İlkin Sabiroğlu
mətdə 10‐dan az işçi çalışdıran müəssisələr daxildir. Orta
müəssisələr kateqoriyasına isə, sənayedə 51‐250 arası, nəqliy‐
yatda 16‐75 arası, tikintidə 26‐150 arası, xırda ticarətdə və xid‐
mətdə 11‐50 arası işçi çalışdıran müəssisələr daxil edilir.
Açıqcası, bu cədvəli hansı məlumatlar əsasında hazırladıq‐
ları bizə məlum deyil. Ona görə də Azərbaycan qanunveri‐
ciliyinə əsasən Kiçik və Orta Sahibkarlığın tərifini verməkdə
böyük fayda görürük. Çünki bu Azərbaycanda və dünyada
KOS‐la bağlı fərqli anlayışları spesifik bir şəkildə göstərə bi‐
lər.
161
4 iyun 1999‐cu il tarixli və 673‐IQ nömrəli Kiçik Sahibkarlı‐
ğa Dövlət Köməyi Haqqında Azərbaycan Respublikası Qanu‐
nunun 3‐cü maddəsinə görə kiçik sahibkarlıq subyektləri de‐
dikdə, aşağıdakılar nəzərdə tutulurdu:
‐ hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul
olan fiziki şəxslər;
‐ işçilərin orta siyahı sayı (mövsümi işçilər nəzərə alınma‐
dan) sənaye, nəqliyyat və tikintidə — 50 nəfərədək, kənd təsər‐
rüfatında və elmi texniki sahədə — 30 nəfərədək, ticarət, xid‐
mət, informasiya və digər sahələrdə — 25 nəfərədək olan hü‐
quqi şəxslər.
Bir neçə fəaliyyət növü ilə məşğul olan kiçik sahibkarlıq
subyektləri rüblük dövriyyədə daha yüksək xüsusi çəkiyə ma‐
lik olan fəaliyyət növü üzrə kiçik sahibkarlıq subyektinə aid
edilirdi.
Göründüyü kimi yaxın zamanlara qədər bizdə təsnifat əsa‐
sən çalışan işçi sayına görə aparılırdı ki, bu da KOS‐ların kapi‐
tal və texnoloji infrastrukturlarının yanında bəzi davranış xü‐
susiyyətlərini (yenilik yaratma potensialı, sürətli adaptasiya və
s. kimi) nəzərdən qaçırmaqda idi. Dolayısilə vahid və tək fak‐
161
Natiq Sabiroğlu, “Kiçik və Orta Sahibkarlıq Nədir?”, IqtisadNet,
http://www.iqtisad.net/ns010.htm, 30 avqust 2004.
‐ 138 ‐
Kapitalizm Kapitalizmə Bənzəməz
tora dayanan ümumi bir tərif yerinə KOS‐ların fəaliyyət gös‐
tərdiyi sektor xüsusiyyətlərini də nəzərə alan çoxfaktorlu tərif‐
lər və bunlar arasında ciddi bir koordinasiyanın təşkili qarışıq‐
lığı önləmədə daha səmərəli ola bilərdi. Məsələn, əvvəlki qa‐
nunvericiliyə əsasən, 60 işçi ilə mədənçilik sənayesində fəaliy‐
yət göstərən bir hüquqi şəxs KOS statusuna daxil edilmədiyi
halda, 20 işçi ilə informasiya və kommunikasiya texnologiya‐
ları (İKT) sektorunda fəaliyyət göstərən və illik satış həcmi mə‐
dənçilik sektorundakından 10 qat artıq olan bir firma kiçik sa‐
hibkarlıq subyekti olaraq ələ alınırdı. Ayrıca, Azərbaycan qa‐
nunvericiliyində “kiçik və orta sahibkarlıq” yerinə “kiçik sa‐
hibkarlıq subyektləri” ifadəsinin istifadəsi də diqqət çəkicidir.
Daha sonradan yuxarıda bəhs edilən 3‐cü maddə 4 noyabr
2003 tarixli və 508‐IIQD nömrəli “Kiçik Sahibkarlığa Dövlət
Köməyi Haqqında” Azərbaycan Respublikasının Qanununa
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanu‐
nu əsasında aşağıdakı şəkildə dəyişdirildi:
162
1. Kiçik sahibkarlıq subyektləri işçilərinin orta siyahı sayı
(mövsümi cəlb edilən işçilər nəzərə alınmadan) və illik dövriy‐
yələrinin həcmi əsas götürülməklə müəyyənləşdirilir.
2. İqtisadi fəaliyyət növləri üzrə bu meyarların hədlərinin
müəyyən edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən
həyata keçirilir.
Anlaşılan odur ki, çatışmazlıqların bir qismi qanunu hazır‐
layan mütəxəssislər tərəfindən nəzərə alınıb. Lakin bu dəyişik‐
likdən sonra Azərbaycanda kiçik sahibkarlıq deyiləndə nəyin
nəzərdə tutulduğunu müəyyənləşdirmək artıq elə də asan de‐
yil.
162
“Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikasının
Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu,
Milli Məclis, http://www.meclis.gov.az/qanunlar/qanun_l1.php?id=441&idk=1,
(01.03.2006).
‐ 139 ‐
İlkin Sabiroğlu
Fikrimizcə meyarların təyin edilməsinin sektor birlikləri ye‐
rinə müvafiq icra hakimiyyəti orqanlarına həvalə edilməsi yeni
qanunvericilikdə ciddi bir nöqsandır. Çünki bu səlahiyyətin ic‐
ra strukturlarına buraxılması sistemi su‐istifadəyə olduqca
açıq bir hala gətirməkdədir. Dolayısı ilə əvvəlki qanunda ye‐
tərsiz təsnifat mövcud idisə, indikində ciddi qeyri‐müəyyənlik
mövcuddur. Yəni fəaliyyət növləri üzrə meyarların hədlərinin
müəyyən edilməsinin müvafiq icra hakimiyyəti orqanlarına
buraxılması və nəticədə hər icra hakimiyyətinin bu meyarlar
üçün fərqli hədlər müəyyənləşdirə biləcəyini nəzərə alsaq, belə
çıxır ki, bir rayonda kiçik sahibkarlıq subyekti sayılan istənilən
bir müəssisə ilə eyni parametrlərə sahib olan, lakin başqa bir
rayonda yerləşən müəssisə kiçik sahibkarlıq subyekti kimi qə‐
bul edilməyə bilər.
163
Bu hal respublika üzrə KOS‐lara yönəlik vahid statistikanın
aparılmasını və daha əhəmiyyətlisi bunlara yönəlik vahid bir
təşviq sisteminin həyata keçirilməsini müşkülə çevirir. Ayrıca
bəzi bölgələrdə KOS‐lar təşviq edilmək istənilirsə, bunu da
yerli icra strukturları deyil, dünyada olduğu kimi, qanun mü‐
əyyənləşdirməlidir.
Ona görə də biz, Azərbaycanda KOS‐lardan bəhs edərkən
qanundakı dəyişikliyə qədər olan dövrü ələ almışıq. Məhz hə‐
min dövrdən sonra Dövlət Statistika Komitəsinin də hesabatla‐
rında kiçik və orta böyüklükdəki müəssisələrə yer ayırmaması
yuxarıdakı fikirlərimizi təsdiq edir. Çünki qanundakı qeyri‐
müəyyənlik vahid statistikanın aparılmasını da çətinləşdirir.
Kiçik və orta sahibkarlığın dünya ölkələrindəki rolundan
yuxarıda bəhs etdik. Bəs Azərbaycanda KOS‐ların inkişafı nə
səviyyədədir? Əlimizdəki rəqəmlərin məhdud olmasına və bu
sahədə ciddi elmi araşdırmaların aparılmamış olmasına bax‐
163
Natiq Sabiroğlu, “Dünyada KOS‐lara Yönəlik Təşviqlər”, IqtisadNet,
http://www.iqtisad.net/ns011.htm, 2 oktyabr 2004.
‐ 140 ‐
Dostları ilə paylaş: |