Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə59/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   55   56   57   58   59   60   61   62   ...   156

 

177 


M.H. Hacınskinin 24  yanvar 1920-ci il tarixli 805 nömrəli əmri ilə 

Mustafa  bəy  Qabul  oğlu  Qabulov    CavanĢir  qəzasının  rəisi  vəzifə-

sindən  azad  edilərək,Balaxanı-Sabunçu  polismeysteri  vəzifəsinə 

təyin olunmuĢdu. 



Qeyd:  Bu fakt Azərbaycanın istiqlal hərəkatının fəal iştirak-

çılarından  biri  -  İsa  bəy  Hacı  Mehdiqulu  bəy  oğlu  Aşurbəyovun 

(Aşurbəylinin)  (1881-1938)  otuzuncu  illərdə  repressiya  qurbanı 

kimi  həbs  olunaraq,  güllələnməmişdən  əvvəl  Xalq  Daxili  İşlər  Ko-

missarlığının  (XDİK)  zirzəmisində  müstəntiqə verdiyi ifadələrindən 

məlum  olmuşdur.  Qeyd  etmək  lazımdır  ki,  fakt  haqqında  indiyədək 

tarixünaslığımızda  heç  bir  məlumat  getməmişdir.  Odur  ki,  bu  faktı 

ilk dəfə dövriyyəyə Bakı Asiya Universitetinin professoru, Azərbay-

can  Tarixi  Şəcərə  Cəmiyyətinin  üzvü  Ədalət  Tahirzadənin  daxil 

etdiyini  bildiririk.  Buna  görə  də  xalqımızın  istiqlaliyyəti  uğrunda 

çalışmış, Dağıstanda anadan olan azərbaycanlı soydaşımız İbrahim 

bəy  Heydərovun  az  tanınan,  keşməkeşli,  lakin  örnək  ola  biləcək 

maraqlı həyat və mübarizə yolunun əsas mərhələləri və məqamları 

ilə  oxucuları  tanış  edə  bilmək  imkanı  yaratdığı  üçün  ona  öz 

təşəkkürümüzü bildiririk. 

...Bakı  general  qubernatorunun  məlumatına  görə  1920-ci  il 

fevralın əvvəllərində Ģəhərdə bərk narahatçılıq yaranmıĢdı. Buna sə-

bəb 11-ci ordunun Ģimalda ağqvardiyaçı general Denikinin dəstələ-

rini  darmadağın  edərək  Azərbaycan  sərhədlərinə  yaxınlaĢması  və 

bolĢeviklərin Bakıda orduda mülki  və  ticarət  donanmasında,  fabrik 

və  zavodlarda,  mədənlərdə  siyasi  iĢ  aparması  və  xalqı  Azərbaycan 

Cümhuriyyəti  hökumətinə  qarĢı  silahlı  üsyana  hazırlaması  və  s. 

barədə idi. M.H. Hacınskinin baĢında durduğu Daxili ĠĢlər Nazirliyi 

və onun yerli orqanları bolĢeviklərin dövlət əleyhinə qarĢı fəaliyyə-

tinə qarĢı mübarizədən kənarda deyildi...Hələ 1919-cu ilin dekabrın-

da  “Qaryagin”  (əslində Karyagin) qəzası ərazisində (indiki Füzuli 

rayonu) bolĢeviklərin üsyan qaldıracağı xəbəri alınanda daxili iĢlər 

naziri M.H. Hacınski tərəfindən Qarabağ general-qubernatoru Xos-

rov  bəy  Sultanova  bu  təhlükəni  aradan  qaldırmaq  barədə  göstəriĢ 

verilmiĢdi... AĢkar olunmuĢdu ki, Bakıdan gedib orada  AXC  əley-

hinə  gizli  fəaliyyət  göstərən  AK  (b)  P-nin  fəal  üzvləri,  əslən  qara-

bağlılar  Məmmədxan  Məmmədxanov  (1881-1938),  Əsəd  Qarayev 




 

178 


(1884-1938),  həmçinin  Çingiz  Ġldırım  (1890-1938),  Səfər  Əlizadə 

qəzada,  xüsusən  Qoçəhmədli  və  Qarğabazar  kəndlərində  yerli  ca-

maatı çıxıĢ etməyə hazırlayırlar... 

Haşiyə:  Məmmədxan  Məmmədxan  oğlu  Məmmədxanov. 

1881-ci  ildə  Gəncə  quberniyasının  Karyagin  qəzasının  Qoçəh-

mədli kəndində anadan olmuĢdu. Sovet dönəmində məsul partiya 

və  dövlət  orqanlarda  xidmət  göstərmiĢ,o  cümlədən  Karyagin 

Qəza  Ġnqilab Komitəsinin 1-ci  katibi  olmuĢdu.  Otuzuncu illərdə 

repressiya  edilərək,  həbs  olunmuĢ,  1938-ci  il  yanvarın  5-dən  6-

na keçən gecə 57  yaĢında güllələnmiĢdi; o, həmin gecə güllələ-

nən 47 nəfər icərisində sayca 24-cü idi... Çingiz Ġldırım oğlu Sul-

tanov  1890-cı  il  iyul  ayının  10-da  Yelizavetpol  quberniyası,  

Zəngəzur qəzasının Qubadlı kəndində varlı ailədə anadan olmuĢ-

du. Milliyyətcə kürd idi.Azərbaycan Cümhuriyyəti dövründə Qa-

rabağ 


general-qubernatoru 

X. 


Sultanovun 

(1879-1947) 

köməkçisi  iĢləmiĢdi...  Ç.Ġldırımın  iki  qardaĢı  vardı.  Cabbar  bəy 

məĢhur həkim kimi tanınırdı... ġəmil bəy Sultanov isə Azərbay-

can Cümhuriyyəti dövründə qəza rəisi iĢləmiĢdi... Azərbaycanda 

sovet hakimiyyəti “qurulduqdan” sonra ilk hərbi və dəniz komis-

sarı, sonra xalq yollar, poçt və teleqraf komissarı və s. məsul və-

zifələrdə çalıĢmıĢdı;  otuzuncu illərdə  repressiya  olunmuĢ,  1937-

ci  ildə  həbsə  alınmıĢ,bir  müddət  həbsxanada  istintaq 

olunmuĢdu...  Ç.Ġldırım  1938-ci  il  sentyabrın  25-də  Moskvada, 

Suxanovkada  48  yaĢında  güllələnmiĢdir...Hərçənd,  ElĢad  Qoca 

(Ġsayev)  yazır ki, o, SSRĠ  Ali  Məhkəməsi Hərbi  Kollegiyasının 

hökmü  ilə  1941-ci  il  iyulun  21-də,  51  yaĢında  güllələnmiĢdir. 

1950-ci  ilin  noyabr  ayında  Azərbaycan  Politexnik  Ġnstitutuna    

Ç. Ġldırımın adı verilmiĢ, 1983-cü ildə həmin institutun qabağın-

da  bürüncdən  büstü  qoyulmuĢdu.Büstün  müəllifləri  heykəltaraĢ 

Z.A.Ġsgəndərov  və  arxitektor  A.R.Məmmədov  idi.  SSRĠ  dağıl-

dıqdan  və  Azərbaycan  yenidən  müstəqillik  qazandıqdan  sonra  

Ç. Ġldırımla bağlı bütün nə varsa, ləğv olunmuĢdur... Əsəd Həsən 

oğlu  Qarayev.  1884cü  ildə  Cəbrayıl  qəzasının  Qarğabazar  kən-

dində  anadan  olmuĢdu.  Otuzuncu  illərdə  repressiya  olunub, 

1938-ci  il  yanvarın  5-dən  6-na  keçən  gecə  güllələnib;  o,  həmin 

gecə  güllələnən  47  nəfər  içərisində  sayca  44-cü  idi...  Yerli 



 

179 


bolĢeviklərdən  olan  Əsəd  Qarayev  (“əsəd”  ərəbcə  “Ģir”,”aslan” 

deməkdir)  sonralar  xatirələrində  yazmıĢdı:”Qəzada  “Müsavat” 

hökumətinin  inzibati  idarə  orqanları  içərisində  ən  nüfuzlu  və 

bizim  üçün  təhlükəli  Ģəxs  CümĢüd  bəy  Əsgərxanov  idi.    Qəza 

pristavı  Mahmud  bəy  Hüseynbəyov və milis komissarı Naca-

rov  da  yatmırdılar”.Karyagində  bolĢeviklərin  Azərbaycan  Cüm-

huriyyətinə    qarĢı    üsyan    planının    həyata    keçməsinə    DĠN-in 

qurumları  yol  verməmiĢdilər... 

Lakin  Bakıda  da  bolĢeviklər  xeyli  fəallaĢmıĢdılar.  O  zaman 

rəsmi dövlət qəzeti olan “Azərbaycan”da  bolĢeviklərin milli höku-

mətimizə qarĢı niyyətləri barədə xəbərlər dərc edilirdi. Xüsusilə təh-

lükəli cani kimi bolĢevik Əli Bayramovun (1889, Bakı quberniyası, 

ġamaxı  qəzası,  Lahıc  kəndi    -  1920;  Bakıda  1920-ci  il  martın  23-

dən  24-nə  keçən  gecə  öldürülüb  və  baĢı  kısılib...)  axtarıldığı 

bildirilirdi.  Daxili  ĠĢlər  Nazirliyi  tərəfindən  vətəndaĢlardan  xahiĢ 

edilirdi ki, Ə. Bayramovun  yerini bilən varsa, mütləq polisə xəbər 

versin.  Qəzetdə  bolĢevik  Həbib  Cəbiyevin  (sentyabr  1899,  Bakı  - 

1938;  otuzuncu  illərdə  repressiya  olunub,  Bakıda  həbs  edilib  və 

güllələnib...)  mənzilində  axtarıĢ  aparılması  və  polisin  Azərbaycan 

hökumətinə qarĢı üsyan olacağı barədə yeni sənədlər ələ keçirdiyini 

təsdiqləyən izahat da verilmiĢdi. 

Bakı  Polismeysterliyi  Xəfiyyə  Polisi  ġöbəsinin  (rəisi  Əbdül 

Məcid  Rebirov  idi)  əməliyyatçıları  Ə.  Bayramov  və  H.  Cəbiyevin 

Azərbaycan  Parlamentinin  üzvü,  buna  görə  toxunulmazlıq  hüquna 

malik Ə.H.Qarayevin mənzilində gizləndiklərini öyrənib binanı mü-

hasirəyə  almıĢdılar.  Bakının  4-cü  polis  sahəsi  pristavının  müavini 

Süleyman bəy Sübhanverdixanov və baĢqa polis məmurlarının mə-

lumatına  görə  əməliyyata  Bakının  general-qubernatoru  Murad  Gə-

ray bəy Tlexas Ģəxsən rəhbərlik edirdi.Parlament  üzvünün mənzili-

nə daxil olmağa bu Ģərtlə icazə verilmiĢdi ki, polislər yalnız otaqlara 

və mətbəxə baxa bilərdilər, axtarıĢ aparmaq olmazdı. Ə. Bayramov 

aradan  çıxa  bilmiĢdi...  Lakin  polis  tezliklə  öyrəndi  ki,  o,  Salyana 

getmiĢdir.  Salyan  qəzasının  rəisi  Əli  Heydər  Yusifov  onu  çoxdan 

axtarırırdı.  (Ə.Yusifov  sonra  Bakı  Ģəhərinin  polismeysteri  təyin 

edilmiĢdi...). 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə