KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə39/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   ...   35   36   37   38   39   40   41   42   ...   67

İlkin Sabiroğlu 
dəki payları cəmisi 8 faiz təşkil edir. Özəl sektorda çalışanların 
isə 45.6 faizi kiçik və orta böyüklükdəki müəssisələrdə işləyir. 
Diqqət yetirsək görərik ki, Türkiyənin iqtisadi inkişaf səviyyəsi 
ilə  yuxarıda  adını  sadaladığımız  ölkələrin  iqtisadi  inkişaf  sə‐
viyyələri  arasındakı  fərq  bu  ölkələrdəki  kiçik  və  orta  böyük‐
lükdəki müəssisələrin inkişaf səviyyələri arasındakı fərqlə uy‐
ğunluq təşkil edir. 
Müqayisə üçün qeyd edək ki, verilən toplam krеditlər içəri‐
sində kiçik və orta böyüklükdəki müəssisələrin payı Yaponiya‐
da 50, Fransada 48, Amerika Birləşmiş Ştatlarında 42.7, Alma‐
niyada 35, Türkiyədə 3‐4 faiz təşkil edir.
148
Bir  müddət  əvvəl  Türkiyədə  kiçik  və  orta  böyüklükdəki 
müəssisələrə ixracatda dəstək üçün sıfır faizli kredit verilməsi 
ilə  əlaqədar protokol  imzalandı.  Faiz  ödəmələri  KOSGEB  (Sə‐
naye  və  Ticarət  Nazirliyinə  bağlı  Kiçik  və  Orta  Miqyaslı  Sə‐
naye Gəlişdirmə və Dəstəkləmə İdarəsi Başqanlığı) tərəfindən 
qarşılanacaq  olan  illik  4.5  faizli  kredit  üçün  üç  banka  (Halk‐
bank,  Ziraat  Bankı  və  Vakıfbank)  vəsait  ayrıldı.  Faizlərin  bu 
vəsait  hesabına  ödənəcəyini  nəzərdə  tutan  sistemə  görə,  ixra‐
cat həyata keçirən ya da kredit müddəti boyunca həyata keçir‐
mə  öhdəliyi  götürən  emalatçı  kiçik  və  orta  böyüklükdəki 
müəssisələr, maksimum 100 min dollar həcmində istifadə edə 
biləcəkləri krediti 6‐cı ayın axırında ödəyəcəklər. Kredit borcu‐
nu  vaxtında  ödəyən  və  ixracatını  nəzərdə  tutulan  müddətdə 
tamamlayan  müəssisələr  tələbləri  münasib  görüldüyü  təqdir‐
də ikinci dəfə yenidən kredit ala biləcəklər. 
Ümumiyyətlə  OECD,  1980‐ci  illərin  sonlarından  etibarən 
iqtisadi  inkişafda  kiçik  və  orta  böyüklükdəki  müəssisələrin 
əhəmiyyətini  artırmağa  səy  göstərir.  Bu  səylərin  nəticəsində, 
kiçik  və  orta  böyüklükdəki  müəssisələrlə  əlaqəli  nazirlər  ilk 
dəfə olaraq 2000‐ci ildə İtaliyada ‐ Boloniyada bir araya gəldi. 
                                                 
148
 Ibid. 
 
‐ 132 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
Həmin toplantıda ABŞ‐ın kiçik müəssisələr üçün həyata keçir‐
diyi politikalardan təsirlənərək hazırlan bir prinsiplər məcmu‐
su formalaşdırıldı və yayımlandı. Amerika, kiçik müəssisələri, 
qurduğu bir mərkəzdən istiqamətləndirir. Eyni addımı İngiltə‐
rə də 2000‐ci ildə atdı. İndi isə Fransa bunun hazırlığını həyata 
keçirir...
149
Qısacası, beynəlxalq təcrübə sübut edir ki, təşəbbüskarlığın 
dəstəklənməsi və kiçik biznesin inkişafı yeni iş yerlərinin açıl‐
masında,  işsizliyin  azaldılmasında  və  gəlirlərin  formalaşma‐
sında effektiv bir yanaşma üsuludur. Kiçik biznes hər bir sər‐
bəst  bazar  iqtisadiyyatında  əhəmiyyətli  və  inteqral  sektordur. 
Dünya  təcrübəsi  sənaye  ölkələrində  iqtisadi  restrukturlaşma‐
nın kiçik və orta biznes sektorunun inkişafının müşayiəti altın‐
da həyata keçdiyini ortaya qoyur. Kiçik biznesin iqtisadi rifah‐
da  və  inkişafda  oynadığı  əhəmiyyətli  rol  yaxşı  bilinməkdə  və 
hər kəs tərəfindən qəbul edilməkdədir.
150
Keçid ölkələrində (Countries in Transition ‐ CITs) Kiçik və 
Orta  Sahibkarlığın  formalaşmasının  bütün  mərhələlərində  tə‐
şəbbüskarlığın  geniş  şəkildə  dəstəklənməsi  sərbəst  bazar  iqti‐
sadiyyatına transformasiyada və cəmiyyətin demokratikləşmə‐
sində həyati dərəcədə vacibdir. Kiçik və Orta Sahibkarlıq iqti‐
sadi artımın lokomotivi və davamlı inkişafın mənbəyi kimi qə‐
bul  edilməkdədir.  Xüsusilə  yüksək  səviyyəli  işsizlik  və  yox‐
sulluq şəraitində kiçik təşəbbüslər xüsusi əhəmiyyətə sahibdir, 
çünki onlar sahibkarlığın beşiyi sayılır.
151
                                                 
149
 Mehmet Altan, “Fransaʹda manşet, Türkiyeʹde haber değil...”, “Sabah” qəzeti
http://www.sabah.com.tr/2004/06/05/yaz71‐40‐118.html, 5 iyun 2004, 
(01.03.2006). 
150
 UNECE ‐ United Nations Economic Commission for Europe, Promotion of 
Entrepreneurship and SME Sector in The South‐Caucasian Region
www.unece.org/indust/sme/smeyent.pdf, 2003. 
151
 Ibid. 
 
‐ 133 ‐


İlkin Sabiroğlu 
2000‐ci  ildən  əvvəl  hazırlanan  beynəlxalq  hesabatlarda  bir 
qayda olaraq Cənubi Qafqaz regionundakı üç respublika Kiçik 
və  Orta  Sahibkarlığın  (Small  and  Medium  Enterprise  ‐  SME) 
inkişaf  etdirilməsində  ləngiyən  ölkələr  qrupuna  daxil  edilir‐
di.
152
 Daha sonrakı beynəlxalq hesabatlarda isə üç Cənubi Qaf‐
qaz respublikası arasında məhz Azərbaycanda sahibkarlığın, o 
cümlədən KOS‐ların inkişafının daha ümid verici olduğu qeyd 
edilir.  Təbii  ki,  belə  qiymətləndirmədə  Azərbaycanda  sahib‐
karlıq fəaliyyətini tənzimləyən qanunvericiliyin mütəmadi ola‐
raq təkmilləşdirilməsi, KOS‐ların inkişaf etdirilməsini nəzərdə 
tutan  dövlət  proqramlarının  qəbul  edilməsi  və  s.  əhəmiyyətli 
rol oynayır.
153
Şəxsi mülkiyyət hüququ, sahibkarlıq və məsuliyyət azadlığı 
sərbəst bazar iqtisadiyyatının sütunlarını təşkil edir. Azərbay‐
can  Respublikasının  Konstitusiyasının  59‐cu  maddəsində 
“Azad sahibkarlıq hüququ” başlığı altında qeyd olunur: 
“Hər  kəs  qanunla  nəzərdə  tutulmuş  qaydada  öz  imkanla‐
rından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək 
təkbaşına  və  ya  başqaları  ilə  birlikdə  azad  sahibkarlıq  fəaliy‐
yəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət 
növü ilə məşğul ola bilər.”
154
Azərbaycanda  sahibkarlığın  inkişafına  təsir  göstərən  əsas 
qanunvericiliyin  formalaşma  tarixçəsini  isə  qısaca  aşağıdakı 
şəkildə göstərmək mümkündür: 
Ölkədə  1992‐ci  ildə  “Sahibkarlıq  Fəaliyyəti  Haqqında”  qa‐
nun qəbul edildi, daha sonra eyni ilin oktyabr ayında “Sahib‐
                                                 
152
 UNECE ‐ United Nations Economic Commission for Europe, SMEs in 
Countries in Transition in 1997‐1998, OPA/AC.12/1, 30. April 1999, Geneva. 
153
 UNECE, Promotion of Entrepreneurship and SME Sector in The South‐Caucasian 
Region, op. cit. 
154
 Azərbaycan Respublikasının Konstitusiyası, Maddə 59., Azərbaycan 
Respublikasının Milli Məclisi, http://www.meclis.gov.az. 
 
‐ 134 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə