KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə38/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   ...   34   35   36   37   38   39   40   41   ...   67

Kapitalizm Kapitalizmə Bənzəməz 
Kiçik sahibkarlıq 
olmazsa olmaz 
 
Kiçik  və  orta  sahibkarlıq “orta  təbəqə”nin  ‐ kiçik  burjuazi‐
yanın  mühüm  hissəsini  təşkil  edir.  Ümumiyyətlə  ingilislər, 
adətən  “burjuaziya”  ifadəsi  yerinə  “orta  təbəqə”  ifadəsindən 
istifadə etməyə üstünlük verirlər. Buna görə, feodal iqtisadiy‐
yatın  çözülməsi  ilə  birlikdə  ortaya  çıxan  bu  təbəqə,  ilk  vaxt‐
larda  əsilzadələr  ilə  kəndlilər  arasındakı  orta  təbəqəni  ifadə 
edərkən, sonradan böyük burjuaziya ilə işçi sinfi arasındakı ic‐
timai  təbəqəni  ifadə  etmək  üçün  istifadə  edilmişdir.  Bu  çərçi‐
vədə ələ alındığı zaman orta təbəqə, sənaye və ticarətdəki orta 
səviyyəli sahibkarları (təşəbbüskarları), sənətkarlar və fermer‐
lər kimi sadə istehsalçıları, kiçik əsnaf və yüksək rəsmi əmək‐
haqqı alanları ehtiva etməkdədir.
143
Burada  “əməkhaqqı  alan  burjuaziya”  anlayışını  da  bir‐iki 
cümlə  ilə  açıqlamaq  yerinə  düşər.  Yaşadığımız  çağda  kapita‐
lizmin keyfiyyət dəyişikliyinə məruz qalması ilə birlikdə, çağı‐
mızın böyük şirkətlərində, sərmayə və mülkiyyətə sahib olan‐
ların idarə etmədiyi, amma idarə edənlərin də mülk sahibi ol‐
madığı bir tendensiya ilə üz‐üzə qaldığımızı söyləyə bilərik.
144
 
Wallerstein,  bu  mərhələdə  qanuni  mülk  sahiblərinin  mərkəzi 
rolunun getdikcə azaldığını ifadə etməkdə və “əməkhaqqı alan 
burjuaziya”  adlandırdığı  yeni  orta  təbəqənin  hakim  hala  gəl‐
məkdə olduğunu irəli sürməkdədir.
145
                                                 
143
 Alfred Meusel, Middle Class, Encyclopadia of the Social Science, Cild XI‐X, 
Macmillan, New York, 1957, səh.407. 
144
 Nihat Bulut, Feodaliteden Küreselleşmeye Ekonomik İktidar Siyasal İktidar İlişkisi
Seçkin Yayıncılık, Ankara, 2003, səh.57. 
145
 Etienne Balibar, Immanuel Wallerstein, Irk Ulus Sınıf, Tərcümə: Nazlı 
Ökten, Metis Yayınları, İstanbul, 2000, səh.189. 
 
‐ 129 ‐


İlkin Sabiroğlu 
Azərbaycanda kapitalizmin yeni keyfiyyət dəyişikliyi hələ‐
lik hiss edilməsə də, kapitalist münasibətlərin formalaşmasının 
ilkin mərhələsi yaşanmaqdadır. Lakin respublikada kiçik bur‐
juaziyanın ‐ kiçik və orta sahibkarlığın əhəmiyyəti hələ də lazı‐
mi  səviyyədə  anlaşılmış  deyil.  Halbuki  sahibkarlığın  bu  for‐
ması  cəmiyyətin  sosial‐iqtisadi  inkişafında  müstəsna  rola  sa‐
hibdir. Bunlar demokratik cəmiyyətin və liberal iqtisadiyyatın 
əsas  sığortalarından  biridir,  siyasi  və  sosial  sistemlərin  stabil‐
liyinin  başlıca  ünsürüdür.  Gəlir  bölgüsündəki  ədalətsizlikləri 
minimuma endirir, regionlararası balanslı inkişafa zəmin yara‐
dır. Böyük sənaye müəssisələrinin əsas yardımçılarıdır. 
Eyni  zamanda  bu  müəssisələr  daha az investisiya  ilə  daha 
çox  istehsal  və  məhsul  müxtəlifliyi  əldə  edə  bilirlər.  İqtisadi 
dalğalanmalardan  daha  az  təsir  görürlər.  Daha  az  investisiya 
xərcləri ilə iş imkanları yaratmaqdadırlar. Tələbatdakı dəyişik‐
liklərə və müxtəlifliklərə daha rahat uyğunlaşa bilirlər, texno‐
loji  yeniliklərə  həvəslidirlər.  Fərdi  yığımları  stimullaşdırır,  is‐
tiqamətləndirir və hərəkətləndirirlər.
146
 Digər tərəfdən KOS‐la‐
rın inkişafı həmin ölkələrin iqtisadi inkişafı ilə paralellik təşkil 
edir. Fikrimizi müqayisələrlə izah edək. 
İqtisadi  Əməkdaşlıq  və  İnkişaf  Təşkilatına  (OECD)  üzv 
olan  otuz  ölkədəki  maaşlı  çalışanların  üçdə  ikisi  kiçik  və  orta 
böyüklükdəki  müəssisələrdə  işlə  təmin  olunub.  Ən  çox  kiçik 
və orta böyüklükdəki müəssisələrə texnoloji inkişafda ən irəli‐
də  olan  ölkələr  sahibdir.  Ön  sırada  ABŞ,  Kanada,  Avstraliya, 
İsveç və Finlandiyadır. 
OECD  ölkələrində  şirkətlərin  96‐99  faizi  kiçik  və  orta  bö‐
yüklükdəki müəssisələrdir. Bütün OECD ölkələrindəki iqtisadi 
fəaliyyətin 40 faizi kiçik və orta böyüklükdəki müəssisələr tə‐
rəfindən həyata keçirilir. Emal sənayesində məşğulluğun 60‐70 
                                                 
146
 İlkin Sabiroğlu, “Kiçik və Orta Sahibkarlığın Əhəmiyyəti”, IqtisadNet
http://www.iqtisad.net/is016.htm, 2 iyul 2004, (01.03.2006). 
 
‐ 130 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
faizi  bu  müəssisələrin  payına  düşür.  Məsələn,  Fransada  səna‐
yedəki məşğulluğun 60 faizini, yaradılan əlavə dəyərin 53 fai‐
zini, investisiyaların 41 faizini, ixracatın 30 faizini kiçik və orta 
böyüklükdəki müəssisələr həyata keçirir. Bu müəssisələrin üç‐
də biri doqquz ya da doqquzdan az insan çalışdırır. 30 faizinin 
50 ilə 250 arasında işçisi var, digərləri də 10 ilə 50 arasında in‐
sanı işlə təmin edib. 
2002‐ci  il  statistikasına  görə  isə  Avropa  Birliyi  ölkələrində 
fəaliyyət göstərən kiçik və orta böyüklükdəki müəssisələrin sa‐
yı  22  milyonu  aşmışdır.  Ümumiyyətlə  isə  AB  ölkələrindəki 
müəssisələrin  95  faizini  bu  müəssisələr  təşkil  edir.  Bu  rəqəm 
ABŞ‐da 97.2, Yaponiyada 99.4, Cənubi Koreyada 97.8 faiz təş‐
kil edir. AB ölkələrində Ümumi Daxili Məhsulun (ÜDM) və ya 
yaradılan  əlavə  dəyərin  81  faizi  kiçik  və  orta  böyüklükdəki 
müəssisələrin  payına  düşür.  Qoyulan  ümumi  investisiyalar 
içərisində  bu  müəssisələr  ABŞ‐da  38,  Yaponiyada  40,  Cənubi 
Koreyada  35.7,  Almaniyada  44  faiz  paya  sahibdir.  Həmçinin 
istehsalın ABŞ‐da 36.2, Yaponiyada 52, Cənubi Koreyada 34.5, 
Almaniyada  49  faizi  bu  müəssisələrin  payına  düşür.  İxracat 
içərisindəki payları isə ABŞ‐da 32, Yaponiyada 38, Cənubi Ko‐
reyada  20.2,  Almaniyada  31.1  faiz  təşkil  edir.  AB  ölkələrində 
iqtisadiyyatda məşğul olanların 62 faizi bu müəssisələrdə işlə‐
yir. Özəl sektorda çalışanların isə 95 faizi kiçik və orta böyük‐
lükdəki müəssisələrdə işləyir. Bu rəqəm ABŞ‐da 50.4, Yaponi‐
yada 81.4, Cənubi Koreyada 61.9 faiz təşkil edir.
147
Türkiyədə  isə  fəaliyyət  göstərən  müəssisələrin  98.8  faizini 
kiçik və orta böyüklükdəki müəssisələr təşkil etsə də yaradılan 
əlavə dəyərin və ya ÜDM‐nin sadəcə 35 faizi bu müəssisələrin 
payına düşür. Qoyulan ümumi investisiyalar içərisində də bu 
müəssisələr yalnız 6.5 faiz paya sahibdir. O cümlədən istehsa‐
lın 37.7 faizi bu müəssisələrin payına düşsə də ixracat içərisin‐
                                                 
147
 Ibid. 
 
‐ 131 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə