64
kimyəvi xassələrinin dəyişilməsinə, yararsız sayılan torpaq sahələrinin təsərrüfatın
dövriyyəsinə qaytarılmasına, eroziyanın qarşısının alınmasına, məhsuldarlığın
artırılmasına və insanların ərzaq məhsulları ilə təmin olunmasına müsbət mənada
təsir edən meliorativ tədbirlər sistemlərindən biridir. Fitomeliorasiya quraqlığa,
torpaqda səth sovrulmaya və bu kimi təbii hadisələrə qarşı aparılan vacib
tədbirlərdən biri sayılır. Vacibliyi nəzərə alınaraq fitomeliorasiya şərti olaraq iki
qrupa bölünür.
1. Meşə meliorasiyası.
2. Ot bitkilərinin köməyi ilə aparılan meliorasiya.
Göstərilən təbii proseslərə bioloji təsir ideyasına görə fitomeliorasiya
istiqamətində aparılan meliorativ tədbirlər əhəmiyyətinə görə üstünlük təşkil edir.
Rusiyanın Avropa hissəsinin çöl zonasında süni meşəsalma istiqamətində ilk
cəhdlər I Pyotr dövrünə aid edilir. Onun göstərişinə əsasən Taqanroq yaxınlığında
1696-cı ildə ilk dəfə olaraq süni meşəsalma zolağı yaradılmışdır.
Kənd təsərrüfatında çalışan, torpaq haqqında daha dərin biliyə
malik insanlar
tərəfindən XVIII əsrin sonu, XX əsrin əvvəllərində Ukraynanın cənubunda da süni
meşəçilik inkişaf etdirilməyə başlanılmışdır.
1891-ci ildə Rusiyanın meşə-çöl və çöl zonasında baş vermiş quraqlıq
1892-ci ildə V.V.Dokuçayevin rəhbərliyi altda Torpaq Nazirliyinin meşə
departamenti tərəfindən xüsusi ekspedisiya təşkil edilməsinə səbəb olmuşdur.
Təbii zona, iqlim və relyefdən asılı olaraq eroziyanın növləri və onlara qarşı
aparılacaq meliorativ tədbirlər baxımından fərqlənir.
Aparılmış aqronomik təcrübələrlə meşələrin məhsuldarlığının artırılmasında
və tarlaların qorunmasında böyük əhəmiyyətə malik olduğu təsdiq edilmişdir.
Quraqlığa, və külək eroziyasına qarşı meşə zolaqları mühüm əhəmiyyət kəsb edir.
Tarlaqoruyucu meşələr istifadə olunmasına görə 4 yerə bölünür:
1. Tarlaqoruyucu və eroziyaya qarşı salınmış meşələr.
2. Şoran torpaqlarda, qumsal torpaqlarda və otlaqlarda salınmış meşələr.
3. Əkin materiallarının seçilmiş meşə sahələri.
4. Meşə əkininin mexanikləşdirilməsi.