KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə47/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   ...   43   44   45   46   47   48   49   50   ...   67

İlkin Sabiroğlu 
haldadır.  Geniş  mənada  pul  kütləsindən  tədavüldəki  manatı 
çıxsaq  (1596.8‐1072.9),  SDV  (Sərbəst  Dönərli  Valyuta)  hesabı‐
nın  523.9  milyard  manata bərabər  olduğunu  taparıq.  Eyni za‐
manda  tədavüldəki  manatdan  nağd  şəkildəki  manatı  çıxsaq 
(1072.9‐815.6),  manatla  olan  depozitlərin  həcminin  257.3  mil‐
yard manata bərabər olduğunu müəyyənləşdirmiş oluruq. 
Anlaşıldığı  kimi,  banklara  olan  etibarsızlıq,  hesablaşmala‐
rın bank hesablarının xaricində həyata keçirilməsi və bankların 
sərbəst bazar iqtisadiyyatının tələblərinə uyğun xidmətlər tək‐
lif  edə  bilməməsi,  onların  pul  yaratma  imkanlarını  minimum 
səviyyədə saxlamışdır. 
Lakin qeyd etməliyik ki, bu dövrdə emissiya ilə də daha əv‐
vəl  saydığımız  səbəblərə  görə  ciddi  bir  nəticə  əldə  etmək 
mümkün  deyildi.  Həmin  reallıqda  hətta  milli  valyutamızın 
dövriyyə  sürətinin  dəyişməyəcəyini  qəbul  etsəydik  belə,  bu 
addım  inflyasiya  meyli  yarada  bilərdi.  Bəlkə  də  bu  deflyasi‐
yaya qarşı çarə olaraq düşünülə bilərdi. Amma nəzərə alsaq ki, 
daxili tələbatın böyük bir hissəsi idxal mallarıyla ödənilidi, de‐
mək bu paralel şəkildə ticarət dövriyyəsini artıracağı üçün val‐
yuta kurslarını yüksəldəcəkdi. Hansı ki, mövcud deflyasiya şə‐
raitində  belə  valyuta  kursları  yüksəlməkdəydi.  Bu  isə  Milli 
Bankın daha artıq xarici valyuta rezervini tükətməsi anlamına 
gəlirdi. 
Deflyasiyanın  ümumi  qiymətlər  səviyyəsi  düşərkən  milli 
gəlir, istehsal və məşğulluq səviyyəsinin də düşməsi mənasına 
gəldiyini hamımız bilirik. Maraqlıdır ki, Azərbaycanda 1998‐ci 
ildə 0,8 faizlik bir inflyasiya olduğu halda ÜDM 10 faiz artdığı 
kimi,  1999‐cu  ilin  iyulunda  yaşanan  6,8  faizlik  devalvasiyaya 
baxmayaraq  il  sonunda  ortalama  olaraq  8,5  faizlik  deflyasiya 
özünü  göstərmiş,  amma  ÜDM  7,4  faiz  artmışdır.  Digər  tərəf‐
dən  rəsmi  məlumatlar  həm  istehsal  və  həm  də  məşğulluq  sə‐
viyyəsində  yüksəlmənin  olduğunu  ortaya  qoyurdu.  Bu  kimi 
paradoksal  nəticələr  Milli  Bankın  valyuta  kursu  siyasəti  xari‐
 
‐ 158 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
cindəki vasitələrlə iqtisadiyyatda elə də təsirli ola bilmədiyini 
ortaya qoymaqdadır. 
Qısası, iqtisadi inkişafa nail olmadıqca Azərbaycanda emis‐
siya, devalvasiya və s. Azərbaycandan irəli olan ölkələrdəki ki‐
mi  meyllər  yaratmayacaq.  Bunu  qəbul  etməsək,  tez‐tez  para‐
doksal vəziyyətlərlə qarşı‐qarşıya qalacağıq.
176
Uzun  müddət  siyasətin  yoxsa  iqtisadiyyatın  öncü,  aparıcı 
və  ya  müəyyən  edici  rola  sahib  olduğu  müzakirə  obyekti  ol‐
muşdur. Təcrübələr göstərir ki, ölkələr inkişaf etdikcə, cəmiy‐
yətdə  demokratikləşmə  və  liberallaşma  fəaliyyətləri  sürətlən‐
dikcə,  iqtisadiyyat  da  tədricən  siyasətin  hegemoniyasından 
azad  olmağa,  sərbəstləşməyə  doğru  yönəlir.  Lakin  iqtisadiy‐
yatın  tamamilə  siyasətin  hegemonluğu  altında  olduğu  Azər‐
baycan  kimi  iqtisadi  cəhətdən  az  inkişaf  etmiş  ölkələrdə  iqti‐
sadi  inkişafa  nail  olmağın  və  iqtisadi  problemlərin  həlli  yolu 
iqtisadi çarələrdən daha çox reform tərəfdarı olan siyasi iradə‐
nin ortaya qoyulmasından keçir. 
Azərbaycanda Milli Bankın əlindəki ən effektli təsir vasitə‐
sinin  valyuta  kursu  siyasəti  olduğunu  yuxarıda  qeyd  etdik. 
İkinci  mərhələ  makroiqtisadi  stabillik  siyasətini  izlədiyindən, 
həmçinin bu mərhələdə Milli Bankın valyuta bazarında stabil‐
liyin  təmini  üçün  daha  çox  xarici  valyutanın  satışı  yönündə 
valyuta  bazarına  müdaxilə  etdiyini  nəzərə  alsaq,  o  zaman  öl‐
kənin valyuta rezervlərinin möhkəmləndirilməsinin və ölkəyə 
valyuta daxilolmalarının təşviq edilməsinin zərurəti də anlaşı‐
lar. 
Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  28  aprel 
1998‐ci  il  tarixli  “Fiziki  Şəxslərin  Xaricə  Valyuta  Aparması 
Haqqında”  95  saylı  qərarı  mövcuddur.  Həmin  qərara  görə, 
ölkədən  min  ABŞ  dollarına  qədər  vəsaiti  rüsumsuz,  on  min 
                                                 
176
 Ilkin Sabiroglu, “Azerbaijan has very limited possibilities of using 
macroeconomic political means”, op. cit. 
 
‐ 159 ‐


İlkin Sabiroğlu 
ABŞ  dollarına  qədəri  (daha  əvvəllər  beş  min  ABŞ  dolları  idi) 
rüsum ödəməklə aparmaq olar. Rüsumsuz aparılan məbləği çı‐
xandan sonra qalan doqquz min ABŞ dolları daha əvvəllər ol‐
duğu kimi iki deyil, bir faiz rüsuma cəlb edilir.
177
“Ekspert”  jurnalının  13‐cü  sayında  yer  alan  statistik  məlu‐
mata  görə,  ümumiyyətlə  2000‐ci  il  ərzində  fiziki  şəxslər  tərə‐
findən  ölkədən  kənara  132.9  milyon  ABŞ  dolları  məbləğində 
valyuta  vəsaiti  çıxarılmışdı.  Onlardan  tutulan  gömrük  haqqı‐
nın məbləği də 1.131 milyon dollara bərabər olub. 
Eyni  zamanda,  Azərbaycan  Respublikası  Dövlət  Statistika 
Komitəsinin  12  saylı  məruzəsində  göstərilir  ki,  2000‐ci  ilin  ilk 
on bir ayında idxalın həcmi 1051.4 milyon dollar təşkil etmiş‐
dir. Bunun da 87.7 faizi (922 milyon dolları) qeyri‐dövlət mül‐
kiyyətli  müəssisələrin  və  fiziki  şəxslərin  payına  düşmüşdür. 
Həmçinin, toplam xarici ticarət əməliyyatlarının cəmi 0.8 faizi‐
nin  barter  əlaqələri  vasitəsilə  həyata  keçirildiyi  qeyd  edilmiş‐
dir. Sadələşdirmə baxımından idxalın gömrükdən yayınan his‐
səsini  nəzərə  almasaq  və  fiziki  şəxslər  tərəfindən  ölkədən  kə‐
nara  aparılan  valyuta  vəsaitinin  hamısının  idxala  yönəldiyini 
fərz etsək belə, yuxarıda göstərdiyimiz rəsmi rəqəmlərin təhlili 
2000‐ci il ərzində 100 milyonlarla dollar vəsaitin gömrük rüsu‐
mu  ödəmədən,  yəni  qeydə  alınmadan  xaricə  çıxarıldığını  sü‐
but edir. Kölgə iqtisadiyyatının həcmini nəzərə aldıqda isə, bu 
vəsaitin  daha  yüksək  olduğunu  asanlıqla  proqnozlaşdırmaq 
mümkündür.
178
Digər  tərəfdən,  əvvəllər  ölkəyə  valyuta  gətirilən  zaman 
onun  rəsmiləşdirilməsində  0.15  faiz  dərəcəsi  ilə  ödəmələr  hə‐
yata keçirildi.  Nazirlər  Kabinetinin qərarına  görə  isə,  16 aprel 
2001‐ci il tarixindən etibarən ölkəyə gətirilən valyuta üçün 0.5 
                                                 
177
 Ilkin Sabiroglu, “Currency control and capital flow”, Azerbaijan Bulletin 
No:21 (275), 24 mart 2001, ANDF, http://www.eurasianet.org/resource/ 
azerbaijan/ hypermail/ 200105/0055.html, (01.03.2006). 
178
 Ibid. 
 
‐ 160 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə