KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə42/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   ...   38   39   40   41   42   43   44   45   ...   67

Kapitalizm Kapitalizmə Bənzəməz 
mayaraq mövcud rəqəmlər müəyyən qənaətə gəlmək üçün ki‐
fayət edir. 
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin mə‐
lumatlarında respublikada fəaliyyət göstərən müəssisələrin 90 
faizindən artığını kiçik müəssisələrin təşkil etdiyi göstərilir. Bu 
müəssisələrin sahələr üzrə bölgüsü aşağıdakı şəkildədir: 
İqtisadiyyatın sahələri üzrə fəaliyyət göstərən 
kiçik müəssisələrin sayı, vahid 
 
2002 
2003 
Cəmi 
24721 
21178 
Kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatı 
1753 
1488 
Sənaye 
1809 
1960 
Tikinti 
971 
1129 
Topdan və pərakəndə ticarət; avtomobillərin, 
məişət məmulatlarının və şəxsi istifadə 
əşyalarının təmiri 
13215 
10351 
Mehmanxana və restoranlarla xidmətin 
göstərilməsi 
881 
577 
Nəqliyyat, anbar təsərrüfatı və rabitə 
396 
386 
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə 
və istehlakçılara xidmət göstərilməsi 
1859 
1751 
Təhsil 
78 
90 
Səhiyyə və sosial xidmətlərin göstərilməsi 
143 
171 
Digər sahələr 
3616 
3275 
Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi 
Qeyd edək ki, buradakı sinifləşdirmə əvvəlki qanunvericili‐
yə uyğun olaraq aparılıb. Yəni, 1‐49 nəfər işçisi olan müəssisə‐
lər  kiçik,  50‐150  orta  və  150  nəfərdən  artıq  işçisi  olan  müəssi‐
sələr iri müəssisələr kateqoriyasında ələ alınıb. 
Kiçik müəssisələrin sayının çoxluğuna baxmayaraq onların 
effektli iqtisadi fəaliyyət göstərib göstərmədiyini müəyyənləş‐
dirmək üçün  bu  müəssisələrin  yaratmış  olduqları  əlavə  dəyə‐
 
‐ 141 ‐


İlkin Sabiroğlu 
rin  ümumi  daxili  məhsuldakı  payı,  məşğulluq  səviyyəsindəki 
payı, respublikanın təsərrüfat subyektlərinin fəaliyyətləri nəti‐
cəsində  yaradılan  mənfəət  içərisindəki  payı,  ixracatdakı  payı, 
qoyulan məcmu investisiyalar içərisindəki payı və s. kimi kri‐
teriyalara baxmaq lazımdır. 
Statistik məlumatlarda kiçik müəssisələrin yaratmış olduq‐
ları  əlavə  dəyərin  ÜDM‐nin  neçə  faizini  təşkil  etdiyinə  dair 
konkret  rəqəmlər  göstərilməsə  də  dolayı  yolla  müəyyən  qə‐
naətə gəlmək mümkündür. 
İqtisadiyyatın sahələri üzrə fəaliyyət göstərən kiçik 
müəssisələrdə məhsulun (işlərin, xidmətlərin) həcmi, 
milyon manat 
 
2002 
2003 
Cəmi  
3620141 
5419274 
Kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatı  
49102 
65917 
Sənaye  
694449 
759344 
Tikinti  
1128758 
1826275 
Topdan və pərakəndə ticarət; avtomobillərin, 
məişət məmulatlarının və şəxsi istifadə 
əşyalarının təmiri 
705729 
1120254 
Mehmanxana və restoranlarla xidmətin 
göstərilməsi  
35504 
24167 
Nəqliyyat, anbar təsərrüfatı və rabitə  
218504 
420887 
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 
icarə və istehlakçılara xidmət göstərilməsi  
672072 
966807 
Təhsil  
9291 
17192 
Səhiyyə və sosial xidmətlərin göstərilməsi  
19569 
24324 
Digər sahələr  
87156 
194107 
Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi 
2002‐ci  ildə  ÜDM‐nin  30312.3  milyard  manat,  2003‐cü  ildə 
isə 35053.4 milyard manat olduğunu nəzərə alsaq, kiçik müəs‐
 
‐ 142 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
sisələrin bu illərdə müvafiq olaraq 11.94 faiz və 15.46 faiz kimi 
çox kiçik paya sahib olduğu anlaşılır. 
OECD ölkələrində şirkətlərin 96‐99 faizini təşkil edən kiçik 
və  orta  böyüklükdəki  müəssisələr  ÜDM‐nin,  yəni  yaradılan 
əlavə dəyərin 53 faizini təşkil etməkdədirlər. Azərbaycanda isə 
fəaliyyət göstərən müəssisələrin 90 faizindən artığını kiçik mü‐
əssisələr təşkil etdiyi halda, bu müəssisələr yaradılan əlavə də‐
yərdə  sadəcə  15.46  faiz  paya  sahibdir. Lakin  bu  payın  2001‐ci 
ildəki 8.15 faizdən 2002‐ci ildə 11.94 faizə və 2003‐də 15.46 fai‐
zə yüksəldiyini nəzərə alsaq iqtisadiyyatda kiçik və orta sahib‐
karlığın  inkişafı  baxımından  müsbət  bir  tendensiyanın  yaşan‐
maqda olduğunu söyləmək mümkündür. 
Statistika  Komitəsinin  məlumatları  əsasında  hazırlamış  ol‐
duğumuz  aşağıdakı  cədvəldən  də  görünür  ki,  kiçik  müəssi‐
sələrin  51.6  faizi  (10928)  ticarət,  ictimai  iaşə,  mehmanxanalar 
sahəsində fəaliyyət göstərir. 
İqtisadiyyatın sahələri üzrə fəaliyyət göstərən kiçik 
müəssisələrin sayı və bu sahələrin ÜDM‐dəki payı 
(2003‐cü il) 
İqtisadi Fəaliyyət Növləri 
ÜDM‐də 
payı (faizlə) 
Kiçik müəssisələrin 
sayı 
Kənd təsərrüfatı, ovçuluq və 
meşəçilik 
12,9 
1488 
Sənaye 
37,8 
1960 
Tikinti 
12,1 
1129 
Ticarət, ictimai iaşə, 
mehmanxanalar 
7,9 
10928 
Nəqliyyat, anbar təsərrüfatı 
və rabitə 
9,5 
386 
Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi 
Halbuki, 2003‐cü il ərzində bu sahədə  ÜDM‐nin yalnız 7.9 
faizi qədər əlavə dəyər yaradılıb. Baxmayaraq ki, hüquqi şəxs 
 
‐ 143 ‐


İlkin Sabiroğlu 
yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olanların da 
böyük əksəriyyəti məhz bu sektorda fəaliyyət göstərir. 
Əksinə nəqliyyat və rabitədə ÜDM‐nin 9.5 faizi qədər əlavə 
dəyər  yaradıldığı  halda,  bu  sahədə  fəaliyyət  göstərən  kiçik 
müəssisə və təşkilatların sayı 1.82 faiz (386) təşkil edib. 
Eyni zamanda ÜDM‐nin 37.8 faizi qədər əlavə dəyər yara‐
dılan  sənaye  sahəsində  həmin  müəssisələrin  sadəcə  9.25  faizi 
fəaliyyət göstərib. Bir başqa ifadə ilə 2003‐cü ildə sənayedə ki‐
çik  sənaye  müəssisələrin  sayı  1960  olmuşdur.  Bu  isə  sənaye 
sektorunda  fəaliyyət  göstərən  müəssisələrin  (2421)  81  faizini 
təşkil edib. 
Sənayedə iqtisadi fəaliyyət növləri və işçilərin sayına görə 
fəaliyyəti olan müəssisələrin sayı və qruplaşdırılması 
2002 
2003 
o cümlədən: 
o cümlədən: 
Cəmi 
kiçik 
orta 
iri 
Cəmi 
kiçik 
orta 
iri 
2357 
1809 
283 
265 
2421 
1960 
238 
223 
Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi 
Göründüyü  kimi  kiçik  müəssisələrin  daha  çox  fəaliyyət 
göstərdiyi  sahələrdə  daha  az  əlavə  dəyər  yaradılıb.  Daha  çox 
əlavə dəyər yaradılan sahələrdə isə bu müəssisələrin fəaliyyəti 
zəif olub. 
Statistika Komitəsinin məlumatlarında respublika üzrə iqti‐
sadi  fəal  əhalinin  sayı  2002  və  2003‐cü  illərdə  müvafiq  olaraq 
3777.5  min  və  3801.4  min  nəfər  olaraq  göstərilib.  İqtisadi  fəal 
əhalinin  ümumi  sayından  məşğul  olanların  sayı  isə,  2002‐də 
3726.5 min nəfər və 2003‐cü ildə 3747.0 min nəfər təşkil edib. 
Qeyd edək ki, “Məşğulluq
 
Haqqında” Azərbaycan Respub‐
likasının Qanununa görə, işsiz vətəndaş ‐ işi və qazancı olma‐
yan,  işə  başlamağa  hazır  olub,  müvafiq  icra  hakimiyyəti  or‐
qanında  (Azərbaycan  Respublikası  Əmək  və  Əhalinin  Sosial 
Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi və onun yerli or‐
 
‐ 144 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə