KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə44/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   ...   40   41   42   43   44   45   46   47   ...   67

İlkin Sabiroğlu 
baycan üçün kiçik və orta sahibkarlığın inkişaf indeksi də Cə‐
nubi Qafqaz respublikaları arasında yüksək qiymətləndirilir.
166
KOS İnkişaf İndeksi 
Ölkə 
Azərbaycan 
Gürcüstan 
Ermənistan 
İqtisadiyyatda özəl 
sektorun payı (%) 
71 
60 
80 
ÜDM‐də KOS‐ların 
payı (%) 
41.3 
24.4 
30 
KOS‐ların ümumi 
məşğulluqdakı 
payı (%) 
2.7 
12 
25.8 
KOS İnkişaf İndeksi 
31 
12 
31 
Mənbə: UNECE SME Databank, 2003. 
Müəssisə və təşkilatların maliyyə fəaliyyətlərinin nəticələri‐
nə  əsasən isə,  müvafiq dövrdə  iqtisadiyyatın  əsas sahələrində 
müəssisə  və  təşkilatların  fəaliyyətləri  nəticəsində  yaradılan 
toplam  mənfəətin  (3202.2  milyard  manat)  sadəcə  3.3  faizə  qə‐
dəri  (105.9  milyard  manat)  ticarət  və  xidmət  sektorunda  məş‐
ğul olan müəssisə və təşkilatların payına düşüb. Mənfəətlə iş‐
ləyən  müəssisə  və  təşkilatların  isə  vur‐tut  13.1  faizi  ticarət  və 
xidmət sektorunda fəaliyyət göstərib. Halbuki kiçik müəssisə‐
lərin 32.3 faizi ticarət sahəsində cəmləşib. Digər tərəfdən, mü‐
əssisə  və  təşkilatların  fəaliyyətləri  nəticəsində  yaradılan  top‐
lam mənfəətin 38.8 faizi (1241.8 milyard manat) kiçik müəssisə 
və  təşkilatların  yalnızca  2.66  faizinin  cəmləşdiyi  nəqliyyat  və 
rabitə  sektorunun  payına  düşüb.  Eyni  formada  sənaye  sahə‐
sində  KOS‐ların  sadəcə  7.86  faizi  fəaliyyət  göstərdiyi  halda 
                                                 
166
 UNECE, Promotion of Entrepreneurship and SME Sector in The South‐Caucasian 
Region, op. cit. 
 
‐ 148 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
toplam mənfəətin 54.44 faizi (1743.3 milyard manat) məhz bu 
sektorda formalaşıb. 
Azərbaycanda KOS‐ların qoyulan ümumi investisiyalar, ix‐
racat  içərisindəki  paylarına  gəlincə  isə  bircə  onu  xatırlatmaq 
kifayətdir ki, burada yalnız bu müəssisələrin deyil, ümmiyyət‐
lə qеyri‐nеft sektorunun payı çox aşağıdır. ʹʹQеyri‐nеft sektoru 
inkişaf еtdirilməlidirʹʹ deyildiyi zaman Azərbaycanın əksər iq‐
tisadi  problemləri  ümumiləşdirilmiş  olur.  Buraya  daxildir, 
qеyri‐nеft  sektoruna  yönəlik  investisiyaların  artırılması,  ixra‐
catda  və  istehsalda  qеyri‐nеft  sektorunun  payının  artırılması 
və  nəticədə  yoxsulluğun  və  kütləvi  işsizliyin  aradan  qaldırıl‐
ması  və  s.  Buna  isə  KOS‐ları  inkişaf  etdirmədən  nail  olmaq 
mümkün deyil.  Ona  görə də  investisiyaların  təşviqi  haqqında 
qanundan  tutmuş  vergi  məcəlləsinə  qədər  əksər  qanunlar  ki‐
çik  və  orta  böyüklükdəki  müəssisələrin  mənafeləri  baxımın‐
dan yenidən ələ alınmalıdır. 
Digər tərəfdən, ölkədə kiçik və orta sahibkarlığın inkişafına 
lizinqin inkişafı da öz töhfəsini verə bilər. Beynəlxalq Maliyyə 
Korporasiyası (BMK) İqtisadi əlaqələr üzrə İsveçrə Dövlət Ka‐
tibliyinin (SECO) maliyyə dəstəyi ilə 2003‐cü ilin may ayından 
Azərbaycanda Lizinqin İnkişafı Layihəsini həyata keçirir. Layi‐
hənin  məqsədi  lizinq  xidmətləri  bazarının  inkişafı və  kiçik  və 
orta sahibkarlığın maliyyələşdirmə vasitəsi kimi lizinqdən da‐
ha  geniş  istifadə  edilməsinin  həvəsləndirilməsi,  həmçinin 
Azərbaycanın lizinq sektoruna xarici və daxili investisiyaların 
cəlb  edilməsi  üçün  əlverişli  mühitin  yaradılmasıdır.  Lizinqin 
İnkişafı  Layihəsinin  əsas  vəzifəsi  işgüzar  mühitin  təkmilləş‐
dirilməsi  və  ölkədə  rifahın  yaxşılaşdırılmasıdır.  Beynəlxalq 
Maliyyə Korporasiyasının  bölməsi olan Özəl Sektorun İnkişafı 
üzrə  Partnyorluq  (PEP)  Azərbaycan  Hökuməti,  maliyyə  qu‐
rumları  və  özəl  şirkətlərlə  sıx  əməkdaşlıq  şəraitində  işləyərək 
Azərbaycanda lizinqin inkişafı üçün əlverişli şərait yaratmağa 
çalışır.  PEP  keçmiş  SSRİ  məkanında  yaradılmış  dövlətlərdə 
 
‐ 149 ‐


İlkin Sabiroğlu 
BMK  tərəfindən  həyata  keçirilən  texniki  yardım  proqramıdır, 
BMK‐nın  Mərkəzi  və  Şərqi  Avropa  Departamenti  tərəfindən 
idarə  olunur.  Partnyorluq  donor  hökumətlər  və  BMK  tərəfin‐
dən birgə maliyyələşdirilir. Partnyorluq tərəf‐müqabilləri olan 
donorlarla  birgə  şirkətlərə  və  hökumətlərə  aşağıdakı  istiqa‐
mətlərdə yardım göstərir:
167
‐ Biznes mühitini yaxşılaşdırmaq; 
‐ Kiçik və Orta Sahibkarlığın inkişafını stimullaşdırmaq; 
‐ Özəl sərmayəni birbaşa cəlb etmək. 
Bu  məqsədlərə  nail  olmaq  üçün  PEP  beş  müxtəlif  sahədə 
proqram həyata keçirir: 
‐  Şirkətlər  və  investorlar  arasında  əlaqələrin  qurulması 
məqsədilə  müxtəlif  sahələrdə  istehsal  infrastrukturunun  inki‐
şaf etdirilməsi; 
‐ Maliyyə bazarları; 
‐ Korporativ idarəetmə; 
‐ Kiçik və Orta Sahibkarlığın inkişaf etdirilməsi siyasəti; 
‐ Kənd təsərrüfatı və meşəçilik. 
PEP  MDB‐nin  bir  sıra  ölkələrində  layihələr  həyata  keçirir. 
Hal‐hazırda  Azərbaycanda,  Gürcüstanda,  Qazaxıstanda,  Qır‐
ğızıstanda, Rusiyada, Tacikistanda, Ukraynada, Özbəkistan və 
Monqolustanda lizinqin inkişafı layihələri həyata keçirilir. 
Birləşmiş  Millətlər  Təşkilatının  Avropa  üzrə  İqtisadi  Ko‐
missiyası keçid ölkələrində KOS sektorunun inkişafı üçün KOS 
İnkişaf  Piramidası  strukturu  adlanan  Bütünləşdirilmiş  Model 
hazırlamışdır. Bu model bir sıra keçid iqtisadiyyatlarında mü‐
vəffəqiyyətlə həyata keçirilmişdir. Sahibkarlığın inkişafının ən 
effektiv  üsulu  həyata  keçirilən  fəaliyyətlərin  və  yardımların 
                                                 
167
 IFC ‐ International Finance Corporation, Lizinq Azərbaycanda
http://www.ifc.org/ifcext/aldp.nsf/AttachmentsByTitle/LeasingAzeriBrochure/
$FILE/leasing‐azerbaijan.pdf, May 2004. 
 
‐ 150 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə