M. M. Aslanova Elmi redaktor



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə27/43
tarix01.09.2018
ölçüsü1,01 Mb.
#66176
1   ...   23   24   25   26   27   28   29   30   ...   43

 
 
83 
hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  olunmuş  qaydada  verilən 
gömrük orqanının icazəsi şəxslərə aşağıdakı şərtlərlə verilir: 
1.  gömrük  orqanlarının  xüsusi  gömrük  prosedurlarına  nəzarəti 
həyata keçirmək imkanı olduqda;  
2.  icazənin  verilməsi  yerli  istehsalçıların  mühüm  maraqlarına 
mənfi təsir göstərmədikdə.  
Gömrük  Məcəlləsinin  167.1-ci  maddəsində  qeyd  olunan 
icazənin  verilməsinin  yerli  istehsalçıların  mühüm  maraqlarına  təsir 
göstərmə dərəcəsi iqtisadi şəraitin təhlili nəticəsində müəyyən edilir. 
Bu  təhlilin  aparılması  qaydalarını  müvafiq  icra  hakimiyyəti  orqanı 
müəyyən  edir.  Xüsusi  gömrük  proseduruna  icazə  sahibi  icazənin 
verilməsindən  sonra  onun  davam  etdirilməsinə  və  ya  məzmununa 
təsir  edə  bilən  bütün  amillər  barədə  gömrük  orqanlarına  məlumat 
verməyə borcludur.  
Uçotun  aparılması-  Tranzit  xüsusi  gömrük  proseduru  istisna 
olmaqla,  icazə  sahibi,  prosedur  sahibi,  habelə  sərbəst  zonada 
malların saxlancı, istehsalı, emalı, alğı-satqısı ilə məşğul olan şəxslər 
müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  qaydada  öz 
əməliyyatlarının  uçotunu  aparmalıdırlar.  Aparılan  uçot  gömrük 
orqanları  tərəfindən  müvafiq  gömrük  proseduruna,  o  cümlədən 
həmin  gömrük  proseduru  altında  yerləşdirilmiş  malların  eyniləş-
dirilməsinə,  onların  gömrük  statusunun  müəyyənləşdirilməsinə  və 
daşınmasına nəzarətin həyata keçirilməsinə imkan yaratmalıdır.  
Xüsusi  gömrük  prosedurunun  başa  çatması  -  Tranzit  xüsusi 
gömrük prosedurundan və Gömrük Məcəlləsinin 195-ci maddəsində 
nəzərdə tutulmuş hallardan başqa, xüsusi gömrük proseduru altında 
yerləşdirilmiş mallar və ya emal olunmuş məhsullar növbəti gömrük 
proseduru  altında  yerləşdirildiyi,  gömrük  ərazisindən  aparıldığı, 
tullantılar  qalmadan  məhv  edildiyi  və  ya  dövlətin  xeyrinə  imtina 
edildiyi zaman xüsusi gömrük proseduru başa çatır. Tranzit xüsusi 
gömrük  proseduru,  göndərən  gömrük  orqanına  və  təyinat  gömrük 
orqanına  təqdim  olunan  məlumatların  gömrük  orqanları  tərəfindən 
müqayisəsi  əsasında  onun  düzgün  yerinə  yetirildiyi  müəyyən 
edildikdən  sonra  başa  çatır.  Xüsusi  gömrük  proseduru  başa 


 
 
84 
çatmadıqda,  gömrük  orqanları  müvafiq  mallarla  bağlı  vəziyyətin 
tənzimlənməsi üçün bütün lazımi tədbirləri həyata keçirirlər.  
Xüsusi  gömrük  prosedurları  ilə  bağlı  hüquq  və  öhdəliklərinin 
ötürülməsi- Tranzit xüsusi gömrük proseduru istisna olmaqla, digər 
xüsusi gömrük prosedurları altında  yerləşdirilmiş mallarla əlaqədar 
prosedur  sahibinin  hüquqları  və  öhdəlikləri  müvafiq  gömrük 
proseduru üçün müəyyən edilmiş şərtlərə əməl edən digər şəxslərə 
də  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  qaydada 
verilə bilər.  
Malların  daşınması  -  Tranzit  və  sərbəst  zona  xüsusi  gömrük 
prosedurları  istisna  olmaqla,  digər  xüsusi  gömrük  prosedurları 
altında yerləşdirilmiş mallar gömrük ərazisinin müxtəlif məntəqələri 
arasında  gömrük  qanunvericiliyinin  tələblərinə  riayət  olunmaqla 
daşına bilər. 
Mallarla adi işləmə formalarım - Gömrük anbarlarında saxlanc, 
emal  və  ya  sərbəst  zona  xüsusi  gömrük  prosedurları  altında 
yerləşdirilmiş  mallar  onların  qorunması,  xarici  görünüşünün  və 
keyfiyyətinin yaxşılaşdırılması, satış və daşınma üçün hazırlanması 
məqsədi ilə adi işləmə formalarına məruz qala bilərlər.  
Ekvivalent  mallar-  Xüsusi  gömrük  proseduru  altında  yerləşdi-
rilmiş malların əvəzinə saxlanca qoyulan, istifadə edilən və ya emal 
edilən  daxili  mallar  ekvivalent  mallar  hesab  olunur.  Xaricdə  emal 
prosedurunda  ekvivalent  mallar  bu  prosedur  altında  yerləşdirilmiş 
daxili  malların  əvəzinə  emal  olunan  xarici  mallardan  ibarətdir. 
Ekvivalent  mallar  əvəz  etdikləri  mallarla  eyni  keyfiyyətə,  eyni 
texniki göstəricilərə və xarici iqtisadi fəaliyyətin mal nomenklaturası 
üzrə  eyni  rəqəmli  koda  malik  olmalıdırlar.  Gömrük  orqanları 
gömrük prosedurunun gömrük nəzarəti baxımından qanunvericiliyin 
tələblərinə uyğun tətbiq olunmasının təmin edilməsi şərti ilə tranzit, 
müvəqqəti  idxal  və  ya  müvəqqəti  saxlanc  xüsusi  gömrük 
prosedurları  istisna  edilməklə,  digər  xüsusi  gömrük  prosedurları 
daxilində  ekvivalent  mallardan  istifadəyə  icazə  verirlər.  Müvafiq 
icra  hakimiyyəti  orqanı  ekvivalent  mallardan  istifadə  qaydalarını 
müəyyən edir. 


 
 
85 
Beynəlxalq transit- Beynəlxalq tranzit xüsusi gömrük proseduru 
xarici  malların  gömrük  rüsumları,  əlavə  dəyər  vergisi  və  aksizlər 
alınmadan,  ticarət  siyasəti  tədbirləri  tətbiq  olunmadan  gömrük 
nəzarəti  altında  bir  yerdən  başqa  yerə  daşınmasıdır.  Malların 
beynəlxalq  tranzit  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilərək 
daşınması aşağıdakı qaydada həyata keçirilir:  
1.  malların  daşınması  gömrük  ərazisindən  kənarda  başlanır, 
yaxud başa çatır;  
2. malların daşınması gömrük ərazisinin iki məntəqəsi arasında 
gömrük ərazisindən kənar ərazidən keçməklə baş verir.  
 Gömrük  Məcəlləsinin  174.1-ci  maddəsində  qeyd  edilən 
daşınma aşağıda göstərilənlər əsasında həyata keçirilir:  
1. beynəlxalq tranzit xüsusi gömrük proseduru;  
2. beynəlxalq gömrük tranziti üzrə Azərbaycan Respublikasının 
tərəfdar çıxdığı beynəlxalq müqavilələr;  
3.  mallar  Ümumdünya  Poçt  İttifaqının  Aktları  əsasında 
hüquqlara malik olan və öhdəliklər daşıyan subyektlər (poçt rabitəsi 
operatorları) tərəfindən və ya onlar üçün beynəlxalq poçt göndəriş-
lərinin  daşınmasında  vasitəçilik  edən  şəxslər  tərəfindən  daşındığı 
halda,  bu  aktlara  müvafiq  olaraq  beynəlxalq  poçt  göndərişlərinin 
mübadiləsi sistemi.  
Daxili  malların  beynəlxalq  tranzit  xüsusi  gömrük  proseduru 
altında  yerləşdirilməsi  hallarını  və  şərtlərini  müvafiq  icra  hakimiy-
yəti  orqanı  müəyyənləşdirir.  Xarici  dövlətlərin  və  beynəlxalq 
təşkilatların  rezidentlərin  mənafeyinə  zərər  vuran  ayrı-seçkilik  və 
digər  iqtisadi  siyasət  tədbirlərinə  cavab  kimi,  müvafiq  icra 
hakimiyyəti  orqanı  həmin  dövlətlərin  və  müvafiq  beynəlxalq 
təşkilatlara  daxil  olan  dövlətlərin  mallarının  gömrük  ərazisindən 
beynəlxalq tranzitinə qadağalar və məhdudiyyətlər tətbiq edə bilər. 
Malların  beynəlxalq  tranzit  xüsusi  gömrük  proseduru  altında 
yerləşdirilərək  daşınması  gömrük  orqanlarının  icazəsi  əsasında 
həyata keçirilir.  
Daxili  tranzit  -  Daxili  tranzit  xüsusi  gömrük  proseduru  daxili 
malların statusunu dəyişmədən gömrük ərazisinin bir yerindən başqa 
yerinə  daşınmasıdır.  Gömrük  Məcəlləsinin  175.1-ci  maddəsində 


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə