KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə53/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   ...   49   50   51   52   53   54   55   56   ...   67

İlkin Sabiroğlu 
rindən maxinasiya vasitəsi kimi istifadə edilməsi, qaçaq yana‐
caq ixracı, büdcə həcminin artırılması kimi aspektlərdən əsas‐
landırır.  Sadalananların  ilk  ikisi  qeyri‐iqtisadi  amillər  olduğu 
üçün  hökumət  də  bunu  qeyri‐iqtisadi  rıçaqlarla  tənzimləməli 
idi. Hökumət yanacaq qiymətlərini artıraraq, büdcə daxilolma‐
larını yüksəldə biləcəyi kimi, ucuz enerji siyasəti ilə iqtisadiy‐
yatın  canlılığını  qoruması  nəticəsində  vergilərlə  də  büdcə  gə‐
lirlərini artıra bilər. Makroiqtisadi effektləri baxımından indiki 
məqamda ikinci yol daha məqbul olsa da görünən odur ki, hö‐
kumət  büdcə  daxilolmalarını artırmağın  daha  sadə variantına 
üstünlük  verir.  Qeyd  edək  ki,  Azərbaycan  hökuməti  yaxın 
vaxtlarda  ölkə  iqtisadiyyatında  ünvanlı  dövlət  subsidiyaları 
mexanizminin tətbiqini planlaşdırır. Bu zaman enerji istehlakı‐
nın da nəzərə alınması mütləq surətdə vacibdir. 
Doğrudur,  Beynəlxalq  Valyuta  Fondu  Azərbaycan  höku‐
mətini  orta  müddətli  strategiya  hazırlamağa  və  enerji  daşı‐
yıcılarının qiymətlərini bu strategiya çərçivəsində dünya baza‐
rındakı  qiymətlər  səviyyəsinə  qaldırmağa  çağırır.  Lakin  fond 
hökumətə tövsiyə edir ki, enerji daşıyıcılarının qiymətləri qal‐
dırılmazdan əvvəl ölkənin enerji sektorunda fəaliyyət göstərən 
dövlət  müəssisələrində  idarəçiliyin  təkmilləşdirilməsi  tədbir‐
lərini  həyata  keçirməlidir.  BVF  həmçinin  qiymətlərin  qaldırıl‐
masını effektiv ünvanlı sosial yardım sisteminin tətbiqi ilə əla‐
qələndirməyi zəruri hesab edir.
193
Artıq  Azərbaycanda inflyasiyanın  bütün  növləri  müşahidə 
edilir. Yüksək iqtisadi artım və büdcə xərclərinin artması tələb 
inflyasiyasına yol açarkən, yanacaq qiymətlərindəki yüksəlmə 
xərc inflyasiyasına, ticarət tərəf müqabili ölkələrdəki inflyasiya 
isə  idxal  inflyasiyasına  yol  açır.  Denominasiyanın  texniki  in‐
flyasiyası  əsasən  önümüzdəki  aylarda  hiss  olunacaq.  Ümu‐
                                                 
193
 “BVF nəyi tövsiyə edir?”, IqtisadNet, 22 yanvar 2006, 
http://www.iqtisad.net/xeberler/00165.htm, (01.03.2006). 
 
‐ 176 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
miləşdirsək,  hazırkı  inflyasiyada  yanacaq  qiymətlərinin,  in‐
flyasiya gözləmələrinin və bazara mal və xidmət təklifinin art‐
ması,  mövsümi  amillər  kimi  qeyri‐monetar  amillərlə  yanaşı, 
pul  kütləsinin  –  M2‐nin  artması  kimi  monetar  amillərin  payı 
var.
194
Bu il iqtisadi artımın 30 faizdən yüksək olacağı proqnozlaş‐
dırılır. Bunu məcazi formada belə ifadə eləmək olar. Yetkinləş‐
miş bir insanın yaşı bir yaş artsa da o yenə bir il əvvəlki geyim‐
lərini  geyinə  bilər.  Amma  3  yaşındakı  bir  uşağın  1  yaş  böyü‐
məsi, onun 30 faizdən artıq böyüməsi demək olduğundan bü‐
tün  tələbatları  dəyişir,  artıq  bir  öncəki  ilin  ayaqqabısını,  pal‐
tarlarını geyinə bilmir. Yəni uşaq əvvəlki qəlibinə sığmaz. Qı‐
sacası bu il çox ciddi inflyasiya təzyiqləri ilə üzləşəcəyik. Həm‐
çinin,  fiskal  ekspansiya  fonunda  hökumətin  nəzərdə  tutduğu 
təkrəqəmli inflyasiya proqnozuna Milli Bankın keçən ilki kimi 
riskə gedərək manatı bahalaşdırma siyasəti ilə nail olmaq çox 
çətindir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                 
194
 “Bəhruz Məmmədli: “Bu il çox ciddi inflyasiya təzyiqləri ilə üzləşəcəyik””, 
“Həftə içi” qəzeti, 24 fevral 2006. 
 
‐ 177 ‐


İlkin Sabiroğlu 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 178 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
Əhalinin artımı tənzimlənməli, 
amma necə?  
  
Çində  hər  ailənin  yalnız  bir  uşağa  sahib  ola  biləcəyini  nə‐
zərdə tutan qanunu pozaraq 3 uşaq dünyaya gətirən bir ailəyə 
780 min yuan (təqribən 95 min ABŞ dolları) pul cəriməsi veril‐
di.  Ailənin  Şenzen  şəhərindəki  evinin  qapısı  da  möhürləndi. 
Bu  ailə  780  min  yuanlıq  cəzanı  ödəməyincə  evinə  buraxılma‐
yacaq.
195
 Ümumiyyətlə Çin, son otuz ildə daha sonradan keşiş 
olan iqtisadçı Robert Thomas Malthusun ruhunu şad eləməklə 
məşğuldur. 
Robert  Thomas  Malthus  1798‐ci  ildə  nəşr  edilən  “Əhali 
Haqqında Esse” (Essay on Population) əsəri ilə iqtisadiyyat və 
siyasətin ümumi mənzərəsini dəyişdirərək çox qısa bir zaman‐
da  Adam  Smith,  Marquis  de  Condorcet  və  digər  rasionalizm 
tərəfdarlarının nikbin baxışlarının önündə səddə çevrildi. Önə 
sürdüyü  tez,  dünyadakı  ehtiyatların  mütəmadi  olaraq  artan 
dünya  əhalisinin  tələbatlarını  ödəyə  bilməyəcəyi  ilə  bağlı  idi. 
Fikirləri  qısa  zamanda  o  qədər  geniş  rezonans  doğurdu  ki, 
bundan təsirlənən İngiltərə 1801‐ci ildə ilk dəfə olaraq əhalinin 
siyahıya alınmasına qərar verdi. Ona görə də Malthus eyni za‐
manda demoqrafiyanın banisi sayılır.
196
Bu  əsər,  Charles  Dawinin  məşhur  “təkamül  nəzəriyyəsi”‐
nin  də  ilham  mənbəyi  oldu.  Darwin  əsər  haqqında  deyirdi: 
“Bəlkə  də  oxuduğum  ən  əhəmiyyətli  kitab  Malthusun  “Əhali 
Haqqında  Esse”siydi...  Fəlsəfi  biologiyanın  problemlərini  ələ 
alan o günə qədər oxuduğum ilk kitab idi və onun əsas prin‐
sipləri daima ağlımda qaldı. İyirmi il sonra bu prinsiplər mənə 
                                                 
195
 “3 çocuğa büyük ceza”, “Milliyet” qəzeti, 21 sentyabr 2004, 
http://www.milliyet.com.tr/2004/09/21/yasam/yas11.html, (01.03.2006). 
196
 İlkin Sabiroğlu, “Əhalinin artımı tənzimlənməli, amma necə?”, IqtisadNet
22 sentyabr 2004, http://www.iqtisad.net/is019.htm, (01.03.2006). 
 
‐ 179 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə