KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə49/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   ...   45   46   47   48   49   50   51   52   ...   67

İlkin Sabiroğlu 
Lakin  problem  dünya  bazarlarında  taxıl  qıtlığı  ilə  əlaqəli 
deyildi.  Eynilə  dünya  bazarlarında  neftin  qiyməti  yüksəldiyi 
zaman Azərbaycan öz neftini baha qiymətə satdığı kimi, bu öl‐
kələr  də  dünya  bazarlarında  buğda  qiymətlərinin  artması  ilə 
birlikdə təbii olaraq ixrac etdikləri məhsulun qiymətini yüksəl‐
dirlər. Daxili bazardakılar isə çıxış yolunu xalqın dili ilə desək 
qiymətə əl vurmayıb, kündədən kəsməkdə görürlər. Yəni gizli 
qiymət artımına gedirlər... 
Bir xəstəliyi müalicə etmək üçün ilk öncə diaqnozu düzgün 
qoymaq  lazımdır.  Yuxarıda  da  qeyd  etdiyimiz  kimi,  buğda 
qiymətlərindəki  yüksəlmənin  başlıca  səbəbi  amerikan  dolla‐
rının  dəyərindəki  düşmədir.  Lakin  Azərbaycanda  Milli  Bank 
bir çox ölkələrdən fərqli olaraq, daxili bazarda dolların manat 
ilə  məzənnəsini  sabit  saxlamaqda  israr  etdiyindən  idxal  olu‐
nan  buğda  və  unun  manatla  da  maya  dəyəri  yüksəlirdi  və 
Azərbaycan buğda nümunəsində olduğu kimi inflyasiyanı id‐
xal  eləməyə  başladı.  Manatın  dollarla  məzənnəsi  stabil  qalsa 
da,  manat  dollarla  birlikdə  digər  xarici  valyutalar  qarşısında 
dəyər itirirdi. 
Halbuki ən optimal variant, beynəlxalq valyuta bazarların‐
dakı dəyərinə müvafiq olaraq dolların manat ilə də məzənnəsi‐
nin düşməsinə şərait yaratmaq idi. Gələcəkdə amerikan dolları 
gücləndiyi təqdirdə bu dəfə də buğda qiymətləri dollar cinsin‐
dən düşəcəyindən, proses avtomatik olaraq öz‐özünü tənzim‐
ləyəcəkdi. 
Bunun bir başqa faydası da olacaqdı. 2003‐cü ildə ölkədə 35 
trilyon  53  milyard  manat  dəyərində  ümumi  daxili  məhsul 
(ÜDM) istehsal olunmuş (7,08 milyard dollar) və bunun adam‐
başına düşən həcmi isə 4,320 milyon manat (879,7 dollar) təşkil 
etmişdir.  2004‐cü  ilin  ilk  iki  ayında  ölkədə  ÜDM‐nin  həcmi 
2003‐cü  ilin  yanvar‐fevral  ayları  ilə  müqayisədə  10,2  faiz  ar‐
 
‐ 164 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
taraq  5  trilyon  296  milyard  manat  (1,07  milyard  dollar)  təşkil 
etmişdir.
181
ÜDM‐nin 2004‐ün ilk iki ayındakı artımına, son illərdəki ar‐
tım  tempinə,  gözlənilən  investisiya  həcminə  dayanaraq  2004‐
də  də  təqribən  10  faizlik  bir  artım  proqnozlaşdırılırdı.  Bu  isə 
ÜDM‐nin  milli  valyuta  ilə  ifadədə  35  trilyon  53  milyard  ma‐
natdan  38  trilyon  558  milyard  manata  yüksəlməsi  deməkdi. 
ABŞ dolları ilə ifadədə isə (1 $=4950 AZM) 7,79 milyard dollara 
ekvivalentdir.
182
İndi  isə  məsələyə  başqa  aspektdən  baxaq.  Bütün  dünyada 
ABŞ  dollarının  dəyər  itirməsinə  baxmayaraq  Azərbaycanda 
Milli  Bank  dolların  məzənnəsini  sabit  saxlamaqda  israr  edir, 
yəni  dolların  düşməsinin  qarşısını  alırdı.  Nəticədə,  manat  da 
dollara paralel olaraq dünya valyutaları qarşısında dəyər itirir‐
di. 
Eyni  zamanda  dünya  əmtəələrinin  qiymətləri  dollarla  ifa‐
dədə yüksəldiyindən Azərbaycan manatının alıcılıq qabiliyyəti 
də  düşürdü.  Halbuki  Milli  Bank  beynəlxalq  valyuta  bazarla‐
rındakı tendensiyaya uyğun olaraq dolların məzənnəsinin aşa‐
ğı  düşməsinə  imkan  yaratmalı  idi.  Belə  olduğu  halda,  Azər‐
baycanda  sadəcə  əmtəələrin  qiyməti  düşməklə  qalmayacaq, 
həmçinin əhalinin alıcılıq qabiliyyəti də artmış olacaqdı. 
Və  ən  maraqlısı  isə  odur  ki,  həm  ÜDM  miqdarı,  həm  də 
adambaşına düşən ÜDM miqdarı dollarla ifadədə bir xeyli art‐
mış olacaqdı. Lakin Milli Bank bu addımı çox gec, 2005‐ci ilin 
əvvəllərində  inflyasiya  təzyiqlərini  cilovlamaq  üçün  atdı  və 
həmin il ÜDM artımı 26,4 faiz təşkil etdi. 
Nazirlər Kabinetinin (NK) ölkəyə gətirilən taxılın 18 faizlik 
əlavə  dəyər  vergisindən  bir  illiyə  azad  edilməsi  ilə  bağlı  17 
sentyabr  2003‐cü  il  tarixli  118  saylı  qərarının  ardından  yenə 
                                                 
181
 İlkin Sabiroğlu, “Valyuta məzənnəsi və ÜDM artımı”, IqtisadNet, 19 aprel 
2004, http://www.iqtisad.net/is012.htm, (01.03.2006). 
182
 Ibid. 
 
‐ 165 ‐


İlkin Sabiroğlu 
NK‐nin Azərbaycanla azad ticarət haqqında sazişi olmayan öl‐
kələrdən  taxıl  gətirilməsindən  5  faizlik  gömrük  rüsumunun 
aradan  qaldırılması  ilə  əlaqədar  1  aprel  tarixli  qərarı  çıxdı. 
Məqsəd  bütün  ölkələrdən  taxıl  idxalı  zamanı  bərabər  şəraitin 
yaradılması  idi.  Əsas  məqsəd  isə,  taxılın  qiymətini  aşağı  sal‐
maq mümkün olmadığı təqdirdə heç olmasa yüksəlməsini bir 
qədər əngəlləməkdi. 
Bir rəsm tablosunda təsvir edilənlərin tamamını görmək və 
rəsmi anlaya bilməmiz üçün bir neçə addım uzaqlaşaraq görüş 
dairəmizi genişləndirməliyik. Əks təqdirdə, nəzərimizi rəsmin 
bir  nöqtəsinə  cəmləşdirməklə  təsvirin  tamamını  anlamaq  çox 
çətindir. Bu eynilə, Qazaxıstanda taxılın qiyməti qalxdığı üçün 
Azərbaycanda da qalxdı və ya Türkiyədə soğanın qiyməti art‐
dığı  üçün  Azərbaycanda  da  artdı  deməyə  bənzəyir.  Belə  olan 
təqdirdə  “Bəs  Qazaxıstanda  taxılın  və  ya  Türkiyədə  soğanın 
qiyməti niyə artdı?” deyə soruşmaq lazımdır. 
Bu  əmtəələrin  qiymətləri xüsusilə, amerikan  dolları ilə  ifa‐
dədə yüksəldiyindən, Milli Bank bir çox ölkələrdə olduğu kimi 
beynəlxalq  valyuta  bazarlarındakı  dəyərinə  müvafiq  olaraq 
dolların  manat  ilə  də  məzənnəsinin  düşməsinə  şərait  yarada‐
cağı  təqdirdə,  Azərbaycanda  da  əmtəələrin,  o  cümlədən  taxı‐
lın,  soğanın  və  sairənin  qiymətini  aşağı  salmaq  mümkün  ola‐
caqdı. Dolayısı ilə Nazirlər Kabinetinin xüsusi qərarlarına ehti‐
yac qalmayacaqdı. 
İqtisadi ədəbiyyatda, valyuta məzənnələrindəki dəyişiklik‐
ləri  açıqlamaq  və  bu  məzənnələrin  necə  müəyyənləşəcəyi  ilə 
əlaqədar başlıca dörd elmi yanaşma mövcuddur:
183

 
tədiyyə balansı baxımından yanaşma, 

 
alıcılıq qabiliyyəti pariteti baxımından yanaşma, 

 
monetarist yanaşma, 

 
portfel balansı baxımından yanaşma.  
                                                 
183
 Halil Seyidoğlu, op. cit., səh.366‐374. 
 
‐ 166 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə