142
BİRİNCİ KİTAB
Azərbaycan toponimikasında bu sahə demək olar ki, toxunulmamış
bir sahə olaraq qalır' və öz gələcək ciddi tədqiqatçısını gözləyir.
Yuxarıdakı əsas tezisə - Azərbaycan dilinin tat dilinə leksik
təsiri və bu təsir altında tat dilində söz yaradıcılığında yeni imkanlar
yaranması, həmçinin tat dilinin leksik vahidlərinin Azərbaycan dili
nin təsiri ilə daha geniş semantik mənalar kəsb etməsinə dair verdi
yimiz misallar Azərbaycan diliçiliyinin bu mühüm probleminə an
caq diqqəti cəlb etmək məqsədi daşıyır. Belə təsirin daha geniş təd
qiqi Azərbaycan dilçiliyi üçün çox lazımlıdır. Tat dilinin müxtəlif
ləhcə və şivələrini, həmçinin, Azərbaycanda mövcud olan başqa az
saylı xalqlann dillərini geniş və hərtərəfli tədqiq etməklə daha fay
dalı nəticələr əldə etmək mümkündür. Azərbaycan dili ilə Azərbay
candakı başqa dillərin qarşılıqlı faydalı təsiri problemi sahəsində da
ha geniş tədqiqatlar aparmağın Azərbaycan dilçiliyi və dil əlaqələri
probleminin bir çox cəhətlərini aydınlaşdırmaqda əhəmiyyəti şək
sizdir.
1 M.İ.Hacıyev. Tat dilinin Qonaqkənd ləhcəsi. Bakı, 1971, səh. 112
AZƏRBAYCAN TATLARININ DİLİ
143
MORFOLOGİYA
TAT DİLİNDƏ İSİM
İsim tat dilində (Azərbaycan dilində olduğu kimi) özünü söz
əsası ilə ifadə edir. Mərd' - kişi, zən - qadın. Və ya söz yaradan şə
kilçilərlə yaranır.
-i suffıksi Azərbaycan dilindəki lıq, lik, luq, lük şəkilçilərini,
ya- ud fars dilindəki yayi-məsdəri əvəz edir və adətən, sifətlərdən
isim əmələ gətirir. (Bəzən, isimlərdən də); Bülünd - yüksək, bülün-
di - yüksəklik; fırəh - geniş, fırəhi - genişlik; gürun - ağır, güruni -
ağırlıq və s.
-ic suffıksi mənsubiyyət və yerlik bildirir və adətən, coğrafi
adlara qoşulur (az.d. lı, li, lu, lü şəkilçiləri, həmin mənada): gümüric
- gümürlü (Gümür kəndindən olan şəxs), cimic - cimili (Cimi kən
dindən olan şəxs), qubayic - qubalı (Quba şəhərindən olan şəxs) və s.
-çi suffıksi sənətkarlıq və sənətə aid olan sözlər yaradır və
Azərbaycan dilindən tat dilinə keçmiş bu şəkilçi mənaca da Azər
baycan dili ilə eyniyyət təşkil edir: çəkməçi - çəkməçi, zumaçi -
zurnaçı və s. Bu suffıksə “gəri” suffıksi əlavə olunaraq yenə də sə
nət və vəzifə bildirir: quruqçi - qoruyan, baxan (bir sahəyə), ona
“gəri” suffıksi əlavə olunaraq “quruqçigəri” - qoruqçuluq, əsyoçi -
dəyirmançı, əsyoçigəri - dəyirmançılıq və s. kimi peşə bildirən söz
lər yaradır.
-lıq, -lik, -luq, -Шк - Azərb. dilindən keçmiş suffıks olub yer
lik, məkanlıq bildirir: Kuləluq - kolluq, sovetlik - sovetlik, çətunluq
- çətinlik, bulluq - bolluq, bazarluq - bazarlıq və s.
-dun, -dan, -dün suffıksi əşyanın yerini, yerləşdiyi yeri bildi
rir. Qənddan - qənddan, sümərdun - samanlıq, cumaxodun - yor-
1 Əgər mən ləhcə variantları vermirəmsə, deməli, bu, mənim tərəfimdən tədqiq
olunmuş tat dili ləhcələrinin hamısı üçün xarakterikdir. Müəllif.
144
BİRİNCİ KİTAB
ğan-döşək yığılan yer, yük yeri və s. Həmin funksiyalı dan, dən Az.
dili şəkilçiləri ilə eyniyyət təşkil edir.
-stun, stan suffıksi yerlik bildirir: qəbrustun - qəbiristanlıq,
Dağıstun - Dağıstan, Gürcüstan - gürcülər olan yer (Gürcüstan) və
s. Tat dilində müxtəlif variantlı olan bu şəkilçi Azərbaycan dilində
bir variantlıdır - (stan) kimi və eyni funksiyada işlənir.
-i suffıksi fars dilindəki yayi-nisbətdir. Zumustini (Ə.D.) -
qarpız (qışa aid), peyğəmbəri - qarğıdalı (peyğəmbər-i) və s.
-“çə” suffıksi isimlərə qoşularaq kiçiklik, xırdalıq məfhumu
yaradır: xalinçə - balaca xalı, köçə - çömçə, nalçə - nalınça və s.
-“ava” suffıksi, adətən, xörək, yemək adlan yaradır: ardava
(ard - un və ava - un xörəyi), duqava - (duq-ayran, ava) - ayran
xörəyi, dovğa.
Bir çox tat sözləri ə,ü suffıksləri ilə qurtanr və bu dildə söz
yaradıcılığında mühüm rol oynayırlar. Kardə (isim kimi “kard”) -
balaca bıçaq, kourə (kour-göy sözündən) - göyərti, əncinə (əncirən
- doğramac sözündən) - armud qaxı və s.
-saz suffıksi sənət, iş peşə, məşğuliyət bildirir. Karsaz -
işləyən, dürvənsaz - biçinçi və s.
Eləcə də - “ u n ” suffıksi eyni mənada: malçərun - çoban,
heyvan otaran.
-bənd mənsubiyyət bildirir: Kəmərbənd (kəmər - bel sözünə
bənd qoşulur və “beli bağlayan, qayış” mənasım yaradır).
Mürəkkəb sözlər iki və daha çox sözün birləşməsindən əmələ
gəlir. Zənbirar (zən - arvad, birar - qardaş) - qardaş arvadı, duxtə-
rəmu (duxtər - qız, əmu - əmi) - əmiqızı, amburundar (amburun -
armud, dar - ağac) - armud ağacı, kələmay (kələ - böyük, may -
ana; hərfən böyük aııa) - yəni nənə, həftmərtəbə (həft - yeddi) yed
di mərtəbə (ev) və s.
-çı, -çi, -çu, -çü şəkilçiləri tat dilində məhsuldar şəkilçi olub
müxtəlif isimlərə birləşərək peşə və sənət adı bildirən və ya ümu
miyyətlə, iş görəni ifadə edən sözlər yaradır. Lakin bu şəkilçi qədim
türk dillərində olduğu kimi tat dilində də leksik məzmunda iş görən
anlayışı olan sözlərə də qoşulur. Sözdüzəldici şəkilçilərin semantik
AZƏRBAYCAN TATLARININ DİLİ
145
cəhətdən tam təkmilləşmədiyi qədim dövrlərdə, məsələn, Orxon-
Yenisey kitabələrində (V-VII əsrlər) bu şəkilçi iş görən məzmunlu
sözlərlə də işlənmişdir.1
Bu hal, yəni -çı, -çi, -çu, -çü şəkilçilərinin bu tipli sözlərlə iş
lənməsinə Azərb. dilinin XVI əsr yazılı abidəsi “Şühədanamə”də də
təsadüf olunur.2 Azərb. dilinin Qərb qrupu dialekt və şivələrində bu
şəkilçinin həmin qədim xüsusiyyəti qaldığı kimi3, tat dilinin müx
təlif ləhcələrində indi də qalır. Məs.: qonaqçi - qonaq saxlayan,
marçi - ilan oynadan, ambarçi // isqilatçi - ambardar, əngçi - arıya-
baxan, əsçi - atabaxan, vərəçi - quzuyabaxan və s. Vavilion mətnlə
rində rast gəlinən Qədim İran dilində xüsusi şəxs adlan, əsasən, “u”
və “i” ilə bitir. Məs.: Aisaridari, Artapiti, Satabari, Baqazusti və s.
Bu xüsusiyyət tat dilinin bəzi ləhcələrində (Məs.: Qoııaqkəııd ləh
cəsinin Cimi şivəsində) də eynilə müşahidə olunur. Məs.: Xubyari,
Maqsudi, Gülyari, Səmədi, Nərgizi, Səknəyi və s.
Tat dilində ismin cəm şəkilçiləri canlı və cansızlara aid
olmaqla iki cür olub tədqiq olunan ləhcələrdə fərqlənir. Cəm
şəkilçiləri “a”, ha // aha kimi olmuşdur. Bunlar bütün İran dillərində
olduğu kimi flektiv şəkilçi deyil və yalnız sözlərin sonunda gəlirlər.
Cəm şəkilçisini4 qəbul edən isimlərin sonuncu hecalänııdakı sait tək
halında qısa deyildiyi halda, cəmdə yalnız uzun tələffüz olunur. Bu
zaman vurğu da öz yerini dəyişərək cəm şəkilçisindəki sait üzərinə
düşür. Məs.: dar (Q.) (ağac) - dara (ağaclar); gugut (Q.) (gül) - gu-
guta (güllər), qüsbənd (Məl.), quspand (Q.) - qoyun, quspandun
(Məl.) qusbandun (Q.) - qoyunlar və s.
1 Ю.К.Мамедов. Имя существительное в Орхоно-енисейских памятниках.
(Автореферат канд.дисс.) Баку, 1967. стр. 5
2 S.Q.Əlizadə “Şühədanamə”də adlar (Namizədlik diss). Bakı, 1967, səh.160
3 Azərb. dilinin Qərb qrupu dialekt və şivələri, I c. Azərb. SSR EA nəşriyyatı,
1967, səh.70. M.Rəhimov. Azərb. dilinin Qərb qrupu dialekt və şivələri haqqında
qeydlər. Azərb. SSR EA “Xəbərləri”, Ədəbiyyat, dil, incəsənət seriyası, 1968,
N4, səh. 127
Qəzvinin Səgzabad tatları ləhcəsində “aha”. Bu eynilə qədim fars dilində aha
kimi olmuşdur.
Dostları ilə paylaş: |