M. M. Aslanova Elmi redaktor



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə34/43
tarix01.09.2018
ölçüsü1,01 Mb.
#66176
1   ...   30   31   32   33   34   35   36   37   ...   43

 
 
105 
1.  gömrük  ərazisindən  kənar  yerdən  birbaşa  sərbəst  zonaya 
gətirildikdə;  
2. digər xüsusi gömrük prosedurları altında yerləşdirilməsi başa 
çatan  mallar  sərbəst  zona  xüsusi  gömrük  proseduru  altında 
yerləşdirildikdə;  
3.  idxal  gömrük  rüsumlarının  qaytarılmasına  və  ya  həmin 
rüsumların  ödənilməsindən  azad  edilməyə  əsas  vermiş  qərarın 
tətbiqi  məqsədi  ilə  sərbəst  zona  xüsusi  gömrük  proseduru  altında 
yerləşdirildikdə.  Gömrük  Məcəllənin  187-ci  maddəsində  nəzərdə 
tutulmuş  hallar  istisna  edilməklə,  sərbəst  zonaya  gətirilən  mallar 
aşağıda  göstərilən  vaxtdan  sərbəst  zona  xüsusi  gömrük  proseduru 
altında yerləşdirilmiş hesab edilir: 
1. mallar sərbəst zonaya daxili olduğu vaxtdan, əgər onlar artıq 
digər gömrük proseduru altında yerləşdirilməyibsə;  
2.  tranzit  proseduru  başa  çatdığı  vaxtdan,  əgər  mallar  dərhal 
növbəti gömrük proseduru altında yerləşdirilməyibsə.  
Malların sərbəst zona xüsusi gömrük proseduru altında qalması 
müddəti məhdudlaşdırılmır.  
Daxili  mallar  sərbəst  zonaya  gətirilə,  orada  saxlanıla,  daşına, 
istifadə  və  emal  oluna,  habelə  istehlak  edilə  bilərlər.  Belə  hallarda 
mallar sərbəst zona xüsusi gömrük proseduru altında yerləşdirilmiş 
hesab  edilmir.  Şəxslərin  müraciəti  əsasında  gömrük  orqanları 
müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  qaydada 
aşağıdakı malların daxili mallar gömrük statusunu təsdiq edirlər:  
1. sərbəst zonaya gətirilən daxili malların;  
2.  sərbəst  zona  daxilində  emal  əməliyyatlarına  məruz  qalmış 
daxili malların;  
3. sərbəst zona daxilində sərbəst dövriyyəyə buraxılmış malların.  
Sərbəst zonada olan xarici mallar - Xarici mallar sərbəst zonada 
olduğu  müddətdə  sərbəst  dövriyyə  üçün  buraxılış  gömrük 
proseduru, daxildə emal, müvəqqəti idxal və ya son istifadə xüsusi 
gömrük  prosedurları  altında  yerləşdirilə  bilər.  Belə  hallarda  mallar 
sərbəst  zona  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilmiş  hesab 
edilmir.  Gömrük  Məcəllənin  188.1-ci  maddəsi  müvafiq  gömrük 
prosedurlarına  uyğun  olaraq  idxal  gömrük  rüsumları  və  vergilər 


 
 
106 
ödəmək öhdəliyini yaratmayan sərbəst dövriyyəyə buraxılmış və ya 
müvəqqəti  idxal  edilmiş  malların  istifadəsinə  və  istehlakına 
maneçilik  törətmir.  Bu  cür  istifadə  və  ya  istehlak  zamanı  sərbəst 
dövriyyə üçün buraxılış və ya müvəqqəti idxal gömrük prosedurları 
ilə əlaqədar heç bir gömrük bəyannaməsi tələb edilmir.  
Malların  sərbəst  zonadan  kənara  çıxarılması-  Sərbəst  zonada 
yerləşən mallar gömrük ərazisindən ixrac və təkrar ixrac edilə və ya 
gömrük  ərazisinin  digər  hissəsinə  gətirilə  bilər.  Gömrük  ərazisinin 
digər  hissələrinə  gətirilən  mallara  Gömrük  Məcəllənin  117-124-cü 
maddələrinin müddəaları tətbiq edilir. 
Sərbəst  zonadan  gömrük  ərazisinin  digər  hissəsinə  gətirilən 
malların  gömrük  status-  Mallar  sərbəst  zonadan  gömrük  ərazisinin 
digər  hissəsinə  gətirildikdə  və  ya  başqa  gömrük  proseduru  altında 
yerləşdirildikdə, onların daxili statusu Gömrük Məcəllənin 187.2-ci 
maddəsinə müvafiq  olaraq və  ya  qanunvericiliklə  müəyyənləşdiril-
miş  hər  hansı  sənədlə  təsdiq  edilənədək  xarici  mallar  hesab  edilir. 
Qanunvericilik  aktları  ilə  nəzərdə  tutulmuş  hallarda  ixrac  gömrük 
rüsumlarının alınması və ya malların ixracı ilə bağlı ticarət siyasəti 
tədbirlərin  tətbiq  edilməsi  məqsədi  ilə  mallar,  onların  daxili 
statusunun  olmadığı  müəyyənləşdirilənə  qədər,  daxili  mallar  hesab 
edilir.  
Sərbəst zona ləğv edildikdə, şəxslərə malların gömrük ərazisində 
yerləşən  digər  sərbəst  zonaya  aparılması  və  ya  başqa  gömrük 
proseduru  altında  yerləşdirilməsi  üçün  kifayət  qədər  vaxt 
verilməlidir.  
 Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  qərar  "Sərbəst 
zonaya  gətirilən  daxili  malların,  sərbəst  zona  daxilində  emal 
əməliyyatlarına  məruz  qalmış  daxili  malların  və  sərbəst  zona 
daxilində sərbəst dövriyyəyə buraxılmış malların gömrük orqanları 
tərəfindən  daxili  mallar  gömrük  statusunun  təsdiq  edilməsi 
Qaydası"nın təsdiq edilməsi haqqında 27 fevral 2013-cü il tarixli 29 
№ li Qərarı qəbul edilmişdir. Bu Qayda Azərbaycan Respublikası-
nın Gömrük Məcəlləsinin 187.2-ci maddəsinə əsasən hazırlanmışdır 
və  sərbəst  zonaya  gətirilən  daxili  malların,  sərbəst  zona  daxilində 
emal əməliyyatlarına məruz qalmış daxili malların və sərbəst zona 


 
 
107 
daxilində sərbəst dövriyyəyə buraxılmış malların gömrük orqanları 
tərəfindən  daxili  mallar  gömrük  statusunun  təsdiq  edilməsi 
qaydasını müəyyən edir. Daxili mallar sərbəst zonaya gətirilə, orada 
saxlanıla, daşına, istifadə və emal oluna, habelə istehlak edilə bilər. 
Belə hallarda mallar sərbəst zona xüsusi gömrük proseduru altında 
yerləşdirilmiş  hesab  edilmir.  Bu  Qayda  fiziki  şəxslər  tərəfindən 
gömrük sərhədindən keçirilən istehsal və ya kommersiya məqsədləri 
üçün nəzərdə tutulmayan mallara şamil olunmur.  
Malların  gömrük  orqanları  tərəfindən  daxili  mallar  gömrük 
statusunun təsdiq edilməsi- Sərbəst zonaya gətirilən daxili malların, 
sərbəst  zona  daxilində  emal  əməliyyatlarına  məruz  qalmış  daxili 
malların  və  sərbəst  zona  daxilində  sərbəst  dövriyyəyə  buraxılmış 
malların  daxili  mallar  gömrük  statusunun  təsdiq  edilməsi  üçün 
şəxslər "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunu-
nun tələbləri nəzərə alınmaqla kağız üzərində yazılı və ya elektron 
formada  gömrük  orqanlarına  müraciət  edirlər.  Müraciətə  malların 
xarici  iqtisadi  fəaliyyətin  mal  nomenklaturası  üzrə  kodu,  adı  və 
miqdarı göstərilməklə yanaşı, aşağıdakı sənədlər də əlavə edilir:  
1. malların gömrük dəyərini müəyyən edən sənəd (invoys, hesab 
faktura və s.); 
2. Azərbaycan Respublikasında tamamilə istehsal olunmuş və ya 
emala  məruzqalma  meyarlarına  uyğun  olaraq,  kifayət  qədər  emal 
edilmiş malların mənşə sertifikatı; 
3.  sərbəst  zona  daxilində  sərbəst  dövriyyəyə  buraxılışla  bağlı 
gömrük  orqanı  tərəfindən  təsdiq  edilmiş  müvafiq  gömrük 
bəyannaməsinin surəti.  
Müraciətə sərbəst zonada fəaliyyət göstərən ərazi gömrük idarəsi 
tərəfindən 2 (iki) iş günü müddətində baxılır və imtina üçün əsaslar 
olmadıqda, şəxsə bu Qaydanın əlavəsi ilə müəyyən edilmiş formada 
malların daxili mallar gömrük statusunun təsdiq edilməsi haqqında 
Şəhadətnamə  verilir.  Şəhadətnamənin  verilməsinə  görə  gömrük 
ödənişi alınmır. Şəhadətnamə 2 (iki) nüsxədə tərtib edilir. Şəhadət-
namənin  bir  nüsxəsi  onu  verən  gömrük  orqanında  saxlanılır.  Bu 
Qaydanın  2.2-ci  bəndinin  tələblərinə  riayət  edilmədiyi  halda, 
gömrük  orqanı  malların  daxili  mallar  gömrük  statusunun  təsdiq 


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə