank  funksiyasını 
“Azərbaycan Respublikasının Milli Bankı haqqında” Azərbay‐
can  Respublikasının  qanununun  1‐ci  maddəsinə  əsasən  Milli 
Bank yerinə yetirir. Azərbaycan Milli Bankının məqsədləri bu 
qanunun 4‐cü maddəsində göstərilib. Buna görə, Milli Bankın 
fəaliyyətinin əsas  məqsədi  öz  səlahiyyətləri  daxilində  qiymət‐
lərin stabilliyini, həmçinin, bank və ödəniş sistemlərinin stabil‐
liyini  və  inkişafını  təmin  etməkdir.
171
  Buradan  da  göründüyü 
kimi inflyasiyanı nəzarət altında saxlamaq Milli Bankın ən əsas 
vəzifəsi sayılır. 
Azərbaycanda illər üzrə orta inflyasiya göstəricilərinə nəzər 
yetirdikdə şərti olaraq üç mərhələdən bəhs etməmiz mümkün‐
dür: 
‐ Birinci mərhələni 1996‐cı ilə qədərki iki və ya çoxrəqəmli 
inflyasiya dövrü təşkil edir. Xatırladaq ki, 1993‐cü ildə inflyasi‐
ya 1080%, 1994‐də 1773%, 1995‐də 84,65% və 1996‐da 19,9% sə‐
viyyəsində gerçəkləşmişdi. 
‐ İkinci mərhələni isə makroiqtisadi stabillik siyasətinin tət‐
biq  edilməsinin  ardından  1997‐2003‐cü  illəri  əhatə  edən  aşağı 
səviyyəli (hətta deflyasiyanın da müşahidə edildiyi) təkrəqəm‐
li inflyasiya dövrü təşkil edir: 1997‐ci ildə 3.7%, 1998‐də 0.8%, 
                                                 
170
 Derek Lobley, Ekonomi, M.E.B, Özgün Matbaacılık, Ankara, 1995, səh.204. 
171
 “Azərbaycan Respublikasının Milli Bankı haqqında Azərbaycan 
Respublikasının qanunu”, Azərbaycan Milli Bankı
http://nba.az/?mod=inside&id=70&lang=az&sub1=128, (01.03.2006). 
 
‐ 153 ‐


İlkin Sabiroğlu 
1999‐da  (‐8.5%),  2000‐də  1.8%,  2001‐də  1.5%,  2002‐də  2.8%  və 
2003‐də 2.2%. 
‐ Üçüncü mərhələni təşkil edən 2004‐cü ildən sonrası isə, öl‐
kədə fiskal və monetar ekspansiya fonunda inflyasiya təzyiqlə‐
rinin yüksəldiyi və nəyin bahasına olursa‐olsun təkrəqəmli in‐
flyasiya səviyyəsini qorumağa istiqamətlənmiş pul siyasətinin 
həyata keçirildiyi dövr kimi xarakterizə edilə bilər. 2004‐cü il‐
də  inflyasiya  tempinin  2.5%  səviyyəsində  saxlanılması
172
  nə‐
zərdə tutulsa da, inflyasiya 6,7% səviyyəsində gerçəkləşmiş və 
2005‐də isə 9,6 faizlə çətinliklə də olsa təkrəqəmli inflyasiya sə‐
viyyəsi qoruna bilmişdir. 
Azərbaycanda inflyasiya 
(əvvəlki ilə nisbətən faizlə) 
19,9
3,7
0,8
-8,5
1,8
1,5
2,8
2,2
6,7
9,6
‐20
‐15
‐10
‐5
0
5
10
15
20
25
30
ʹ96
ʹ97
ʹ98
ʹ99
ʹ00
ʹ01
ʹ02
ʹ03
ʹ04
ʹ05
İnflyasiya
 
Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi 
                                                 
172
 “Azərbaycan Respublikası Milli Bankının 2004‐cü il üçün pul‐kredit 
siyasətinin başlıca istiqamətləri və 2005‐2006‐cı illər üçün prioritet vəzifələri 
barədə bəyanatı”, Azərbaycan Milli Bankı, http://nba.az/download/Pul_siyaseti/ 
veziyyet/2004_beyanat.pdf, (01.03.2006). 
 
‐ 154 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə