468
İKİNCİ KİTAB
TATLARDA QƏDİM ETİQADLAR,
ATƏŞ PƏRƏSTLİK QALIQLARI
Tatların səma cisimlərinə etiqadı, onların dərdlərə şəfa verə
biləcək inamı çox maraqlıdır. Tatların əqidəsinə görə Günəş kimi
Ay və ulduzlar da ilahi qüvvəyə malikdirlər. Ağır dərdə, ruhi sarsın
tıya düçar olmuş xəstələri müalicə etmək üçün tatlar gecə su və ya
süd tökülmüş qabı evin damı üstünə, yaxud həyətə çıxanr, xəstə
adam həmin qabın içinə baxır, Aym, ya da ulduzların əksini orada
görən kimi xəstə qabın içindəki su və ya südü başına çəkib birnəfə
sə içməlidir. Guya xəstə bundan sonra şəfa tapacaqdır. Burada heç
şübhəsiz qədim dindən qalmış bir adət - səma cisimlərinin sakral
gücünə inam etiqadı öz əksini tapmışdır. Maraqlıdır ki, belə bir adə
tin Hindistanın Oud rayonu müsəlmanlarının məişətində eynilə qal
dığını L.Y.Ştemberq də öz əsərində ətraflı şərh edir.214 Bədənə daxil
olmuş kənar və bəd ruhların xəstə bədənindən “qovulması” üçün
belə bir müalicə üsulunun Avestada da təsvir olunduğunu215 nəzərə
alsaq tatların məişətində qalan Aya və ulduzlara inamın mənbə və
mənşəyi məlum olar. Tatlar müəyyən bir əhd edərək həmin arzunun
yerinə yetirilib-yetirilməyəcəyini bilmək üçün də səma ci
simlərindən “kömək diləyir” və bunun üçün gecə quyu suyuna, bu
lağın duru suyuna, vedrə və ya teşt içərisindəki suya baxır, orada
Ayı və ya ulduzları görərsə sevinir, istəyinin yerinə yetiriləcəyinə
inanır. Bu da yenə də islam dinindən deyil, Zərdüşt təlimindən irəli
gələn bir inam və etiqaddır.
Avestanın bir çox hissələrində Günəş adlı Allahdan bəhs olu
nur, ona sitayiş olunması vacib sayılır. Bu, canlılara həyat verən,
şadlıq gətirən, çirki, kəsafəti təmizləyən, üfunəti yox edən, əbədi ya
şayacaq qüdrətli bir mələkdir. Avestanın bir hissəsi (altıncı yəşt) tə
biətin bu böyük mələyinə - Günəşə, onun qüdrətinə və mədhinə
həsr olunmuşdur. Qədim şərq xalqlarının əksəriyyətinin, o cümlə
dən irandilli xalqlann günəşə olan ehtiramı o qədər sonsuz idi ki,
TATLARININ TARİXİ-ETNOQRAFİK OÇERKİ
469
onlar haraya getsəydilər, - xüsusilə səfərə çıxanda, “günəşin mü
qəddəs faytonu” adlanan rəmzi özləri ilə aparardılar. Elə buna görə
də, bu xalqlann Günəşə olan ehtiramından bəhs edərkən bəzi tədqi
qatçılar yazırlar ki, bu onlar üçün əbədi həyat nişanəsi idi.216 Günə
şə sitayiş edən xalqlar üçün bu heç də kifayət deyildi. Bu son hədd
sayılmırdı. Onlar göyün parlaq Allahına and içir, dara düşəndə üzlə
rini ona çevirib köməklik göstərməsi üçün, dərdlərinə çarə etmək
üçün yalvarardılar. Onlar bu parlaq Allahın - Günəşin səhərlər doğ
masını şadlıq və sevinc mərasimi ilə qarşılayır, axşamlar isə gün ba
tanda, dağlar arxasında gizlənərək öz parlaq şüalarım da özü ilə çə
kib aparanda şivən qoparıb fəryad edər, səs-küy salıb Günəşin düş
məni olan qaranlığı qorxuzmaq üçün bütün gecəni qaval çalar, gü
nəşin yenidən gəlib qaranlığı qovması üçün yalvanb göz yaşı axı
dardılar.217 Qədim atəşpərəstliyin günəşə olan bu sonsuz etiqadı
sonralar tərtib olunmuş “Xorde Avestada” “Günəşə sitayiş” adlı bir
fəsildə xüsusi qeyd olunaraq218 Günəşin təbiətdə rolu və əhəmiyyəti
göstərilmişdir ki, bu fəsli daha doğrusu Günəşin mədhinə yazılmış
bu mahnını gündə üç dəfə: Günəş doğanda (səhər), göyün oıtasına
çatanda (günorta) və batanda (axşam) oxuyardılar.219 Avestada so-
ruşulur ki, əgər Günəş olmasa, əgər Günəş çıxmasa - Günəş doğma
sa nə olar? Ona Ahuramazda cavab verir: Əyər Günəş çıxmasa dev-
lər insanlara, Allahlara hücum edər, dünyam məhv edərlər.220
Avestaya görə od Ahuramazdamn oğludur. Od Zərdüştə görə
əzəmətli, güclü və qüdrətlidir. Ona görə ki, o, öz gücünü və parlaq
lığını ulu Ahuramazdadan və parlaq Günəşdən alır. “Yəsnanın” 43-
cü fəslinin doqquzuncu bəndində odun qüdrətindən, ona ehtiram
edilməsinin vacibliyindən, odun yerdə Allahın - Günəşin nişanəsi
olduğundan bəhs olunur. Bu, Avestada oda sitayişin vacibliyini gös
tərən ən qədim hissədir.221 Tatlar içərisində od Günəşin yerdəki nü
mayəndəsi olub ona ehtiram etmək məcburi sayılır. Tatlar oda and
içər, onun üstünə su töküb söndürməzlər. Bu günah sayılır.
Tatlar islam dinin sünni və şiə təriqətlərinə mənsubdurlar: yə
ni tatlar içərisində həm sünnilər və həm də şiələr vardır. Bəzi müəl
470
İKİNCİ KİTAB
liflər vaxtilə səhv olaraq müsəlman tatlarının yalnız şiə olduqlarını
qeyd etmişdilər.222
Lakin sonradan bu səhv müddəanı təshih edən və müsəlman
tatlarının islam dininin hər iki - sünni və şiə qollarına mənsub ol
duqlarını haqlı olaraq qeyd edən alimlər də olmuşlar.223 Keçmişdə
atəşprəst olan, Zərdüşt dininə sitayiş edən tatlar ərəblərin işğalından
sonra Azərbaycan ərazisinin başqa tayfaları ilə bərabər islam dinini
qəbul etmiş, müsəlmanlaşmışlar. Lakin tatlar islam dinini qəbul et
sələr də öz dini adət-ənənələrini tamamilə unutmamış, gizlində də
olsa özlərinin bu və ya başqa qədim ayininə sadiq qalmışlar. Onlar
Günəşə and içər, odu, yaxud lampanı günəşin yerdəki nümayəndəsi
hesab edər, ona müqəddəs varlıq kimi yanaşarlar. Tatların ən əziz
andları indi də “günəşə and olsun” (bə afta sögənd), “oda and
olsun” (bə ataş sögənd), “çırağa and olsun” (bə ləmpə sögənd) və s.
kimi ifadələrdir. Tatlarda ocağın üstünə su tökmək günahdır.224
Odun üstünə su tökülsə guya ailəyə bədbəxtlik üz verər, ailədə kim
sə ölər.225 Od guya insanı bəlalaradan qoruyur, ona görə də səfərə
çıxanın, səfərdən gələnin, gözəl uşağın, çox südlü heyvanın başına
duz çevirib əvvəldə göstərdiyimiz kimi onu bəlalardan hifz etmək
üçün odun üstünə atarlar. Guya üstünə duz tökülən od çırtıltısı ilə
nəzəri qəbul edir, bəd nəzərləri yandırıb kül edəcəyini vəd edir.
Şübhəsiz ki, bu qədim dövrlərdən bu günə qədər qalmış adətin
- oda ilahi münasibətin qalığıdır.
Maraqlıdır ki, ərəblər, məs., tatların bu gün də oda olan mə
həbbətlərini söndürə bilməmişlər. Tatlar islam dininin təsiri altına
düşəndən sonra da atəşə sitayişi davam etdirmişlər. Lakin artıq bu
oda sitayiş bir növ ərəbləşir və Məhəmməd Peyğəmbərlə əlaqədar
olan sitayişin atəşpərəst - müsəlman kimi qarışıq növü əmələ gəlir.
Belə ki, tatlar qaranlıq otaqda lampa yandırdıqda çırağın qarşısında
baş əyməklə Məhəmməd Peyğəmbərin üzünə salavat çevirir və “əş-
hədüənlailahə illəllah və Məhəmmədün Rəsulallah” deyə dua edir
lər. Tatlar çırağa, oda and içirlər ki, bu ən ağır andlardan olub, de
mək olar ki, əsil tat müsəlman üçün Qurana and içməkdən də mü
hüm anddır.
TATLARININ TARİXİ-ETNOQRAFİK OÇERKİ
471
Bir çox İran xalqlarında olduğu kimi tatlarda da evin ocağında
odun sönməsi, qonşudan od istəmək yaxşı əlamət sayılmır. Ona
görə-də tatlar öz ocaqlarının odunu, demək olar ki, söndürməməyə,
onu mühafizə etməyə çalışırlar. Məhz buna görə də tatlar külün al
tında odu səhərə saxlamağı çox böyük bir ustalıqla bacarırlar. Ocaq
tatlar üçün son dərəcə müqəddəsdir. Çünki ruhunda atəşpərəstlik qa
lan tatlar üçün bu ocaq Zərdüştü (onu oda atıb yandırmaq istəyəndə
tonqal gülüstana çevrilir, güllər açılır), sonralar müsəlmana çevrilən
tatlar üçün isə İbrahim Xəlilullahı (kafirlər onu tonqala atanda ton
qal onun üçün gülüstan olur, güllər açılır. Çox vaxt and içən tat de
yir: İbrahim ocağına and olsun”) əvəz edir.
Qədim irandilli xalqların (hətta atəşpərəst olmayanlann) ara
sında oda ehtiram xüsusi yer tuturdu. Belə ki, Madlardan başlayaraq
həxamənşi padşahlarına, xüsusilə Part şahlanna qədər hamısı oda
xüsusi ehtiramla yanaşmışlar. Bu şahlann atəşdan qarşısında ehti
ramla dayandıqlarını qədim İran kitabələrində görmək olar. Həxa-
mənşilərin sikkələrinin üstündə atəşkədə şəkli çəkilmişdir. Sasanilər
dövründə atəşdan dövlət gerbi kimi onların bayraqları üzərində çə
kilirdi. Sasani padşahlarının buraxdıqlan qızıl və gümüş sikkələrin
üstündə atəşdan şəkli var. İranlılar hələ indi də ilin son çaharşəııbə
gecəsində böyük-kiçik hamı yolda, qapıda tonqal qalayır, əvvəldə
göstərdiyimiz kimi “pak” olurlar. Odun-atəşin azərbaycanlılar içər
isində böyük hörməti olduğuna, da ehtiram edildiyinə226 Yaqut Hə-
məvərin “Məcəmülbüldan” əsərində “Azərbaycan” sözündən bəhs
edərkən də qeyd olunmuşdur.
Səma cisimlərinə sitayiş etmək ən qədim zamanlarda Azər
baycanda mövcud olmuşdur ki, bu barədə də tarixi mənbələrdə mə
lumat verilir. M.Xorenski göstərir ki, iranlılar və midiyalılar içəri
sində də ilk əvvəllərdə Günəşə sitayiş etmək adəti açıq havada, hün
dür yerlərdə icra olunardı, həmin müəllifin verdiyi məlumata görə,
göstərilən xalqlar içərisində ən yüksək and Günəşə və onun işığına
and içmək hesab olunurdu.
Ay da qədim albanların baş Allahı sayılırdı. Belə ki, Qafqaz
Albaniyasında astral din Allahı olan Ayın şərəfinə o dövrdə bir sıra
Dostları ilə paylaş: |