Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə40/131
tarix12.10.2018
ölçüsü16,3 Mb.
#73523
1   ...   36   37   38   39   40   41   42   43   ...   131

158
BİRİNCİ  KİTAB
iş və ya hərəkətin nə zaman baş verəcəyini bildirir.
Quba  ləhcəsində  həmin  funksiyada “bə” deyil,  “ba”  önqoşma- 
sından  istifadə olunur.  Bəzən,  həmin  ləhcədə  zaman  bildirən  bu  ön- 
qoşma  sözə  qoşularkən  qoşulduğu  sözdən  sonra  həmin  funksiyam 
daşıyan  və  fars  dilindəki  “vəqti,  vəqtike”  qoşmalarım  əvəz  edən 
“çaq”  sonqoşmasını  da  tələb  edir.  Məs.:  anbar  baamaran  çaq  xuş 
namye  digə -   tez-tez  gələndə  xoş  gəlmir.  Bu  formaya Mədrəsə  ləh­
cəsində də təsadüf olunur.
Tat  dili  ləhcələrində  haqqında  bəhs  olunan  önqoşmalar  saitlə 
bitən  sözlərə  bitişərək,  zaman  yaradan  söz  əmələ  gətirib  zaman 
funksiyası  daşıdıqda yanaşdığı  sözün  ilk  saitini  sıxışdırıb  aradan çı­
xarır və  beləliklə  də,  qoşulduğu  sözün  əvvəlində səsin  düşümü pro­
sesini  əmələ  gətirir.  Məs.:  ləhcələrdə  eyni  olan  amarən  -   gəlmək, 
astaran,  ya  astərən  -  almaq  və  s.  məsdərlərə  bə,  bı  önqoşmalan qo- 
şulduqda  söz  “bəmarani”  (mən  bəmarani  ü  bartan  bü  (Q.),  mən  bı- 
marəngi  u  maraftan  bu  (M.)  -   mən  gələndə  o  gedirdi,  yaxud,  nun 
bəstarani xub fikir tin  ki,  kunü suxtə nəbaşü (Q.), nun bıstaranki çak 
dəniş ziri (kuni) suxtə nabuyu (M.) -  çörək alanda diqqətli  ol ki,  altı 
yanmış olmasın.
Vo, bə, va -  fars dilindəki birgəlik bildirən “ba” (Azərbay­
can  dilindəki  ilə)  qoşması  funksiyasında:  ləvayiş  sani  mən  bə- 
tüıaz  nəmuram  (Q.),  lavo  soziş  mən  to  vi  namrom  (Məl.),  ləvayiş 
kini  tünə va raztın namıram  (M.) -  yalvarsan  da mən  səninlə  (sənin 
ardınca  M.)  getmərəm;  vo  xinikə  öü  dəs  -   rumənə  ə  şüstən  sir   
əbirənüm (Məl.) -  soyuq su ilə əl-üz yumaqdan doymuram və s.
Orta  fars  dilində  avas,  avaz  kimi  oxunan  ideoqram  pəhləvi 
dilində  təkrar  bildirən  “yenə  də”  mənasını  verirdi.1 Orta fars  dilinin 
bu önqoşması  müasir  fars  dilindən  çıxsa da  tat  dilində  qoşma funk­
siyasında eynilə  və  ya kiçik fonetik  dəyişikliklə  qalır.  Lakin  tat  di­
lində bu artıq önqoşma deyil,  sonqoşmadır. Bu sonqoşma tat dilində 
“avaz”,  “əvaz”,  “ərəvaz”,  “az”  (Q.,  Məl.),  “varz”  (M.)  (orta  fars 
dilindəki  avaz  önqoşması  ilə  müq.et)  kimi  variantlarda  özünün
1  Ромаскевич  А.А. Лар и его диалект. Сборн. «Иранские языке» M., Л.,  1945,
етр. 59.
AZƏRBAYCAN  TATLARININ  DİLİ
159
arxaik  formasını  qoruyub  saxlaya  bilmişdir.  Sonqoşma kimi  mütləq 
sözə  bitişən  “avaz”,  “əvaz”,  “ərəvaz”,  “avaz”,  “varz”,  “əmçə”, 
təklikdə  bitişdiyi  sözlə  birlikdə  heç  bir məna  vermir.  Maraqlıdır ki, 
sözə  bitişən  bu  sonqoşma  birləşdiyi  sözdən  əvvəl  “bə”,  “ə” 
önqoşmalanndan  birini  tələb  edir.  Beləliklə  də,  tat  dilində  eyni 
vaxtda  və  eyni  tərkibdə  işlənən  sonqoşma  və  önqoşmanın  vahid 
zənciri  kimi  maraqlı  bir  birləşmə  əmələ  gəlir.  Bu  hal  tədqiqat 
obyekti  olan  ləhcələrin  hamısı  üçün  xarakterikdir.  Məs.:  mən  bə 
Moludaz  (ərəvaz,  əvaz,  avaz)  möhkəm  dustüm  (Q.)  -   mən 
Mövludla  möhkəm  dostam;  mən  əvarzetm  saxt  hambazım  (M.)  -  
mən  səninlə  bərk  dostam;  lavo  soziş  mən  ətivaz  namram  (Məl.), 
lavoyiş  kini  ə  əmçətin  namıram  (M.),  lavayiş  səni  mən  bə  türaz 
namram (Q.) -  yalvarsan da mən səninlə getmərəm.
Be,  vo,  va,  berı  önqoşm alan  -   fars  dilindəki  bərayi  (Azərb. 
dilinin  üçün  qoşması)  önqoşması  funksiyasında  Tat  dilinin  bu 
önqoşmalan  fars dilində olan “bəraye” önqoşmasmı, tamamilə, əvəz 
edərək  onun  daşıdığı  məna  funksiyalannı  yaradır:  mən  betü  kitab 
astaram  (Q.),  mən  tünə  bentm  kağat  astaram  (M.),  mən  türə  vati 
kitab  əstərim  (Məl.)  -  Mən  sənin  üçün  kitab aldım;  xuvormən  tünə 
ben  kukmən  dəftər  avard  (M.),  xuvarmə  be  gedəymə  dəftər  avard 
(Q.) -  bacım oğlum üçün dəftər gətirdi.
Tədqiq olunan  ləhcələrdəki  be,  vo,  va önqoşmalannm heç  biri 
tat  dilinin 
Abşeron  ləhcəsində 
təsadüf  olunmamışdır. 
Bu 
önqoşmaların  funksiyasım həmin  ləhcədə bere  önqoşması ifadə edir 
ki,  bu  da  fars  dilinin  “bəraye”  önqoşması  ilə  yaxın  olub,  Mədrəsə 
ləhcəsindəki “ben” önqoşması ilə, demək olar ki, eyniyyət təşkil edir.
Ə,  a,  az  önqoşmalan  farsa  dilindəki  “əz”  (Azərb.  dilinin 
çıxışlıq  halı)  önqoşması  funksiyasında:  xastım  a  xunə  bıbayır 
(bıburun)  vedeşım  dirim  saxt  variş  marən  (M.),  xastum  ə  xunə 
düram  dürüm  səxt  variş  baristən  (Q.),  xastüm  ki,  ə  xunə  dərom 
dirum  ki,  saxt  voriş  boristan  (Məl.)  -   İstədim  evdən  bayıra  çıxım, 
gördüm,  bərk  yağış  yağır;  ürə  ə  ruyi  zəhrimar  bənxtan  (Məl.),  ə 
ruyü zəhirmar bəruxtən (Q.) -  üzündən zəhrimar tökülür.
Fars  dilində  olan  “əz”  önqoşmasmdan  bəhs  edərkən  göstər­


160
BİRİNCİ KİTAB
mişdik ki,  bu  önqoşma tat dilindəki  şəxs əvəzliklərindən  (həm təkdə, 
həm də cəmdə) və işarə əvəzliklərindən başqa, daha heç bir nitq his­
səsinə  qoşulmur.  Sonrakı  tədqiqatlar  göstərdi  ki,  fars  dilindəki  “əz” 
önqoşması  tədqiq  etdiyimiz  Mədrəsə  ləhcəsində  “az”  şəklində  özü­
nü göstərərək fars dilindəki həmin  funksiyam ifadə edir.  Yuxarıdakı 
“üzündən  zəhrimar  tökülür”  cümləsi  bu  ləhcədə  “ura  az  uruyin  zə­
hər manxdən”  kimi  deyilir və beləliklə də,  “az” önqoşması  mövcud 
tat dili  ləhcələrindən  fərqli  olaraq  bu  ləhcədə  başqa nitq  hissələrinə 
qoşularaq fonetik dəyişikliklə fars dili ilə eyniyyət təşkil edir.
Tat  dilinin  yuxanda  göstərilən  ə,  a  önqoşmalan  şəxs  əvəzlik­
lərinə  qoşulduqda  Məl.  və  Q.  ləhcələrində,  bir  qayda  olaraq,  “əz”, 
M.  ləhcəsində  isə, əsasən,  “azu”,  bəzən də  “az”,  “əz”  kimi  çıxış edir 
ki, bunu da aşağıdakı misallardan aydın görmək olar:
Təkdə:
əzmən  (Q„  Məl.), azumən, əzmən  (M.) -  məndən 
əztü (Q.),  əzti (Məl.),  azutun,  aztün, əztün (M.) -  səndən 
əzü (Q., Məl.),  azu (M.) -  ondan 
Cəmdə:
əzmun (Q,), əzmu (Məl.), azmun,  azu umun (M.) -  bizdən 
əzşun (Q.),  əzişu (Məl.), azu uaa (M.) -  onlardan 
Şəxs əvəzliklərinə qoşulan bu önqoşmalar sabit olub başqa şə­
kildə,  yəni  yuxarıdakı  “ə”,  “a”  önqoşmalan  formasından  çıxış  edə­
rək,  məs.:  əmən,  amən -  məndən  və  s.  şəkildə  çıxış  etmir.  Tat  dili­
nin  yəhudi  ləhcəsi  istisnadır  və  şəxs  əvəzliklərinə  də  önqoşma  qo­
şulduqda da  tədqiq  olunan  ləhcələrdən  fərqli  olaraq “əz”,  “az”  və  s. 
deyil, yalnız “ə”  olur.
İn,  ü,  un -  bu, o işarə əvəzliklərinə qoşulduqda isə  tat dilində 
önqoşmalar  şəxs  əvəzliklərindən  fərqli  olaraq,  bütün  tədqiq  obyekti 
olan ləhcələrdə  yalnız  “əz”  və  “az”  şəklində  olur:  Çimmən  əzin kor 
öü  nəbxordən  (Məl.),  əzin  kar  çümmən  ou  nəbaxərdən  (Q.)  -   bu 
işdən  gözüm  su  içmir;  çümmən  əztün  (əztü)  ov  namıxardən  (M.) 
mənə  əz  ü  mard  hiç  xoşmə  nomoran  (Məl.),  mənə  azu  udami  hiç 
xoşmən  ne  imarən  (M.),  mənə  əzüü  mərd  hiç  xüşmən  nəbəmarən 
(Q.)  -   mənim  o  kişidən  heç  xoşum  gəlmir;  be  kileməniş  sən  özün
AZƏRBAYCAN  TATLARININ  DİLİ
161
ulat  ustanum  (Məl.)  -   qızım  üçün  də  o  paltardan  alacağam;  əzün 
papaq  nəbistənüm  (Q.) -  o  papaqdan  istəmirəm;  moymənə  beriyiriş 
az u alat mibıxınm (M.) -  anam üçün də o paltardan gərək alım.
“Be”  önqoşması  fars  dilindəki  bəraye  (Azərb.  dilindəki 
“üçün”) funksiyasında:  xuvarmən  sə qonfet avardə bu:  yeki  be mən, 
yeki  be piyənnən,  yekiriş be  moymən  (M.) -  bacım  üç  konfet gətir­
mişdi:  biri  mənim  üçün,  biri  atam  üçün,  biri  anam  üçün.,  birarnıə 
duta  kitab  xıre:  yə  kitab  be  mən,  yə  kitab  be  piyərmə  (Q.)  -  
qardaşım iki kitab almışdır:  biri  mənim  üçün, biri  atam  üçün.
Mədrəsə  ləhcəsində  həmin  funksiyada  “be”  ön  qoşmasından 
başqa,  bəzən,  “beri”  önqoşması  da  işlənir  ki,  bu  da  fars  dilindəki 
“bəraye”  önqoşmasına  yaxın  ekvivalent  olub,  tamamilə,  həmin 
funksiyam  ifadə edir.  Məs.:  ru  beri  kağat -  kitab üçün cild;  tünə be- 
rıtm alat xırram -  sənin  üçün paltar almışam  və s.  Başqa tat dili  ləh­
cələrində  ya  buna  təsadüf edilməmiş,  yaxud  da  istisna  hallarda  rast 
gəlinmişdir.
Müasir fars  dilinin  “bəraye”  önqoşması  funksiyasında  yuxan­
da bəhs  olunan  “be”  önqoşmasmdan  başqa həmin funksiyada  tat  di­
lində  “rə”  önqoşması  da  işlədilir.  Qeyd  etməliyik  ki,  bu  vəziyyəti, 
yəni  “bəraye”  önqoşmasını  “ra”  önqoşmasınm  əvəz  etdiyini  klassik 
fars  dili  materiallarında  geniş  şəkildə  görmək  olar.  Müasir  fars  di­
lində,  yalnız  poeziya  dilində,  nadir  hallarda  rast  gəlinən  bu  forma 
(məs.:  mara  çe  tohfe  avordi?  -   bizim  üçün  nə  hədiyyə  gətirmisən? 
və  s.),  tat dili  üçün  (məs.:  Qonaqkənd  və  Abşeron  ləhcələrində)  bu 
gün  də  xarakterikdir,  məs.:  turə  tufli  avardəm  betu  -   sənin  üçün 
ayaqqabı  gətirmişəm;  imurə  bemu  dusti  qiymətinü  -   bizim  üçün 
dostluq qiymətlidir,  türə pul  beçüstü? -  Sənin üçün  (sənə) pul  nə  la­
zımdır? və s.
Tat  dilində  bə,  be,  bı,  b,  bi,  beri  önqoşmalannın  aşağıdakı 
morfoloji mənaları vardır:
1.  Fars  dilində  istiqamət  bildirən  “be”  funksiyasında  hərəkət 
bildirən  fellərdə  istiqamət  bildirirlər:  Mən  haaruz  bşamoxi  brafta- 
num  (Məl.),  mən  hər uruz  başımaxi  mıraftanım  (M.) -  mən  hər gün 
Şamaxıya  gedirəm;  amay,  bə  məktəb  rəftüm  (Q)  -   ana,  məktəbə


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə