KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə40/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   ...   36   37   38   39   40   41   42   43   ...   67

Kapitalizm Kapitalizmə Bənzəməz 
karlığa Milli Kömək Fondu Haqqında” prezident fərmanı im‐
zalandı. 
1993‐cü  ilin  yanvar  ayında  “Azərbaycan  Respublikasında 
Dövlət  Mülkiyyətinin  Özəlləşdirilməsi  Haqqında”  qanun  qə‐
bul  edildi.  Lakin  bir  sıra  səbəblərdən  bu  qanunu  icra  etmək 
mümkün olmadı. 
1995‐ci ilin mart ayında “Dövlət əmlakının özəlləşdirilməsi 
haqqında Azərbaycan Respublikası qanununun icrası ilə bağlı 
əlavə  tədbirlər  haqqında”  prezident  fərmanı  imzalandı.  Bunu 
1995 və 2000‐ci illərdə qəbul edilmiş I və II Dövlət özəlləşdir‐
mə proqramları, 1997‐2000‐ci illərdə kiçik və orta sahibkarlığa 
dövlət  yardımı  proqramı,  Sahibkarlığa  Kömək  Milli  Fondu‐
nun,  Kiçik  və  Orta  Sahibkarlığın  İnkişafı  Agentliyinin,  sahib‐
karlığa  maliyyə,  informasiya  və  məsləhət  xidmətləri  göstərən 
müxtəlif qurumların yaradılması, prezidentin sahibkarlığın in‐
kişafını nəzərdə tutan 1996 və 1999‐cu il tarixli fərmanları izlə‐
di. 
2002‐ci il avqustun 27‐də “Azərbaycan Respublikasının Sa‐
hibkarlığa  Kömək  Milli  Fondu  haqqında  Əsasnamənin  təsdiq 
edilməsi  haqqında”  və  “Azərbaycan  Respublikası  Prezidenti‐
nin yanında Sahibkarlar Şurasının yaradılması haqqında” pre‐
zident  fərmanları  imzalandı.  Ardından  sentyabrın  2‐də  lisen‐
ziya  verilən  fəaliyyət  növlərinin  sayının  azaldılması  ilə  əlaqə‐
dar  prezident  fərmanı  imzalanaraq,  belə  fəaliyyət  növlərinin 
sayı 240‐dan 30‐a endirildi. Sentyabrın 10‐da “Azərbaycan Res‐
publikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsin‐
də  əlavə  tədbirlər  haqqında”  fərman  imzalandı.  Bu  məqsədlə 
2003‐2005‐ci  illərdə  dövlət  büdcəsindən  250  milyard  manat,  o 
cümlədən  2003‐cü  ildə  50  milyard  manat  vəsait  ayrılması  nə‐
zərdə tutulurdu. 2002‐ci il sentyabrın 28‐də “Sahibkarlığın in‐
kişafına  mane  olan  müdaxilələrin  qarşısının  alınması  haqqın‐
da” fərman imzalandı. 
 
‐ 135 ‐


İlkin Sabiroğlu 
Ayrıca bu sırada “Haqsız Rəqabət Haqqında”, “Lizinq Xid‐
məti  Haqqında”,  “Səhmdar  Cəmiyyəti  Haqqında”  qanunlar, 
“Azərbaycan  Respublikasında  Kiçik  və  Orta  Sahibkarlığın  İn‐
kişafının  Dövlət  Proqramı  (2002‐2005)”,  “Korrupsiyaya  Qarşı 
Mübarizə  Üzrə  Dövlət  Proqramı  (2004‐2006)”  və  s.  sadalana 
bilər. 
Hökumətlərin  sosial‐iqtisadi  siyasətlərinin  məqsədi  struk‐
tur islahatlarını sürətləndirmək və sosial müdafiənin təşkilinin 
təkmilləşdirilməsi və paralel olaraq iqtisadiyyatın davamlı iq‐
tisadi artım tempini qorumaqdır. Bu baxımdan yeni məşğulluq 
imkanlarının  yaradılması  və  yoxsulluğun  aradan  qaldırılması 
istiqamətində inkişaf strategiyaları mənimsənməlidir.
155
 Son il‐
lər  həyata  keçirilməkdə  olan  “Azərbaycan  Respublikası  Regi‐
onlarının Sosial‐İqtisadi İnkişafı Dövlət Proqramı (2004‐2008)” 
və  “Yoxsulluğun  Azaldılması  və  İqtisadi  İnkişaf  Üzrə  Dövlət 
Proqramı (2003‐2005)” da bu qəbildəndir. 
Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsində  qeyd  olu‐
nur:  “Vergi  sistemi  sahibkarlıq  və  investisiya  fəaliyyətini  təş‐
viq etməlidir.”
156
 Məcəllənin 13‐cü maddəsinə görə isə, “sahib‐
karlıq  fəaliyyəti  ‐    şəxsin  müstəqil  surətdə,  öz  riski  ilə  həyata 
keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim 
edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilmə‐
sindən mənfəət götürülməsi olan fəaliyyətidir.”
157
Ardından,  Vergi  Məcəlləsinin  13‐cü  maddəsinin  2‐ci  bən‐
dində müəssisə deyiləndə nəyin nəzərdə tutulduğu göstərilir. 
Buna görə, Müəssisə ‐ bu Məcəllənin məqsədləri üçün müəssi‐
sələr ‐ sahibkarlıq fəaliyyətini həyata keçirən və bu cür fəaliy‐
yət üçün yaradılan aşağıdakı qurumlar deməkdir: 
                                                 
155
 UNECE, Promotion of Entrepreneurship and SME Sector in The South‐Caucasian 
Region, op. cit. 
156
 Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikasının 
Vergi Məcəlləsi, I Fəsil, Maddə 3.10., http://www.taxes.gov.az. 
157
 Ibid, I Fəsil, Maddə 13.2.37., http://www.taxes.gov.az. 
 
‐ 136 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
‐  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  müvafiq 
olaraq yaradılmış hüquqi şəxslər; 
‐ xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış 
hüquqi şəxslər (korporasiyalar, şirkətlər, firmalar və digər ana‐
loji  qurumlar),  habelə  onların  filialları  və  ya  daimi  nümayən‐
dəlikləri; 
‐  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  müvafiq 
olaraq  yaradılmış  hüquqi  şəxslərin  sərbəst  balansa,  cari  və  ya 
digər  hesablara  malik  olan  filialları,  struktur  bölmələri  və  ya 
digər ayrıca bölmələri.
158
“Sahibkarlıq Fəaliyyəti Haqqında” Azərbaycan Respublika‐
sının  Qanununa  görə  isə,  “sahibkarlıq  fəaliyyəti  (sahibkarlıq) 
fiziki  şəxslərin,  onların  birliklərinin,  habelə  hüquqi  şəxslərin 
mənfəət və ya şəxsi gəlir əldə edilməsi məqsədilə özlərinin ca‐
vabdehliyi və əmlak məsuliyyəti ilə, yaxud digər hüquqi və ya 
fiziki  şəxslərin  adından  qanunvericiliklə  qadağan  edilməyən 
təsərrüfat  fəaliyyətinin  bütün  növləri,  o  cümlədən  məhsul  is‐
tehsalı, satışı və xidmətlər göstərilməsi formasında həyata ke‐
çirdikləri müstəqil təşəbbüskarlıq fəaliyyətidir.”
159
Birləşmiş  Millətlər  Təşkilatının  Avropa  üzrə  İqtisadi  Ko‐
missiyasının (UNECE ‐ United Nations Economic Commission 
for Europe) rəsmi saytında verilən bir cədvəldə Azərbaycanda 
kiçik  və  orta  müəssisələrin  açıqlaması  aşağıdakı  şəkildə  veri‐
lib:
160
Kiçik müəssisələr kateqoriyasına, sənayedə 50‐dən az, nəq‐
liyyatda 15‐dən az, tikintidə 25‐dən az, xırda ticarətdə və xid‐
                                                 
158
 Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikasının 
Vergi Məcəlləsi, I Fəsil, Maddə 13.2.39., http://www.taxes.gov.az. 
159
 Entrepreneurship Support, “Sahibkarlıq Fəaliyyəti Haqqında” Azərbaycan 
Respublikasının Qanunu, Maddə 1., http://www.sahibkar.biz. 
160
 UNECE ‐ United Nations Economic Commission for Europe, Network of 
SME National Focal Points: Azerbaijan
http://www.unece.org/indust/sme/azerb.htm. 
 
‐ 137 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə