KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə37/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   ...   33   34   35   36   37   38   39   40   ...   67

İlkin Sabiroğlu 
neft daxilolmalarının artan xətt üzrə inkişaf edəcəyi gözlənilsə 
də, Milli Bankın real effektiv valyuta məzənnələrinin bahalaş‐
masında maraqlı olmadığı görünməkdədir. Qısası, hazırda bizi 
“Holland sindromu” təhlükəsi gözləmir. Bəs sabah necə? 
Diqqət  edirsinizsə,  yuxarıda  üç  sektordan  bəhs  edilir:  neft 
sektoru, ixrac potensialı olan qeyri‐neft sektoru və ixrac poten‐
sialı  olmayan  mallar  sektoru.  Ona  görə  də  biz  ölkə  olaraq 
“Holland  sindromu”ndan  yayınmaq  üçün  neft  dollarlarından 
məhz “ixrac potensialı olan qeyri‐neft sektoru”nun inkişafında 
istifadə etməliyik. 
Amma  bir  başqa  problem  də  ondadır  ki,  neft  dollarlarının 
məhz bu yöndə, səmərəli və şəffaf şəkildə istifadə olunacağına 
nə  özümüz  inanırıq,  nə  də  beynəlxalq  təşkilatlar  (məsələn, 
BVF). 
Azərbaycanda neft gəlirlərindən istifadə edərkən qeyri‐neft 
sektorunun  xüsusiyyətləri  nəzərə  alınmalıdır.  Bu  baxımdan 
dünyada bir çox modellər mövcud olsa da, bu modellərin heç 
biri  Azərbaycan  üçün  münasib  deyil.  O  cümlədən  də  Norveç 
modeli... 
Norveçin və Alyaskanın (ABŞ) bizdəkinə bənzər qeyri‐neft 
sektoru problemi yoxdur. Norveçi narahat edən “Holland sin‐
dromu” deyil, “qocalma sindromu”dur. Norveç və ABŞ‐da in‐
sanlar məhz bu günlərini təminat altına aldıqları üçün gələcək 
nəsillərinin qayğısına qalırlar. 
Küveyt və Səudiyyə Ərəbistanı kimi ölkələr isə neft ehtiyat‐
larının həcminin həddindən artıq çox olmasına görə, ümumiy‐
yətlə, Azərbaycanla müqayisə edilməməlidir. “Forbes” jurnalı‐
nın oktyabr sayında yer alan bir məqalədə yazar qeyd edir ki, 
Səudiyyə  Ərəbistanı  kimi  bir  sıra  neftlə  zəngin  ərəb  ölkələ‐
rində  dövlət,  ümumiyyətlə,  gəlir  vergisi  almırmış.  Büdcə  neft 
gəlirləri  hesabına  formalaşır.  Amma  buna  baxmayaraq  qeyri‐
neft  sektoru  da  inkişaf  etmir.  Səudiyyə  Ərəbistanında  gənc 
əhalinin 40‐50 faizi işsizdir. Burada neft gəlirlərinin yüksəkliyi, 
 
‐ 126 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
dünya bazarlarında neft qiymətlərinin artması ilə birlikdə neft 
gəlirlərinin daha da yüksəlməsi qeyri‐neft sektorunun inkişafı‐
na marağı azaldırmış.
140
Azərbaycan  digər  neft  ölkələrindən  qeyri‐neft  sektorunun 
problemlərinin  xarakterinə  görə  fərqlənir.  Düzdür,  son  illər 
bizdə də neft gəlirlərinə arxayın olaraq vergi səviyyələri mütə‐
madi olaraq aşağı salınır. Əlimizdə konkret araşdırma olmadı‐
ğı üçün bu tendensiyanın qeyri‐neft sektorundan vergi daxilol‐
malarına necə təsir etdiyini deyə bilməsək də, “Laffer əyrisi”‐
nin  indiki  mərhələdə  Azərbaycanda  özünü  doğrultmayacağı‐
na  qəti  əminik.  Vergi  Məcəlləsi  üzərində  belə  tez‐tez  dəyişik‐
liklərə  gedilməsini  də  zərərli  tendensiya  kimi  qəbul  edirik. 
Qeyri‐neft sektoru üzrə büdcə daxilolmalarının artmasını baş‐
qa səbəblərlə əlaqələndiririk. Məsələn, bir müddət əvvəl yana‐
caq bazarına hakim olan bir şirkətin kassa aparatlarından isti‐
fadə  etmədiyi  bəyan  edildi.  Belə  halda  vergi  dərəcələrini  də‐
yişdirməyin nə anlamı var? 
Azərbaycanda  qeyri‐neft  sektorunun  vəziyyəti  xüsusi  ya‐
naşma  tələb  edir.  Biz  qeyri‐neft  sektorunun  ixrac  potensialı 
olan  sahələrini  necə  inkişaf  etdirə  biləcəyimiz  üzərində  fikir‐
ləşməliyik. Məhz ona görə “Hamı yerli mal alsın, xeyir vətənə 
qalsın!”  devizini  tənqid  edirdik.  Bu  deviz  daxili  istehlakçılara 
səslənir. Bizim isə xarici ticarət obyekti olmayan mallar sekto‐
runun  inkişafını  stimullaşdıran,  bütün  dünyada  özünü  doğ‐
rultmayan  bir  kampaniyaya  deyil,  istehsalçılarımızı  xarici  rə‐
qabətə,  xarici  bazarlara  səsləyən  addımlara  ehtiyacımız  var. 
“Özümüz  bişirib  özümüz  yeyək!”  prinsipi  ilə  problemin  için‐
dən çıxmaq mümkün deyil. Bu baxımdan yeni nazirin bizimlə 
                                                 
140
 Ömer Taşpınar, “Petrol ve Arap ekonomileri”, “Forbes‐Türkiye” jurnalı, 
Oktyabr 2005, səh.33. 
 
‐ 127 ‐


İlkin Sabiroğlu 
eyni  məntiqdən  çıxış  edərək  kampaniyanı  dayandırmasını  da 
təqdirəlayiq sayırıq.
141
Azərbaycanı hal‐hazırda “Holland sindromu” təhlükəsinin 
gözləmədiyi Beynəlxalq  Valyuta  Fondu  əməkdaşlarının  Azər‐
baycanla bağlı hazırladıqları sənəddə də öz əksini tapıb. Onla‐
ra  görə  də,  hazırda  ən  əsas  problemimiz  “inflyasiya  təzyiq‐
ləri”nin  artmasının  qarşısını  almaqdan  ibarətdir.  Neft  gəlirlə‐
rinin  əhəmiyyətli  artımı  kontekstində  “Holland  sindromu” 
xəstəliyinin təsirini məhdudlaşdırmaqsa orta və uzunmüddətli 
problem kimi qarşımıza çıxa bilər.
142
 Azərbaycanın bundan ya‐
yınmaq üçün kifayət qədər imkanları mövcuddur. 
Tədbirli  davranıb  bundan  yayına  bilməsək,  Azərbaycan 
“Holland sindromu”ndan da daha ağır vəziyyətlə üz‐üzə qala 
bilər. Səbəb isə çox sadədir: Yuxarıda bəhs etdiyimiz “Holland 
sindromu”nun  “üç  sektor  modeli”nə  görə,  intensiv  inkişaf 
edən  təbii  ehtiyatlar  sektoru  ilə  ixracat  potensialı  olmayan 
mallar  sektorunun  inkişafı  ixracat  potensialı  olan  qeyri‐neft 
malları sektorunu sıxışdırır. Amma Azərbaycanda nəinki ixra‐
cat potensialı olan qeyri‐neft malları sektoru, o cümlədən ixra‐
cat potensialı olmayan mallar sektoru da inkişaf etməyib. Ona 
görə də mövcud hal davam edərsə, gələcəkdə neft gəlirlərinin 
azaldığı  bir  məqamda  biz  “Holland  sindromu”  ilə  deyil,  şərti 
olaraq  “Banqladeş  sindromu”  adlandırdığımız  situasiya  ilə 
qarşılaşacağıq. Lakin, bizim bütün bunlardan yayınmaq poten‐
sialımız  çox  yüksəkdir  və  hökumətin  də,  konkret  olaraq  Milli 
Bankın situasiyanın ciddiliyini dərk etdiyini müşahidə etmək‐
dəyik. 
 
                                                 
141
 “Heydər Babayev: Bu gün dünyanın aparıcı sərmayəçilərinin Azərbaycanın 
iqtisadiyyatına marağı son dərəcə dərəcə böyükdür”, Trend, 8 dekabr 2005. 
142
 “Statement by the IMF Mission for the 2005 Article IV Consultation with the 
Republic of Azerbaijan”, IMF, 21 dekabr 2005, 
http://www.imf.org/external/np/sec/pr/2005/pr05287.htm, (01.03.2006). 
 
‐ 128 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə