M. M. Aslanova Elmi redaktor



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə33/43
tarix01.09.2018
ölçüsü1,01 Mb.
#66176
1   ...   29   30   31   32   33   34   35   36   ...   43

 
 
102 
Gömrük  Məcəlləsinin  195-ci  və  197-ci-199-cu  maddələrinə  uyğun 
olaraq, xarici mallar son istifadə və ya daxildə emal xüsusi gömrük 
prosedurları  altında  yerləşdirildikdən  və  həmin  prosedurlar  üçün 
müəyyən edilmiş şərtlər yerinə yetirildikdən sonra gömrük orqanları 
tərəfindən  gömrük  anbarında  xarici  malların  emalına  icazə  verilir. 
Gömrük  anbarında  daxili  malların  saxlancına,  xarici  malların  son 
istifadə  və  ya  daxildə  emal  xüsusi  gömrük  prosedurları  altında 
yerləşdirilməklə,  emalına  icazənin  alınması  üçün  şəxs  tərəfindən 
gömrük  orqanına  müvafiq  gömrük  prosedurları  üçün  Gömrük 
Məcəlləsinin  146.3-cü  maddəsinə  əsasən  müəyyən  edilən  sənədlər 
əlavə  edilməklə  müraciət  edilir.  Gömrük  anbarlarında  daxili 
malların  saxlanılmasına  və  xarici  malların  emalına  icazələrin 
rəsmiləşdirilməsi  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 
2012-ci  il  12  oktyabr  tarixli  228  nömrəli  qərarı  ilə  təsdiq  edilmiş 
«Ayrı-ayrı  gömrük  əməliyyatı  və  ya  gömrük  proseduru  ilə  bağlı 
gömrük orqanının icazəsinin verilməsi Qaydaları»na  əsasən həyata 
keçirilir.  
Gömrük  anbarında  saxlanc  müddəti  başa  çatmış  malların  və 
nəqliyyat vasitələrinin Gömrük Məcəlləsinə uyğun olaraq satışından 
əldə  edilən məbləğin onların daşınması,  saxlancı  və satışı ilə bağlı 
xərclər və ödənilməli olan gömrük ödənişləri çıxıldıqdan sonra mal 
sahibinə verilməsi - Gömrük anbarında saxlanc müddəti başa çatmış 
malların  və  nəqliyyat  vasitələrinin  Gömrük  Məcəlləsinə  uyğun 
olaraq satışından əldə edilən məbləğ onların daşınması, saxlancı və 
satışı  ilə  bağlı  xərclər  və  ödənilməli  olan  gömrük  ödənişləri 
çıxıldıqdan sonra mal sahibinin göstərdiyi bank hesabına 1 iş günü 
müddətində köçürülür.  
Mallar gömrük anbarı xüsusi gömrük proseduru altında 3 (üç) il 
müddətində  saxlanıla  bilər.  Azərbaycan  Respublikasının  Nazirlər 
Kabineti  bu  Qaydaların  7.1-ci  bəndi  ilə  müəyyən  edilən  müddəti 
malların  ayrı-ayrı  kateqoriyaları  üzrə  məhdudlaşdıra  bilər.  Bu 
Qaydaların 7.1-ci bəndi ilə müəyyən edilən müddət başa çatanadək 
mallar  digər  gömrük  proseduru  altında  yerləşdirilmək  üçün  bəyan 
edilməlidir.  Bu  müddət  başa  çatdıqdan  sonra  qeyd  olunan  tələb 
yerinə  yetirilmədikdə,  həmin  mallar  barədə  Gömrük  Məcəlləsinin 


 
 
103 
57-ci fəslinə əsasən sərəncam verilir. Bu Qaydaların 7.1-ci bəndi ilə 
müəyyən  edilən  müddət  artırılmadan  və  gömrük  proseduru 
dəyişdirilmədən  malların  bir  gömrük  anbarından  digərinə 
daşınmasına gömrük orqanının icazəsi və nəzarəti altında yol verilir.  
Milli təhlükəsizliyin, ictimai asayişin, insanların mənəviyyatının, 
həyat  və  sağlamlığının,  mülkiyyət  hüququnun,  o  cümlədən  əqli 
mülkiyyət  hüquqları  obyektlərinin,  heyvanlar  və  bitkilər  aləminin, 
ətraf  mühitin,  xalqların  bədii,  tarixi  və  arxeoloji  sərvətlərinin 
qorunması  baxımından  Gömrük  Məcəlləsinin  214.1-ci  maddəsində 
göstərilmiş  malları  gömrük  ərazisindən  çıxarmaq  və  ya  bu  əraziyə 
qaytarmaq  dərhal  mümkün  olmadıqda,  onlar  gömrük  orqanlarının 
müvəqqəti saxlancına verilir. Belə malların saxlanc müddətinin son 
həddi 3 (üç) sutkadır. 
 
Ev tapşırığı: 
1.
 
Müvəqqəti  saxlanc  xüsusi  gömrük  proseduru  altında  yerləşmə 
qaydaları necədir? 
2.
 
Müvəqqəti  saxlancda  olan  mallarla  bağlı  əməliyyatlar 
hansılardır? 
3.
 
Gömrük anbarlarında saxlanc necə həyata keçirilir? 
4.
 
Daxili  malların  saxlanc  xüsusi  gömrük  proseduru  altında 
yerləşdirildiyi hallar və şərtlər hansıdır? 
 
Ədəbiyyat siyahısı 
 1.  Gömrük  Məcəlləsi  2011,  Bakı,  Hüquq  ədəbiyyatı,  2015,  XXX 
fəsil 
 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti «Malların saxlanc 
xüsusi  gömrük  proseduru  altında  yerləşdirilməsi  Qaydaları»nın 
təsdiq edilməsi haqqında Qərar № 229 Bakı şəhəri, 27 avqust 2013-
cü il 
 3.  A.M.Məhərrəmov  Azərbaycan  Respublikası  gömrük  qanun-
vericiliyinin  beynəlxalq  hüquq  normalarına  uyğunluğu.  ―Nəqliyyat 
hüququ‖ lmi-nəzəri praktiki jurnal №2, Bakı,2008-ci il. S.139-150 
4. 
M.Y.Yadulla.Gömrük  münasibətlərində 
unifikasiya  və 
harmonizasiya. Heydər Əliyev-90. Elmi praktiki konfrans.2013 


 
 
104 
 
Mövzu 7. Digər xüsusi gömrük prosedurları 
 
1.
 
Sərbəst zona 
2.
 
Xüsusi istifadə 
3.
 
Emal 
 
Müvafiq icra hakimiyyəti orqanı gömrük ərazisində sərbəst zona 
yarada  və  ləğv  edə  bilər.  Müvafiq  icra  hakimiyyəti  orqanı  hər  bir 
sərbəst  zonanın  sahəsini,  onun  giriş  və  çıxış  məntəqələrini 
müəyyənləşdirir.  Sərbəst  zona  qapalı  olmalıdır.  Onun  sahəsinin 
perimetrləri, giriş və çıxış məntəqələri gömrük orqanlarının nəzarəti 
altında  olur.  Sərbəst  zonaya  daxil  olan  və  oranı  tərk  edən  şəxslər, 
mallar və nəqliyyat vasitələri Gömrük Məcəlləsində və  gömrük işi 
üzrə  digər  qanunvericilik  aktlarında  nəzərdə  tutulmuş  qaydada 
gömrük  nəzarətindən  keçməlidirlər.  Gömrük  orqanlarının  icazəsi 
əsasında  sərbəst  zonaya  gətirilmiş  mallarla  adi  əməliyyatlar,  o 
cümlədən  onların  qorunması,  qablaşdırılması,  keyfiyyətinin  yaxşı-
laşdırılması  məqsədi  ilə  qablaşdırma  yerlərinin  qruplaşdırılması, 
çeşidlənməsi,  markalanması  və  yenidən  qablaşdırılması  həyata 
keçirilə bilər.  
Sərbəst  zonada  tikinti  işləri  gömrük  orqanlarının  icazəsi  ilə 
aparılır.  Sərbəst  zonada  kommersiya  və  digər  fəaliyyət  növləri 
gömrük orqanlarına müəyyən edilmiş formada əvvəlcədən məlumat 
verilməklə,  onların  icazəsi  ilə  həyata  keçirilir.  Müvafiq  icra 
hakimiyyəti orqanı malların xassələrini və xüsusiyyətlərini, gömrük 
nəzarətinin tələblərini, təhlükəsizlik və mühafizə tədbirlərini nəzərə 
almaqla,  Gömrük  Məcəlləsinin  185.2-ci  maddəsində  qeyd  olunan 
fəaliyyət növlərinə qadağa və məhdudiyyətlər müəyyən edə bilər.  
Malların təqdim edilməsi və onların sərbəst zona xüsusi gömrük 
proseduru  altında  yerləşdirilməsi-Sərbəst  zonaya  gətirilmiş  mallar 
aşağıdakı  hallarda  gömrük  orqanlarına  təqdim  edilir  və  müvafiq 
gömrük rəsmiləşdirilməsindən keçirilir:  


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə