Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə35/131
tarix12.10.2018
ölçüsü16,3 Mb.
#73523
1   ...   31   32   33   34   35   36   37   38   ...   131

134
BİRİNCİ KİTAB
Orta  əsr  fars  şairlərindən  olan  Mənuçöhri  və  ibn  Yəminin 
əsərlərində bu bitki adı “ərs” kimi  işlənmişdir.
Cimi  adlı  tat  kəndində  (Quba  rayonu)  qovaq  ağacına  “ispidar” 
(müasir fars dilində “səfıdar”, Tehran dialektində “sepidal”) deyilir.*
 1
Dar  sözü  özü  geniş  -   ağac  mənasında,  tamamilə,  tat  dilində 
qalmış  və  öz  müstəqilliyini  saxlamışdır.  Məsələn:  sibdar  -   alma 
ağacı,  əmrü dar -  armud ağacı, palud dar -  palıd ağacı  və s.
Dar sözü  kürd  dilində  də  “ağac”  mənasında  işlədilir.  “Borhan 
Qate”də  isfırac  sözü  haqqında  yazılmışdır:  İsfiraç-əndəlislilər 
marçubəyə deyirlər.2
Dehxoda  isə  bu  sözün  fransızca  “asperge”  dən  olduğunu,  fars 
dilində  isə  onun  marçuba,  tarçubə,  həlyun,  yəramə,  markeyan  kimi 
qarşılıqlarını qeyd edir.3
Tat dilində  bunlardan  sonuncusu  “tarçubə”  sözü  “be”  sonluğu 
düşmüş  şəkildə  -  “tarçu”  kimi  işlədilir.  Tat dilində  sözlərin  sonuna 
olan  “b”  səsinin  düşməsi  hallan  vardır.  Məsələn,  fars  dilində  olan 
əsb əvəzinə tat dilində əs, çub əvəzinə çu və s. deyilir.
Yuxanda  sözlərin  etimoloji  təhlilindən  göründüyü  kimi,  tat 
dilində  bitki  adlanm n  bəzisi  fars  dilində  olduğu  kimi  qalmış  və  ya 
az dəyişilmiş,  bəzisi isə Azərbaycancalaşmışdır.
Lakin  bəzi  bitki  adlan müasir fars  dilindən çıxsa da  tat dilində
qalır.
İran  dilləri  kimi  tat  dilinin  müxtəlif  ləhcə  və  şivələrini  mü­
kəmməl tədqiq etmək son dərəcə əhəmiyyətlidir.
Yuxanda  apardığımız  etimoloji  təhlili  daha  qabanq  nəzərə 
çatdırmaq üçün tat dilində olan bitki  adlarını cədvəl şəklində iki his­
səyə bölərək təhlilə və gələcək tədqiqatlara cəlb edirik:
Azərbaycanlaşaraq  Ördüc  adlanır.  Bizcə,  Azərbaycan  dilindəki  “ardıc”  sözü  bu 
dilə tat dilindən keçmişdir (dərzi və  s. sözlər kimi).
1  Dehxoda  bu  sözü  “qovaq  ağacı”  mənasında  sepidar  kimi  işlədilir.  Bax: 
Dehxoda. Loğətname. Sepidar sözünə. Bu sətirlərin müəllifinin  uşaqlığı ab-havalı 
və gözəl təbiətli Cimi kəndində keçmişdir. Prof.  Məmməd Əfəndiyevin  , tanınmış 
şair Ələkbər Salahzadənin doğma kəndidir.
2 Yenə orada
3  Əli Əkbər Dehxoda Lüğətnamə, səh. 201
AZƏRBAYCAN  TATLARININ  DİLİ
139
Tatlann dil  materiallan  əsasında yaranmış coğrafi  adlar Azər­
baycanın  Quba  rayonu  toponomikasında  mühüm  yer  tutur.  (Bunu 
Xızı,  Siyəzən,  Dəvəçi,  Abşeron  və  s.  rayonlan  toponimiyasına  da 
aid etmək olar).
Başqa  etnik  qruplar  kimi  tatlar  da  yaşadıqları  yerə,  yaxud  öz 
qonşularının yaşadığı  əraziyə  və coğrafi  məkana tat dilinin bu  və ya 
başqa  münasib  bir  sözünü  vermiş,  onu  tat  dilində  adlandırmışlar. 
Quba rayonu ərazisindəki bir neçə coğrafi adı nəzərdən keçirək:
Rustov.  Kənd adı bildirən bu sözün mənasının özü “kənd” de­
məkdir.  Fars  dilində kəndliyə  “rustai”,  kəndə isə vaxtı  ilə geniş mə­
nada  “rusta”  deyilmişdir. Fars dilinin  “a”  səslərinin  tat dilində  əksər 
hallarda “o”  ilə  deyilməsi  hadisəsi  tat dili  fonetikasında mühüm yer 
tutur.  “Rustov”  sözünün  bu  mənasını  professor  B.V.Miller  düzgün 
izah  etmişdir.1 “Rusta”  sözünün  fars  dilində  bir  neçə  kənd  mərkəzi 
(dairə,  sovetlik  mərkəzi)  mənasında  olduğunu  da  həmin  professor 
qeyd etmişdir.
Quba rayonunda əhalisi  tat olan  Rustov kəndi  müəyyən  müd­
dət kiçik mərkəz rolunu oynamışdır.
Nugədi.  Tat dilində  “nug” (tərkib daxilində  isə  “nugə”) -  “tə­
zə”,  “di”  isə  kənd  deməkdir.  Deməli,  bu  kənd  təzə  yarandığı,  bü­
növrəsi  qoyulduğu  vaxt ətraf tat  kəndlərinin  əhalisi  buranı  belə  ad­
landırmışlar.  Beləliklə,  bu  sözün  etimoloji  mənası  “təzə  kənd”  de­
məkdir.
Çiçi.  Bu  kəndin  adı  yaşlı  bir  şəxsin  dediyinə  görə,  “Çuçi” 
sözündəndir.  Bu  söz  iki  tərkibdən:  “çu”  -   odun,  ağac  ismindən  və 
peşə,  sənət  bildirən  “çi”  şəkilçisindən  ibarətdir.  Deyilənə  görə,  bu 
kəndin  yeri  qalın  meşəlik  imiş.  İlkin  olaraq  burada  məskən  salan 
adamlar odun, meşə materiallan satmaqla və kömür istehsal etməklə 
məşğul  olmuşlar.  Beləliklə,  ətrafda  yaşayan  tatlar  oranı  “Çuçi” 
(Çiçi) -  yəni  “odunçu yaşayan yer” adlandırmışlar.2
1 Б.В.Миллер. Таты, их расселение и говоры, Баку. Изд.  1929, səh. 24 
Bu  əsərin  buraxılmasındakı  xüsusi  zəhmətinə  görə  təşəkkür  etdiyim  Fərman 
Əhmədov bu kənddəndir.


140
BİRİNCİ KİTAB
A furca.  Bu  ad  üç  sözdən:  ou  -   su,  fru  -   aşağı,  cəsdə  -  
ceyistən  -   sıçramaq,  tökülmək  məsdərindəndir.  Deməli,  bu  sözün 
etimoloji  mənası  “aşağı  su  tökülən  yer”,  “şəlali  yer”  deməkdir. 
Həqiqətən,  kənd  Təngə  adlı  sıldırım  bir  qayanın  başından  böyük 
sürətlə axan bir şəlalənin yaxınlığında yerləşmişdir.
Xırt.  Bu  kəndin  adının  etimologiyası  da  çox  maraqlıdır.  Xırt 
(bəzən  də  “sırt” ,  “sirt”  formalarında”)  sözü  tat  dilinin  Q.  və  Qub. 
ləhcələrində  sıldırım qayaya,  dağa deyilir.  Həmin qayaya yaxın yer­
də  salınmış  kəndi  xalq  yerin  adı  ilə  adlandırmışdır.  Bu  kəndin  ya­
xınlığında başqa bir kəndin  adı  olan  Kunxırt da hərfən  “qaya dibi”, 
“qaya  altı”  deməkdir.  Həqiqətən  də,  ikinci  kənd  birincinin  (Xırtın) 
aşağı  tərəfində,  dağın dibində salınmışdır,  (müq et:  Xızı rayonunda­
kı  Kunövşə hərfən “Meşə ətəyi” kəndinin adının etimologiyası ilə).
Dəhnə kəndinin (bəzən, bu kənd Kümür -  Dəhnə  adlanır) adı­
nın  etimologiyası  da  maraqlıdır.  Tat  dilində  dağlar arasından  keçən 
çay,  nəhayət,  bir  düzənliyə,  ovalığa  çıxarsa,  ona  “duhunə”,  “dəha- 
nə”  (hərfən  ağız,  ağıza oxşar)  deyilir.  Dəhnə  kəndi  dağ çayının  ov­
lağa (düzənliyə) çıxan ağız, başlanğıc hissəsində yerləşir.
Yaxud  Dəvəçi  rayonundakı  bir  neçə  tat  kəndinin  adının 
etimologiyasını nümunə üçün nəzərdən keçirək.
Gəndo.  Kənd  adıdır.  Bu  söz  tat  dilində  “iyli  su”  deməkdir 
(gənd -  iy,  ou -  su).  Kəndin yanından  axan kiçik çay az sulu olduğu 
üçün  yayda qurumasa da  axmır  və  bu çay,  həqiqətən,  iylənir.  Kənd 
adı  da  çay  suyunun  iylənməsi,  iy  verməsi  ilə  əlaqədar  olaraq 
yaranmışdır.1
1 Şamaxının  yanında  Murdov  adlı  kənd  vardır.  Bu  söziln də etimologiyası  Quba 
rayonundakı Gəndo kəndinin  adının  mənası  kimi  suyun  iylənməsi  (hərfən:  suyun 
ölməsi)  mənası  ilə əlaqədardır və tat dilindəki  mürdə -  ölü su (hərfən  “bataqlıq”) 
tərkibindən  əmələ  gəlmişdir.  Lakin  nədənsə  V.M.Sısoyev  Murdov  kəndinin  adı 
haqqında  yazır ki,  “Bu  kəndin  adı  türk  sözüdür  və  “bataqlıq”  deməkdir.  Müəllif 
bu  sözün  tat  sözü  olduğunu  bilməmiş,  ona  görə  də  səhv  olaraq  bu  sözü  türk 
(Azərbaycan) sözü hesab etmişdir.  Bax:  Сысоев В.М.Тюрское  население Азер­
байджана  в XVII  веке.  «Известия Общества обследования  и  изучения  Азер­
байджана, N I,  1926, стр. 49. (Müq.et:  Lənkəran yaxınlığındakı “Sütəmürdov” -
AZƏRBAYCAN  TATLARININ  DİLİ
141
N ohura // Nora,  Kənd adıdır.  Tat dilində  “nohur”  sözü  “göl” 
deməkdir,  “a”  isə cəm  əlamətidir.  Beləliklə,  kəndin  adının etimoloji 
mənası  “göllər”  deməkdir.  (Nora  Nohuranın  qısaldılmasıdır).  Hə­
qiqətən  də,  kənd  sanki  göllər  içərisindədir.  Həmin  kəndi  7-8  göl 
əhatə edir.
Buraya  tat  dili  leksik  materialı  əsasında  izah  olunan  Kalaku 
(kala  -   böyük,  ku  -   dağ);  Sərku  (sər  -   baş,  ku  -   dağ);  Ələmku 
(Ələm  -   qəm,  kədər,  ku  -   dağ,  Az.d.  Ağndağ;  hər  üçü  Şamaxı 
rayonunda);  Türkədi  (Türkə -  türk,  di -  kənd;  Qaradağ rayonunda); 
Siyəku  (siyə  -   Qara,  ku  -   dağ;  Bakı  yaxınlığındakı  Qaradağ 
rayonunun  keçmiş  adı,  Kalka  yolu  ilə  azərbaycanlaşdınlmışdır); 
Qobustan  (qobu  (qobi)  -   çala,  quyu,  stan  -   yer  bildirən  şəkilçi, 
quyulu  yer deməkdir);  Siyəöüşə  (siyə -  qara,  öüşə -  meşə);  Kələku 
(kələ) (kələhə -  böyük,  ku -  dağ);  Kundahar (kun -  dal, dib, dahar -  
qaya:  qayadibi,  dağ  ətəyi  deməkdir);  Subrədərə  (Subrə)  (Subi  -   ağ, 
dərə-dərə),  Kələsənq  (kələ)  (kələhə  -   böyük,  sənq  -   daş), 
Siyədüşmə  (siyə -  qara,  düşmə -  bulaq),  Gərmou  (gərm -  isti,  ou -  
su.  Hamısı  Quba  rayonunun  Qonaqkənd  zonasında),  Ərüsküş  (ərüs 
-  gəlin,  küş -  küştən öldürmək məsdərinin kökü:  gəlin öldürən, Xızı 
rayonunda);  Siyəzən  (siyə -  qara,  zən -  qadın,  eyni  adlı rayon  adı); 
Salamdərəyi  (salam  və  dərəyi,  dərən  (vermək)  məsdərindən:  salam 
verilən  yer  (Dəvəçi  rayonunda)  və  sa.  kimi  coğrafi  adları  da  bura 
əlavə etsək məsələnin əhəmiyəti olduqca aktuallaşır.
Yuxarıdakı  bir neçə  kənd  adının etimologiyası  göstərir ki,  bir 
sıra coğrafi  adların  etimologiyasını  öyrənərkən  həmin  ərazini  əhatə 
edən  etnik  qrupun  da  dilini  nəzərdə  tutmaq  lazımdır.1 Təəssüf  ki, 
Azərbaycan  ərazisinin  tat  dili  ilə  əlaqədar  yaranmış  coğrafi 
adlarının  mənası  əsl  tədqiqat  obyektinə  çevrilməmişdir  və
hərfən:  “yanmış  ölü  su”,  “yanmış  bataqlıq”  kəndinin  talış  dili  əsasında  izah 
olunan etimologiyası ilə).
М.И.Гаджиев.  О  некаторых  географических  названиях  Азербайджана. 
“Вопросы  тюркских  языков  и  их  соотношения  с  другими  языками».  Баку, 
1973, стр. 116.


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə