KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə43/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   ...   39   40   41   42   43   44   45   46   ...   67

Kapitalizm Kapitalizmə Bənzəməz 
qanları)  iş  axtaran  kimi  qeydiyyata  alınan,  əmək  qabiliyyətli 
yaşda  olan  əmək  qabiliyyətli  şəxsdir.
164
  Dolayısilə  qeydə  alın‐
mayanlar rəsmi statistikada işsiz sayılmır. 
Peşə ixtisası olmadığı üçün üç ildən artıq işsizlik müavinəti 
ala  bilməyən  və  işsizlik  statusunu  itirən  vətəndaşlar  da  işsiz 
kateqoriyasına daxil edilmir. 
Eyni  zamanda  mülkiyyətində  kiçik  də  olsa  torpaq  payı 
olanlar 2001‐ci ildə “Məşğulluq
 
Haqqında” qanunun qəbulun‐
dan  sonra  işsiz  statusunda  nəzərə  alınmır.  Yəni,  kiçik  torpaq 
payı olan kəndlilər də işsizlik statusu ala bilməz.
165
Ona  görə  də  statistik  məlumatlarda  əhalinin  42  faizinin 
kənd  təsərrüfatı  ilə  məşğul  olduğu  qeyd  edilir.  Respublikada 
1996‐cı  ildən  bəri  aparılan  aqrar  islahatlar  sayəsində  870  min 
ailə torpaq mülkiyyətçisinə çevrilmiş, 3,5 milyon hektar torpaq 
sahəsi  əvəzsiz  olaraq,  onu  əkib‐becərənlərin  ixtiyarına  veril‐
mişdir. Ailə başına ortalama olaraq 4 hektar kimi küçük torpaq 
sahəsi düşür ki, bu da kənd təsərrüfatında məhsuldarlığın artı‐
rılmasının önündəki ən böyük əngəllərdəndir. 
Respublika  üzrə  kiçik  sənaye  müəssisələrində  2002‐ci  ilin 
statistikasına görə cəmisi 16375 nəfər işlə təmin olunub. Bu isə 
ortalama olaraq müəssisə başına 3.5 nəfər deməkdir. Həmin il‐
də  cəmi  iqtisadiyyatda  məşğul  olan  əhalinin  sayının  3726.5 
min nəfər təşkil etdiyini nəzərə alsaq, kiçik sənaye müəssisələ‐
rinin ümumi məşğulluğun sadəcə 0.44 faizini təşkil etdiyi anla‐
şılır. 
2002‐ci  ildə  bütün  sənaye üzrə  məşğul olanların sayı  176.9 
min  nəfər  təşkil  etdiyindən  kiçik  sənaye  müəssisələrindəki 
məşğulluğun ümumi sənayedəki məşğulluğun təqribən 9.3 fai‐
zini təşkil etdiyi anlaşılır. 2003‐cü il və sonrası üçünsə kiçik sə‐
naye müəssisələrində məşğulluqla bağlı statistik göstərici əldə 
                                                 
164
 “Məşğulluq
 
Haqqında” Azərbaycan Respublikasının Qanunu, Maddə 4.1., 
http://www.iqtisad.net/qanunlar/0027.pdf, (01.03.2006). 
165
 Ibid., Maddə 3.0.2. 
 
‐ 145 ‐


İlkin Sabiroğlu 
etmək mümkün olmadığından müvafiq dövr üçün belə bir sta‐
tistik müqayisə aparmaq da mümkün deyil. 
Məşğul olan əhalinin mülkiyyət formaları üzrə bölgüsü 
(min nəfər)  
   
2002 
2003 
Cəmi, iqtisadiyyatda məşğuldur  
3726.5 
3747.0 
о cümlədən mülkiyyət formaları üzrə: 
dövlət  
1192.0 
1180.0 
qeyri ‐ dövlət  
2534.5 
2567.0 
оnlardan:  
fərdi  
1464.5 
1454.7 
xüsusi  
259.1 
295.0 
bələdiyyə  
19.1 
19.0 
хаrici investisiyalı və birgə 
müəssisələr  
32.7 
41.2 
sərbəst məşğul əhali  
726.1 
724.6 
Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi 
Ümumiyyətlə respublika üzrə fəaliyyət göstərən kiçik mü‐
əssisələrdə  çalışanların  sayı  2002‐ci  ildə  125804  nəfər  təşkil 
edib  ki,  bu  da  ümumi  məşğulluğun  3.38  faizinə  bərabərdir. 
2003‐cü ildə isə kiçik müəssisələrdə çalışanların sayının 187521 
nəfər və cəmi iqtisadiyyatda məşğul olan əhalinin sayının 3747 
min  nəfər  təşkil  etdiyini  nəzərə  alsaq  müvafiq  göstəricinin  5 
faiz təşkil etdiyini görürük. 
Qeyri‐dövlət  sektorunda  çalışanların  sayı  2002‐ci  ildə 
2534.5  min  nəfər,  2003‐cü  ildə  isə  2567  min  nəfər  təşkil  edib. 
Demək  ki,  kiçik  müəssisələrdə  çalışanların  sayı  qeyri‐dövlət 
sektorundakı  ümumi  məşğulluğun  2002‐ci  ildə  4.96  faizini, 
2003‐cü ildə isə 7.31 faizini təşkil edib. 
 
 
 
 
‐ 146 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
Fəaliyyət göstərən kiçik müəssisələrdə çalışan 
işçilərin sayı, nəfər 
  
2002 
2003 
Cəmi  
125804 
187521 
Kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatı  
13094 
21316 
Sənaye  
22110 
22767 
Tikinti  
17111 
25529 
Topdan və pərakəndə ticarət; avtomobillərin, 
məişət məmulatlarının və şəxsi istifadə 
əşyalarının təmiri  
29894 
52589 
Mehmanxana və restoranlarla xidmətin 
göstərilməsi  
2440 
2844 
Nəqliyyat, anbar təsərrüfatı və rabitə  
4941 
5260 
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə 
və istehlakçılara xidmət göstərilməsi  
9071 
13459 
Təhsil  
926 
2301 
Səhiyyə və sosial xidmətlərin göstərilməsi  
2327 
3984 
Digər sahələr  
23890 
37472 
Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi 
Lakin  Birləşmiş  Millətlər Təşkilatının Avropa üzrə İqtisadi 
Komissiyası tərəfindən hazırlanan məlumat bazasındakı göstə‐
ricilər  Azərbaycan  Respublikası  Dövlət  Statistika  Komitəsinin 
hesabatlarından  köklü  şəkildə  fərqlənir.  Bu  məlumat  bazasın‐
dakı göstəricilərə görə, Azərbaycanda kiçik və orta sahibkarlı‐
ğın ümumi məşğulluq içərisindəki payı daha az (2.7 faiz), am‐
ma Ümumi Daxili Məhsuldakı payı çox yüksəkdir (41.3 faiz). 
Digər iki Cənubi Qafqaz respublikası (Gürcüstan və Ermə‐
nistan)  ilə  müqayisədə  Azərbaycanda  KOS‐ların  ÜDM‐dəki 
payı nisbətən yüksək olsa da, KOS‐ların məşğulluq içərisində‐
ki payı və KOS‐lar tərəfindən işə götürülmə nisbəti çox aşağı‐
dır. Aydındır ki, burada gizli məşğulluq səviyyəsinin çox yük‐
sək olması da nəzərdən qaçırılmamalıdır. Eyni zamanda Azər‐
 
‐ 147 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə